Az
ə
rbaycan Respublikasi M
ə
d
ə
niyy
ə
t v
ə
Turizm Nazirliyi
Göyçay rayon Mə
rk
ə
zl
əşdirilmiş
Kitabxana sistemi
Göyçay rayon MKS
-nin metodika v
ə
biblioqrafiya şöbə
si
Multikulturalizm
–
İrgç
ilikd
ən qaçınma
(metodiki vəsait)
Göyçay --2016
İnsanlar 2 qrupa ayrılır – yaxsi insan və pis insan .
(metodik vəsait)
Tərtib etdi: Quliyeva Nahidə
Metodika və biblioqrafiya şöbəsi- böyük metodist
Metodika və biblioqrafiya şöbəsinin biblioqrafı Rəna Kərimova
“Mənim uğruna savasacaq bir ölkəm yoxdu mənim ölkəm dünyadı və mən
dünyanın vətəndaşıyam .”
Son dövrlərdə ən aktual problemlərdən biridə irqçilikdir. İrqçilik insanların
özlərindən fərqli olan basqa irqdən olan insanlari kiçik görməsi dəyərsiz bilməsidir.
Bir çox alimlərin fikrincə irgçilik 14 -15 ci yüzilliklərdən mövcuddur .Bunu Misirdə
çəkilmiş olan rəsmlərdə də müşahidə etmək olar. Fironlara aid olan məzar daşları
üzərində misir xalqı başqa digər insanlar yəni xaricilər başqa rəngdə çəkilirdi .Yəni
irqçilik problemi son illər qabardılsada onun tarixi çox qədimlərə gedib çıxır.
İrqçilıyi yaradan əsas səbəb də insanların dəri rənglərinin gözlərinin boylarının
digər insanlardan seçilməsi fərqli görünüşdə olmalarıdır. İnsanlar fərqli irqlərə
ayrılsalarda bütün insanlar eyni genetik formaya sahibdirlər . İrqçilik ideoloji bir
düşüncə deyil sadəcə psixolojik bir xəstəlikdir.Bu xəstəlik insanın özünü və
ətrafindakı hər şeyi məhv edir. İnsan başqasına düşməndirsə özünə də
düşməndir. İrqçilikdən ən əziyyət çəkənlər qaradərilər olmuşdur və tarix boyu
onlar alçaldılmış ,kölə olaraq görülmüş, onlardan dəyərsiz bir mal kimi istifadə
etmişdilər.İrqçiliyin dünyayada bu qədər yayılmasının əsas səbəbi güc istəyən
insanların olmasıdır . İnsanın egosu onun ən böyuk düsmənidir, insanlar eqolarına
məğlub olaraq özlərini dünyanın yaradıcısı tək sahibi saymasalar heç bir insan
əziyyət çəkməz .Sadəcə üstünlüyü əldə etmək üçün irqçilikdən istifadə edirlər.
İrqçilik sadəcə dəri rəngi göz kiçikliyi demək deyil insanlara dillərinə, dinlərinə,
həyata baxışlarına görə belə fərqli davranılır. Hər kəsin həyatında fərqli seçimləri
olur və bu seçimləri onu alçaltmaq üçün istifadə etmək lazım deyil . Qarşındakı
insanın həyatını anlamırsansa hörmət etməlisən .Hər kəs bir- birinə hörmət etsə
dünyada heç bir münaqişə ,anlaşılmazlıqlar olmaz.Son illərdə dünya insanları
müsəlmanları cani və cahil insanlar olaraq tanıyır və qorxurlar. İslamafobiyanın
yaranmasının əsas səbəblərindən biridə din adı altında yaradılmış teror
birləşmələridir. İslamafobiya gün keçdikcə daha çox yayilir və musəlmanlar bir çox
ölkələrdə təqib edilir və əziyyət çəkirlər. Bunun qarşısını almaq üçün
multikulturalizmi dünyaya yaymalı və getdikcə onu gücləndirməliyik .
Multikulturalizm — Çox mədənilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı
cəmiyyəti təyin edən sözdür. İrqciliyin əsas düsməni olan multikurturalizm irqcilik
qədər geniş yayilmasada insanların yavas- yavas da olsa fikirlərini dəyisdirməyə
onları insanları sadəcə insan olaraq görməyə dəvət edir. Multikultutalizm
dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların
dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Multikulturalizm cəmiyyətdə böyuk dəyisikliklər etmişdir. Bir cöx ölkələr
multikulturalizmdən imtina edərək bu yoldan geri cəkilmisdir.
Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki,
bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və
qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur . Multikulturalizm
qəbul edən insanlar ölkə din dil rəng fərqi olmadan köməyə möhtac insanlara
kömək edir, onlarla ünsiyyətdə olub onları tanımağa çalışır. Multikulturalizm
mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər
mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini
öyrənmədən, onlara qarşı
tolerant
münasibət, onların nümayəndələrinə hörmət
mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu
qurmaq mümkün deyil.
Multikulturalizm isə plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönəlimli
dünya görüşü mövqeyidir.“Özgə”ni sadəcə “başqa”sına çevirən multikulturalizm
konteksti hər bir mədəni vahidin ictimai yaşama mühitinin mental sərhədlərinə
hörməti nəzərdə tutur.Multikulturalizmin postmodernin fəlsəfi əsaslarla
həmahəngliyi ön plana çəkilən subyektdə (dividdə) ifadə olunur. Divid üçün kimlik,
dəyər üstünlüklərinin seçimi problemləri həlledicidir.Postmodern dövrü
multikulturalizmin məna yükünü, onu yalnız etnik müxtəlifliklə deyil, həm də
müxtəlif həyat tərzləri, istiqamət və mədəni təmayüllərin müxtəlifliyi ilə
zənginləşdirərək genişləndirilir.
Azərbaycan Respublikasinda Multikulturalizm
XX əsrin sonlarında məlum siyasi hadisələr postsovet məkanında o cümlədən,
Cənubi Qafqaz respublikalarında multikulturalizmin yeni modellərinin
formalaşmasına gətirib çıxardı. Lakin bir sıra hərbi-siyasi və iqtisadi xarakterli
hadisələr Gürcüstanda millətlərarası münasibətlərin mövcud tarazlığını
deformasiyaya uğratdı. Azərbaycanlıların, etnik azlıqların Ermənistandan kütləvi
deportasiyası bu respublikanı faktiki, olaraq monoetnik dövlətə çevirdi. Öz
növbəsində, Azərbaycan Respublikası ölkənin dağılma tendensiyasının qarşısını
almağa, müxtəlif mədəniyyətləri və dinləri birləşdirən dövlət olaraq qalmağa nail
oldu.
Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri sülh, əmin-amanlıq,
qardaşlıq şəraitində yaşamışlar. Azərbaycanda hökm sürən ictimai-siyasi
quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq
məkanı olmuşdur.
Azərbaycan isə bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan
ölkələrindəndir. Azərbaycanda tarixən bütün etnoslar qardaş kimi yaşayıb, milli-
dini zəmində qarşıdurma heç bir vaxt baş verməyib və bir vətən üçün çalışıb
yaşayıblar. Bu keyfiyyət xalqımızın qədimdən-qədim özünəməxsus dövlətçilik
ənənəsini yaşatması və inkişaf etdirməsi ilə bağlıdır və hazırkı qlobalizm
prosesində çox pozitiv və nümunəvi bir yaşam təcrübəsidir. Azərbaycanda
millətlərarası, dinlərarası münasibətlərin sağlam zəmində qurulması və dövlətin
siyasi, iqtisadi və sosial həyatında müsbət nəticələrlə müşayiət olunması bu gün
çox xarakterik və artıq dünyada da təsdiq və təqdir olunan bir göstəricidir. Belə ki,
hər bir azərbaycanlı ölkəmizdə tarixən yaşayan bu adi insani birgəyaşayış
normasını xalqımızın milli-mənəvi dəyərinin ayrılmaz hissəsi sayır, dövlətçilik
ənənəmizdə multikulturalizmi təqdir edir Multikulturalizm dövlət səviyyəsində
işlənən bir prosesdir. 2015 ci il Azərbaycanda “Multikulturalizm ili” olmusdur .
Dövlət başçısı Azərbaycanda multikulturalizmə münasibət barədə deyib:
“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi
keçmişimiz də bunu diktə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda
həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk.
Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə
edilir”.
Multikulturalizm dünyanı qurtaracaq ,savasları dayandıracaq .Biz gələcəyimizi
qoruyaq və onları irqçi biri olaraq deyil insanlığı sevən biri olaraq böyüdək.
Filial kitabxanalarında Multukulturalizmin təbliği.
Multikulturalizm yeni bir termin olduğu üçün insanların bu haqda məlumatı çox
azdır.Buna görədə multikulturalizmin təbliği kitabxanalar tərəfindən aparılmalıdır.
Kitabxanalar bu haqda muhazirələr, desputlar dəyirmi masalar, sərgilər
keçirilməlidir. Oxucuların bu mövzuda diqqətini cəlb etmək üçün elektron
vəsaitlər hazırlanmalıdır . “Cəmiyyətdə Multikulturalizm “ “Multikulturalizm – yeni
baxış” “Biz və multikulturalizm “ başlığı alyında sərgilər keçirilməlidir.İrqçiliyin
cəmiyyətdə açdığı yaralara multikulturalizm məlhəm olmalıdır. Buna görədə bu
mövzuya xususi diqqət yetirilməlidir .
İstifadə edilən ədəbiyyat
1 . Bakı beynəlxalq Humanitar Formu-Multikultarizm : nailiyyətlər və problemlər
2.Kamal Abdullayev - “Multikulturalizm həyat tərzidir”
3.Rəna Mirzəzadə -“ Multikulturalizm siyasəti :Din və gender dioloqunda “
Dostları ilə paylaş: |