Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

Munis
86
qəlbi sevindi, nə üzü güldü.
Yürüşə, soyuğa dözümlü bir ər,
Qoymadı Kağanı bürüsün qəhər. 
Ayğırın dalınca üz tutdu dağa,
Qarı yara-yara qalxdı buzlağa.
Gecə də, gündüz də axtardı dağı,
Doqquz gündən sonra gəldi sorağı.
Çatdırdı Kağana o, itmiş atı,
Elə bil bəxş etdi bu kainatı.
Gördülər ki, igid şaxtaya düşmüş,
Vücudu ağappaq qarla örtülmüş.
Dözümü Kağanı çox sevindirdi,
Onu bu yerlərin başbuğu gördü.
Ona imkan verib, ümid bağladı,
Karluq adı qoyub burda saxladı.
         
Yolda Oğuz Kağan bir saray gördü,                                        
Divarı altundan parlaq ay gördü.
Pəncərəsi gümüş, çatması dəmir,
Gördü ki, heç yandan qapı görünmür.
Tömürdü Kaqulu çağırdı Kağan,
İgidə əmrini eylədi bəyan:
Sən burda qal,- dedi, qapı aç,- dedi,
İgidin adına o, Kalaç
1
,- dedi.
Yol boyu bir yerdə qurd yenə durdu,
Kağan həmin yerdə çadrını qurdu.
Çürçet adlanırdı bu yurdun adı,
Gördülər bu yerlər böyük səhradı.
Ancaq hər bir kəsin varidatı var,
1 Kalaç - qal, aç sözlərinin birləşməsindən yaranmışdır. 


Türkün dastanı
87
Saysız sürüləri, malı, atı var.
Çürçetin kağanı baxıb imkana,
Yekəlik göstərdi Oğuz Kağana.
Döyüş, haq-hesabı arada böldü,
Çürçetin kağanı yenildi, öldü.
Kağan xalqı aldı himayəsinə,
Saysız qənimətlər götürdü yenə.
O qədər çox idi düşən qənimət,
Nə öküz güc gəldi, nə qatır, nə at.
İgidlərdən biri tez əlac tapdı,
Malı yükləməyə bir kağnı
1
 yapdı.
Görənlər hay salıb, gülüb, coşdular,
Öküzü, qatırı, atı qoşdular.
Baxıb,- Kanqa!- dedi Çürçetli ona,
Həmin söz qoyuldu xalqın adına.
Kağan öz yanında görüb göy qurdu,
Gəzdi çox obanı, gəzdi çox yurdu,
Əvvəlcə Sinduya
2
, Tanquta gəldi,
Bu yerlərdən keçib Şama yönəldi. 
Hər yerdə qılınca, oxa əl atdı,
Yenib bu yerləri yurduna qatdı.
Sonra üz çevirdi cənuba sarı,
Önündə diz çökdü Barkan diyarı.
Havası, suları isti, qaynardı,
Çoxlu altun, gümüş, daş-qaşı vardı.
Burda insanların rəngi qapqara,
Baxan heyran olur uçan quşlara.
Binadan çox varlı, zəngin bu diyar,
1Kağnı - ikitəkərli yük arabası.  
2 Sindu - Sind, Hind. 


Munis
88
Başının üstündə kağanı Masar,
  Belə yaşamışdı gözlərdən uzaq.                                              
Oğuzun gücünə sınmışdı ancaq.
Masar yenilərək ölkədən qaçmış,
Dövləti Kağanın hökmünə keçmiş.
Hər tərəf xəbərdən xəbərdar oldu,
Dost-tanış sevindi, düşmən xar oldu.
Kağan götürərək saysız qənimət,
Geri öz evinə döndü nəhayət!
Ağsaqqal, nurani, yaşlı bir kişi,
Olmuşdu Kağanın məsləhətçisi.
Özü təcrübəli, əməli düzgün,
Məsləhət verərdi Oğuza hər gün.
Uluğ Türk
1
 idi o qocanın ismi,
Gəzərdi sarayın vəziri kimi.
Bir gecə Ulu Türk bir yuxu gördü,
Yuxuda qəlbini sevinc götürdü.
Bir yay, üç ox idi gördüyü bu duş,
Yay altundan idi, oxlarsa gümüş.
Gördükü yay şərqdən qərbə uzanıb,
Oxlarsa güneyə tərəf tuşlanıb.
Yuxudan oyanıb bir az dincəldi,
Səhər Kağanının yanına gəldi.
Əvvəl baş endirib, təzim eylədi,
Kağana gördüyü duşu söylədi:
”Ey Kağanım sənin ömrün xoş olsun,
Göy Tanrı ömrünə ömür calasın!
Tanrı bu yuxumu həqiqət etsin,
Dünyanı nəslinə o bağışlasın!“
1 Ulu Türk də deyirdilər. 


Türkün dastanı
89
Dinləyib qocanın hər söhbətini,
Kağan qəbul etdi məsləhətini.
Çağırıb yanına oğullarını,
Bildirdi onlara öz qərarını:
”Ey igid oğullar, könlüm ov istər,
Lakin qocalmışam qalmayıb təpər.
İndi siz tərpənin, hünər göstərin,
Gün, Ay, Ulduz!
Tan
1
 yönünə siz varın!
Göy, Dağ , Dəniz!
Tün
2
 yönünə siz varın!“
- Deyib, övladları çəkdi sınağa,
Oğullar tərpəndi ov axtarmağa.
Üçü Günbatana, üçü doğuya,
At sürdü, getmədi onlar yuxuya.
       
Gün, Ay, Ulduz xeyli ov ovladılar,                                          
Gecə də, gündüz də çöldə qaldılar.
Səfərdə altundan bir yay tapdılar,
Atanın yanına tez at çapdılar.
Sevincək verdilər yayı ataya,
Ata da sevindi tapılmış yaya.
Oğuz Kağan yayı üç yerə böldü,
Böyük oğullara o belə dedi:
”Yay sizlərin olsun, murada çatın,
Yay kimi oxları göyədək atın!“
Göy, Dağ, Dənizin də ovları çox-çox,
Yolda tapmışdılar gümüşdən üç ox.
1 Tan - Gündoğan. 
2 Tün - Günbatan. 


Munis
90
Onlar da oxları verdi Kağana.
Bir ox qaytararaq hər bir oğluna
Söylədi: ”Ey əziz kiçik oğullar,
Qoy sizlərin olsun bu gümüş oxlar.
Siz də oxlar kimi əyilməz olun,
Yayılın dünyaya tükənməz olun!“
Sonra o, böyük bir toplantı yapdı,
Özü də, xalqı da səadət tapdı.
Çağrıldı hər yandan ərlər-ərənlər,
Tərpəndi ayaqlar, oynadı əllər.
Kağan ordugahın sol və sağına
Dirəklər basdırdı hər qırağına.
Xeyli uzun idi dikələn ağac,
Hər iki ağacın boyu qırx qulac.
Sağ dirək başına bir altun toyuq,
Qoydurdu sola da gümüşdən toyuq.
Sola bağlatdırdı bir qara qoyun,
Sağdakı ağaca düşdü ağ qoyun.
Sağ yanda Bozoklar
1
 oturmuşdular,
Sol yanda Üçoklar
2
 oturmuşdular!
Qırx gün, qırx da gecə yeyib-içdilər,
Oynayıb güldülər, heydən düşdülər.
Sonra Oğuz Kağan qərara gəldi,
Dəqiq altı yerə yurdunu böldü.
Verdi kağanlığı oğullarına,
İnanıb onların etibarına!
Yenə davam etdi öz söhbətini,
Verdi oğullara nəsihətini:
______________
1,2. Ən böyük Türk - Oğuz tayfalarının adlarıdır.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə