“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 
26
Yəni, 8-hecalı şeirdə də misra qısa olduğundan istənilən 
halda, sözlərin bölgülərdə parçalanması hesabına olsa 
da, həmişə 4-4 bölgüsü hiss olunur. Misal (bölgülərdə 
parçalanan sözlər tünd hərflərlə verilmişdir):  
 
Düşdün uğur/4/suz dillərə/4, 
Nəhs aylara/4, nəhs illərə/4. 
Nəsillərdən/4 nəsillərə/4 
Keçən bir söh/4/rətin vardır/4; 
Oğlun, qızın/4 bəxtiyardır/4... 
 
...Sıra dağlar/4, gen dərələr/4, 
Ürək açan/4 mənzərələr/4... 
Ceyran qaçar/4, cüyür mələr/4, 
Nə çoxdur oy/4/lağın sənin/4! 
Aranın, yay/4/lağın sənin/4. 
                                  S.Vurğun 
 
9-hecalı  şeir.  O qədər də diləyatımlı olmadığından 
nadir hallarda istifadə olunan şeir ölçüsüdür. Əsasən 3-3-
3 bölgüsündə olur. Hətta 4-5 bölgülü variantı da müm-
kündür.  
3-3-3 bölgüsündə yazılmış şeirə misal: 
 
Özümə/3 var-dövlət/3 yığmadım/3, 
Sərvətim/3 bir qələm/3, bir varaq/3... 
Heç bircə/3 manatım/3 yox mənim/3, 
Axırət/3 gününə/3 qoymağa/3... 
 
...Şeirlə/3 yasımı/3 saxlayın/3, 
Şeirlə/3 tapşırın/3 torpağa/3... 
Mən sözdən/3 xəzinə/3 topladım/3, 
Axırət/3 gününə/3 qoymağa/3... 
                                    C.Novruz 
 


 
27
Deyilişin normal səsləndiyi hallarda sözlər bölgülər-
də parçalana bilər: 
 
...Nə dеyim/3 o yекə/3/başlara/3?! 
Çaldılar/3 ruhunu/3 daşlara/3.  
                                      M.Müşfiq 
 
9-hecalı şeirin 4-5 bölgülənməsinə malik variantı isə 
kifayət qədər diləyatımlı olmasına baxmayaraq hələlik bu 
variantın praktiki istifadəsinə rast gəlməmişik. Şərti misal 
kimi, Nizami Gəncəvinin “Xosrov və  Şirin” poemasının 
R.Rza tərəfindən tərcümə edilmiş 11-hecalı (6-5 bölgülü) 
parçasında hər misranın  əvvəlindən “dedi” sözünü çıx-
maqla misranın qalan hissəsini göstərmək olar: 
 
...o diyarda/4 hansı sənət var/5? 
...qəmi alıb/4 canı satırlar/5. 
...qəmi almaq/4 heç ədəb deyil/5? 
...aşıqlərdə/4 bu əcəb deyil/5... 
 
10-hecalı şeir. Əsasən 5-5 bölgüsündə olur. Bəzən 
6-4, 4-6 bölgülü variantına baxılır. 5-5 bölgülü şeirdə söz-
lər beşliklər arasında parçalanmır, beşlıklər özləri ayrılıq-
da 5-hecalı şeirin xüsusiyyətlərini daşıyır. Bu ölçülü şeir-
dən o qədər də çox istifadə edilmir: 
 
-Ay gözəl, gedək/5 gəzməyə bağa/5, 
Qoy bir az baxım/5 o gül yanağa/5. 
-Yanaqlarımı/5 neylərsən, oğlan/5, 
Dağlarda çiçək/5 görməmisənmi/5? 
 
-Ay qız, sevmişəm/5 gül camalını/5, 
Bir insaf elə/5, göstər xalını/5! 
-Oğlan, gəl burax/5 xam xəyalını/5,  
Məgər hil, mixək/5 görməmisənmi/5?... 
                                            M.Rahim 


 
28
 
Prof. Məmməd Əliyev (İracoğlu) yanlış olaraq aşağı-
dakı şeir nümunəsini 5-5 bölgülü heca vəzni nümunəsinə 
aid etmişdir (19, s. 176): 
 
Mərmər hovuzun dörd qırağında, 
Bülbüllər oxur şax budağında. 
Hər nə istəsən Xudadan allam, 
Dəllək dükanın yadıma sallam. 
 
Əslində isə Novruz bayramı mərasimlərində oxunan 
bu şeir nümunəsi açıq-aşkar əruz vəzninin həzəc-13 (Dah 
dahda-dadah dahda-dadahdah)  qəlibindədir. Yalnız 3-cü 
misrada bu qəlib cüzi pozulur. Lakin həmin misrada 
“istəsən” sözünü onun sinonimi olan “diləsən” sözü ilə 
əvəz etsək, misra həzəc-13 qəlibinə çox yaxın olan 
həzəc-11 (Dah dahda-dadah dadah-dadahdah) qəlibinə tam 
uyğun gələr. Hətta burada da əlavə olaraq “Xuda” sözünü  
onun sinonimi olan “Tanrı” sözü ilə  əvəz etsək bu misra 
da həzəc-13 qəlibinə tam uyğun gələr.  
Sual oluna bilər ki, folklorda bu əruz nümunəsi necə 
yaranmışdır?  Əvvəlki araşdırmamızda  (13) da qeyd 
etdiyimiz kimi, folklor nümunələrində sadə  əruz qəlib-
lərinə  təsadüfi uyğunluq ola bilər. Lakin Həzəc-11 və 
həzəc-13 qəlibləri folklor nümunələrinin təsadüfi uyğun 
gələ biləcəyi dərəcədə sadə  qəliblər deyil. Belə ki, bu 
qəlibin bölgüsü (1-4-5 və ya 5-5) folklor nümunələrinin 
bölgüsünə uyğun deyil. Bu əruz nüməsinin folklorda möv-
cud olmasını onunla izah etmək olar ki, bu nümunə əruzu 
bilən müəllif tərəfindən yaradılmış, sonradan dildən dilə 
keçərək folklor nümunəsinə çevrilmişdir. 
Prof. Məmməd  Əliyev (İracoğlu) M.Müşfiqə  məxsus 
aşağıdakı  şeir nümunələrinin ayrı-ayrı misralarını da 
yanlış olaraq 6-4, 4-6, və 5-5, bölgülü heca vəzni nümu-
nəsinə aid etmişdir (19s.176-177):  


 
29
Mən bu gün Göygölü durğun gördüm
Göygölün şəklinə vurğun gördüm, 
Çırpınan bir quşu quş çağlardı, 
Yeri çiskin dolu dik dağlardır... 
 
Mədəndə bu gün fırtınalar var,  
Çalxanmada ətrafda axınlar, 
Avralçıların coşqunudur bu,  
Div səsli maşınlar kimi gurlar. 
 
Halbuki, açıq-aşkar görünür ki, həmin nümunələrdən 
birincisi  əruzun rəməl-8  (Dadadah dahda-dadah dahda-
dadah),  ikincisi isə  həzəc-13 qəlibində yazılmışdır. Hətta 
görkəmli  əruzşünas  Əkrəm Cəfər həzəc-13 qəlibinə nü-
munə kimi M.Müşfiqin eyni şeirindən bir misranı (“Neft 
olmasa işlərmi zavodlar”) göstərmişdir (7, s. 353).  
Məmməd  Əliyevin (İracoğlu) 5-5 bölgülü 10-hecalı 
şeirə  aşağıdakı  şeir parçasını misal gətirməsi də doğru 
deyil (19, s. 177): 
 
Yaz ola, dovğa ola yarpızla, 
Yay ola, sərin sular sal buzla 
Payız ola, pendir çörək qarpızla 
Qış ola isti otaq bir qızla. 
                              S.Vurğun 
 
Belə ki, bu bəndin 1-ci və 4-cü misraları  əruzun 
rəməl-6  (dadadah dahda-dadah dahda-dadah)  qəlibinə tam 
uyğundur. 2-ci misra həmin qəlibin təqlididir. Belə ki, 
həmin misradakı “sərin” sözündə uzun və  qısa hecanın 
yerləri dəyişikdir. Hətta kifayət qədər ahəngdar oldu-
ğundan yeni əruz qəlibi  (dadadah dadah-dadah  dahda-
dadah) kimi də qəbul etmək olar. 3-cü misra isə 11-hecalı, 
4-4-3 bölgülü heca vəzni nümunəsidir.  


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə