“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 
38
Bir çox hallarda aşıq  şeirlərində  (əsasən “müxəm-
məs” şəklində) 15 və 16-hecalı misralar qarışıq olur. Yəni 
eyni  şeirdə (bənddə) həm 15 (adətən 7-8 bölgüsündə), 
həm də 16-hecalı misralar olur: 
 
Qəmgin idim/4, xələt vеrdi/4, məlul könlüm/4 açdı gözəl/4;  
Arifsən, əh/4/li-ruhsan/3, can cana pеş/4/kaşdı, gözəl/4! 
Ay qabaq/3 şölə vеrir/4, qaşın göyçək/4 qaşdı, gözəl/4! 
Nə qədər gö/4/zəl görmüşəm/8, hamısından/4 başdı gözəl/4; 
Cavanşir gö/4/zəllərinin/4 cəmisi qur/4/ban gözələ/4! 
                                                                       Aşıq Ələsgər 
 
16-hecalı  şeir. 8-8 bölgüsündə olur. Sözlər 8-liklər 
arasında parçalanmır. 8-liklər özləri isə ayrılıqda 8-hecalı 
şeirin xüsusiyyətlərini daşıyırlar. Yəni, 16-hecalı  şeirin 
bölgülərini 4-4-4-4 kimi də  qəbul etmək olar. Sözlər 8-
liklər daxilindəki kiçik bölgülərdə (4-4)  parçalana bilər: 
 
...Kafiri də/4 sevən olsa/8, açar, gözəl/4/ləşər hələ/8, 
Eşq, məhəbbət/4 yaşayırsa/8, tükənməyib/4 bəşər hələ/8. 
 
...Bu dünyamı/4 dəyişərəm/8 səni unut/4/maqdan ötrü/8,  
Ölümə el/4/çi düşərəm/8 səni unut/4/maqdan ötrü/8. 
                                                                          C.Novruz 
 
Prof. Məmməd Əliyev (İracoğlu) 16-hecalı şeirin 7-9 
bölgülənməsinə malik olduğunu da qəbul edərək buna 
misal kimi M.Şəhriyarın “Səhəndə məktub” şeirini göstər-
mişdir (19, s. 203-204). Halbuki, həmin şeir heca vəznin-
də yox, əruz vəzninin rəməl-5 qəlibində yazılmışdır: 
 
Şahdağım, çal papağım, el dayağım, şanlı səhəndım, 
Başı tufanlı səhəndim, ürəyi qanlı səhəndim... 
                                                           M.Şəhriyar  


 
39
İndiyədək heca vəzninin ritmik xüsusiyyəti yalnız 
bölgülənmə və heca sayı baxımından araşdırılmışdır. 
Başqa sözlə, heca vəzninin ritmik xüsusiyyətinin 
yalnız bölgülənmə və heca sayı ilə bağlı olduğu zənn 
edilmişdir. Halbuki, bu vəznin ritmik xüsusiyyətinin 
məhz uzun və  qısa hecalar (metrik) baxımından da 
araşdırılmasına ehtiyac vardır. Yəni heca vəzni uzun 
və  qısa hecalar baxımından da müəyyən qanu-
nauyğunluqlara (qaydalara) malikdir.  Əruz vəznində 
uzun və  qısa hecaların dəyişməz ardıcıllığı  tələb olun-
duğu halda, heca vəznində uzun və qısa hecalarla bağlı 
başqa tələblər var. 
Heca vəzninin uzun və  qısa hecalar baxımından 
ritmik xüsusiyyəti (metro-ritmik xüsusiyyəti) ondan 
ibarətdir ki, bu vəzn misranın bölgüləri daxilində 
uzun və qısa hecaların bərabərliyini – balansını tələb 
edir. Belə ki, misraların bölgüləri daxilində uzun hecalar 
nəzərə çarpacaq dərəcədə azlıq təşkil etdikdə, qısa he-
calarda saitlər məcburi uzadılır və bununla da bölgü daxi-
lində uzun və qısa hecaların say fərqi minimuma endirilir. 
Yəni təqribi də olsa bərabərlik təmin edilir. Bu hal 7-hecalı 
şeirdə özünü daha çox göstərir. Misal (uzanan saitlər 
tünd rənglə verilmişdir):  
 
Ba-ğa gir-di/4mü-zü-mə/3, 
Ti-kan bat-dı/4 di-zi-mə/3. 
Ə-yil-dim çı/4xart-ma-ğa/3, 
Yar sa-taş-dı/4 gözümə 
                         Xalq bayatısı 
 
Göründüyü kimi bayatının 1-ci misrasının 4-lük böl-
güsündə üç qısa və  cəmi bir uzun heca olduğundan 
bölgünün ikinci hecasının (“ğa”) saiti məcburi uzadılır. 
Həmin misranın 3-lük bölgüsündə isə  hər üç heca qısa 
olduğundan bölgünün ikinci hecasının (“zü”) saiti məcburi 


 
40
uzadılır. Eyni hadisə 2-ci və 4-cü misraların 3-lük bölgü-
lərində də baş verir. 2-ci, 3-cü və 4-ü misranın 4-lük böl-
gülərində uzun və  qısa hecaların sayları biri-birinə  bəra-
bər (2:2) olduğundan heç bir hecada saitin məcburi uzan-
ması baş vermir. 3-cü misranın 3-lük bölgüsündə isə 
birinci heca uzun, qalan iki heca qısadır və üçüncü heca-
nın saiti uzanır. 3-lük bölgülərdə bir hecanın uzun olması 
adətən təqribi balansı  təmin edir. Lakin burada iki qısa 
heca dalbadal gəldiyindən bu hecalardan birində saitin 
məcburi uzanması baş verir.  
Bölgülərdə uzun hecalar çoxluq təşkil etdikdə isə 
şeir deyilişi ləngləşir və  çətinləşir. Misal (uzun hecalar 
tünd rənglə verilmişdir):  
 
...Qəfil gün doğ/4sa bir gecə/4, 
Min-min gizli/4 nah görsək/4, 
Üstünü ör/4tə bilsə/4
Bu dünyanı/4 çılpaq görsək/4, 
Başımıza/4 hava gələr/4, 
mız ça/4şar bəlkə də/4. 
Hamı birdən/4 baş götürüb/
dünyadan qa/4çar bəlkə də/4... 
                               R.Rövşən 
 
 
Əruz vəzni və onun haqqında formalaşmış  
yanlış təsəvvürlərə aydınlıq 
 
Əruz – uzun və qısa hecaların müəyyən kombinasi-
yalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının bütün 
misralarda dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan 
şeir vəznidir. Uzun hecalara qapalı hecalar və saiti 
uzanan açıq hecalar, qısa hecalara isə saiti uzanmayan 
açıq hecalar aiddir.   


 
41
Əruzda misraların uzunluğunu, ritmik quruluşunu 
(uzun və qısa hecaların düzülüşünü) və bölgülərini əvvəl-
cədən tərtib olunmuş  qəliblər müəyyən edir. Əruzun 
tarixə  məlum ilk geniş  nəzəriyyəçisi olan ərəb filoloqu 
Xəlil  İbn  Əhmədin (718-792) müəyyən etdiyi qəliblərdə 
bölgüləri təfilələr (ərəbcə “fə’ələ” feilindən yaranmış 
müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilə-
lərdəki uzun və qısa hecalar müəyyən edir.  
X.İ.Əhmədin  əruz nəzəriyyəsinin  ən kiçik anlayışın-
dan (vahidindən) ən böyük anlayışına qədər olan inkişafı-
nı sxem–2-dəki kimi təsvir etmək olar.  
Sxemdən göründüyü kimi X.İ.Əhmədin nəzəriyyəsin-
də  ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter 
daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul 
olunmuşdur.  Əslində  əruzun  ən kiçik ritmik vahidi olan 
uzun və qısa heca anlayışları isə bu nəzəriyyədə yoxdur. 
Halbuki rükn kimi yalnız həmin iki növ hecanı  qəbul 
etmək və elə ərəb qrafikası ilə onu asanlıqla ifadə etmək 
olardı. Belə ki, ərəb  əlifbasında uzun hecaları birincisi 
hərəkəli, ikincisi hərəkəsiz olmaqla iki hərf (bu  “yüngül 
səbəb” adlı rüknlə eynidir), qısa hecaları isə bir hərəkəli 
hərf (buna uyğun rükn yoxdur) kimi izah etmək olardı.  
  Nəzəriyyədə rüknlərdən qəliblərə  qədər daha iki 
mürəkkəb mərhələ  (əsli və törəmə  təfilələr) keçilir. Hal-
buki, ən kiçik vahid olan uzun və qısa heca anlayışından 
birbaşa qəliblərə də keçmək olardı.  
Məlum araşdırmamızda (13) sadələşdirilmiş qəlibləri 
tərtib etməklə bu problemi artıq həll etmişik. Sadələş-
dirilmiş  qəliblərdə  ən kiçik ritmik vahid kimi cəmi iki 
ünsürdən istifadə edilir: qısa hecalar – “da”, uzun hecalar 
isə “dah”  ünsürü ilə ifadə olunur. Azərbaycan əruzunda 
işlənən qəliblərin variantlarının sayı yüzlərlədir.  (Daha 
ətraflı məlumat üçün bax, 7 və 13)

Azərbaycan əruzunda 
işlənən  əsas qəliblərin sadələşdirilmiş variantlarının 
siyahısı 46-61-ci səhifələrdə verilmişdir. 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə