“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə21/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 
82
Başımın üstündə кişnəyib 
Yarışan buludlar! 
Bəziniz çoх кəsif, 
Bəziniz pəк хəfif 
Buludlar, еy dolğun qədəhlər
Göylərin ovcunda bir yеl əsincə titrər
Əsərsiniz 
Nədən siz
Sizi ruzgarmı çaldı, onunçunmu soldunuz
Onunçunmu dəyişdiniz, darmadağın oldunuz
Qaçdınız ağlaya-ağlaya
Döndünüz bir şəffaf parçaya
 
Bəziniz çoх yunul еfir qanadlı
Bəziniz paslanmış dəmir qanadlı, 
Nə bu qədər göy üzündə gəzərsiniz
Özünüzdən çıхan zaman
İzinizdən çıхan zaman 
Həqiqətən sеvgilimə bənzərsiniz
                     
Еy coşqun gəncliyim, еy havalı quş, 
Oхuduğum şərqi dinlənməz olmuş. 
Еy şеir yazmaqla кеçən günlərim, 
Siz кi ən vəfalı günlərimsiniz. 
Baхıb buludlara gülümsəməкçin, 
Sеvgi nəğmələri bəstələməкçin 
Mənə müsaidə vеrərmisiniz? 
 
Çünкi кеyfim кöкdür, damağım çağdır, 
Şimşəк çaхdırmaya mən də hazırım, 
Buludlar başında patlayacaqdır 
Кönlümdə qıvrılan böyüк ildırım 
                                              M.Müşfiq 
 


 
83
Müstəzadlı (ayaqlı)  şeirləri də qarışıq vəznə aid 
etmək olar.  Belə ki, məsələn, əruz və ya heca vəznində 
olan  şeirlərdə istifadə olunan müstəzad (ayaq) misranın 
bütöv yox, son bölgüsünün (və ya bölgülərinin) təkrarıdır. 
Yəni müstəzad hissəciyi bütöv misra yox, əvvəlki misra-
nın son bölgüsü və ya bölgülərindən ibarət qısa misradır. 
Bu isə məhz sərbəst şeirə (bölgülü, qafiyəli sərbəst şeirə) 
məxsus olan xüsusiyyətdir. Bu baxımdan müstəzadlı – 
ayaqlı  şeiri adi şeirdən sərbəst  şeirə keçid kimi də qiy-
mətləndirmək olar. Müstəzad hissəciyi adətən özündən 
əvvəlki bütöv misra ilə və ya özündən əvvəlki müstəzadla 
qafiyələnir.  
Müstəzadlı (ayaqlı)  şeirin müxtəlif variantlarına mi-
sallar: 
 
Bir çarşıda dörd dərvişə uğradım, 
Dördü bir-biriylə еylər ixtilat. 
Dördünün də dili ayrı, dini bir, 
İki də biz onlar ilə şеş cahat, 
Əsli-kainat. 
 
Bir şəhrində gördüm padişahını, 
Qulun, yasovulun, hər dəsgahını, 
Üç yüz altmış altı xoş süpahını, 
Onlar bir kişidən istədi sursat, 
Xoş çəkir səffat. 
 
Altı, səkkiz, doqquz idi binası, 
Otuz calalı var, bəyaz sinəsi, 
Altı min altı yüz məddi-mənası, 
Ərəb idi, əcəm idi, türkü tat, 
Bir ismə fəryad. 
 
 
 


 
84
Altıdan qırxadək sərgərdanıdı, 
İki yüz otuzda özün tanıdı. 
Altı min altı yüz pasibanıdı, 
Kimi “ya hu” çəkir, kimi – “əssəlat”, 
Kim istər nicat. 
 
İki dərya xoş görünmür gözünə
İki qırx dörd çıxmaz ərin dizinə. 
Bu Xəstə Qasımın şərən sözünə 
Alim, molla, müctəhidlər qaldı mat, 
Tapmadı kəlmat. 
                           Xəstə Qasım 
 
Bilməm nə görübdür bizim oğlan oxumaqdan?  
Dəng oldu qulağım.  
Jurnal, qəzetə, hərzəvü hədyan oxumaqdan 
İncəldi uşağım.  
...Bəsdir oxudun, az qala canın tələf oldu, 
Bu kardən əl çək!  
Yazmaq, oxumaq, başına əngəl-kələf oldu, 
Əş’ardən əl çək!  
Min elm oxuyub söz biləsən hörmətin olmaz 
Bu dari-cahanda;  
Söz bəhrinə gövhər olasan qiymətin olmaz 
Xasə bu zamanda.  
Yox, yox, baxıram fıkrinə, səndən oğul olmaz
Canın bəcəhənnəm! 
Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz!  
Mırtılda dəmadəm,  
Qıl elm fərahəm,  
Ol qüssəyə həmdəm;  
Ömrün olacaq kəm;  
Düşmən sənə aləm!.... 
                      M.Ə.Sabir 
 


 
85
 
Şeir şəkilləri 
   
Azərbaycan poeziyasında  əsasən aşağıdakı  şeir 
şəkillərindən istifadə olunur (burada bütün şeir şəkillərinə 
praktiki misallar gətirməyə ehtiyac görmədik və yalnız az 
rast gəlinən xüsusi hallar və izah üçün zəruri olan digər 
hallar üçün misallar göstərmişik): 
Məsnəvi. Misraların cüt-cüt (aa, bb, cc, çç  və s.) 
qafiyələndiyi  şeir  şəklidir. Məsnəvi istənilən uzunluqlu 
misra üzərində qurula, həm heca, həm də əruz vəznində 
yazıla bilər. Bu şeir şəkli nəzmlə yaradılan epik əsərlərdə 
(poemalar, dram əsərləri və s.) daha geniş istifadə olu-
nur. 
Çarpaz qafiyəli  şəkil. Misraları bəndlər üzrə abab, 
cçcç, dede  və s. şəklində qafiyələnən  şeir  şəklidir.  Şeir 
uyğun olaraq 4 misralı  bəndlərə ayrılır. Bəndlərdə 1-ci 
misra ilə 3-cü misra qafiyələnməyə də bilər. Bu hal məz-
munun daha gözəl olmasına imkanını artırır. Bu şəkil də 
istənilən uzunluqlu misra üzərində qurula, həm heca, 
həm də əruz vəznində ola bilər. Müasir müəllif ədəbiyya-
tında çox geniş yayılıb.  
Bayatı. Misrasının uzunluğu 7 heca, qafiyə quruluşu 
aaba kimi olan, 4 misralı, birbəndli  şeir  şəklidir (həm də 
janrdır). Bir qayda olaraq heca vəznində olur. Folkloru-
muzda ən geniş yayılmış şəkildir (janrdır). 
Rübai. Qafiyələnmə qaydası  aaba kimi olan, 4-
misralı, birbəndli  şeir  şəklidir. Misrada heca sayı adətən 
11 və daha çox olur. Həm heca, həm də  əruz vəznində 
yazıla bilər. Daha çox klassik müəllif  ədəbiyyatında isti-
fadə olunmuşdur.     
Gəraylı. Misrası 8-hecalı, qafiyə quruluşu abab (bə-
zən abcb) cccb, çççb  və s. kimi olan, 3 və daha çox 4-
misralı  bəndlərdən ibarət  şeir  şəklidir (janrıdır). Bəzən 
birinci bəndin qafiyələnməsi sonrakı  bəndlərlə eyni olur. 
Əsasən heca vəznində, bəzən də  əruz vəznində yazılır. 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə