“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 
61
Müqtəzəb bəhri 
 
Dahda-dahda  dah-dah-dah  dahda-dahda  dah-dah-dah 
 
Və ya: 
 
Dahdadah  dadah-dahdah  dahdadah  dadah-dahdah 
Zülfün olsa aşüftə bağrımı kəbab eylər 
                                        M. Ləli 
 
 
Sərbəst şeir və onun növləri 
 
Ədəbiyyat nəzəriyyəsində  sərbəst  şeir forması çox 
az araşdırılmışdır və bu sahədə fikir ayrılıqları, mübahisə 
doğuran məqamlar var. Ona görə də bu mövzuya xüsusi 
yer verməyi lazım bilirik.  
Sərbəst şeirə dəqiq tərif verilmir və yalnız onun mü-
əyyən xüsusiyyətləri haqqında danışılır. Bu şeir forması-
na bəzən “sərbəst vəzn” də deyirlər. Lakin bu doğru ad-
landırma deyil, çünki, bu şeir forması yalnız vəzni yox, 
həm də ayrıca bir şəkli ehtiva edir və heca və əruz vəzn-
lərinin müəyyən xüsusiyyətlərini özündə daşıya bilir. Yəni, 
sərbəst şeir xüsusi şeir formasıdır ki, özünə məxsus vəz-
ni və şəkli var.    
Sərbəst  şeirin mahiyyətini dəqiq açmaq üçün ilk 
növbədə onun digər  şeir formalarından nə ilə  fərqlən-
diyinə diqqət yetirmək lazımdır. Bu baxımdan sərbəst şei-
rin əsas fərqləndirici xüsusiyyətləri kimi aşağıdakıları gös-
tərmək olar: 
- Misraların uzunluqlarının (onlarda olan heca sayla-
rının) fərqli olmasına, onların sətrin ortası  və sonuna 
səpələnməsinə yol verilməsi və ya ümumiyyətlə misrala-
rın olmaması (başqa sözlə, misralara ayrılmanın sərbəst 
olması və ya heç olmaması). Digər şeir formalarında isə, 


 
62
misralar mövcud olur və xüsusi hallar istisna olmaqla 
misraların uzunluqları bərabər olur.  
- Qafiyələnmə qaydasının sərbəst olması  və ya 
ümumiyyətlə qafiyənin olmaması.  
- Bölgülərin həm eyni, həm fərqli, həm də qismən 
(bu anlayışların mənasını  aşağıda açacağıq) ola bilməsi 
və ya heç olmaması.  
- Bəndlərə ayrılmanın sərbəst olması  və ya heç 
olmaması. 
Bütün bu xüsusiyyətləri nəzərə alaraq, sərbəst şeirin 
aşağıdakı növlərini müəyyən edə bilərik: 
1.  Eyni bölgülü, qafiyəli sərbəst şeir
2. Fərli bölgülü, qafiyəli sərbəst şeir; 
3. Qismən bölgülü, qafiyəli sərbəst şeir; 
4. Bölgüsüz, qafiyəli sərbəst şeir (“qafiyəli nəsr”); 
5.  Eyni bölgülü, qafiyəsiz sərbəst şeir (yalnız nə-
zəri olaraq)
6. Fərqli bölgülü, qafiyəsiz sərbəst şeir; 
7. Qismən bölgülü, qafiyəsiz sərbəst şeir; 
8. Bölgüsüz, qafiyəsiz sərbəst şeir (mənsur şeir). 
5-ci növ yalnız nəzəri xarakter daşıyır, yəni praktiki 
olaraq hələ ki, aşkar etməmişik. Onu da qeyd edək ki, 
indiyə qədər ədəbiyyat nəzəriyyəsində  sərbəst şeirin ən 
çoxu 3 növünün (19, s. 209) adı çəkilmişdir. 
Eyni bölgülü, qafiyəli sərbəst şeir. Burada ardıcıl 
təkrarlanan bölgülər eyni heca sayına malik olur. Bölgü-
lərdə heca sayı adətən 4-ə, həmçinin 7-yə, bəzən də 3-ə 
bərabər olur. Sözlər adətən bölgülərdə parçalanmır. La-
kin deyilişin normal səsləndiyi hallarda sözlər bölgülərdə 
parçalana bilər. Qafiyələnmə qaydası  sərbəstdir. Xüsusi 
hallar istisna olmaqla qafiyələr bölgülərin (həm də misra-
nın) sonunda gəlir. Çünki, əks halda deyiliş çətinləşər.  
Ən geniş yayılmış variantı dördlük bölgülü vari-
antdır.  Dördlük bölgülü qafiyəli sərbəst  şeir  xüsusi 
gözəl avaza malik olur və fikri ifadə etmək üçün çox geniş 


 
63
imkanlar açır. Misal (qafiyələr tünd rəngli hərflərlə veril-
mişdir): 
 
Yoldaş ölüm/4! 
Hamı bilir/4, sən çox evlər/4 uçurmusan/4, 
Milyonları/4 bu dünyadan/4 
                vaxtlı-vaxtsız/4 köçürmüsən/4. 
Qəhrəmanlar/4 aparmısan/4 
                 bu aləmdə/4 yoxdur tayı/4, 
Yer altında/4 olanların/4  
                Yer üstündə/4 yoxdur sayı/4. 
Sinələrdə/4 çalın-çarpaz/4 dağlar qoyub/4, 
Anaları/4, bacıları/4 ağlar qoyub/4, 
Sən dahilər/4 susdurmusan/4 –  
                millətimin/4 iftixarı/4. 
Susdurmusan/4 varlıları/4, kasıbları/4... 
Qoymayırsan/4 göz açmağa/4 adamı sən/4,  
Uşaq idim/4,  
               bir gün aldın/4 əllərimdən/4 atamı sən/4. 
Söylə, azmı/4 fitnələri/4 
               dəf etdilər/4 əlin ilə/4? 
Mənim qaynar/4 Müşfiqimi/4  
                məhv/4 etdilər əlin ilə/4. 
Sən gəlirsən/4 gündüz olur/4, gecə olur/4, 
Bəşər cansız/4 vücudunun/4  
Qarşısında /4cücə olur/4... 
Sən Əzrayıl/4 nəfəslisən/4, 
Sən cəhənnəm/4 qoxulusan/4. 
Sən tüfəngdən/4, sən bombadan/4, 
Sən atomdan/4 qorxulusan/4. 
Nə zaman ki/4, hiss elədin/4 
                insanlara/4 gərəksizəm/4, 
İlhamsızam/4, duyğusuzam/4, ürəksizəm/4, 
Bu həyatdan/4 tap, al məni/4! 
Min yol xahiş/4 eləyirəm/4, apar məni/4! 
                                                 C.Novruz 


 
64
Göründüyü kimi burada şeirin  əvvəlindən sonuna 
dək bir dəfə də olsa sözlər dördlüklər arasında parçalan-
mır. Lakin yuxarıda qeyd etdiyimiz kimi deyilişin normal 
səsləndiyi hallarda bu parçalanma baş verə bilər. Bu 
zaman sözün parçalandığı ardıcıl dördlüklər 8-hecalı 
şeirin xüsusiyyətlərini daşıyır: 
 
Könül necə/4 sevinməsin/4, bahar gəlib/4, bahar gəlib/4, 
Gəzib diyar/4-diyar gəlib/4. 
Gəlib əlin/4/də lalələr/4, 
Şəfəq dolu/4 piyalələr/4... 
                    S.Rüstəm 
 
“Bəhri-təvil” (“uzun dərya”) şeir formasını da sərbəst 
şeirin məhz bu növünə aid etmək olar. Belə ki,  burada da 
bölgü  (“dada-dahdah”  dördlüyü) sabitdir və qafiyələnmə 
sərbəstdir. Sadəcə olaraq burada şeir misralara ayrılmır, 
yəni mənsur formada yazılır. Halbuki, “Bəhri-təvil”i də qa-
fiyələrə görə asanlıqla misralara ayırmaq və misraları 
səpələmək olar.  
Bəhri-təvildə qafiyələnmənin fərqliliyi ondan ibarətdir 
ki, qafiyələr bölgülərin sonluğunda olmaya da bilər. Bu, 
deyilişin ahəngini pozmur, çünki, uzun və  qısa hecalar 
baxımından ritmik quruluş sabitdir.  
Aşağıda bəhri-təvilin hər iki (mənsur və misralara 
ayrılmış) variantda yazılışı verilmişdir.  
Misal (mənsur variantda): 
 
Ey fələk, zül/mün əyandır/, bu necə döv/ri-zamandır/ ki, 
işim a/hü fəğandır/, məni yandır/ma, amandır/, gözümün əş/ki 
rəvandır/, ürəyim dop/dolu qandır/, hamı  qəmdən/ bu yaman-
dır/ ki, neçə  əh/li-qələmlər/, buraxıb ca/nıma qəmlər/, qarışıb 
dər/di-bəhəmlər/, ürəyim in/di vərəmlər/, qəzetə, jur/nala bu-
küf/ri-şiyəmlər/ necə cürət/lə rəqəmlər/ yazıb, isla/ma sitəmlər/ 
eləyiblər/ ki, gərək a/ləmi isla/m(ı)da, hər öl/kədə, hər 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə