Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə217/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   213   214   215   216   217   218   219   220   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

939 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını 



görüb yaranı baĢqa dəsmalla bağlayırlar, amma qan 

dayanmadığından həmən dəsmalla bağlamağa məcbur 

olurlar. Hadisə Hürr haqqındakı pis fikirləri aradan 

götürür. ġah Ġsmayıl burada məqbərə tikdirib xidmətçi 

təyin edir".  

Xətainin bu addımı həm də dərin hərbi-siyasi anlam kəsb 

edirdi. Belə ki, qızılbaĢların Ģahı müxtəlif döyüĢlərdə 

tövbə edib, onun tərəfinə keçənlərə tarixi nümunə 

göstərirdi. Qəzəldən də göründüyü kimi, dini etalon kimi 

tövbənin Ġslam əxlaqında müstəsna müqəddəs əhəmiyyəti 

var.  

Sonralar folklorlaĢmıĢ Xətai qəzəlləri istər folklor, istərsə 



də klassik yazılı ədəbiyyatımıza dərin təsir göstərib. 

Xətainin qəzəl yaradıcılığındakı folklorizmlər elə biçim və 

bədiiləĢdirmə səviyyəsindədir ki, bu təsir tamamilə 

təbiidir. Amma digər klassiklərimizdən fərqli olaraq, 

Xətai yaradıcılığı tədqiqat baxımından uzun illər 

diqqətdən kənarda qalıb. Buna görə Ģairin özünəməxsus 

sənətkarlıq keyfiyyətləri vaxtında öz qiymətini ala 

bilməyib. Bununla belə, hələ iyirminci əsrin əvvəllərində 

Xətai yaradıcılığına, səthi və "mövsümi" də olsa, 

müraciətlər olmuĢdu: "ġah Xətai üstündə çox böyük 

gurultu, parıltılar qopdu və bir çox par-par parlayan fulad 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

940 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

qələmlər ikiyə bölündüklərindən dolayı, məsələni 



cığırından çıxararaq mübahisədən mücadiləyə keçdilər. 

Nəticədə, ġah Xətai bir tərəfin təqdirinə məzhər olaraq, 

digər tərəfin də təkdirinə məruz qaldı. "Molla Nəsrəddin" 

məcmuəsi müdirinin karikaturasına məruz qalan ġah 

Xətai, eyni zamanda, Leninqrad əncümənidaniĢ əzasından 

müstəĢriqi-Ģəhir professor Marrın tarixi məktubu ilə 

məmcid olundu. Xülasə, müĢadimeyi-əfkardan bu 

bariqeyi-həqiqət parladı və hər kəs Azərbaycan tarix 

ədəbiyyatında ġah Xətainin ali-əba bir mövqeyi olduğuna 

gerçəkdən qənaət hasil etdi."  

Salman Mümtazın hələ C.Məmmədquluzadənin 

sağlığında dərc olunmuĢ bu məqaləsindən aydın görünür 

ki, akademik Marrın münasibəti olmasaymıĢ, müəllifin 

təbirincə, nəinki "fulad qələmli" tədqiqatçılar və eləcə də 

bir mühərrir kimi Mirzə Cəlil də özünün "Molla Nəsrədin" 

jurnalı vasitəsi ilə oxucularda Xətai barəsində yanılıĢ rəy 

yarada bilərmiĢ. 1924-cü ildə "Maarif və mədəniyyət" 

jurnalında dərc olunmuĢ həmin məqalənin tarixi-filoloji 

əhəmiyyəti bir də ondadır ki, S.Mümtaz Xətai irsinin 

toplayıcılarından olmuĢ, el ədəbiyyatı nümunələrini 

qələmə almaqla bərabər, Xətainin "Nəsihətnamə"sini də 

yazıya almıĢ Dərgahqulu Kirmani barəsində də məlumat 

vermiĢdi: "Dərgahqulu ġah Xətaiyə xitabən bir rübai 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

941 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

söyləyərək özünün Hüseyni məzhəb, yəni Sadat 



Hüseynidən və ġah Səfiəddin Ərdəbilinin dərgahı 

qullarından olduğunu bildirir və bu münasibətlə adının 

Dərgahqulu qoyulduğunu bədahətən söyləyir: 

 

Mən Hüseyni məzhəbəm, Ģahın qulu, 



Yəni kim mən də allahın qulu. 

Ey Xətai, padiĢahımız kiĢi, 

Olmayınca uĢ bədrgahın qulu.  

 

Bu fikirlərdən, eləcə də Dərgahqulu Kirmaninin 



rübaisindən aydın görünür ki, təkcə yaxın dövrlərin 

tədqiqatçıları deyil, eyni zamanda, Xətai çağlarına yaxın 

yaĢamıĢ təzkirəçilər də Ģairin xalq dilinə, xalq 

ədəbiyyatına, səfəviyyənin folklorlaĢmıĢ sufi-qızılbaĢ 

ənənələrinə və rəmzlərinə sadiqliyini açıq-aydın görmüĢ 

və buna öz münasibətlərini bildirmiĢlər. 

 

 

 



Klassik üslubun tələblərindən daha çox xalq ədəbiyyatının 

üslubuna yaxın olan Xətai qəzəlləri Səfəvi hakimiyyətinin 

nüfuz dairəsində olan bütün ərazilərdə özünün novator 

qəzəlçilik ruhu ilə seçilirdi. Təkcə sufi dərviĢlərin təbliğ 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

942 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

xarakterli ədəbi materialları yox, dil və üslub imkanlarına 



görə də Xətai qəzəlləri bir örnək sayılırdı. Bu funksiyanı 

stimullaĢdıran əsas amil folklorlaĢmıĢ dini-mifoloji 

mündəricənin klassik qəzəl üslubu ilə birləĢməsi idi. 

PüxtələĢmiĢ qəzəl Ģairi Füzulinin digər Ģairlərə deyil, 

əsasən Xətaiyə meyl etməsinin səbəbi də məhz yeni dil 

imkanları və xalq ədəbiyyatı prinsiplərini özündə əks 

etdirən ġah Xətai qəzəlləri idi. Yəqin buna görə Füzulinin 

bir çox qəzəlləri Xətai qəzəlləri ilə səsləĢir:  

 

Gözüm yaĢın tökərmən ayağinə, 



Bəli, sərv ayağində su gərəkdir. 

 

Xətai 



 

Mərdümi-çeĢmim əyağinə rəvan su tökdü 

Ki, gərək su tökülə sərvin əyağinə müdam. 

 

Füzuli 



 

Ġçi doludur əz abi-heyvan

Aləmdə nisanı biniĢandır.  

 

Xətai 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə