“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 
86
Klassik və müasir müəllif ədəbiyyatında, xüsusən də aşıq 
yaradıcılığında geniş yayılmışdır. Klassik aşıq havalarının 
xeyli hissəsi məhz bu şəkil üzərindədir.  
Gəraylı  şəklində, əruz vəznində (həzəc-3 qəlibində) 
yazılmış şeirə misal kimi S.Vurğunun M.Füzulinin “Usan-
mazmı” qəzəlinə  nəzirə yazdığı coxbəndli “Füzulinin 
dərdi” şeirini misal göstərmək olar: 
 
Sən ey sevdalı sən’ətkar, 
Səsində min sikayət var. 
Duyanlar hər zaman ağlar
Desəm, bir böhtan olmazmı? 
 
…Xəyalə qərq olub hərdən, 
Zəhərləndin küləklərdən... 
O qansız, daş ürəklərdən 
Könül rəncidə qalmazmı? 
 
Nə odlar görmüsən bilsən, 
Əzəldən aşiq oldun sən, 
Böyük ruhunla bir türksən
Muradın şəmi yanmazmı? 
 
…Nədir Leyli, nədir Məcnun? 
Nədir aşiq, nədir məftun? 
Gəzirsən daima məhzun. 
Sınıq qəlbin - sınıq sazmı? 
 
Yıxılmış gördüyun dövran, 
Dəyişmiş, başqadır insan, 
Azərbaycan, Azərbaycan, 
Böyük dahilərin azmı?... 
                          S. Vurğun 
 


 
87
Qoşma.  Misrası 11-hecalı, qafiyə quruluşu  abab 
(bəzən abcb) cccb, çççb və s. kimi olan, 3 və daha çox 4-
misralı  bəndlərdən ibarət  şeir  şəkidir (janrıdır). Bəzən 
birinci bəndin misralarının qafiyələnmə qaydası sonrakı 
bəndlərdəki kimi olur. Əsasən heca vəznində, bəzən də 
əruz vəznində yazılır. Klassik və müasir müəllif ədəbiyya-
tında geniş yayılmışdır. Aşıq yaradıcılığında isə ən geniş 
yayılmış  şeir  şəklidir. Klassik aşıq havalarının böyük 
qismı məhz bu şəkil uzərindədir. Ümumiyyətlə, ritmik aşıq 
havaları əsasən qoşma və gəraylı üzərində olur. 
Qoşma şəklində, əruz vəznində (həzəc-2 qəlibində) 
yazılmış şeirə misal:  
 
Aya, Nəvvab(ı) valayi-süxəndan, 
Yetişdi naməniz dilşad(ı) oldum. 
Qəmü dərdim firavan idi, amma 
Behəmdullah kenun azad(ı) oldum. 
 
Sərasər şeriniz əzruyi-hikmət, 
Qamu məzmunları mehrü-məhəbbət, 
Möyübbə rəhmətü ədvanə zillət, 
Bu şirin ləhcəyə mötad(ı) oldum. 
 
Sizə lütfi-xuda olsun müraqib
Əta qılsun dəxi əla məratib, 
Yenə bədxahə gər əşhabi-saqib, 
Xarab olsam da gər abad(ı) oldum. 
 
Qəmi-əyyamidən çox natəvanəm 
Əliləm, naxoşam, əfsurdə canəm, 
Bu təsildən özüm də bədgümanəm 
Məgər kuhi-qəmə Fərhad(ı) oldum. 
 
 
 


 
88
Unutma sən duadan Natəvanı, 
Əlilü naxoşu əfsurdə-canı, 
Cənabından səva yoxdur gümanı, 
Əgər yaddan çıxam bərbad(ı) oldum. 
                                     X.B.Nətavan 
 
M.Ə.Sabirin məşhur “Tək səbir”  şeirini də qoşma 
şəklində,  əruz vəznində (səri-1 qəlibində) yazılmış  şeirə 
misal göstərmək olar.  
Qəzəl. Qafiyələnmə qaydası  aa, ba, ca  və s. şək-
lində olan, 3 və daha artıq beytdən ibarət  şeir  şəklidir 
(janrıdır). Misraları adətən uzun (14÷16-hecalı) olur. 
Lakin 1011-hecalı  qəzəllərə  də rast gəlmək olar. Əsa-
sən əruz, bəzən də heca vəznində yazılır. Klassik ədəbiy-
yatda çox geniş istifadə olunmuşdur. 
Heca vəznində yazılmış qəzələ misal: 
 
Dünyamızda nə qansız, nə nadan şöhrət tapar, 
Nə tüfeyli, nə yaltaq, nə filan şöhrət tapar. 
 
Zəhməti, məbəbbəti vətənə rövnəq verən 
Könlü arzular dolu mərd insan şöhrət tapar. 
 
Darda vətən yolunda, şirin canından keçən 
Alnı açıq, üzü ağ qəhrəman şöhrət tapar. 
 
Kim ki andını pozmaz, süngülər arasında, 
Adı olar dillərdə bir dastan, şöhrət tapar. 
 
Nə dükanda satılır şöhrət, nə də bazarda, 
Millətinin qəlbinə yol tapan şöhrət tapar. 
 
Yarı yolda qalmasa, qələmi kütləşməsə 
Mahnısı al bayraqlı Süleyman şöhrət tapar.                                
                                                    S.Rüstəm 


 
89
Qəsidə. Qafiyələnmə qaydası  və misraların uzun-
luğu qəzəldəki kimidir. Qəzəldən fərqi isə ondan ibarətdir 
ki, burada beytlərin sayı daha çox (adətən 15-dən yuxarı) 
olur. Həmçinin müxtəlif məzmunlarda ola bilir. Qəsidənin 
məzmununa görə müxtəlif növləri var: Minacat  – Allahın 
tərifi, Nət  peyğəmbərin tərifi, Fəxriyyə – şairin özünütə-
rifi, Mədhiyyə – dövlət xadimlərinin tərifi, Mərsiyə – faciəvi 
şəkildə həlak olmuş şəxslərə (din şəhidlərinə və s.) yazıl-
mış matəm xarakteri qəsidədir. Janr kimi qəbul olunan bu 
şeir  şəklindən klassik əruzvəznli  ədəbiyyatda geniş isti-
fadə olunmuşdur. 
Qitə. Qafiyə quruluşu ab, cb, çb və s. şəklində olan, 
3 və daha artıq beytdən ibarət, ictimai-siyasi məzmunlu 
şeir  şəklidir (janrıdır). Misraları adətən uzun (14÷16-
hecalı) olur. Bir qayda olaraq əruz vəznində yazılır.  
Mürəbbe. Qafiyə quruluşu  aaaa bbba ccca və s. 
kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir 
şəklidir (janrıdır). Əsasən əruz vəznində yazılır. Misraları 
adətən 14÷16-hecalı olur. Əsasən klassik ədəbiyyata xas 
şeir şəklidir. 
Divani. Qafiyə quruluşu aaba bbba, ccca və s. kimi 
olan, 3 və daha çox 4-misralı  bəndlərdən ibarət  şeir 
şəklidir. Misraları adətən 15-hecalı olur və heca vəznində 
yazılır. “Mürəbbe”  şəklinə yaxın olan bu şəkil aşıq 
yaradıcılığına xasdır. Eyni adlı aşıq havası üstündə oxu-
nur. Bu aşıq havasının musiqisi əsasən bəhrsizdir.  
Müxəmməs. Qafiyə quruluşu  aaaaa bbbba, cccca 
və s. kimi olan, 3 və daha çox 5-misralı bəndlərdən ibarət 
şeir şəklidir. Həm əruz, həm də heca vəznində ola bilər. 
Misraları adətən uzun (14÷16-hecalı) olur. Bu şeir  şəkli 
də klassik müəllif ədəbiyyatda, o cümlədən aşıq yaradıcı-
lığında geniş yayılmışdır. Aşıq yaradıcılığında müxəm-
məslər adətən 16-hecalı olur və 8-liklərə ayrılaraq eyni 
adlı ritmik aşıq havası üstündə oxunur. 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə