“Türküstan” kitabxanası Şirvani Ədilli


bu inkişafın hansı  əsrlərdə, hansı  mərhələlərlə baş



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

 
107
bu inkişafın hansı  əsrlərdə, hansı  mərhələlərlə baş 
verdiyini öyrənmək xeyli çətinliklər yaradır.  
Tanınmış tədqiqatçı Bəxtiyar Tuncay hələ nəşr olun-
mamış  “Azərbaycan türklərinin islamaqədərki dili və 
ədəbiyyatı”  əsərində  aşağıdakı  şifahi xalq şeiri nümunə-
lərinin eneloit dövrü (6-8 min il öncə) mərasimlərinə aid 
ovsunlar olduğunu qeyd edərək o dövrün ovsun mətnləri-
nin günümüzədək heç dəyişmədən və ya cüzi dəyişiklik-
lərlə gəlib çatmasının mümkün olduğunu qeyd edir:   
 
"Daş başım/3, 
Yaş başım/3, 
Yaş oldu/3  
Üst-başım/3." 
 
 “Suda daşım/4, 
Baba daşım/4, 
Gələr, getməz/4 
Yağışım/3. 
 
Suda daşım/4, 
Yaş başım/3, 
Yaş oldu/3 
Üst-başım/3.”  
 
 “Qodu daşı/4, 
 Odu daşı/4, 
 Qodu kəssin/4  
Yağışı/3.” 
 
“Budu daşı/4, 
Buludların/4 
Kudu daşı/4, 
Bişirmişəm/4 
Xəmiraşı/4.” 
 


 
108
Qonaq gəlsin/4  
Godu başı/4,                        
Gətirsin/3                           Qonaq gəlsin godu başı/8, 
Qızıl günü/4     və ya:      Gətirsin qızıl günü/7. 
Aparsın/3                           Aparsın yağışı/6 
Yağışı/3. 
 
Bu nümunələri forma baxımından mənzum xalq de-
yimi nümunələri (o cümlədən S.P.Pirsultanlının toplayıb 
tədqiqata cəlb etdiyi nümunələr  (səh.-94-98) ilə eyni 
kateqoriyaya aid edə bilərik. Belə ki, bu nümunələr də 
qafiyəlidir, eyni zamanda 3 və 4, 6, 7 və 8-hecalı mis-
ralardan ibarətdir. Misralarında heca saylarının bərabərli-
yinin gözləndiyi və gözlənmədiyi bəndlər var. Yəni, bu 
nümunələri də heca vəzninin müəyyən ünsürlərinə malik 
(heca vəzninəqədərki) qafiyəli sərbəst şeir nümunələrinə 
aid etmək olar.  
Burada bizi düşündürən  əsas sual ondan ibarətdir 
ki, əgər doğrudan da minilliklər öncə belə qafiyəli və heca 
vəzninə daha yaxın  şeir nümunələri mövcud idisə, bəs 
nəyə görə XI əsrə qədərki yazılı abidələrdə  belə nümu-
nələrə rast gəlinmir?  
Məlumdur ki, ümumtürk yazılı  mənbələrində tarixə 
məlum ilk normal heca vəzni nümunələri Mahmud Kaşğa-
rinin “Divanü Lüğat-it-Türk” (DLT) əsərində (XI əsr) artıq 
mövcuddur. Bu əsərdəki  şeirlərdə 7-hecalı (4-3 bölgülü) 
nümunələr  əksəriyyət təşkil edir. Həmçinin 5, 8 (4-4), 6 
(2-2-2 və 3-3), 11 (7-4 və 4-4-3), 12 (6-6 və 4-4-4) və 14-
hecalı (7-7) nümunələrə də rast gəlinir. Divandakı şeirlər-
də az sayda fərqli hecalı və bölgüsü hiss olunmayan mis-
ralara da rast gəlinir. Misallara baxaq (burada da səğir [n] 
səslərini “ñ” kimi göstərmişik): 
5-hecalı nümunə (sonuncu misra 7-hecalıdır): 
 
 


 
109
Kəldi maña tat 
Aydım: əmdi yat, 
Kuşka bolub ət, 
Səni dilər us böri. 
 
Tərcüməsi: 
Gəldi mənə tat, 
Dedim: indi yat
Quşa olub ət, 
Səni dilər us, börü 
                       72, I c., səh-111. 
 
6-hecalı nümunələr: 
 
Yalvın anıñ közi, (2-2-2) 
Yəlkin anıñ özi, (2-2-2) 
Tolun ayıñ üzi, (2-2-2) 
Yardı məniñ yürək. (2-2-2) 
 
Tərcüməsi: 
Sehrlidir gözü, 
Bir qonaqdır özü, 
Dolunaydır üzü, 
Parçalandı ürəyim. 
              72, IIIc., səh-35-36. 
 
Küçəndi biləgim (3-3) 
Yağudı tiləgim, (3-3)  
Təlindi biligim, (3-3) 
Təgrüp añar çərtilür. (4-3) 
 
Tərcüməsi: 
Gücəndi biləyim, 
Yaxlaşdı diləyim, 
Dəlindi biliyim, 
Dəyib ona yox olur. 
          72, IIc., səh-168-169. 


 
110
Bardı ərən konuk (2-2-2) 
Bulub kutka sakar, (2-2-2) 
Kaldı alığ oyuk (2-2-2) 
Körüb əvni yıkar. (2-2-2) 
 
Tərcüməsi: 
Qonaq görüb bunu 
Qut sayan ərənlər getdi
Oyuq görən kimi 
Evini yıxan pislər qaldı. 
                   72, Ic., səh-385. 
 
7-hecalı nümunələr:  
      
  
Koşnı-konım oğışka 
Kılğıl añar ağırlık
Artut alıp anunğıl 
Ed(h)ü tavar oğurluk 
 
Tərçüməsi: 
Qunum-qonşu oymağa 
Sən qılginən ehtiram 
Hədiyyə al, hazırla 
Gözəl uğurlu ənam 
              72, I.c. səh.175. 
 
Təgmə çiçək öküldi  
Bukuklanip büküldi 
Tügsin tügün tügüldi 
Yazlıp yana yörkəşür. 
 
Tərcüməsi: 
Hər bir çiçək yığıldı 
Qönçələnib büküldü 
Dördkünc düyün düyüldü 
Açılaraq bir-birinə girir 
                72, II.c., səh.280-281. 


 
111
8-hecalı nümunə: 
 
 
Ərən alpı okuştılar, 
Kıñır közün bakıştılar, 
Kamuğ tolmun tokuştılar, 
Kılıç kınka küçün sığdı. 
 
Tərcüməsi: 
Ərlər, alplar çağırışdılar, 
Qızmış gözlə baxışdıar, 
Bütün silahlarla toqquşdular, 
Qılınc qına güclə sığdı. 
                72, I c., səh. 232-233 və 365 
 
11-hecalı nümunələr: 
 
Yağı ərür yalñukuñ nəñi tavar, (7+4 və ya 4-4-3) 
Bilig əri yağısın nəlik sevər? (7+4 və ya 4-4-3) 
 
Tərcüməsi: 
Adamın malı onun düşmənidir 
Ağıllı adam düşmənini niyə sevər? 
72, IIIc., səh. 332. 
 
Köñül kimiñ bolsa kalı yok çığay, (6-5 və ya 4-4-3) 
Kılsa küçün bolmas anı tok, bay. (10 heca, bölgüsüz) 
 
Tərcüməsi: 
Kimin könlü yox-yoxsul olsa 
Onu güclə tox və zəngin etmək olmaz. 
                                      72, III c., səh. 224. 
 
12-hecalı nümunələr: 
 
Oğlum, ögüt alğıl, bilgisizlig kitər, (6-6) 
Talkan kimiñ bolsa, añar pəkməz qatar. (6-6) 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə