“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

 
45
uzun hecaları daha çox olan əruz qəliblərindən istifadədə 
baş verir. Halbuki, əruzda uzun və qısa hecaların balans 
təşkil etdiyi və  hətta qısa hecaların daha çox olduğu 
qəliblər də var. Yəni  əruz uzun hecaların çoxluğu de-
mək deyil. Əruzvəznli türk  şeirində imalələrə yol 
verməmək də mümkündür  (daha  ətraflı  məlumat üçün 
bax, 13, səh. 3-17).  
Əgər doğrudan da əruz vəzninin türk dilinə  tətbiq 
olunması həddən artıq çətin və problemli olubsa, bəs son 
min illik yazılı türk poeziyasının böyük əksəriyyəti  əruz 
vəznində necə yaradılmış, dahi şairlər necə yetişmişdir? 
Ədəbiyyatşünaslarımız bir az da irəli gedərək son min illik 
əruzvəznli türk poeziyasını  təmiz türk poeziyası yox, 
“ərəb-fars təsirli poeziya” adlandıraraq bu böyük milli 
sərvətimizi qiymətdən salırlar. Halbuki əruz yalnız bir 
poetik vasitədir, nə  ərəb, nə  də fars dili demək deyil 
və onun ritmik ünsürləri türk folklorunda da var (bax, 
yenə ora).  
Ən nəhayət, XX əsrin  əvvəlindən təmiz türkcədə, 
imalələrə demək olar ki, yol vermədən əruz şeiri yazmaq 
ənənəsinin başlanması  və çox uğurla davam etdirilməsi 
əruzun türk dilinə uymaması haqqında irəli sürülən fikir-
lərin yanlış olduğunu praktiki olaraq sübut etdi. Təmiz 
türkcədə  əruz yaratma ənənəsi M.Ə.Sabir, A.Səhhət, 
T.Fikrət,  Ə.Vahid, S.Rüstəm, S.Vurğun, M.Seyidzadə, 
M.Müşfiq, M.Şəhriyar, C.Xəndan, H.Qəni, B.Azəroğlu, 
B.Vahabzadə, Qabil, H.Mail, B.Pünhan, Ş.Fazil və b. ya-
radıcılığında yaranmış və davam etdirilmişdir. Bu gün də 
bu hərəkatın A.Buzovnalı,  İ.Fəhmi,  Ə.Qurbanlı  və adını 
bilmədiyimiz onlarla gənc, istedadlı nümayəndələri var. 
Fikrimizcə,  əruzvəznli yaradıcılıqda bu müsbət  ənənənin 
yaranmasının  əsas səbəbi XX əsrdə  məhz təmiz  ədəbi 
dilimizin formalaşması  və bu dildə kütləvi tədrisin aparıl-
ması olmuşdur. Artıq təmiz  ədəbi dilimizin təsiri altında 
formalaşmış  şairlərimiz istəsələr də  əruz vəznində yaz-


 
46
dıqları  şeirləri yad leksik və fonetik ünsürlərlə yaza bil-
məzlər və ya bu onlar üçün daha çətin olar. 
 
 
Azərbaycan əruzunun sadələşdirilmiş 
qəliblərinin siyahısı 
 
Bu siyahıda əvvəlki kitabımızdakı (13) siyahı ilə mü-
qayisədə bəzi qəliblərin bölgülənmə variantlarında əlavə-
lər var. Həmçinin istifadəsi yeni aşkar edilmiş  səri-3 və 
həzəc-19 qəlibləri siyahıya əlavə edilmişdir. Beləliklə qə-
liblərin sayı artıq 78-yə çatmışdır. Digər fərqli cəhət on-
dan ibarətdir ki, bu siyahıda qəliblərin X.İ.Əhməd təfilələri 
ilə ifadəsi verilməmişdir. 
 
Həzəc bəhri 
 
1.  
Dadah-dahdah  dadah-dahdah  dadah-dahdah  dadah-dahdah
     
     Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər
 
                                                                    İ. Həsənoğlu 
 
2
.  
Dadah-dahdah  dadah-dahdah   dadahdah 
  Cənabından səva yoxdur gümanı 
              X. B. Natəvan 
 
3

Dadah-dahdah   dadah-dahdah  
    Yıxılmış gördüyun dövran 
                                       S.Vurğun 
 
4.  Dadah-dahdah  dadahdah  dadah-dahdah   dadahdah 
     Dəva dərdimə qılma ki, dərdin xoş davadır 
                                              Q. Ə. Bürhanəddin 
 
5.  Dadah-dahdah  dadahdah   
     Könül hicrində qandır 
                                   C. Rəmzi  


 
47
6. Dadah-dadah  dadah-dadah  dadah-dadah  dadah-dadah 
    Payız çağında hər səhər soyuq-soyuq külək əsər 
                                                         A. Səhhət 
 
7.  Dadah-dadah  dadah-dadah 
     Baharın özgə hüsnü var 
                                   Ə. Cəmil 
 
 
  8. Dah-dahda  dadah-dahda  dadah-dahda  dadahdah 
 
Daha ahəngdar bölgülənmə ilə: 
 
      Dah  dahda-dadah  dahda-dadah  dahda-dadahdah 
      Aydanmı, Günəşdənmi yarandın, de, nədənsən? 
                                                        S. Vurğun 
 
 
9. Dah-dahda  dadah-dahdah  dah-dahda  dadah-dahdah    
 
Daha ahəngdar bölgülənmə ilə: 
 
      Dah  dahda-dadah  dahdah  dah  dahda-dadah  dahdah   
      Heç şəm ilə ram olmaz pərvanələriz bizlər  
                                           Qövsi Təbrizi 
 
10.  Dah-dahda  dadah-dahdah    
 
 Daha ahəngdar bölgülənmə ilə: 
 
       Dah  dahda-dadah  dahdah 
       Alqış sənə, ey zəhmət 
                                   A. Şaiq 
 
 11. Dah-dahda  dadah-dadah  da-dahdah 
 
 Daha ahəngdar bölgülənmə ilə: 


 
48
       Dah  dahda-dadah  dadah-dadahdah 
       Məcnun deyə tən edir xəlayiq 
     M. Füzuli 
 
12.  Dah-dah-dah  dah-dadah  dadahdah 
 
Daha ahəngdar bölgülənmə ilə: 
 
       Dahdah-dahdah  dadah-dadahdah 
       Qurbandır  hər  şeyim  vətənçün 
                                                     Şərti 
 
13.  Dah-dahda  dadah-dahda  dadahdah 
 
 Daha ahəngdar bölgülənmə ilə: 
 
       Dah  dahda-dadah  dahda-dadahdah 
       Neft olmasa işlərmi zavodlar 
       M. Müşfiq 
 
14.  Dah-dahda  dadah-dahdah  dah-dahda  dadah  
 
 Daha ahəngdar bölgülənmə ilə: 
 
       Dah  dahda-dadah  dahdah  dah  dahda-dadah  
       Sövda ilə əqlimdir bir tac ilə sər 
          Q. Bürhanəddin 
 
15.  Dah-dahda  da-dahdah 
 
Və ya:  
 
         Dah dahda-dadahdah 
         Dəng oldu qulağım 
                                   M. Ə. Sabir 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə