Xocali bahari



Yüklə 6,26 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü6,26 Kb.
#50377

background image
XOCALI BAHARI... 

(Bu şeir, İstanbul Şeir Akademiyasının 2011-ci ildə keçirdiyi, bütün türkdilli ölkələrin qatıldığı 



şeir müsabiqəsinin qalibi olub) 

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,  

Saatlar ömrü dalınca yedəkləməz bu bahar!  

Yaşantı səsləri duymaz təbiətin qulağı,  

Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar... 

Bu kənddə evlər adamsız keçindilər neçə il,  

Soyuqda evsiz-eşiksiz qalan adamları tək...  

Qapandı pəncərəsi xəstələnmiş arzuların,  

Ətirli mehlə otaqlar küləkləməz bu bahar. 

İtirdi odlu ürəklər Günəş sıcaklığını,  

Soyuq sabahları bəhs eyləməz məhəbbətdən.  

Yubandı qaldı sabahlar ötən baharlarda,  

Sevənlər ondakı istəklə bəkləməz bu bahar! 

Cahan baxıb susar! Ancaq silahlar odlanıyor,  

Qar üstə körpələrin güllələnmiş izlərinə!  

Can üstə bir qarının son sədası "yavrum!" olar,  

Gözündə körpə ümidlər iməkləməz bu bahar! 

Zaman donubdu bu yerlərdə, vaxt ötüb keçməz,  

Saatlar ömrü dalınca yedəkləməz bu bahar!  

Yaşantı səsləri duymaz təbiətin qulağı,  

Tumurcuq açmaz, ağaclar çiçəkləməz bu bahar... 

...Kimin batırsa əli bir günahsızın qanına,  

Nə cür hesab verəcək, anlamır, Qiyamətdə?  

Eheeyy! Bu gün harada türk ölür - günahsız ölür!  

Əzəldə türk qanı yoğruldu çün ədalətdən! 

Zaman durar - harada türk qanı tökülsə əgər,  

Nədən cahanda yaşam bəs sürüb-sürüb gediyor?  

İçimdə "Sur" səsi tək bir nida qopur: "Əcəba,  

Zaman mühərriki türkün qanıyla dövr ediyor"?! 

                                               

                                                                                   Əvəz Qurbanlı 

Yüklə 6,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə