Musiqi
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr
Praktiki qabiliyyət-
vərdişlər
Kommunikasiya,
Şərh
Kontekstdə musiqi
nümunələrinin dərk
edilməsi
Mus.IV.1. Şagird musiqi
dili ilə öyrəndiyi
elementlərdən
improvizasiyalı
məşğələlərdə istifadə edə
bilər.
Mus.IV.2. Şagird
mahnını tək və ya
başqaları ilə birlikdə
oxuya bilər.
Mus.IV.3. Şagird onun
üçün maraqlı olan əhval-
ruhiyyəni, süjeti,
mövzunu müəyyənləşdirə
və ötürə bilər.
Mus.IV.4. Şagird musiqi
yazısı ilə öyrəndiyi
işarələri tanıya və yaza
bilər.
.
Mus.IV.7. Şagird
dinlənilmiş musiqi
əsərləri barədə söhbət
apara bilər.
Mus.IV.8. Şagird
müxtəlif növ tədbirdə
iştirak edə bilər.
Mus.IV.9. Şagird mədəni
tədbirlərdə iştirak edərkən
əxlaq normalarına riayət
edə bilər.
Mus.IV.10. Şagird başa
düşür və büruzə verir ki,
musiqi (incəsənət)
özünütəsvir vasitəsidir.
Mus.IV.11. Şagird
musiqiçilərin ixtisaslarnı
fərqləndirə və onları bir-
biri ilə müqayisə edə
bilər.
Mus.IV.12. Şagird
dinlənilmiş musiqi
əsərlərini müzakirə edə
bilər.
Mus.IV.13. Şagird musiqi
alətlərini bir-birindən
fərqləndirə bilər.
Mus.IV.5. Şagird özünün
dərs fəaliyyətini təşkil edə
bilər.
Mus.IV.6. Şagird qrupda
işləyə bilər.
Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları
İstiqamət: praktiki qabiliyyət-vərdişlər və ideyaların əks olunması
Mus.IV.1. Şagird musiqi dili ilə öyrəndiyi elementlərdən improvizasiyalı
məşğələlərdə istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
musiqini dinləyərkən major ilə minoru fərqləndirə bilirsə;
tonika (tonik səsin oxunulması) ətrafında yaxın səsləri ifa edə bilirsə;
kvint çərçivələrində intervalları mahnı ilə təkrar edə bilirsə;
tanış melodiyaya mətn seçə bilirsə;
tanış melodiyanı yavaş-tez (temp) ucadan-alçaqdan (səslənmənin gücü) oxuyursa;
musiqi fraqmentinin fortepianonun hansı registrində səsləndiyini seçə bilirsə;
alətdə, zümzümə ilə, başqa mətndə ifa olunmuş tanış melodiyanı tanıya bilirsə;
mahnının ifası/musiqinin dinlənilməsi zamanı vurğularla çətin anları ayıra bilirsə;
dəyişilməz metr şəraitlərində əl çalma və ya taqqıltı ilə müxtəlif ritmik parçaları təqdim
edə bilirsə;
sinif yoldaşları tərəfindən ahənglə səslənən tonu, sadə ritmik fiquru (ostinato) özünün və
ya başqasının səsinə
(taqqıltı, çalğı), melodik davranışa, ritmik fiqura uyğunlaşdıra
bilirsə;
sinif yoldaşları ilə birlikdə musiqiyə qoşulursa, müxtəlif ritmik parçaları oyuncaq
alətlərdən və gündəlik istifadə olunan əşyalardan təşkil edilmiş “ansamblda”, “orkestrdə”
çalırsa.
Mus.IV.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə ifa edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
major və minoru sinif yoldaşları ilə birlikdə oxuyursa;
kvint çərçivələrində intervalları sinif yoldaşları ilə birlikdə oxuya bilirsə;
xalq və klassik repertuardan bir və ikisəsli mahnıları təkbaşına, cüt halda, xorda oxuya
bilirsə;
öyrəndiyi xarici dildə mahnı oxuya bilirsə;
dinamik nüanslara riayət etməklə oxuya bilirsə;
Mus.IV.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu
müəyyənləşdirə və çatdıra bilər.
Nəticə göz önündədir, əgər şagird:
konkret musiqi əsərlərinin/fraqmentin əhval-ruhiyyəsini əks etdirmək məqsədi ilə
başqaları ilə birlikdə sadə səhnələri oynaya bilirsə;
müəyyən əhval-ruhiyyəni pantomima ilə ifadə edə bilirsə;
sinif yoldaşları tərəfindən ifadə olunan əhval-ruhiyyəni tanıya bilirsə;
dinlənilmiş musiqi əsərlərinin təəssüratları altında mətn bəstələyə bilirsə;
personajın xarakterini musiqi fraqmentinə uyğunlaşdıra bilirsə;
konkret hadisəni, süjeti ona tanış olan musiqi əsərləri ilə uyğunlaşdıra bilirsə.
Mus.IV.4. Şagird musiqi yazısı ilə öyrəndiyi işarələri tanıya və yaza bilər.
Nəticə göz önündədir, əgər şagird:
Beşxətli not sistemində notları tanıya, adlarını çəkə və yaza bilirsə;
uzunluqları, pauzaları (tam, yarı, dörddə bir, səkkizdə bir) fərqləndirə və yaza bilirsə;
klaviaturada öyrəndiyi oktavaları sadalaya bilirsə;
sadə ritmləri oxuya və əl çalma ilə ifadə edə bilirsə.
Mus.IV.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
tədris prosesi üçün lazımi əşyaları axtarıb, tapıb gətirərsə;
tapşırığı yazırsa;
dərsin gedişinə fəal qoşulmuşdursa;
sorğularda iştirak edirsə;
suallar verirsə;
konkret məsələyə müvafiq olaraq icra olunası işləri ardıcıllıqla planlaşdıra bilirsə.
Mus.IV.6. Şagird qrupda işləyə bilər.
Nəticə göz önündədir, əgər şagird:
tapşırığın həllində cüt halda iştirak etməyə çalışa bilirsə;
fərdi və başqaları ilə birlikdə işləyirsə;
fərqli fikrə diqqət yetirirsə;
xor işində iştirak edirsə.