“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   26   27   28   29   30   31   32   33   34

 
116
Nurlu tanrılar buyursun 
ipək xasiyyətlim ilə 
birləşərək bir daha ayrılmayaq. 
Qüdrətli mələklər qüvvət versin 
gözü qara ilə 
gülə-gülə oturaq. 
                 (77, s. 111-112
 
Göründüyü kimi bu nümunələr formaca Dədə Qor-
qud  şeirlərinə oxşardır. Belə ki, burada da qafiyələnmə 
əvəzinə eyni söz və ya şəkilçinin təkrarını görürük. Mis-
ralarda heca sayları fərqlidir. Misraların bölgülənməsi isə 
demək olar ki, hiss olunmur. Məhz bölgülənmə baxımın-
dan bu uyğur şeir mətnləri Dədə Qorqud şeirlərindən geri 
qalır.  Lakin həmin uyğur  şeirlərinin qələmə alındığı 
VIII  əsrdə heca vəzninə daha yaxın  şeirin paralel 
şəkildə mövcud olub-olmadığı qaranlıq qalır. 
Qədim folklorumuzun tədqiqatçısı Bəxtiyar Tuncaya 
görə uyğur abidələrində mühafizə olunmuş aşağıdakı şeir 
nümunəsi məhz III əsrdə yaşamış  şair, mütəfəkkir, din 
yaradıcısı Maninin qələminə məxsusdur:  
 
1.Tüzün bilqə kişilər, tiriləlim, 
Tenqrininq bitiqin biz işidəlim. 
Tört iliq tenqrilərkə tapınalım,  
Tört uluğ emqəkdə kurtulalım. 
5.Tört iliq tenqrilərdə tanığmalar, 
Tenqri nomın todağmalar. 
Tünəriq yeklərkə tapunuğmalar, 
Tümənliq irinçü kılığmalar 
10.Tüpintə ol ukma ölməki bar, 
Tünəriq tamuka tüşməki bar.     
Tümənliq yeklər kelir tiyür, 
Tumanlıq yeklər ayar tiyür 
15.Tünəriq tünçülə basar tiyür 
Tunumluğ teqir tiyur 


 
117
Tönq özə olurup tültürür tiyur 
Tanmış üzütlər taşıkar tiyür... 
 
Tərcüməsi: 
1.Əsil müdrik insanlar, toplanaq,, 
Tanrının kitabını dinləyək, 
Dörd haki9m tanrıya tapınaq,  
Dörd böyük əzabdan qurtulaq. 
5.Dörd hakim tanrını inkar edənlər, 
Tanrı sözünə qiymət verməyənlər. 
Qaranlıq şeytanlara tapınanlar 
On minlərlə günah işləyənlərə  
10.Sonunda insanın yenə bu ölməyi var. 
    Qaranlıq cəhənnəmə düşməyi var 
  
  Dumanlı şeytanlar işini görür, deyirlər 
15.Qaranlıq gecə kimi üzərinə çökər deyirlər, 
     Sıxıntı içinə düşər, deyirlər. 
Köksünə oturaraq dəlik-deşik edər, deyirlər. 
İnkar edən ruhlar bayıra çıxar deyirlər... 
                                                 (77, s. 112) 
 
Bu şeir parçasını həqiqətən III əsr Azərbaycan şeiri 
nümunəsi kimi qəbul etsək, bu nümunəyə  əsasən Azər-
baycanda o dövrün şeir vəzni haqqında müəyyən təsəv-
vür yaratmaq olar. Maraqlıdır ki, nümunə “maniçi” poezi-
yanın digər nümunələri ilə, hətta Dədə Qorqud şeirləri ilə 
müqayisədə heca vəzninin 11-hecalı variantına daha 
yaxın olması ilə seçilir. Belə ki, burada, misralardakı heca 
sayları Dədə Qorqud şeirlərinə nisbətən daha az fərqlənir 
və 11 hecaya yaxın ətrafda dəyişir. Deməli bu gün müəllif 
ədəbiyyatında heca vəzninin  ən çox istifadə olunan 11-
hecalı ölçüsünə yaxınlaşma artıq həmin dövrdə baş 
vermişdir. Lakin bu nümunə bölgülənmə baxımından 
Dədə Qorqud şeirlərindən geri qalır. Belə ki, burada Dədə 
Qorqud şeirlərindən fərqli olaraq bölgülənmə his olunmur.  


 
118
Qafiyələnməyə gəldikdə bu şeir nümunəsində Dədə 
Qorqud  şeirlərində olduğu kimi qafiyələnmə  hələ forma-
laşmamış, qafiyə yerində qrammatik paralellər dayanmış-
dır. Lakin misraların əvvəlində “t” samiti əsasında allitera-
siyanın (səs təkrarının) şahidi oluruq. 
Göründüyü kimi mövcud yazılı  mənbələr hələlik  
ümumtürk şeirinin, xüsusən Azərbaycan-türk şeirinin 
inkişaf yolunu xronoloji olaraq izləmək üçün yetərli 
deyil.  
Ərəb və fars şeirində isə sillabik vəznə aid edilə 
biləcək nümunələrin eramızın əvvəllərində (təxminən III-V 
əsrlər) artıq mövcud olduğu qeyd edilir. Yunan şeirindəki 
“stopa”ları metro-ritmik vahid kimi qəbul etsək yunanlarda 
nəinki sillabik, hətta metro-ritmik vəznin eradan əvvəl 
artıq mövcud olduğunu deyə bilərik. Ehtimal etmək olar 
ki,  ərəblər və farslarla eyni dövrdə Azərbaycan-türk  şei-
rində  də sillabik vəzn formalaşmışdır, sadəcə olaraq ya-
zılı şəkildə bu günə gəlib çıxmamışdır. Ümumşərq mədə-
ni inkişafı baxımından da bu ehtimal böyükdür
.
 
Çoxsaylı sadə və mürəkkəb şeir şəkillərinin (sərbəst 
şəkil istisna olmaqla) yaranmasına gəldikdə bu həlli daha 
çətin olan məsələdir. Həmin  şeir  şəkillləri çox güman ki
sillabik vəzn və qafiyə formalaşdıqdan sonra yaranmışdır. 
Şərq xalqlarında  əsasən biri-birinə oxşar  şeir  şəkilllərin-
dən istifadə edilir. Bu şeir  şəkilllərində  (ən sadə  şeir 
şəkilləri – bayatı, rübai və s. istisna olmaqla) şeir yazmaq 
xüsusi  şüurlu fəaliyyət tələb edir. Şəkillərin isə kim 
tərəfindən, necə yaradılması  məlum deyil. Ona görə  də 
ümumilikdə xalq yaradıcılığna aid etmək olar. 
 
 
 
 
 
 


 
119
Şeir formalarının məhdudiyyətləri 
və funksiyaları 
 
Məlumdur ki, vəznin və  şəklin qaydaları (misranın 
heca sayının sabitliyi və bölgülənməsi, qafiyələnmə, 
bəndlərdə rədif, ritmik ardıcıllığın gözlənilməsi və s.)  şeir 
yazmaqda,  şeirdə fikri ifadə etməkdə müəyyən məhdu-
diyyətlər yaradır. Bu məhdudiyyətlər şeir formalarının sa-
dəsindən mürəkkəbinə doğru daha da artır. Bunun nəti-
cəsində  şeirdə forma qaydalarını  təmin etmək xatirinə 
yazılmış parçalar (qafiyə xatirinə istifadə olunan sözlər və 
misralar, rədif xatirinə yaradılan bəndlər, heca sayını 
tamamlamaq üçün artırılan ifadələr, əcnəbi sözlərdən və 
ləhcə elementlərindən məqsədli istifadə  və s.) mövcud 
olur. Bu hal ən məhdudiyyətsiz  şeir forması – bölgüsüz, 
qafiyəsiz sərbəst  şeir istisna olmaqla qalan bütün şeir 
formalarında bu və ya digər dərəcədə qaçılmazdır. Han-
sısa şairin nə xüsusi istedadı, nə “vergi”si bu halların qar-
şısını ala bilməz, istənilən müəllifin şeirlərində bu hallara 
rast gəlinir. Lakin, əgər misraların öz mənası, misralar 
arasında məna  əlaqəsi, məntiqi fikir ardıcıllığı, bənd-
lərarası  məna  əlaqəsi,  şeirdə ümumi ideya, vahid 
məzmun saxlanılarsa şeirin forma qaydalarını (qafiyə, 
heca sayı, bölgü və s.) təmin etmək xatirinə yazılmış 
parçalar qüsur kimi yox, tam normal qəbul olunma-
lıdir.  Yox,  əgər  forma qaydalarını  təmin etmək xatirinə 
yazılmış parçalar mənasız (və ya mənasının mətləbə 
dəxli olmayan) parçalara, misralararası  və  bəndləra-
rası  məna  əlaqəsinin olmamasılna, məntiqi fikir ardı-
cıllığının pozulmasına, şeirdə ümumi ideyanın və va-
hid məzmunun itməsinə  gətirib çıxararsa, yazılı  ədə-
biyyatda bu böyük qüsur kimi qəbul olunmalıdır.  
Lakin  şifahi  ədəbiyyat (xalq və müəllif) nümunələ-
rində (bayatılar, aşıq  şeirləri, bədahətən  şeir demə  və 
deyişmə, meyxana və s.) bu kimi hallar məqbuldur. Çünki 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə