“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə20/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

 
78
Bir xurma ağacı 
Qırıq qanad kibi sallamış geniş budaqlarını 
Bir çit parçası sarmış qarnını, 
Baxır küncdə oturan lal üzlü bir qıza!... 
Bir qamış kibi incə, kiçik gərdanını o qızın 
Sarı rəngli bir sandalya qucaqlamış... 
Mavi bir işıq, halqalı gözlərini 
Cırıq bir kisə kibi yamamış... 
 
Yağlı qalın dodaqlarını marçıldadan 
Top kibi yumru üz 
Yumru vücud bir ayı, 
Dörd pəncəsiylə işğal etmiş qarşımdakı masayı
Baxır o qıza
Yağlı gözləri axır o qıza... 
                                  M.Rəfili 
 
Eyni bölgülü, qafiyəsiz sərbəst şeir. Bu növ, eyni 
bölgülü, qafiyəli sərbəst  şeirdən yalnız qafiyənin olma-
ması ilə fərqlənir. Nəzəri olaraq müəyyən etmişik. Hələlik 
praktiki olaraq istifadəsinə rast gəlməmişik. 
Fərqli bölgülü, qafiyəsiz sərbəst  şeir. Bu növ, 
fərqli bölgülü, qafiyəli sərbəst şeirdən yalnız qafiyələnmə-
nin olmaması ilə seçilir. Az da olsa praktikada rast gəlinir. 
Aşağıdakı misalda sərbəst  şeirin 6-lıq və 5-lik bölgü-
lərdən ibarət olduğu aydın hiss olunur. Qafiyələnmə isə 
yoxdur: 
 
Hara gedirəmsə.../6 
            kəndə, şəhərə/5, 
Mən Kür görürəm/5. 
Qızıl dalğasını/6 doğma kürümün/5 
İndi hər otaqda/6  
          Mən Kür görürəm/5 
Kürün özünə də/6 Kür işıq saçır/5; 


 
79
Kürün üzərində/6  
           Mən Kür görürəm/5. 
                               Ə.Kərim 
 
Qismən bölgülü, qafiyəsiz sərbəst  şeir.  Bu növ, 
qismən bölgülü, qafiyəli sərbəst  şeirdən yalnız qafiyənin 
olmaması ilə fərqlənir. Bu növü də törəmə növ kimi qəbul 
etmək olar. Yəni, bölgüsüz, qafiyəsiz sərbəst şeirə də aid 
etmək olar. Belə ki, bölgüsüz, qafiyəsiz sərbəst şeirdə də 
təsadüfən, qeyri-iradi olaraq bölgülər hiss oluna bilər.  
Qismən bölgülü, qafiyəsiz sərbəst  şeirə misal (böl-
güsüz misralar kursivlə verilmişdir): 
 
Maşınların şüşəsini yuyan 
pencəyinin qolları çırmalı 
o balaca/4 oğlanı/3 
siz bir də üsyanlar başlayanda görün... 
 
Yerdən daş götürüb 
şüşələri/4 qıranda/3 
maşınları/4 yandıranda/4 
hayqıranda görün... 
 
Hər kəsin qa/4/paz vurub/3 
əkəninə/4 söydüyü/3 
o balaca/4 oğlanı/3 
siz bir də ə/4/lində alov/4 
"haydı arxam/4/ca" deyib/3 
bağıranda görün... 
                    R.Qaraca 
 
“Qismən bölgülü, qafiyəsiz sərbəst  şeir” növünə 
praktiki misal kimi Dədə Qorqud şeirlərinin müəyyən 
parçalarını da göstərmək olar (bax, səh.-103-106).  


 
80
Bölgüsüz, qafiyəsiz sərbəst  şeir (mənsur  şeir). 
Bu növ,  bölgüsüz, qafiyəli sərbəst  şeirdən yalnız qafiyə-
nin olmaması ilə  fərqlənir. Yəni burada nə bölgünün, nə 
də qafiyənin olması  tələb olunmur. Bölgü və ya qafiyə 
yalnız təsadüfi, yəni qeyri-iradi olaraq yarana bilər. Bu 
növ, müasir şairlərin yaradıcılığında çox geniş yayılıb və 
sürətlə inkişaf edir. Bəzən sərbəst şeir dedikdə məhz bu 
növ nəzərdə tutulur. “Mənsur şeir” adlandırılan bədii yara-
dıcılıq nümunələri də mahiyyətcə elə bölgüsüz, qafiyəsiz 
sərbəst  şeirdir. Sadəcə olaraq mənsur  şeirdə  mətn nəsr 
formasında yazılır, yəni misralara ayrılmır. Lakin mənsur 
şeirləri də asanlıqla misralara ayırmaq olar. 
Misal: 
 
Məftildəki ayaqaltı yellənir; 
üzüm yarpağı qızılgülə təzim edir; 
söyüd saçlarını qarışdırır; 
almagülü qarışqaya vida edir
qumluqdakı bir parça çəmən “yox” deyir kəpənəklərə; 
birələr başına kül sovurur küllükdə; 
çobanyastığı çapar salır dörd tərəfə; 
bir çöp diyirlənir bir kötük üstə; 
səsi qatardan tez çatır stansiyaya; 
relslərin arasında vurnuxur qıc olmuş sevgi məktubu- 
əslində külək əsir, 
və sən daha yalan danışmaq istəmədən susursan. 
                                                       S.Babullaoğlu 
 
Bəzən heca vəzninin standart (adətən 11-hecalı) 
misralarının dövri təkrar olunan bölgülərini ayırıb ayrı-ayrı 
misralar kimi, səpələnmiş formada yazmaqla onu sərbəst 
şeir kimi təqdim edirlər. Lakin bu doğru deyil. Bu cür 
şeirlər sərbəst  şeirə yox, heca vəzninə aid edilməlidir. 
Belə şeirlərdən bir misala baxaq. 
 Səpələnmiş variantda: 


 
81
Vətəndaş! 
Nə gözəl səslənir bu söz
Yəni - bir Vətənin övladıyıq biz
Anamız eynidir, 
Qardaşıq, demək
Mən sənə arxayam
Sən mənə kömək 
                B.Vahabzadə 
 
Birləşdirilmiş variantda: 
 
Vətəndaş! Nə gözəl səslənir bu söz. 
Yəni - bir Vətənin övladıyıq biz. 
Anamız eynidir, qardaşıq, demək. 
Mən sənə arxayam, sən mənə kömək 
 
 
Qarışıq vəznli şeir 
 
Qarışıq vəznli şeirə müəyyən parçaları heca və ya 
əruz vəzninin, müəyyən parçaları isə  sərbəst  şeirin 
xüsusiyyətlərini daşıyan nümunələr aiddir (sərbəst  şeirin 
xüsusiyyətlərini daşıyan parçalar kursivlə verilmişdir): 
 
O zaman кi, üfüqlərə bəziniz dalar 
Qəlbən sizi pəк sеvərim, yolçu buludlar
Bu gün yеnə 
Əllərimi sizə doğru qaldırdım
Bu əməldən nə saldırdım
Əvət, hеç nə! 
 
Tutqunsunuz, qəlbinizdə yoхsa varmı sancınız
Bu hərcayı gəzişdən nədir ya qazancınız
Buludlar, buludlar
Pərişan buludlar, 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə