4
bəyləri (bu söz şərtidir) bu rəhbərləri, köməksiz məzlum qara camaat düşmən
qabağından qaçmaq. Fəqət biz istəsək də, istəməsək də tarix bizi ifşa edir və yəqin
ki, buna layiqik. Çünki nəyə qadiriksə, ona qadirik.
Sırxavənd hadisələri. 1905-ci il oktyabr. Sırxavənd sakinləri Abbasqulu və
İmam Həsənxan oğlu meşədə öldürülüb yandırılmışdır. 1991-ci ildə İmam
Həsənoğlunun və Abbasqulu yandırılan yerdə Novruz İmanov və oğlu və Həsənov
Qəzənfər oğlu ilə birgə həmin yerdə yandırılıb. 1905-ci il 3 oktyabrda Hamazaspın
rəhbərliyi ilə Sırxavəndə hücum başlanır. M.S.Ordubadi yazır: “Sırxavənd kəndi
islam cəsədləri ilə dolub qandan çoxlu əmələ gəlmişdi. Əlağalı kəndi də
dağıdılmışdı. Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də
anasının qucağından alıb divarlara vurmaqla parça-parça edir, süngülərə
keçirirdilər.
Cavanşir bəylər isə naçanlik Pivarovla hər gün bir ziyafətxana da keyf
çəkməkdə, gün keçirməkdə idilər”...
1905-ci il, 27 noyabr. Dəmirli faciəsi. Xatırladaq ki, bu kənd elə o vaxtdan
da işğal altında olmuş və yalnız 1992-ci ildə azad edilmişdi. Ermənilər bu kəndi
dörd tərəfdən əhatə edərək hücuma keçirdilər. M.S.Ordubadi yazırdı: On min
camaatın qarşısında dörd nəfər kimsəsiz islam axşama qədər kəndi mühafizə
edirdilər. Qalan camaat isə ailələrini götürüb düzlərə və Çıraqlı kəndinə dağılmağa
davam edirlər... Bu müharibədə can tələfatı 8 nəfər, ermənidən isə 40 nəfərə qədər
olmuşdur”.
“31 noyabr 1905-ci ildə Hacıqərvənd və Çıraqlı (Moxrataq)” kəndlərində
faciə baş verdi. “Xatırladırıq ki, hər iki kənd 89 ildir ki, Azərbaycan rəhbərliyinin
vətənpərvərliyi” sayəsində işğal altındadır. Yalnız 1992-ci ildə müvəqqəti azad
edilmişdir. M.S.Ordubadi yazır:”Bu kəndlərdə tələf olan islamların sayı 10 nəfər,
ermənilərin sayı isə 100 nəfərə qədərdir”.
1905-ci il, 25 dekabr. Erməni əhatəsində tənha qalan Umudlu kəndi bu
tarixdə köməyə başlayır. Heyvalı (Drombon) adlı kəndinin yanına yetişməkdə
Abram bəy Həsən Cəlalov bunloara rast gəlir və Heyvalıda qalmalarını təklif edir.
İsmayıl kəndxuda ona inanıb razılıq verir.
M.S.Ordubadi yazırdı: “Bu halı görən əliboş camaat nə edəcəklərini
bilmirlər. Əvvəlcə kişiləri övrətlərindən ayırıb başlarını kəsir, sonra övrətlərin bir
hissəsini saxlayıb, bir hissəsini də öldürürlər.
“Bu qarışıqlıqda həmən insanların sallaqxanasından ancaq 30 nəfər
canının qurtarmışdır ki, bu sözləri nəql eləyirlər”...
Sonra İmarət – Qərvənd kəndini də işğal edən ermənilər Xaçın və Qabartı
dərəsi kəndlərinə keçirlər. Bu hadisələrdən 90 ilə yaxın bir vaxt keçir. Dəyişən
nədir?
Biz nutduq, fəqət bir şeyi unutduq. Düşmən əhatəsində yaşaya-yaşaya
dost obrazı yaratdıq. Sanki milli yaddaşsızlıq xəstəliyinə tutmuşduq.
Bəs 90 il sonra ərazidə nələr baş verdi?
5
Ağdərədə nələr oldu?
Dağlıq Qarabağda ilkin olaraq Qaralar kəndi və Gəncxana adlı fəhlə
qəsəbəsi yandırılır. Hakimiyyət orqanları nəinki bu faktları dünyaya yayırlar, hətta
susmağa üstünlük verirlər. Üstəlik, Qazançı kəndinin ərazisində məskunlaşmaq
istəyən Yeni Qaralar əhalisi üçün maneçilik törətməyə başlayırlar. (1989-1990).
Yerli ziyalıların nümayəndəsi Vaqif Sarıkişiyev yazırdı: “1989-cu ilin
noyabr ayında xəbər gəldi ki, Ağdərənin Gəncxana adlı kəndində 3000 erməni
quldur hücum etmiş və xeyli adamı girov götürmüşlər...
... Baş Güneypəyə kənd sakini İsmayıl Həsənovu Ermənilər tutub 21 gün
işğəncə veriblər.
... 1992-ci ildə Sırxavəndə kəndinə ermənilərin birinci, böyük hücumu
oldu. Döyüşdə 21 nəfər erməni əsgəri məhv edildi...
Biz ciddi surətdə gizli qisasçı “Kolanı” təşkilatı yaratdıq. Üzvlər
konspirasiya üsulu ilə bir-biriylə əlaqə saxlasyır və heç indi də onların haradan
idarə olunduqlarını bilmirlər. Bütün bu dövr ərzində hakim dairələri bizə kömək
etməmişlər. Camaat özü öz müdafiəsini təşkil etməyə başlamışdı... (R.S. qəzeti 6
aprel 1993-cü il).
Vaqif Sarıkişiyev yazırdı: “Kolanı” qisasçı təşkilatı irili-xırdalı 15
əməliyyat keçirmikş və əməliyyatların hamısını qabiliyyətlə başa çatdırmışdı.
Yalnız Cahid Gəncəliyev xüsusi qəhrəmanlıq göstərərək həlak olmuşdu.
Martın 12-də Manikli-Sırxavənd arası 7 kəndin faciəsi baş verdi.
Təxminən 40-dan artıq zirehli texnika və 10 minə yaxın qüvvə ilə düşmən hücuma
keçdi. İnsan dar günündə kömək gözləyib onu görməyəndə dəhşətli olur”. (“Azad
Azərbaycan” qəzeti 16 dekabr 1992-ci il).
“KOLANI” QISASÇI TƏġKILATI
Bu təşkilat hökumət biganəliyinin yaratdığı boşluğu doldurmaq və kənd
cavanlarını birləşdirmək məqsədiylə yaranmışdı. Əsas təşkilatçı və rəhbəri
Xatınbəyli kənd orta məktəbinin direktoru, şəhid atası, “Azərbaycan Bayrağı”
ordeniylə təltif olunan qəhrəman A. Sarıkişiyevin atası Vaqif İbrahim oğlu
Sarıkişiyev idi. Təşkilat 100-ə qədər şəxsi birləşdirərək erməniləri daim vahimə
altında saxlayırdı. Onun əsas planlarını Aliyev Möhü, Həsənov İsmayıl və
Həsənov Rəfayıl qardaşları hazırlayıb həyata keçirirdilər. İsmayıl Həsənov 21 gün
ermənilərin işgəncələrinə məruz qalan ilk Azərbaycanlı idi. Onu xüsusi bir erməni
dəstəsi günlərlə izləyib tutmuşdu və bu gün fəxrlə demək olar ki, Azərbaycanda
ikinci bir adam tapmaq olmaz ki, onun qədər düşmənə zərbə vursun. İstər texnika,
istər canlı qüvvəsini məhv etsin. Əfsuslar olsun ki, Əlahiddə kəşfiyyat rotasının
komandiri olmuş bu şəxsi mükafatlandırmaq əvəzinə, dəfələrlə təzyiqlərə məruz
qoymuşlar. İstərsə də Vətən yolunda öz doğma balasına qıymış Vaqif Sarıkişiyevin
özü, nə də yaratdığı təşkilast layiq olduğu adla mükafatlandırılmayıb. Ağdərə