“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   26   27   28   29   30   31   32   33   34

 
132
və geniş yayıldığından xalq dilində ad da verilmişdir. Bu 
ritmik vahid əsasən nağara ritmi kimi istifadə olunur və 
müşayiət etdiyi musiqinin müxtəlif ritmik dördlükləri 
(əsasən  dahda-dadah,  dadah-dadah  və s.) ilə  uyğunlaşır. 
Həmçinin bu ritmik vahidə digər instrumental musiqi 
parçalarında da rast gəlinir. 
2. Dahda-dadah.  X.İ.Əhməd sistemindəki  müfilün 
təfiləsi ilə eynidir. Nəinki Azərbaycan xalq musiqisində, 
həmçinin Şərq və Qafqaz xalqlarının musiqisində həddən 
artıq geniş yayılmışdır.  Əksər oyun havalarında rast 
gəlinir. 
 3.  Dadah-dadah.  X.İ.Əhməd sistemindəki  fA’ilün 
təfiləsi ilə eynidir. Xalq musiqimizdə, o cümldən aşıq 
havalarında (“Cəlili”, “Şahsevəni” və s.) çox rast gəlinir. 
4. Dada-dahdah.  X.İ.Əhməd sistemindəki  fə’ilAtün 
təfiləsi ilə eynidir. Xalq musiqimizdə, xüsusən aşıq 
havalarında (“Dübeyti”, “Gəraylı”, “Cəngi” və s.) rast gəli-
nir.  
5. Dadah-dahdah. X.İ.Əhməd sistemindəki məfA’İlün 
təfiləsi ilə eynidir. Xalq musiqimizdə, o cümlədən aşıq 
havalarında (“Azaflı dübeytisi”, “Çox keçmişəm bu dağ-
lardan” və s.)  rast gəlinir. 
5.  Dahdada-dahdah. X.İ.Əhməd sistemindəki  ftə’-
ilAtün təfiləsi ilə eynidir. Həm nağara ritmlərində, həm də 
digər xalq musiqisi nümunələrində (“Yallı”, “Cəngi” və s.) 
rast gəlinir. 
6.  Dadahda-dahdah.  X.İ.Əhməd sistemindəki  fA’-
ilAtün  təfiləsi ilə eynidir. Bu ritmik vahid də  həm nağara 
ritmlərində, həm də digər xalq musiqisi nümunələrində 
(“Dilqəmi” aşıq havası və s.) rast gəlinir. 
7. Dada-dadah. Xalq musiqimizin, xüsusən aşıq hava-
larının  (“Müxəmməs”, “Şahsevəni” və s.) instrumental 
variantında rast gəlinir. 
Bunlardan başqa, dadadah, dadahdah, dahdadah kimi 
sadə üçhecalı ritmik vahidlər də var ki, bunları xüsusi 


 
133
qeyd etməyə ehtiyac görmürük. Çünki, bu kimi ritmik 
vahidlər həddən artıq sadə  və  qısa olduğundan onlara 
demək olar ki, bütün xalqların müsiqisində rast gəlmək 
olar. 
Qeyd etdiyimiz ritmik vahidlərin təkrarı  və ya müx-
təlif kombinasiyaları, improvizələri nəticəsində xalq 
musiqisi nümunələrinin müəyyən parçaları formalaşır. 
Məsələn,  Dada-dadah dahda-dadah  ritmik qəlibinə    “Mü-
xəmməs”, “Sarıtel” və b. aşıq havalarının  instrumental 
parçalarında rast gəlinir.  Dada-dahdah dahdada-dahdah 
ritmik qəlibi “Cəngi” havasının əsas parçalarından biridir. 
“Qıtqılıda” xalq oyun havasının  əsas parçasının ritmik 
quruluşu məhz dadah-dadah dahda-dadah (əruzun rəcəz-5 
qəlibi ilə eynidir)  qəlibi üzərindədir.  Dahdada dahdada 
dahdada dah (və ya dahda-dadah  dadadah  dadada)  qəlibi  
“Ruhani”, “Qarabağ şikəstəsi” və bir çox digər xalq musi-
qisi nümunələrində rast gəlinir. 
Xalq musiqimizdəki ritmik vahidlərin və  qəliblərinin 
müəyyən olunması  və bu siyahının artırılması üçün 
musiqişünaslıqda xüsusi tədqiqatın aparılmasına ehtiyac 
var. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
134
Nəticələr 
 
Araşdırmadan çıxan nəticələri ümumi şəkildə aşağı-
dakı kimi ifadə etmək olar: 
1. Klassik
 
ərəb və fars qafiyəşünaslığı ərəb qrafika-
sının xüsusiyyətləri əsasında formalaşmışdır. Şeirin əsas 
forma elementlərindən olan qafiyənin müasir ana dilimiz 
və daha dəqiq, sadə  əlifba olan latın qrafikalı müasir 
əlifbamız  əsasında öyrənilməsi isə  fərqli yanaşma tələb 
edir. Bu baxımdan anadilli poeziyamızda klassik, ənənəvi 
qafiyənin səs  əsasını – dayağını  sait-samit  səs cütlüyü, 
az hallarda samit-sait  səs cütlüyü, az və xüsusi hallarda 
isə tək sait (uzanan və ya uzanmayan) təşkil edir. Qafiyə 
lüğətlərinin də  məhz buna uyğun tərtib edilməsi daha 
məqsədəuyğundur. Dayaqdan sonra istənilən uzunluqlu 
eyni şəkilçi və ya rədif gələ bilər. Dayaqdan əvvəl isə eyni 
səs və ya səslərin olması qafiyələnmə üçün vacib deyil. 
Lakin bu hal qafiyələnməni daha da zənginləşməsinə 
səbəb olur.  
Qafiyələnmənin  əsas təsnifatını dayağın xüsusiyyə-
tinə  və qafiyələnən sözlərin quruluşuna görə aparmaq 
məqsədəuyğundur. Sözlərin quruluşuna görə qafiyələn-
mənin aşağıdakı növlərini müəyyən etmək olar: 
1. Söz kökü sonluqlarının qafiyələnməsi 
2. Söz kökü sonluğu ilə şəkilçinin qafiyələnməsi.  
3. Söz kökü sonluğu ilə kök sonluğu-şəkilçi  
birləşməsinin qafiyələnməsi.  
4.  Şəkilçi ilə kök sonluğu-şəkilçi birləşməsinin 
qafiyələnməsi.  
5. Kök sonluğu-şəkilçi birləşmələrinin  qafiyələn-
məsi. 
6. Eyni sonluqlu müxtəlif şəkilçilərin qafiyələnməsi 
2. Şeirşünaslığımızda indiyə qədər vəzn durğusu ilə 
sintaktik durğu arasındakı fərqin nəzərə alınmaması heca 
vəznində yanlış olaraq bölgülərin yalnız bütöv sözlərdn 


 
135
ibarət götürülməsinə  və misraların yanlış bölgülənmə 
variantlarının müəyyən olunmasına gətirib çıxarmışdır. 
Şeirdə vəzn durğusu real, sintaktik durğulardan fərqlənir. 
Yəni vəzn durğusu ani, xəyalı  də ola bilər. Hətta bir 
misrada sintaktik durğu, pauza vəzn durğusundan daha 
böyük ola bilər. Vəzn durğusu sintaksisdən yox, sözlərdə-
ki və misradakı heca sayından, deyilişin ümumi ahəngin-
dən asılıdır. Heca vəznində deyilişin normal səsləndiyi 
hallarda sözlər bölgülərdə parçalana bilər. Şeirşünaslıqda 
bu prinsipin qəbul edilməməsi yanlış olaraq əlavə bölgü-
lənmə qaydalarının (məsələn 8-hecalı şeir üçün 5-3 və 3-
5 bölgülənməsi və s.) qəbul olunmasına səbəb olmuşdur.  
Heca vəznində misralardakı heca sayına uyğun 
mümkün bölgülənmələr bunlardır:  4-hecalı üçün – 2-2; 5-
hecalı üçün – 2-2-1 (o cümlədən 2-3) və 3-2; 6-hecalı 
üçün – 3-3 və 2-2-2 (o cümlədən 2-4 və 4-2); 7-hecalı 
üçün – 4-3, bəzən də 3-4; 8-hecalı üçün – 4-4; 9-hecalı 
üçün – 3-3-3 və 4-5 (nəzəri); 10-hecalı üçün – 5-5, şərti 
olaraq 6-4 və 4-6; 11-hecalı üçün – 6-5 və 4-4-3; 12-
hecalı üçün – 4-4-4, 6-6 və 7-5; 13-hecalı üçün – 4-4-5 və 
6-7 (nəzəri); 14-hecalı üçün – 7-7; 15-hecalı üçün – 8-7, 
bəzən də 7-8,
 
o cümlədən 4-4-4-3, 4-3-4-4 və 3-4-4-4; 
16-hecalı üçün – 8-8.  
3.  İndiyədək heca vəzninin ritm məsələsi (ritmik 
xüsusiyyəti) yalnız bölgülər və heca sayı baxımından 
araşdırılmışdır. Başqa sözlə, heca vəzninin ritmik xüsu-
siyyətinin yalnız bölgülənmə və heca sayı ilə bağlı olduğu 
zənn edilmişdir. Halbuki, bu vəznin ritmik xüsusiyyətinin 
məhz uzun və qısa hecalar  (metro-ritmik) baxımından da 
araşdırılmasına ehtiyac vardır. Yəni heca vəzni uzun və 
qısa hecalar baxımından da müəyyən qanunauyğunluqla-
ra (qaydalara) malikdir. Əruz vəznində uzun və  qısa 
hecaların dəyişməz ardıcıllığı tələb olunduğu halda, heca 
vəzninin uzun və qısa hecalar baxımından ritmik xüsusiy-
yəti (metro-ritmik xüsusiyyəti) ondan ibarətdir ki, bu vəzn 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə