“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 
103
...Beyrək gedəli Bambam təpə başına çıxdınmı, qız?! 
Qarılatıb dörd yanına baxdınmı, qız?.. 
 
...Mərə Əzrayıl, aman 
Tanrının birliyinə yoxdur güman... 
 
...Ucalardan ucasan! 
Kimsə bilməz necəsən!.. 
 
...Ey qırx eşim, qırx yoldaşım, 
Qurban olsun sizə mənim başım... 
 
Lakin bir çox parçaların (“bəndlər” də deyə bilərik) 
son iki misrası bir qayda olaraq “mənə” və “sənə” (“maña” 
və “saña”) sözləri ilə bitməklə qafiyələnir. Bunu da 
sonradan formalaşmış bir çox şeir  şəkillərində (qoşma, 
gəraylı, müxəmməs, divani və s.) bəndlərin sonunun eyni 
qafiyə, rədif və ya misra ilə bit-məsi xüsusiyyətinin  ibtidai 
forması kimi qəbul etmək olar.  
Bütün bu əlamətləri praktiki müşahidə etmək üçün 
Kitabi-Dədə Qorqud mətnlərindən misallara baxaq.  
Bölgülü misraların çoxluq təşkil etdiyi parça (bölgü-
lərin müşahidə olunmadığı misralar kursivlə verilmişdir
səğir [n] səsi “ñ” kimi göstərilmişdir):  
 
Allah-Allah/4 deməyincə/4 işlər oñmaz/4. 
Qadir Tañrı/4 verməyincə/4 ər bayımaz/4. 
Əzəldən yazılmasa/7, qul başına/4 qəza gəlməz/4. 
Əcəl vədə/4 irməyincə/4 kimsə ölıməz/4. 
Ölən adam dirilməz/7. 
Çıxan can gerü gəlməz/7. 
Bir yigidin qara dağ yumrısınca malı olsa, 
                       yiğar-dərər/4 tələb eylər/4, 
                        nəsibindən/4 artuğın/3 yeyə bilməz/4. 
Ulaşıban/4 sular daşsa/4 dəniz olmaz/4. 
Təkəbbürlük/4 eyləyəni/4 Tañrı sevməz/4. 


 
104
Köñlün uca/4 tutan ərdə/4 dövlət olmaz/4. 
Yad oğulu/4 saxlamaqla/4 oğul olmaz/4, - 
              böyüyüəndə/4 salur gedər/4, gördüm deməz/4. 
Kül təpəcik olmaz. 
Güyəgü oğul olmaz. 
Qara eşşək/4 başına/3 uyan ursan/4, qatır olmaz/4. 
Qaravaşa/4 don geyirsəñ/4 qadın olmaz/4. 
Yapa-yapa/4 qarlar yağsa/4, yaza qalımaz/4, 
Yapağlu gögcə çəmən güzə qalmaz. 
Əski panbuq bez olmaz/7. 
Qarı düşmən dost olmaz/7. 
Qarağuca/4 qıymayınca/4 yol alınmaz/4. 
Qara polad/4 uz qılıcı/4 çalmayınca/4 qırım dönməz/4...   
                                           75, səh.-19-20. 
 
Aşağıdakı parçada da bölgülü misralar daha çoxdur: 
 
Oğul, oğul/4, ay oğul/3,  
Mənim ünüm añla, sözüm diñlə! 
Ol kafiriñ/4 üçün atıb/4 birin yazmaz/4 oxçusu olur/5, 
“Hı” demədin/4 başlar kəsən/4 cəlladı olur/5,  
Adam ətin/4 yaxnı qılan/4 aşbazı olur/5. 
Sən varası/4 kafir deyil/4, 
Qalxıbanı/4 yerimdən mən/4 durayım/3 
Qoñur atıñ/4 belinə mən/4 minəyim/3
Gələn kafir/4 mənimdir mən/4 varayın/3, 
Qara polad/4 üz qılıcım/4 çalayın/3, 
Azğın dinli kafirdir, başların kəsəyin, 
Dönə-dönə/4 savaşayın/4, dönə-dönə/4 çəkişəyin/4. 
Qılıc alıb baş kəsdigim görgil, öyrəngil, 
Qara başıña düşəndə gərəklidir. 
                                            75, səh-82. 
 
Aşağıdakı parçada isə bölgülü və bölgüsüz misrala-
rın sayları eynilik təşkil edir: 


 
105
Qalxıbanı/4 yerindən/3 duran yigit/4! 
Yelisi qara Qazlıq atıın butun minən
Arqubeli/4 ala dağdan/4 dünin aşan/4, 
Axıntılı/4, görklü suyu/4 dəlib keçən/4 
Qəribliyə gələn yatırmı olur? 
Mənciləyin/4 qarusından/4 ağ əllərin/4 bağladıban/4 
                                           doñuz damında yatarmı olur? 
Ağ saqqallı/4 babasını/4, ağ birçəkli/4 anasını/4 
Ağladıban bozladarmı olur? 
Niyə yatırsan, yigit /7? 
Qafil olma/4, görklü başıñ/4 qaldır yigit/4!  
Ala gözüñ/4 açğıl, yigit/4! 
Qadir verən/4 dadlı canıñ/4 uyxu almış/4,! 
Yigit, qarusundan qollarıñı bağlatmağıl!  
Ağ saqqallı babañı, qarıcıq anañı ağlatmağıl, 
Nə yigitsən, Qalın Oğuz elindən gələn yigit?! 
Yaradan haqqıyçün duru gəlgil! 
Dörd yanıñı kafir bağladı, bəlli bilgil!  
                                        75, səh.-151. 
 
Aşağıdakı parçalarda isə bölgüsüz misralar əksəriy-
yət təşkil edir: 
 
A bəy baba/4, eşidirəm/4. 
Amma ərafatda erkək quzu qurban üçün 
Baba oğul qazanır ad üçün, 
Oğul da qılıc quşanar baba qeyrətiyçün. 
Mənim də başım qurban olsun  səniñçün! 
                                         75, səh.-82, 
 
Oğul, oğul/4, ay oğul/3,  
Yağıya girib baş kəsmədiñ,  
Adam öldürüb qan tökmədiñ,  
Ala gözlü/4 qırx yigidi/4 boyuña alğıl/5,  
Köksü gözəl/4 qaba dağlar/4 başına çıqğıl/5, 
Mənim savaşdığım, mənim dögüşdügüm


 
106
Mənim çəkişdigim, mənim qılıclaşdığım 
                                               görgil, ögrəngil! 
Və həm bizə pusu olğıl, oğul! 
                                        75, səh.-82-83. 
 
Mərə Əzrayıl, aman/7! 
Tañrınıñ birliginə yoxdur güman! 
Mən səni böylə bilməz idim. 
Oğurılayın can aldığıñ duymaz idim. 
Dügməsi böyük bizim dağlarımız olur, 
Ol dağlarumızda bağlarımız olur, 
Ol bağlarıñ qara salxumları, üzümi olur. 
Ol üzümi sıxırlar, al şərabı olur., 
Ol şərabdan içən əsrük olur. 
Şərabluydım/4, duymadım/3, 
                           Nə söylədim/4, bilmədim/3, 
Bəgligə usanmadım/7, yigitligə doymadım/7.  
Canım alma, Əzrayıl, mədəd! 
                                             75, səh.-97. 
 
Göründüyü kimi bu dövrdə dördlük, qismən də üçlük  
bölgülər kifayət qədər inkişaf etmişdir.  Fikrimizcə, belə 
sabit bölgülənmə musiqinin təsirindən yarana bilməz-
di. Ehtimal etmək olar ki, bu mətnlər tam ritmik musi-
qi üzərində oxunmamış, simli alətin musiqisi altında 
əsasən  şeir deyilişi  şəklində söylənmişdir ki, bu da 
sabit şeir bölgülərinin formalaşmasına səbəb olmuş-
dur. Yəni şeir demə musiqidən qismən ayrı olmuşdur 
(və ya artıq ayrılmışdır). Çox güman ki, müasir aşıqların 
da şeirləri ritmik hava üstündə oxuduqdan sonra şeir kimi 
təkrarlaması, həmçinin müasir dövrdə  şeir söyləyənin 
simli alətin həzin musiqisi ilə müşayiət olunması ənənəsi 
məhz qədim ənənələrin qalığıdır. 
Türk  şeirində heca vəzninin formalaşmasını  nə-
zəri cəhətdən müəyyənləşdirmək mümkün olsa da


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə