“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 
90
Müsəddəs. Qafiyə quruluşu  aaaaaa bbbbaa, 
ccccaa  və s. kimi olan,
 
3 və daha çox 6-misralı 
bəndlərdən ibarət  şeir  şəklidir.  Əruz vəznində yazılır. 
Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif 
ədəbiyyatda istifadə olunmuşdur.  
Müsəbbe. Qafiyə quruluşu  aaaaaab, ccccccb, 
ççççççb  və s. kimi olan, 3 və daha çox 7-misralı  bənd-
lərdən ibarət şeir şəklidir. Əruz vəznində yazılır. Misraları 
adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif  ədəbiy-
yatına xas olan bu şəklə az rast gəlinir. 
Müsəmmən.  Qafiyə quruluşu  aaaaaaab, cccccccb, 
çççççççb  və s. kimi olan, 3 və daha çox 8-misralı 
bəndlərdən ibarət  şeir  şəklidir.  Əruz vəznində yazılır. 
Misraları adətən uzun (14÷16-hecalı) olur. Klassik müəllif 
ədəbiyyatına xas olan bu şeir şəklinə çox az rast gəlinir. 
Müəşşər.  Qafiyələnmə qaydası  aaaaaaaaab, 
cccccccccb, çççççççççb  və s. kimi olan, 3 və daha çox 
10-misralı  bəndlərdən ibarət, klassik ədəbiyyata xas şeir 
şəklidir.  Əruz vəznində yazılır. Misraları adətən uzun 
(14÷16-hecalı) olur. Yazılması çətin olduğundan bu şəklə 
də çox az rast gəlinir. 
Tərcibənd. Qafiyələnmə qaydası  aaaaaaaaaaaa, 
cccccccccaa, çççççççççaa və s. kimi olan, 3 və daha çox 
12-misralı  bəndlərdən ibarət  şeir  şəklidir. Birinci bəndin 
son beyti sonrakı  bəndlərin sonunda təkrarlanır.  Əruz 
vəznində yazılır. Misraları adətən uzun (14÷16-hecalı) 
olur. Yazılması  çətin olduğundan bu klassik şəkildən də 
çox az istifadə olunmuşdur. 
Tərkibbənd.  Çoxmisralı  bəndlərdən ibarət klassik 
şeir şəklidir. Bu şəklin vahid qaydası yoxdur.  Bəndlərdə 
misraların sayı 6-dan 14-ə, hətta 24-ə (19) qədər ola bilir. 
Adətən bəndin son iki misrası (beyti) bir, qalan misraları 
bir qafiyələnir. Sonrakı  bəndlərin son beytinin qafiyəsi 
birinci bəndinki ilə eyni olur. Yəni misraların qafiyələnmə 
qaydası  müsəddəs  şəklinə oxşardır. Bəzən misralar 


 
91
qəzəl kimi də qafiyələnə bilər. Misralar adətən uzun 
(14÷16-hecalı) olur. Bir qayda olaraq əruz vəznində 
yazılır. M.Füzuli, S.Ə.Şirvani və b. şairlərin  əsərlərində 
rast gəlinir. 
Sərbəst  şəkil.  Misraların qafiyələnmə qaydasının 
və  bəndlərə ayrılmanın sərbəst olduğu və ya heç 
olmadığı  şeir  şəklidir.  Sərbəst  şeir formasının  şəkli 
sərbəstdir. Eyni zamanda həm heca, həm də  əruz 
vəznində olan şeirlər də sərbəst şəkildə ola bilər. Müasir 
poeziyada geniş yayılmışdır. Misal:
 
 
Vətən mənim bu günüm
Sabahkı toy-düyünüm
Haqqım var ki, öyünüm 
Azərbaycan deyəndə. 
Ürəklərdə döyünüm
Azərbaycan deyəndə. 
 
...Azərbaycan deyəndə, 
Ləpələr şairləşir. 
Anaların bətnində, 
Qara gözlü körpələr 
Pələngləşir, şirləşir. 
Azərbaycan deyəndə, 
Müdrik qocalar kimi 
Dağlar da fikirləşir... 
 
Azərbaycan deyəndə  
"Haralısan?" sualı,  
Verənlərə ar olur.  
Qeyrətlilər birləşir,  
Qeyrətsizlər xar olur... 
 
Azərbaycan deyəndə!  
Dostdan sovqat, muştuluq,  


 
92
Düşməndən bac alaram,  
Azərbaycan deyəndə!  
İşıq sütunu kimi  
Sabaha ucalaram,  
Azərbaycan deyəndə!  
Körpüləri, sədləri  
Sinəmlə parçalaram. 
Sərhəd məftillərində,  
Bu kobud əllərimlə  
Bir muğamat çalaram,  
Azərbaycan deyəndə!  
 
Azərbaycan! - Bu nida  
Qayaları silkələr.  
Sal daşların köksündə  
Çiçək bitər, gül bitər.  
Azərbaycan deyəndə,  
Təbim coşar, sel gələr,  
Sanma şöhrət pərdəsi,  
Ürəyimi kölgələr,  
Azərbaycan deyəndə.  
Gözümdə doğmalaşar  
Bütün xalqlar, ölkələr, 
Azərbaycan deyəndə! 
                                            T.Bayram 
 
Qeyd etdiyimiz şeir  şəkilləri yalnız xüsusi adla 
tanınan,  ənənəvi  şəkillərdir. Poeziyamızda müəllifin 
zövqündən və istəyindən asılı olaraq bu şəkillərə 
bənzər və  fərqli çoxsaylı  şəkillərdən, həmçinin aşıq 
yaradıcılığında bu şəkillərin forma və  məzmunca 
çoxsaylı növlərindən (təcnis, dodaqdəyməz, cığalı 
qoşma, dildönməz və s.) də istifadə olunur. 
 
 


 
93
Şeir formalarının yaranma tarixi  
haqqında 
 
Ədəbiyyat nəzəriyyəsində ümumilikdə  şeirin mah-
nıdan yarandığı  qəbul olunur (20, 40 və s.). Bu baxışa 
görə öncə musiqi və mahnılar yaranmış, sonra isə mah-
nıların mətni tədricən  şeirə çevrilmişdir. Bu prinsipdən 
çıxış edərək bəzi tədqiqatçılar heca vəzninin bölgülənmə 
qaydalarının formalaşmasının da məhz musiqinin təsirin-
dən yarandığını iddia edirlər. Lakin bu fikri tam mənada 
qəbul etmək olmaz. Belə ki, musiqidə bölgülənmə de-
mək olar ki, istənilən kimi ola bilər. Lakin onların 
hamısı heca vəzni üçün keçərli deyil.  Başqa sözlə, 
mahnıların mətni heca vəzninin qaydalarına tabe 
olmaya da bilər (bunu aşağıda verilmiş misallardan daha 
aydın görəcəyik). Deməli heca vəzninin bölgüləri musi-
qili yaradıcılıqda yox, musiqisiz, ayrıca şeir deyilişin-
də  və  məhz  şeir deyilişi üçün formalaşıb. (Məmməd 
Əliyev (İracoğlu), Tərlan Quliyev və b. müəlliflər məhz bu 
yanaşmaya üstünlük verirlər). Yəni heca vəzninin bölgü 
qaydalarını birbaşa musiqi ilə  əlaqələndirmək olmaz. 
Əksinə, heca vəznində yazılmış şeirlər üstündə sonradan 
mahnı oxunduqda, mahnının musiqisinin bölgüləri  şeirin 
bölgülərinə uyğun ola bilər. Necə ki, ritmik aşıq havaları 
şeirlər üstündə oxunduğundan onların musiqisinin bölgü-
ləri heca vəzninin bölgülərinə (əsasən 4-4, 6-5 və 4-4-3) 
uyğun olur.  
Beləliklə, ehtimal etmək olar ki, mahnı mətnindən ilk 
olaraq bölgüsüz (sərbəst) şeir yaranmış, sonradan musi-
qisiz şeir demə ənənəsi inkişaf etdikcə ayrıca deyiliş üçün 
ahəngdarlıq, axıcılıq, gözəllik yaradan qaydalar – heca 
vəzni bölgüləri formalaşmışdır.  
Lakin  şeirin mənşəyini yalnız mahnı  mətnləri ilə 
əlaqələndirmək doğru deyil. Belə ki,
 
xalq yaradıcılığının 
ən sadə, ən elementar və çox qədim tarixə malik olduğu 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə