61
Müqtəzəb bəhri
Dahda-
dahda
dah-dah-dah dahda-
dahda
dah-dah-dah
Və ya:
Dahda
dah da
dah-dahdah dahda
dah da
dah-dahdah
Zülfün olsa aşüftə bağrımı kəbab eylər
M. Ləli
Sərbəst şeir və onun növləri
Ədəbiyyat nəzəriyyəsində sərbəst şeir forması çox
az araşdırılmışdır və bu sahədə fikir ayrılıqları, mübahisə
doğuran məqamlar var. Ona görə də bu mövzuya xüsusi
yer verməyi lazım bilirik.
Sərbəst şeirə dəqiq tərif verilmir və yalnız onun mü-
əyyən xüsusiyyətləri haqqında danışılır. Bu şeir forması-
na bəzən “sərbəst vəzn” də deyirlər. Lakin bu doğru ad-
landırma deyil, çünki, bu şeir forması yalnız vəzni yox,
həm də ayrıca bir şəkli ehtiva edir və heca və əruz vəzn-
lərinin müəyyən xüsusiyyətlərini özündə daşıya bilir. Yəni,
sərbəst şeir xüsusi şeir formasıdır ki,
özünə məxsus vəz-
ni və şəkli var.
Sərbəst şeirin mahiyyətini dəqiq açmaq üçün ilk
növbədə onun digər şeir formalarından nə ilə fərqlən-
diyinə diqqət yetirmək lazımdır. Bu baxımdan sərbəst şei-
rin əsas fərqləndirici xüsusiyyətləri kimi aşağıdakıları gös-
tərmək olar:
- Misraların uzunluqlarının (onlarda olan heca sayla-
rının) fərqli olmasına, onların sətrin ortası və sonuna
səpələnməsinə yol verilməsi və ya ümumiyyətlə misrala-
rın olmaması (başqa sözlə, misralara ayrılmanın sərbəst
olması və ya heç olmaması). Digər şeir formalarında isə,
62
misralar mövcud olur və xüsusi hallar istisna olmaqla
misraların uzunluqları bərabər olur.
- Qafiyələnmə qaydasının sərbəst olması və ya
ümumiyyətlə qafiyənin olmaması.
- Bölgülərin həm eyni, həm fərqli, həm də qismən
(bu anlayışların mənasını aşağıda açacağıq) ola bilməsi
və ya heç olmaması.
- Bəndlərə ayrılmanın sərbəst olması və ya heç
olmaması.
Bütün bu xüsusiyyətləri nəzərə alaraq, sərbəst şeirin
aşağıdakı
növlərini müəyyən edə bilərik:
1. Eyni bölgülü, qafiyəli sərbəst şeir;
2. Fərli bölgülü, qafiyəli sərbəst şeir;
3. Qismən bölgülü, qafiyəli sərbəst şeir;
4. Bölgüsüz, qafiyəli sərbəst şeir (“qafiyəli nəsr”);
5. Eyni bölgülü, qafiyəsiz sərbəst şeir (yalnız nə-
zəri olaraq);
6. Fərqli bölgülü, qafiyəsiz sərbəst şeir;
7. Qismən bölgülü, qafiyəsiz sərbəst şeir;
8. Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir).
5-ci növ yalnız nəzəri xarakter daşıyır,
yəni praktiki
olaraq hələ ki, aşkar etməmişik. Onu da qeyd edək ki,
indiyə qədər ədəbiyyat nəzəriyyəsində sərbəst şeirin ən
çoxu 3 növünün
(19, s. 209) adı çəkilmişdir.
Eyni bölgülü, qafiyəli sərbəst şeir. Burada ardıcıl
təkrarlanan bölgülər eyni heca sayına malik olur. Bölgü-
lərdə heca sayı adətən 4-ə, həmçinin 7-yə, bəzən də 3-ə
bərabər olur. Sözlər adətən bölgülərdə parçalanmır. La-
kin deyilişin normal səsləndiyi hallarda sözlər bölgülərdə
parçalana bilər. Qafiyələnmə qaydası sərbəstdir. Xüsusi
hallar istisna olmaqla qafiyələr bölgülərin (həm də misra-
nın) sonunda gəlir. Çünki, əks halda deyiliş çətinləşər.
Ən geniş yayılmış variantı
dördlük bölgülü vari-
antdır.
Dördlük bölgülü qafiyəli sərbəst şeir xüsusi
gözəl avaza malik olur
və fikri ifadə etmək üçün çox geniş
63
imkanlar açır. Misal (qafiyələr tünd rəngli hərflərlə veril-
mişdir):
Yoldaş ölüm/4!
Hamı bilir/4, sən çox evlər/4
uçurmusan/4,
Milyonları/4 bu dünyadan/4
vaxtlı-vaxtsız/4 k
öçürmüsən/4.
Qəhrəmanlar/4 aparmısan/4
bu aləmdə/4 yoxdur t
ayı/4,
Yer altında/4 olanların/4
Yer üstündə/4 yoxdur s
ayı/4.
Sinələrdə/4 çalın-çarpaz/4 d
ağlar qoyub/4,
Anaları/4, bacıları/4
ağlar qoyub/4,
Sən dahilər/4 susdurmusan/4 –
millətimin/4 iftix
arı/4.
Susdurmusan/4 varlıları/4, kasıbl
arı/4...
Qoymayırsan/4 göz açmağa/4 ad
amı sən/4,
Uşaq idim/4,
bir gün aldın/4 əllərimdən/4 at
amı sən/4.
Söylə, azmı/4 fitnələri/4
d
əf etdilər/4 əlin ilə/4?
Mənim qaynar/4 Müşfiqimi/4
m
əhv/4 etdilər əlin ilə/4.
Sən gəlirsən/4 gündüz olur/4, g
ecə olur/4,
Bəşər cansız/4 vücudunun/4
Qarşısında /4c
ücə olur/4...
Sən Əzrayıl/4 nəfəslisən/4,
Sən cəhənnəm/4
qoxulusan/4.
Sən tüfəngdən/4, sən bombadan/4,
Sən atomdan/4
qorxulusan/4.
Nə zaman ki/4, hiss elədin/4
insanlara/4 gər
əksizəm/4,
İlhamsızam/4, duyğusuzam/4, ür
əksizəm/4,
Bu həyatdan/4
tap, al məni/4!
Min yol xahiş/4 eləyirəm/4,
apar məni/4!
C.Novruz
64
Göründüyü kimi burada şeirin əvvəlindən sonuna
dək bir dəfə də olsa sözlər dördlüklər arasında parçalan-
mır. Lakin yuxarıda qeyd etdiyimiz kimi deyilişin normal
səsləndiyi hallarda bu parçalanma baş verə bilər. Bu
zaman sözün parçalandığı ardıcıl dördlüklər 8-hecalı
şeirin xüsusiyyətlərini daşıyır:
Könül necə/4 sevinməsin/4, bahar gəlib/4, bahar gəlib/4,
Gəzib diyar/4-diyar gəlib/4.
Gəlib
əlin/4
/də lalələr/4,
Şəfəq dolu/4 piyalələr/4...
S.Rüstəm
“Bəhri-təvil” (“uzun dərya”) şeir formasını da sərbəst
şeirin məhz bu növünə aid etmək olar. Belə ki, burada da
bölgü
(“dada-dahdah” dördlüyü) sabitdir və qafiyələnmə
sərbəstdir. Sadəcə olaraq burada şeir misralara ayrılmır,
yəni mənsur formada yazılır. Halbuki, “Bəhri-təvil”i də qa-
fiyələrə görə asanlıqla misralara ayırmaq və misraları
səpələmək olar.
Bəhri-təvildə qafiyələnmənin
fərqliliyi ondan ibarətdir
ki, qafiyələr bölgülərin sonluğunda olmaya da bilər. Bu,
deyilişin ahəngini pozmur, çünki, uzun və qısa hecalar
baxımından ritmik quruluş sabitdir.
Aşağıda bəhri-təvilin hər iki (mənsur və misralara
ayrılmış) variantda yazılışı verilmişdir.
Misal (mənsur variantda):
Ey fələk, zül/mün əyandır/, bu necə döv/ri-zamandır/ ki,
işim a/hü fəğandır/, məni yandır/ma, amandır/, gözümün əş/ki
rəvandır/, ürəyim dop/dolu qandır/, hamı qəmdən/ bu yaman-
dır/ ki, neçə əh/li-qələmlər/, buraxıb ca/nıma qəmlər/, qarışıb
dər/di-bəhəmlər/, ürəyim in/di vərəmlər/, qəzetə, jur/nala bu-
küf/ri-şiyəmlər/ necə cürət/lə rəqəmlər/ yazıb, isla/ma sitəmlər/
eləyiblər/ ki, gərək a/ləmi isla/m(ı)da, hər öl/kədə, hər