İnformasiya cəmiyyətində iqtisadiyyatın
transformasiyası məsələləri
Rasim Əliquliyev
1
, Rasim Mahmudov
2
1,2
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
secretary@iit.ab.az, rasimmahmudov@gmail.com
Xülasə-
Məqalədə e-dövlətin formalaşdığı iqtisadi mühitdə baş
verən tranfsormasiya prosesləri tədqiq olunur. Bu mühitdə
iqtisadiyyatın transformasiyasına təsir edən amillər və proseslər
analiz edilir. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyatın
bazarın təməl prinsipləri ilə ziddiyyət təşkil edən xüsusiyyətləri
şərh olunur.
Açar sözlər - e-dövlət, iqtisadiyyatın transformasiyası, informasiya
assimmetriyası, biliklər iqtisadiyyatı.
I.
GIRIŞ
İKT-nin dinamik inkişafı və hərtərəfli tətbiqi, bütün
fəaliyyət
sahələrində olduğu kimi, iqtisadi sferada da köklü
dəyişikliklərə səbəb olur. İqtisadi fəaliyyətin struktur, forma
və üsulları, inkişaf istiqamətləri ciddi transformasiyaya məruz
qalır. Baş verən transformasiya prosesləri iqtisadiyyatın
qloballaşmasını, virtuallaşmasını, konvergensiyasını və
diversifikasiyasını özündə əks etdirir. İqtisadi sferadakı
transformasiya prosesləri həm makro,
həm də mikro
səviyyədə müşahidə edilir.
İqtisadiyyatda
güclü
informasiya
sektorunun
formalaşmasında, inkişafında və bütün fəaliyyət sferalarına
güclü nüfuz etməsində İKT-nin aparıcı istiqaməti olan
İnternet fenomeni ən mühüm rola malikdir. İnternetin
informasiya və kommunikasiya mühiti kimi xüsusiyyətləri
özünü iqtisadiyyatın bütün sferalarında qabarıq şəkildə
göstərir. İqtisadiyyatda baş verən qloballaşma, virtuallaşma,
konvergensiya və diversifikasiya prosesləri, əsasən, İnternetin
təsiri nəticəsində baş verir.
İKT-nin təsiri ilə baş verən
ən mühüm dəyişiklik isə
mövcud iqtisadi sistemin özünün ciddi transformasiyaya
uğramasıdır. Belə ki, rəqabət obyektlərinin və növlərinin
transformasiyası, yeni tip müəssisələrin və onlar arasında yeni
qarşılıqlı əlaqə strategiyalarının, habelə mülkiyyətin yeni
elementlərinin və mənimsəmə formalarının meydana gəlməsi
iqtisadi sistemin strukturunun transformasiyasını şərtləndirir.
Dinamik
inkişaf
edən
informasiya
texnologiyaları,
informasiya və biliklərin əsas strateji
resursa çevrilməsi, bazar
subyektləri arasında kommunikativ əlaqələrin qurulması,
İnternet mühitində sosial şəbəkələrin meydana gəlməsi və
inkişafı,
biliklər
iqtisadiyyatının
formalaşdırılması
informasiya asimmetriyasının aradan qaldırılması qeyri-
təkmil, inhisarçı bazarın dayaqlarını sarsıdır.
Tədqiqat işində bazar iqtisadiyyatının strukturunda, forma
və funksiyalarında baş verən transformasiya
proseslərinin
əsasında dayanan faktorlar və tendensiyalar analiz edilir.
II.
VİRTUAL
BAZARIN
FORMALAŞMASI
Bazar iqtisadiyyatının transformasiyasını xarakterizə edən
tendensiyalardan
biri
ənənəvi münasibətlərin virtual
münasibətlərlə
əvəz
olunması,
virtual
bazarın
formalaşmasıdır. İnternetin yaratdığı imkanlar hesabına həm
şaquli (ayrı-ayrı müəssisələr, maliyyə-sənaye qrupları,
korporasiyalar və birliklər və bütöv bazarlar), həm də üfüqi
(əmtəə və xidmət bazarı, əmək bazarı) iqtisadi strukturları ciddi
dəyişikliklərə məruz qalır. Bütün bu
proseslərin nəticəsi kimi
yeni iqtisadi məkan – virtual bazar formalaşır.
Virtual bazarlar sənaye və ticarət müəssisələrini, maliyyə-
bank strukturlarını da öz təsir dairəsinə cəlb edir. Virtual
bazarların ən başlıca xüsusiyyəti İnternetin və verilənlər
bazalarının
hesabına
informasiyanın
yüksək
dərəcədə
təmərküzləşməsidir. Virtual bazarlar
asan təhlil edilə bilən
mühitdir, burada informasiya bütün iştirakçılar üçün eyni
dərəcədə əlyetərlidir.
Virtual bazarın əsas infrastrukturu kimi çıxış edən İnternet
aşağıdakı problemlərin eyni zamanda həlli üçün əlverişli şərait
yaradır [1]:
Kommunikativ (e-poçt, forumlar, sosial şəbəkələr və s.);
İnformativ (istənilən zəruri informasiyanın əldə edilməsi);
Reprezentiv (şirkət və onun məhsulları barədə geniş
reklam imkanlarından və müxtəlif informasiya çatdırma
üsullarından istifadə etməklə müxtəlif ünvanları
məlumatlandırma).
Müəssisənin yeni fəaliyyət mühiti kimi İnternetin əsas
üstünlükləri aşağıdakı imkanlar vasitəsilə təmin edilir:
Məqsədli auditoriyanın dəqiq əhatə olunması – məkan
üzrə, daxilolma vaxtına görə, tematik saytlar üzrə və s.;
İstifadəçilərin
saytdakı
davranışlarının,
saytın
təkmilləşdirilməsinin, malların,
əldə edilən nəticələr
əsasında satışöncəsi və satışsonrası xidmətin analizi;
Sutkaboyu əlyetərlilik və çeviklik;
İnteraktivlik: istehlakçı satıcı ilə, məhsulla qarşılıqlı
əlaqədə olmaq imkanı əldə edir;
Əmtəə
haqqında böyük həcmdə informasiyanın
yerləşdirilməsi (o cümlədən qrafik, audio, video,
animasiya və s.);
İnformasiyanın yayılmasının və əldə edilməsinin
operativliyi;
Maraqlar, peşə faəliyyəti ilə bağlı virtual cəmiyyətlərin
yaradılması.
III.
BAZARIN
VASİTƏÇİLİK
FUNKSİYASININ
TRANSFORMASİYASI
Bazarın mühüm funksiyalarından olan