Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə66/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   60   61   62   63   64   65   66   67   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
267 
267 
267 
Xaricdəki  soydaşlarımızın  övladlarının  respublikanın 
məktəblərində təhsil almasına köməklik göstərmək
Xarici  ölkələrdə  yaşayan  azərbaycanlı  biznesmen  və  iş 
adamlarının  Azərbaycan  Milli  Bankına  vəsait  qoymalarına 
şərait yaratmaq; 
Respublika  prezidentinin,  yaxud  hökumət  dairələrinin 
xarici  ölkələrə  yüksək  səviyyəli  səfəri  zamanı  Azərbaycan 
diasporu  ilə  məşğul  olan  konkret  şəxsləri  də  nümayəndə 
heyətinə daxil etmək; 
Xarici 
ölkələrdə 
yaşayan 
soydaşlarımızın 
respublikamıza  sərbəst  gəlib-getmələrinə  lazımi  şərait 
yaratmaq; 
Ədəbiyyat  və  incəsənət  xadimlərinin  xarici  ölkələrə 
səfər zamanı Azərbaycan diasporu ilə görüşlərini təşkil etmək 
və  bu  səfərlə  respublikanın  kütləvi  informasiya  vasitələrində 
geniş işıqlandırmaq; 
Respublikamıza 
gəlmiş 
Azərbaycan 
diasporu 
nümayəndələrini radio və televiziyada çıxışlarını təşkil etmək, 
onların geniş ictimaiyyətlə görüşlərini təşkil etmək
«Azərbaycan  diasporu»  adlı  xüsusi  qəzet  və  jurnalın 
(Azərbaycan,  rus  və  ingilis  dillərində)  nəşr  edilib  bütün 
dünyada yaymaq; 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
268 
268 
Əlbəttə ki, bu qəbildən olan bəndlərin sayını artırmaq da 
olar.  Əsas  məqsəd  Azərbaycan  diasporunu  gücləndirmək, 
onun məqsədyönlü fəaliyyətini intensivləşdirməkdir.  
Biz  əminik  ki.  Azərbaycan  diasporu  hələ  öz  potensial 
gücündən lazımınca istifadə edə bilmir. Çalışmaq lazımdır ki, 
bütün obyektiv və subyektiv səbəbləri aradan qaldırılsın.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
269 
269 
269 
NƏTİCƏ 
 
Dünya  fikrində  elmi-ədəbi  mahiyyətdən  daha  çox, 
sosial-siyasi  məzmun  daşıyan  ―zəka  axını‖  anlayışı  çoxdan 
mövcuddur.  Tarix  zaman-zaman  təsdiqləyib  ki,  müxtəlif 
səbəblərdən  doğma  vətənindən  uzaq  düşüb  yad  ölkələrdə 
yaşamağa  məhkum  olan  elm  adamları  öz  istedadlarını 
qürbətdə  də  boşuna  sərf  etməyib,  ən  ağır  şəraitdə  də  yazıb-
yaradıblar.  İstər  Şərq,  istər  Qərb  ədəbiyyatları  tarixinə  nəzər 
yetirsək,  mühacirət  ədəbiyyatına  dair  onlarca,  yüzlərcə  fakt 
göstərə bilərik.  
Ümumiyyətlə götürdükdə, Azərbaycan fikir adamlarının 
mühacirəti  zaman-zaman  müşahidə  olunub.  Lakin  bu 
mühacirət  iyirminci  əsrə  qədər  ya  təsadüfi  ya  da  könüllü 
xarakter  daşıyıb,  kütləviləşməyib.  Məsələn,  Nəsimi  dini 
fanatizmin,  Ağabəyim  ağa  siyasi  proseslərin  qurbanı  kimi 
qürbət həyatı yaşamalı olmuşdularsa, Mirzə Kazım bəy, Mirzə 
Cəfər  Topçubaşov,  Abbasqulu  Ağa  Bakıxanov,  Yusif  Vəzir 
Çəmənzəminli  elm,  təhsil  almaq  məqsədilə  bir  müddət 
Avropada,  Rusiyada  yaşamağı  könüllü  seçmişdilər.  İyirminci 
əsrin mühacirəti isə, müstəqillik dövrü istisna olmaqla, əsasən 
siyasi  zəmində  baş  verib  və  axın  halına  keçməklə  məcburi 
xarakter daşıyıb.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
270 
270 
Azərbaycanın  müstəqillik  qazandığı  1991-ci  ildən 
başlamaqla  indiyədək  davam  edən  bu  proses  bir  çox 
cəhətlərinə görə əvvəlki dövrlərdən fərqlənməkdədir.  
Birinci  fərq  budur  ki,  əsrin  əvvəlindən  90-cı  illərə 
qədərki  Azərbaycan  mühacirətinin  yayıldığı  coğrafiya 
Türkiyə, İran, Rusiya, Almaniya, Fransa kimi bir neçə ölkə ilə 
məhdudlaşdığı 
halda, 
son 
20 
ildə 
bu 
coğrafiya 
hüdudsuzlaşaraq bütün dünyanı əhatə etməkdədir.  
İkinci  xüsusiyyət  müasir  mühacirətin  xarakterindədir. 
Məlum  olduğu  kimi,  əvvəlki  mühacirət  dalğalarının  hər  üçü 
siyasi  motivlərlə–azadfikirliliyə,  siyasi  baxışlara  görə 
təqiblərlə  bağlı  idi.  Son  dövr  mühacirəti  isə  daha  çox 
Azərbaycanın  dünyaya  sərhədlərinin  açılması,  insanların 
yaşayış  və  iş  yeri  seçmək  azadlığı,  iqtisadi  faktorlarla 
müşayiət olunur.  
Üçüncü 
spesifik 
xüsusiyyət 
ideoloji-məfkurəvi 
istiqamətlə bağlıdır. Əvvəlki mərhələlərdə mühacirət aydınları 
strateji məqsəd kimi əsasən Şimali Azərbaycanın istiqlalını və 
Rusiya  imperiyasının  caynağından  azad  olmasını  hədəf 
götürmüşdü.  Artıq  bu  istiqlal  qazanıldığından,  hazırkı 
mərhələdə  Bütöv  Azərbaycan  məfkurəsi  və  türk  xalqlarının 
birliyi əsas amala çevrilib.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
271 
271 
271 
Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, 
hazırda  dünyada  50  milyona  qədər  azərbaycanlı  yaşayır. 
Onların təxminən beşdən biri tarixi Vətənlərindən kənardadır, 
Azərbaycan  diasporunu  təşkil  edir.  İlk  nəzərdən  bu,  böyük 
qüvvədir,  dünyanın  aparıcı  yəhudi,  yunan  və  erməni 
diasporlarından  böyük  qüvvədir.  Amma  Vətəndən  kənarda 
yaşayan  azərbaycanlıların  birləşməsinə,  real  qüvvəyə 
çevrilməsinə mane olan amillər də vardır. Bu amillər arasında 
aparıcı rolu Vətənin iki yerə– Şimali və Cənubi Azərbaycana 
bölünməsi  oynayır.  Xaricdə  yaşayan  azərbaycanlıların 
əksəriyyəti də əslən Cənubi Azərbaycandan olanlardır (Sovet 
dövründə Şimali Azərbaycanın qapıları bağlı idi) və nə qədər 
acınacaqlı olsa da, onların əksəriyyəti özünü azərbaycanlı yox, 
iranlı (təbii ki, türkdilli olduqlarını etiraf etmək şərti ilə) hesab 
etməsidir.  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  də  bu 
məqamı  nəzərə  alır,  ABŞ-da  Azərbaycan  diasporu  ilə 
görüşündə  üzünü  bütün  azərbaycanlılara  tutur:  "Bilirsiniz, 
xaricdə  yaşayan  azərbaycanlıların  çoxu  Azərbaycanda 
doğulmayıb. Nə olsun? Məgər, Amerikada yaşayan ermənilər 
Ermənistanda  doğulub,  məgər  onlar  Dağlıq  Qarabağda 
doğulub?  Amma  ermənidirlər,  ona  görə  də  Ermənistan 
haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə 
biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən Turanda 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə