“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 
94
ehtimal edilən nümunələrində (atalar sözləri və məsəllər
tapmacalar, ovsunlar və s.) belə, mükəmməl qafiyələrə 
və  hətta heca vəzninin müəyyən elementlərinə  (ənənəvi 
heca sayları  və bölgülər) rast gəlirik. Görkəmli folklor-
şünasımız Sədnik Paşa Pirsultanlı (1928-2013) mindən 
artıq mənzum (qafiyəli) atalar sözü və məsəl nümunəsini 
toplayaraq tədqiqata cəlb etmişdir. Onun topladığı  mən-
zum atalar sözlərindən 316-sı qeyri-bərabər hecalı, 235-i 
7-hecalı, 128-i 5-hecalı, 86-sı 4-hecalı, 83-ü 8-hecalı, 45-i 
6-hecalı, 38-i 9-hecalı, 32-si 3-hecalı, 25-i 11-hecalı, 20-si 
10-hecalı, 9-u 2-hecalı, 7-si 12-hecalı,  6-sı 14-hecalı, 5-i 
13-hecalı, 3-ü 16-hecalı, 2-si 15-hecalıya aid olmuşdur 
(44, s.46).  Əlbəttə, misralarda heca saylarının bərabər 
olması  hələ heca vəzni demək deyil. Heca vəznində 
diləyatımlı bölgülənmə  də olmalıdır. Toplanmış nümunə-
lərdən bu tələblərə uyğun olan və olmayanları var. Lakin 
şifahi xalq deyimlərində bu uyğunluq da təsadüfi xarakter 
daşıya bilər. Çünki, xalq deyimi üçün heca sayının bəra-
bərliyi, bölgü və eləcə  də qafiyə o qədər də vacib olma-
mışdır. Təsadüfi deyil ki, prof. Sədnik Pirsultanlının topla-
dığı qafiyəli xalq deyimlərində  fərqli hecalı nümunələr 
sayca birinci yerdədir. Amma hər halda təsadüfi də olsa 
heca vəzninin  əlamətlərini özündə daşıyan nümunələr 
xalqın yaddaşında sonrakı inkişaf üçün həmin vəznin 
mənşəyi rolunu oynamış ola bilər. 
Aşağıda həmin deyimlərdən mümkün qədər qafiyə-
ləri türk sözlərindən düzəlmiş və heca vəzninin tələblərinə 
uyğun bölgüləri olan nümunələri seçib vermişik (burada 
1-hecalı və sonuncu fərqli hecalı nümunəni biz əlavə et-
mişik, S.P.Pirsultanlının siyahısındakından fərqli variant-
da verdiyimiz nümunələr kursivlə yazılmışdır): 
 
1-hecalı: Toy –  
Doy. 
 


 
95
2-hecalı: Kor, kor, 
Gör, gör. 
 
Yüz ölç, 
Bir biç. 
 
3-hecalı: Az danış, 
              Düz danış. 
 
El  gücü 
Sel gücü. 
 
Gec olsun, 
Güc olsun. 
 
4-hecalı: Gecə qara, 
              Cücə qara. 
  
Üstü bəzək, 
Altı təzək.  
 
5-hecalı: Uşağı buyur, 
               Dalınca yüyür. 
 
Gözəllik ondur, 
Doqquzu dondur. 
 
Gülmə qonşuna, 
Gələr başına. 
 
6-hecalı: Açaram sandığı, 
Tökərəm pambığı. 
 
Bir ayağı burda, 
Bir ayağı gorda. 


 
96
7-hecalı: Al da geysə yaraşır, 
Şal da geysə yaraşır. 
 
Arvadı əri saxlar, 
Pendiri dəri saxlar. 
 
Dama-dama göl olar, 
Göl də daşar sel olar. 
 
Kor nə istər? İki göz, 
Biri əyri, biri düz. 
 
Meymun baxdı güzgüyə, 
Adın qoydu özgüyə. 
 
Yaxşılığa yamanlıq, 
Kor eşşəyə samanlıq. 
 
Nə yoğurdu, nə yapdı, 
Hazırca  kökə  tapdı. 
 
8-hecalı: Usta yanında əl saxla, 
Alim yanında dil saxla. 
 
Çox yemə ağırlıq etsin, 
Az yemə, can əldən getsin. 
 
9-hecalı: Ev gördüm evimə küsəndim
 Ev gördüm evimdən usandım. 
 
10-hecalı: Ölmə eşşəyim, yonca bitincən, 
                         Yonca tökülmə, torba tikincən 
 
 Arvad qohumu ocaq başında, 
 Kişi qohumu çax-çax başında. 


 
97
11-hecalı:  İgid odur, atdan düşə, atlana, 
    İgid odur, hər əzaba qatlana. 
 
    Ağılsız cavanı kirşan aldadar, 
    Sayğısız igidi düşman aldadar. 
 
12-hecalı: Gəlinim paltar yusun, üzü bozarsın, 
              Qızım çörək bişirsin, üzü qızarsın.  
 
13-hecalı:  Alanda necəsən? Bir alıcı quş kimi, 
    Verəndə necəsən? Dəyirmanda daş kimi. 
 
14-hecalı:Mərd ilə yoldaş oldum - dağlar qədər ucaldım, 
           Namərdlə yoldaş oldum - bircə  gündə qocaldım. 
 
15-hecalı: Arxalıya arxa olma, deməsinlər yamaqdır, 
              Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır. 
 
16-hecalı: Gətirəndə: El gətirər, yel gətirər, sel gətirər, 
               İtirəndə: El itirər, yel itirər, sel itirər. 
 
Fərqli hecalılar:  Aldatmasın səni üz gözəlliyi, 
                                 İlanın da var öz gözəlliyi. 
 
Dədəm mənə kor deyib 
Gəlib-gedəni vur deyib 
 
Verdiyi qədəh, 
 O da gödək. 
 
Suyun lal axanı, 
Adamın yerə baxanı. 
 
Sən ağa, mən ağa, 
İnəkləri kim sağa? 


 
98
Sayı çox, 
Sanbalı yox. 
 
Su axar, 
Çuxuru tapar. 
 
Süfrənin yaraşığı qonaqdır, 
Evin yaraşığı uşaqdır. 
 
Soruşan dağ aşar, 
Soruşmayan düzdə çaşar. 
 
Olanda halay, halay, 
Olmayanda halı qolay. 
 
Olmadı elə, 
Oldu belə. 
 
İsinmədik istisinə, 
Kor olduq tüstüsünə. 
 
Qabaqda gedirəm - bic deyirlər, 
Dalda qalıram - gic deyirlər. 
 
Qız olsun, 
Əl-ayağı düz olsun. 
 
Özümə yer eləyim, 
Gör sənə neyləyim. 
 
Ac ölməz, gözü qaralar
Borclu ölməz, rəngi saralar. 
 
Önümüz qovurğa qovurur, 
Arxamız saman sovurur. 


 
99
Müəllif çox doğru olaraq şeirimizin formalaşmasının 
başlanğıcını məhz bu nümunələrdən götürür. Bunu qəbul 
etdikdə şeirin mənşəyini yalnız mahnı ilə əlaqələndirmək 
özünü doğrultmur. Ehtimal etmək olar ki, şeirin mənşəyi 
həm mahnılar həm də  şifahi xalq deyimləri olmuşdur. 
Yuxarıdakı fikrimizə uyğun olaraq deyə bilərik ki, mahnı 
mətnləri  şeir üçün bir söz bazası rolunu oynamışdırsa, 
şifahi deyimlər söz bazası rolunu oynamaqla bərabər 
həm də vəznin və qafiyənin əsasını qoymuşdur. Beləliklə, 
şeir bölgülərinin mənşəyinin musiqi yox, məhz  şifahi 
söyləmə olması fikri bir daha öz təsdiqini tapmış olur. 
Lakin dəyərli folklorşünasımız 11-hecalı  şeirin ya-
ranmasını (7 və 8-hecalıdan fərqli olaraq) bir çox başqa-
ları kimi məhz sazla əlaqələndirərək musiqiyə bağlayır. 
Bu fikri mücərrəd bir tərzdə – 11-hecalı şeirin sazın pər-
dələrinə uyğun olması (?) ilə izah etməyə çalışırlar. Hal-
buki, musiqi nəzəriyyəsindən azacıq məlumatı olanlar bilir 
ki, sazın, həmçinin bütün simli alətlərin pərdələri səsin 
tonunu müəyyən edir, mahnı  mətnindəki hecaların sayı 
isə  qətiyyən ondan asılı deyil. Bir pərdədə misranın 
müxtəlif hecaları  və  əksinə, misranın bir hecası müxtəlif 
pərdələrdə səslənə bilər.     
11-hecalı  şeirin sazla bağlı yaranması fikrini saz 
alətinin yaranma (qopuzun saza çevrilməsi) dövrünün  
11-hecalı şeirin (qoşma şəklinin) meydana çıxması dövrü 
ilə üst-üstə düşməsi ilə  də izah edirlər. Bu arqumentə 
qarşı da kifayət qədər tutarlı faktlar var. Belə ki, aşağıda 
misal gətirəcəyimiz uyğur mətnində  (səh.-116-117) 11-
hecalı şeirə yaxınlaşmanı artıq görürük. Həmçinin 11-he-
calı nümunələrə normal bölgülənməsi hələ formalaşmış 
olmasa da “Divanü luğat-it-türk” şeirlərində də rast gəlinir 
(səh.-111). Daha tutarlı fakt isə ondan ibarətdir ki, 11-
hecalı türk şeirinin və sazın meydana çıxması dövründən 
bir neçə  əsr öncə yaradılmış  əruzun 11-hecalı  səri-1, 
həzəc-2, mütədarik-3 və mütəqarib-2 qəliblərinin bölgüləri 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə