“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 
70
Oxu, tar/3, oxu, tar/3! 
Səsindən/3 ən lətif/3 şeirlər/3 dinləyim/3. 
Oxu, tar/3, bir qədər/3!.. 
Nəğməni/3 su kimi/3 alışan/3 ruhuma/3 çiləyim
Oxu, tar/3, 
Səni kim/3 unudar/3? 
Ey geniş/3 kütlənin/3 acısı/3, şərbəti/3, 
Alovlu/3 sənəti/3!.. 
                                    M.Müşfiq 
 
7-lik bölgü ilə müşayiət olunan sərbəst  şeirlərə  də 
rast gəlmək olar. Burada bölgü xeyli uzun olduğundan, 
onu misra kimi qəbul edib həmin  şeirləri sərbəst  şəkilli 
(sərbəst qafiyələnməli) heca vəznində yazılmış 7-hecalı 
şeirə də aid etmək olar. Məsələn, aşağıdakı 7-lik bölgülü 
sərbəst  şeiri asanlıqla 7-hecalı  şeir formasına gətirə 
bilərik. 
7-lik bölgülü sərbəst şeir: 
 
Hər şey həsrətə döndü/7: 
              dadlı bahar çağında/7 
                Türkanın qucağında/7 
Öz əlimlə saldığım/7 
                 ləklərin qırağından/7 
                   gəlib keçmək də həsrət/7. 
 
Sübhün bal havasından/7 “Oxay” deyib bir nəfəs/7 
                       alıb içmək də həsrət/7. 
Hər şey həsrətə döndü/7: şənbə günü, dan üzü/7 
                     Firəngizli yollara/7 
                          eyvandan baxmaq həsrət/7. 
Ətrindən məst olduğum/7 
                      bir iydə budağını/7 
                           köksünə sıxmaq həsrət/7. 
Hər şey həsrətə döndü/7 - olub tənha, sal qaya/7 


 
71
                  neçə milyard dalğaya/7 
                           köksümü gərməyim /7. 
Sahildə məni gözlər/7 –  
                   Türkayıma bəzəkli/7 
                           bir konfet verməyim /7. 
Bu kiçik həsrətlərə/7  
                 dözərdim birtəhər mən/7. 
Ayrı salınmasaydım/7  
                    böyük mübarizədən/7. 
                                             X.R.Ulutürk  
 
7-hecalı şeir kimi: 
 
Hər şey həsrətə döndü: 
dadlı bahar çağında 
Türkanın qucağında 
Öz əlimlə saldığım 
ləklərin qırağından 
gəlib keçmək də həsrət
Sübhün bal havasından  
“Oxay” deyib bir nəfəs 
alıb içmək də həsrət
Hər şey həsrətə döndü:  
şənbə günü, dan üzü 
Firəngizli yollara 
eyvandan baxmaq həsrət
Ətrindən məst olduğum 
bir iydə budağını 
köksünə sıxmaq həsrət
Hər şey həsrətə döndü –  
olub tənha, sal qaya 
neçə milyard dalğaya 
köksümü gərməyim də
Sahildə məni gözlər –  
Türkayıma bəzəkli 


 
72
bir konfet verməyim də
Bu kiçik həsrətlərə  
dözərdim birtəhər mən
Ayrı salınmasaydım  
böyük mübarizədən
 
Göründüyü kimi, ikinci variantda qafiyələnmə  həd-
dən artıq pərakəndə, 2, 3, hətta 4 misradan bir alındığın-
dan onu məhz sərbəsrt şeir formasında yazmaq və qəbul 
etmək daha məqsədəuyğundur. 
Fərqli bölgülü, qafiyəli sərbəst  şeir.  Belə sərbəst 
şeirdə bölgüsüzlük hiss olunmur. Yəni bölgülər mütləq 
olur.  Lakin, bölgülərdəki heca sayları müxtəlif (3, 4, 5, 6 
və s.) olur. Bölgülərin ardıcıllığı, biri-birini əvəz etməsində 
dövrilik olmur, bəzi istisnalarla bu ardıcıllıq sərbəst olur. 
Deyilişin normal səsləndiyi hallarda sözlər bölgülərdə 
parçalana bilər. Qafiyələnmə var və bölgülərin, həmçinin 
misraların sonunda gəlməsi şərtiylə sərbəstdir.  
Bu növə aid aşağıdakı misalda şeir yalnız 4 və 3-
hecalı bölgülərdən ibarətdir: 
 
Uçun, uçun/4 
            Xəyaldakı/4 zirvələrdən/4 atlanın/3 
                  Tələbələ/4/rim mənim/3. 
Bu gün mənə/4 güvəndiniz/4 
                   Sabah sizə/4 güvənim/3. 
Bu gün önüm/4/dəsiniz/3, 
Sabah isə/4  ayaq açıb/4 
                gəzən şirin/4  sözlərim/3... 
Vətənimə/4 səpələnmiş/4  
                  mənim dan ul/4/duzlarım/3... 
Mən öyrədən/4, 
Siz öyrənən/4, 
Zaman keçir/4, yer dəyişir/4 
Bu müqəddəs/4 dövrədə/3... 


 
73
Bu dünyanı/4 öyrənmişəm/4  
             Mən öyrədə/4-öyrədə/3... 
Mənə heç vaxt/4 yad olmadı/4  
Sevinciniz/4, 
Qəminiz/3.  
Xəyallarla/4 nəfəs alan/4  
cavanlıq a/4/ləminiz/3. 
Hissinizə/4, duyğunuza/4   
                       dola-dola/4 
Sizin ilə/4 addımladım/4  
                       qol-qola/3... 
                         B.Vahabzadə 
 
Bu  şeirdə bölgülərin ardıcıllığındakı özəllik ondan 
ibarətdir ki, burada 3-lük bölgülər həmişə misranın sonun-
da gəlir.   
Fərqli bölgülü, qafiyəli sərbəst  şeirin  6 və 5-hecalı 
bölgülərdən ibarət variantına da rast gəlmək olar: 
 
Anamı dəfn etdik/6 
Töküldü dən-dən/5 
Gözümün yaşı/5, 
Həmin gün məzarın/6 baş tərəfindən/5 
Anamın yerinə/6 qalxdı başdaşı/5. 
Anamın əvəzi/6 başdaşı oldu/5 
Kölgəsi özüylə/6 yanı oldu/5. 
 
Öldümü? 
Elə bil/6 o, yoxmuş əsla/5, 
Daşların üstdəki/6 neçə yazıyla/5 
seçilir insan/5 
başqalarından/5. 
                  B.Vahabzadə 
 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə