“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 
74
Fərqli bölgülü, qafiyəli sərbəst şeirin yalnız iki yox, 3 
və daha çox fərqli bölgülərdən formalaşmış variantlarına 
da təsadüf olunur.  
Misal: 
 
Gətir xərəyi, oğlum/7! 
-Gətir qayçını da/6, gətir beli də/5.  
Gətirdi saçında/6 ətirli külək/5. 
-Ata, neyləyək/5? 
-Oğlum, bu yazığa/6 azadlıq verək/5: 
Əncir ağacının/6 əsarətində/5  
Qalmasın tənək/5. 
Əncirin gövdəsi/6 top lüləsi tək/5 
Görürsən tuşlanıb/6 yerin təkinə/5 
Tənəksə solğun, sarı/7, 
Qora vaxtı/4 mövüc olub/4 salxımları/4. 
Günəşdir müstəqillik/7, 
O, həsrətdir günəşə/7. 
Dərində yox, üzdədir/7 zorla atdığı rişə/7... 
                                                X.R.Ulutürk.  
 
Göründüyü kimi bu şeirdə 4, 5, 6 və 7-hecalı 
bölgülərdən istifadə edilmişdir. Bölgüsüzlük isə müşahidə 
olunmur. 
Eyni bölgülü, qafiyəli sərbəst  şeirdə olduğu kimi, 
fərqli bölgülü, qafiyəli sərbəst  şeirin də  əruz variantına 
rast gəlinir. Başqa sözlə, buradakı fərqli bölgülər uzun və 
qısa hecalar baxımından vahid ritmik quruluşa malik ola 
bilər. Bu variantdan xüsusiylə S.Rüstəm (1906-1989) çox 
məharətlə istifadə etmişdir: 
 
...Nə gələn/3 var, nə gedən/4 var bu tanış/4 yollarda/4, 
Bu geniş/3 yollarda/4. 
Atılıb/3 son döyüşə/4, nərə çəkir/4 bir də Xəzər/4, 
Sarsılır/3 çərçivəsin/4/dən qapılar/4, pəncərələr/4.
 


 
75
Bənzəyir/3 göydə süzən/4 Ay o bulud/4/larda yenə/4 
Can verən/3 bir balığın/4 gözlərinə/4, 
Az keçir/3, göy qaralır/4, yer ağarır/4. 
Bağların/3 bağrını bir/4 qorxu yarır/4. 
Bu nə iş/3/dir? Belə şey/4 görməmişəm/4 ömrümdə/4, 
(Dostu əs/3/la ayağa/4 verməmişəm/4 ömrümdə/4). 
Hardasan/3, gəl, a bahar/4, sən ki, deyil/4/sən xəstə/4,  
Qar yağır/3, quşbaşı qar/4 incə çiçək/4/lər üstə/4. 
Gəl, qışın/3, son günüdür/4, 
O, sənin/3 üstünə gəl/4/miş günüdür/4, 
GÜL bahar/3, doğma yuvan/4/dan onu qov/4, 
Durna, dil/3/bər Şüvəlan/4/dan onu qov/4! 
Gəl, əzi/3/zim ki, sənin/4 xoş qədəmin/4 yüngüldür/4. 
Nəfəsin/3 məncə çiçək/4/dir, güldür/4. 
Gəl, bahar/3, gəl, özünü/4 cəbhədə zən/4/n eyləmə t
ək/4
,
 
Durmuşam/3 burda dünən/4/dən qayatək/4. 
Tut əlim/3/dən, ayağım/4 yerdən üzül/4/məz, dostum/4, 
Ürəyim/3/dən qışın im/4/zasını sən/4/siz pozdum/4. 
Eşidib/3 şairi şux/4, nazlı bahar/4, 
O xoş a/3/vazlı, qızıl/4 sazlı bahar/4 – 
Yuxusun/3/dan ayılır/4 şir kimi qal/4/xır ayağa/4, 
Çəkib öz/3 ordusunu/4 qışda olur/4 əlbəyaxa/4, 
Gecədən/3 xeyli keçib/4, sübhə yaxın/4/dır artıq/4, 
Ey könül/3, dinlə, bahar/4 öz qonağın/4/dır artıq/4... 
                                                                 S.Rüstəm 
 
Göründüyü kimi bu sərbəst  şeir üçlük və dördlük 
bölgülərdən ibarətdir. Burada üçlük bölgülərin dəyişməz 
ritmik quruluşu – dadadah  (misra  əvvəlində  həm də 
dahdadah), dördlük bölgülərinki isə – dahda-dadah kimidir. 
Bölgülərin ardıcıllığında xüsusi fərqli cəhət ondan iba-
rətdir ki, bu ardıcıllıqda dövrilik olmasa da, 3-lük bölgü 
ardıcıl gələ bilməz, çünki bu ahəngi pozar. Burada 
bölgülərin ardıcıl düzülüşü rəməl bəhrinin müxtəlif uzun-
luqlu qəliblərinə (rəməl-6, rəməl-8 və  rəməl-10) uyğun 


 
76
gəlir. Yəni bəhri-təvil kimi bu da əruzun sərbəst vari-
antıdır. 
Qismən bölgülü, qafiyəli sərbəst şeir. Burada şe-
irin bölgülü və bölgüsüz hissələri olur. Yəni bölgünün 
olub-olmaması  sərbəstdir.  Əslində törəmə növdür. Yəni, 
Bölgüsüz, qafiyəli sərbəst  şeirə  də aid etmək olar. Belə 
ki, bölgüsüz, qafiyəli sərbəst şeirdə təsadüfən, qeyri-iradi 
olaraq da bölgülər hiss oluna bilər. Misal (bölgüsüz par-
çalar kursivlə verilmişdir): 
 
Sən ilana tüfəngi/7 
       gözlərini  
       yumub at/7, 
       öləcək/3. 
Özü qızıl güllənin/7   
            qabağına gələcək/7. 
Sən onu yox, 
o sənin 
tüfənginin 
İlan yuvası kimi  
              lüləsini
yarı yolda olan 
          gülləsini 
        kirpiksiz gözləriylə/7 
tezcə nişan alacaq/7, 
yarı yolda olacaq/7... 
                        Ə.Kərim  
 
Bölgüsüz, qafiyəli sərbəst  şeir.  Sərbəst  şeirin bu 
növünə “qafiyəli nəsr” də demək olar. Burada bölgülərin 
olması tələb olunmur. Bölgülər yalnız təsadüfi, qeyri-iradi 
olaraq alına bilər.  
Misal: 
 
 


 
77
Gözlərim sənə heyran olub... 
Baxışlarım meridian olub 
Sancılıb dünyanın ən uzaq yerinə 
Baxışımda ölkələr 
         kənd, 
              şəhər
Baxışım dönüb meridiana 
Gah qatarla,  
         təyyarəylə yan-yana gedir, 
Gah burulur yana
Gah dağ olub ucalır, 
Gah çırpınır okean kimi. 
Niyə gəlmirsən? 
Könlüm bunu necə anlar... 
Duymursan, 
           dinmirsən, 
                  gəlmirsən, 
Qırılıb tökülür meridianlar... 
                                Ə.Kərim 
 
Xüsusi hal kimi bu növün seyrək qafiyəli variantını – 
bölgüsüz, seyrək qafiyəli sərbəst  şeiri  fərqləndirmək 
olar.  Burada  misraların çoxu, bəzən böyük əksəriyyəti 
qafiyələnmədən azad olur və qafiyədən çox az istifadə 
edilir. Xüsusən Mikayıl Rəfili (1905-1958) və  Rəsul Rza 
(1910-1981) yaradıcılığının böyük qismini bölgüsüz, 
qafiyəli sərbəst  şeirin məhz bu xüsusi halına aid etmək 
olar. Misal: 
 
İştə 
Kafe-restoran... 
Mavi tumanlı bir elektrik lampası. 
Divarda sapılcalı saat... 
Tık-tıttık,... tık-tırrık... səsi... 
Boçkada qırmızı lentli invalid ayağını qızdıran 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə