“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   26   27   28   29   30   31   32   33   34

 
124
yetirir. Bu funksiya şairə yeni mövzulara müraciət etmə-
yə, şeirdə yeni söz və fikir söyləməyə şərait yaradır. 
5. Müxtəlif  şeirlərin eyni melodiyada oxunmasına 
imkan vermə funksiyası. Bu funksiyanı  əsasən vəzn 
yerinə yetirir. Məsələn, ritmik aşıq havaları  vəzni sabit 
olan qoşma və  gəraylı  şəkillərində yazılmış  şeirlərə 
bəstələnmiş olduğundan bu aşıq havalarını  həmin 
şəkillərdə yazılmış istənilən şeir üzərində oxumaq olur.  
Şeirin forma elementlərinin indiyə  qədər heç yerdə 
ayrıca qeyd edilməmiş və diqqət yetirilməmiş bu funksiya-
ları şeir yazmaqda şairlərin gizli köməkçisidir. Yəni, forma 
elementləri bir tərəfdən məhdudiyyət yaratsa da, bir 
tərəfdən də  şeir yazmağa kömək edir və  hətta ideyası 
kasad olan şairlər bu funksiyaların arxasında gizlənə bilir. 
Ona görədir ki, həmişə bölgülü və qafiyəli şeirlər yazmış 
şairlər bölgüsüz, qafiyəsiz sərbəst şeir yazmaqda çətinlik 
çəkirlər, baxmayaraq ki, belə şeir yazmaqda forma məh-
dudiyyəti yoxdur. 
Fikrimizcə, bütün bu məhdudiyyətlərə  və  fəsadlara 
baxmayaraq, heç bir şeir formasından imtina edilmə-
məlidir. Çünki hər bir şeir formasının öz yeri, öz gözəlliyi 
var. Məsələn, vətənpərvərlik və döyüş ruhlu şeirlərdə 
əruzun, lirik məzmunlu şeirlərdə sərbəst formanın özünə-
məxsus əvəzedilməz yeri var.  
Ona görə də fikrimizcə “şair” adını daşıyan şəxs şeir 
formalarının hamısına bələd olmağa və yaradıcılığında 
müraciət etməyə çalışmalıdır. Bu ancaq yaradıcılığın 
rəngarəngliyinin və  dəyərinin daha da artmasına xidmət 
edər. Yalnız yekcins şeir formalarına qapılmaq, digər 
formaları  qəbul etməmək və onlardan hansısa bəhanə-
lərlə imtina etməyi təbliğ etmək doğru deyil. Məsələn, bu 
gün  əsasən  əruzda yazan şairlərdən elələri var ki, heca 
vəznini, qoşma və gəraylı kimi janrları, həmçinin sərbəst 
şeiri ümumiyyətlə  qəbul etmirlər. Yaxud, əsasən heca 
vəznində, qoşma və  gəraylı kimi janrlarda yazan şairlər 


 
125
də var ki, sərbəst  şeiri və  əruzu qəbul etmirlər. Nəhayət 
elə  şairlər də var ki, əsasən bölgüsüz, qafiyəsiz sərbəst 
şeirlər yazırlar və qalan butün şeir formalarını inkar edir-
lər. Hər biri də öz fikirlərini əsaslandırmağa çalışır. Lakin, 
hər halda yalnız müəyyən  şeir formaları ilə  məhdudlaş-
maq yaradıcılığın rəngarəngliyini və  dəyərini azaldır. 
Düzdür, hər bir yazarda həm forma, həm də  məzmun 
cəhətdən müəyyən istiqamətin üstünlük təşkil etməsi 
labüddür. Lakin bu digər formalara ümumiyyətlə müraciət 
etməməyə və onları inkar etməyə gətirib çıxarmamalıdır. 
Fikrimizcə, bu məhdud görüşdür.  
 
   
Mahnılarda mətn problemi
 
 
Mətn üçün şeir forması seçimi və bölgü məsə-
ləsi.  Məlumdur ki, mahnılar söz və ritmik musiqidən 
ibarət olur. Sözlər isə hansısa şeir formasında olur. Yəni 
mahnıların musiqisi adətən şeirlərə, özü də sərbəst olma-
yan, daha çox heca vəznində, bəzən də  əruz vəznində 
olan  şeir formalarına bəstələnir. Sual olunur, mahnıların 
musiqisinin mütləq sərbəst olmayan şeir formalarına bəs-
tələnməsi zəruridirmi? Bölgüsüz sərbəst  şeirlərə musiqi 
bəstələmək olmazmı? Bu suala cavab vermək üçün 
mahnı mətnlərindən aşağıdakı bir misala baxaq:  
 
Könlüm qəmi neylər? 
Dilim nəğmələr söylər, 
Təki mənə bircə kəlmə  
“Sevirəm” de. 
 
Bu parçada birinci misrada 6, (musiqi bölgüsü 3-3 
olduğu halda deyiliş bölgüsü 2-2-2-dir) ikinci misrada 7, 
3-cü misrada 8, 4-cü misrada 4 heca var. Bu nümunəni  
heca vəzninə yox, fərqli bölgülü sərbəst  şeirə aid etmək 


 
126
olar. Mahnının professionallığına, gözəlliyinə və sevilmə-
sinə isə söz ola bilməz.  
Daha bir mahnı mətninə nəzər yetirək: 
 
Gəlmişəm otağına oyadam səni
Qaragilə, oyadam səni. 
Nə gözəl xəlq eləyib yaradan səni, 
Qaragilə, yaradan səni. 
                    “Qaragilə” xalq mahnısı 
 
Bu misalda birinci və üçüncü misrada 12, ikinci və 
dördüncü misrada isə 9 heca var. Misralarda hətta  şeir 
deyilişi üçün ənənəvi bir bölgülənmə  də yoxdur. Yəni 
heca vəzninin  əsas qaydaları (misralarda heca sayının 
bərabərliyi və uyğun bölgülənmə) özünü göstərmir. Qafi-
yələnmə isə var. Deməli bu şeiri heca vəzninə yox, 
bölgüsüz, qafiyəli sərbəst  şeirə aid etmək olar. Bu 
mahnının musiqisinin gözəlliyindən və necə sevilməsin-
dən danışmağa isə ehtiyac yoxdur. Xalq mahnılarımız-
dan belə misalları çox gətirmək olar. 
Bu faktlar onu göstərir ki, gözəl mahnılar yarat-
maq üçün mətnin sərbəst olmayan şeir formalarında 
(hətta, bölgülü şeir formalarında) olması vacib deyil. 
Çünki, bəhrsiz (qeyri-ritmik) musiqilərdən fərqli ola-
raq ritmik mahnılarda sözlər bölgü və ritm cəhətdən 
musiqiyə tabe olduğundan, yalnız deyilişə xidmət 
edən  şeir bölgülərinin və ümumiyyətlə  vəznin olub-
olmaması əhəmiyyət kəsb etmir. Musiqinin öz bölgü-
sü və ritmi var ki, mahnıda mətni özünə tabe edir. 
Hətta musiqi bölgülü şeirə  bəstələndikdə belə, onu 
şeir bölgülərinə uyğun olmayan bölgüdə  bəstələmək 
olar. Özü də musiqinin bölgülənmə imkanları şeirdəki 
kimi  məhdud yox, çox genişdir.  
Mahnılar yalnız müəyyən ölçülü şeir formalarına,  
özü də onların bölgü və ritmlərinə uyğun bəstələn-


 
127
dikdə həmin mahnılarda yekcinslik yaranır və mahnı-
lar biri-birinə oxşayır. Azərbaycan poeziyasında 6-5 
bölgülü, 11-hecalı  şeirlər çoxluq təşkil etdiyindən Azər-
baycan bəstəkar mahnılarında da bu ölçüdə olan şeirlərə 
və onun bölgülərinə uyğun bəstələnmiş mahnılar çoxdur. 
Həmin mahnılar eyni ölçülü şeirlərə  bəstələndiyindən  
onların musiqilərinin də biri-birinə  bənzədiyinin  şahidi 
oluruq. Hətta bəzi mahnıların əsas parçalarının musiqiləri 
demək olar ki, eyni olur.  
Xeyli sayda ritmik Aşıq havalarının biri-birinə çox 
bənzəməsinin də səbəbi məhz eyni şeir formaları üstün-
də  (əsasən 8-hecalı (“gəraylı”) və 11-hecalı (“qoşma”) 
şeirlər üstündə) yaranmasıdır. Lakin aşıq havalarındakı 
bu oxşarlıq başa düşülən və məqbuldur. Çünki, aşıq mu-
siqisi şifahi ənənəli xalq-professional musiqisidir. Sirf pro-
fessional, yazılı  bəstəkar yaradıcılığında isə mahnıların 
biri-birinə xeyli oxşaması normal qəbul oluna bilməz.  
Yuxarıda deyilənləri nəzərə alaraq professional bəs-
təkar mahnılarında qeyd olunan qüsuru (mahnıların yek-
cinsliyi və biri birinə oxşaması) aradan qaldırmağın aşağı-
dakı yollarını müəyyən etmək olar:  
-Mahnı mətni kimi sərbəst, bölgüsüz şeir formalarına 
müraciət etmək;  
-Bölgülü şeir formalarına mahnı bəstələdikdə musiqi 
bölgülərinin mümkün qədər şeir bölgülərindən fərqli olma-
sını təmin etmək; 
- Mahnıları  əvvəldən bəstələnmiş musiqiyə sonra-
dan mətn yazmaqla yaratmaq (burada əsas vəzifə bəstə-
karlardan çox yazarların üzərinə düşür).  
Mətnlə musiqinin ritmik və tonik uyğunluq məsə-
ləsi.  Mahnıların musiqisi adətən ritmik olduğundan  ritmik 
cəhətdən sözlər musiqiyə tabe olur. Hətta dəqiq, mü-
kəmməl ritmik sistemə malik əruz şeirinə də elə musiqilər 
bəstələnə bilər ki, musiqidə  əruzun ritmi pozular. Məsə-
lən, Türkiyənin dövlət himninin musiqisinin qitmi onun 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə