“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

 
100
11-hecalı heca vəzni bölgüləri ilə tam eynilik təşkil edir. 
Deməli bu qəliblər yaradılan dövrdə  həmin bölgülərə 
malik 11-hecalı  şeir və ya onun haqqında təsəvvür artıq 
mövcud olmuşdur. Yəni 11-hecalı  şeir musiqinin və ya 
hansısa musiqi alətinin təsirindən yox, şifahi nitqdə, şifahi 
şeir deyilişində, deyilişin diləyatımlılığına, ahəngdarlığına 
uyğun olaraq formalaşmışdır.  
Şeir formalarının yaranmasının öyrənilməsində mü-
hüm məsələlərdən biri məhz qafiyənin yaranması məsə-
ləsidir. Bəzi müəlliflərin fikrincə, qafiyə türk şeirinə, həm-
çinin digər şərq xalqlarının şeirinə ərəb şeirindən keçmiş-
dir. Lakin yuxarıdakı qafiyəli şifahi xalq ədəbiyyatı nümu-
nələri həmin fikrin yanlış olduğunu göstərən kifayət qədər 
tutarlı faktdır.  
 Metrik (metro-ritmik) vəznə  gəldikdə, məlumdur ki, 
bu növ vəzn  şərq xalqları içərisində ilk dəfə  ərəblər 
tərəfindən VI-VIII əsrlərdən  şeirə  tətbiq edilməyə başla-
mışdır. Belə ki, ərəblərin sillabik şeir forması olan “rəcəz” 
üzərində  əruz vəzni yaradılmış  və inkişaf etdirilmişdir. 
Sonradan farslar, türklər və b. şərq xalqları da əruzdan 
istifadə etməyə başlamışlar.
 
Heca vəzni qaydaları xalq 
yaradıcılığı (başqa sözlə kütləvi, spontan, qeyri-iradi, öz-
özünə yaradıcılıq),  əruz qaydaları isə  fərdi iradə (başqa 
sözlə  şüurlu və  məqsədli) yaradıcılığı kimi meydana 
çıxmışdır. Çünki, heca vəznindən fərqli olaraq dəqiq əruz 
qaydaları müəllifdən  şüurlu və  məqsədli yanaşma (fəa-
liyyət) tələb edir (bax, 13).  
“Stopa” adlanan bölgü qəlibləri üzərində yaradılmış 
qədim yunan şeirini də məhz əruz kimi metrik vəznə aid 
edirlər  (45 və s.). “Stopa” anlayışından həmçinin tonik 
vəznin qəliblərində də istifadə olunur (19). 
 
Adətən heca vəznini “türk dilinin doğma (milli) 
vəzni”, “türk dilindən doğan vəzn” kimi qiymətləndirirlər. 
Doğrudur, heca vəzni mahiyyətcə xalq yaradıcılığı  məh-
suludur, yəni konkret müəllif tərəfindən yaradılmayıb, xal-


 
101
qın dilində öz-özünə formalaşıb. Lakin yuxarıda dediyimiz 
kimi bu kimi fikirlər deyilərkən mütləq nəzərə alınmalıdır 
ki, eyni xüsusiyyətlərə (bərabər heca sayına və bölgülərə) 
malik vəzn başqa xalqların da folklorunda (rus, fars, 
fransız, italyan və s.) var. Təsadüfi deyil ki, bir çox əruz 
qəliblərində heca sayı  və bölgülər heca vəznindəki ilə 
eynidir. Görünür, məhz belə  əruz qəliblərinin mövcudlu-
ğuna əsaslanaraq türk şeirində heca vəznininin formalaş-
masını mənşəcə əruzla da bağlayırlar (20, s. 277)
Sərbəst  şeir formasına gəldikdə bu forma adətən 
daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə 
ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərin-
də Avropa xalqlarında yarandığı  və ilk dəfə Belçikada 
meydana çıxdığı qeyd olunur (45). Türk xalqlarında sər-
bəst  şeir yazmış ilk şair kimi N.Hikmətin (1902-1963), 
Azərbaycanda isə M.Rəfilinin (1905-1958) adı  çəkilir.  
Lakin burada sərbəst  şeir dedikdə  əsasən bölgüsüz, 
qafiyəsiz (və ya seyrək qafiyəli)  şeir nəzərdə tutulmuş-
dur. 
Əslində isə, heca və  əruz vəznləri formalaşana 
qədər mövcud olmuş  şeir formalarının xüsusiyyətləri 
məhz müasir sərbəst  şeir formasının xüsusiyyətlərini 
özündə daşımışdır. Məsələn, yuxarıda misal gətirdiyimiz 
şifahi xalq yaradıcılığının fərqli hecalı nümunələri, Dədə 
Qorqud və  əski uyğur  şeirləri (“Maniçi” poeziya), ərəb 
şeirinin “səc” forması (54, 13) və s. Yəni öncə məhz sər-
bəst  şeir forması yaranmış, sonra tədricən sillabik vəzn
daha sonra isə vahid metro-ritmik quruluşlu vəzn – əruz 
formalaşmışdır. 
Bildiyimiz kimi Dədə Qorqud mətnləri  də  əslində 
mahnı  mətnləridir, yəni müsiqi alətinin müşayiəti ilə 
oxunmuşdur. Bu mətnləri Azərbaycan-türk  şeirinin məhz 
heca vəzninəqədərki sərbəst forması kimi qəbul etmək 
olar. Dədə Qorqud mətnləri formaca qismən bölgülü, 
qafiyəsiz sərbəst şeirə uyğun gəlir. Belə ki, burada mis-


 
102
raların bir qismində bölgülər hiss olunsa da, bütün mis-
raların bölgülənməsi vacib şərt olmamışdır. Misraların ço-
xu bölgüsüzdür. 
Dədə Qorqud mətnlərində  4-hecalı bölgülərin bö-
yük üstünlük təşkil etdiyi açıq-aşkar görünür. Bu fakt 
türk  şeirində 4-hecalı bölgünün ən ilkin, ən  əsas bölgü 
olduğunu deməyə əsas verir. Mətnlərdə daha az təsadüf 
olunan 3-hecalı bölgülər ikinci yerdə dayanır. Ehtimal 
etmək olar ki, şeir bölgüsü kimi formalaşan ilk bölgü 
məhz  dördlük bölgü və daha sonra üçlük bölgü 
olmuşdur. 4-lüklərlə 3-lüklərin yanaşı  işlənməsi 7-hecalı 
(4-3) və 11-hecalı (4-4-3) misraların formalaşmasına sə-
bəb olmuşdur. Təsadüfi deyil ki, ən sadə xalq şeiri  şəkli 
(janrı) olan bayatı da məhz 4-3 bölgülü, 7-hecalı misralar-
dan ibarət formalaşmışdır. Dədə Qorqud şeirlərində  bə-
zən 4-4-5 qaydasında bölgülənmə ilə müşahidə olunan 
misralara da təsadüf olunur.  
Dədə Qorqud mətnlərində qafiyələnmə  hələ forma-
laşmamışdır. Burada qafiyə  əvəzinə misraların sonunda 
eyni sözlərin və ya eyni şəkilçilərin təkrarını (leksik və 
qrammatik paralellər) görürük. Normal qafiyələnmə isə ya 
təsadüfi xarakter daşıyır, ya da nadir hallarda istifadə 
olunur. Belə qafiyələrə ayrı-ayrı parçalardan misallara 
baxaq: 
 
Bəri gəlgil 
Başım baxtı,  
Evim taxtı... 
 
...Şahbaz atlar içdiyi su! 
Qızıl dəvələr gəlib keçdiyi su... 
 
...Məgər sənin ağan yox olubdur? 
Ürəyinə qaynar dağlar qoyulubdur?... 
 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə