Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27

 

bəyləri  (bu  söz  şərtidir)  bu  rəhbərləri,  köməksiz  məzlum  qara  camaat  düşmən 



qabağından qaçmaq. Fəqət biz istəsək də, istəməsək də tarix bizi ifşa edir və yəqin 

ki, buna layiqik. Çünki nəyə qadiriksə, ona qadirik.  

Sırxavənd hadisələri. 1905-ci il oktyabr. Sırxavənd sakinləri Abbasqulu və 

İmam  Həsənxan  oğlu  meşədə  öldürülüb  yandırılmışdır.  1991-ci  ildə  İmam 

Həsənoğlunun və Abbasqulu yandırılan yerdə Novruz İmanov və oğlu və Həsənov 

Qəzənfər oğlu ilə birgə həmin yerdə yandırılıb. 1905-ci il 3 oktyabrda Hamazaspın 

rəhbərliyi  ilə  Sırxavəndə  hücum  başlanır.  M.S.Ordubadi  yazır:  “Sırxavənd  kəndi 

islam  cəsədləri  ilə  dolub  qandan  çoxlu  əmələ  gəlmişdi.  Əlağalı  kəndi  də 

dağıdılmışdı.  Vəhşi  yırtıcılar  südəmər  körpələri  beşiyi  ilə  odlayıb,  bəzən  də 

anasının  qucağından  alıb  divarlara  vurmaqla  parça-parça  edir,  süngülərə 

keçirirdilər.  

Cavanşir  bəylər  isə  naçanlik  Pivarovla  hər  gün  bir  ziyafətxana  da  keyf 

çəkməkdə, gün keçirməkdə idilər”... 

1905-ci il, 27 noyabr. Dəmirli faciəsi. Xatırladaq ki, bu kənd elə o vaxtdan 

da işğal  altında  olmuş  və  yalnız  1992-ci ildə azad  edilmişdi.  Ermənilər  bu  kəndi 

dörd  tərəfdən  əhatə  edərək  hücuma  keçirdilər.  M.S.Ordubadi  yazırdı:  On  min 

camaatın  qarşısında  dörd  nəfər  kimsəsiz  islam  axşama  qədər  kəndi  mühafizə 

edirdilər. Qalan camaat isə ailələrini götürüb düzlərə və Çıraqlı kəndinə dağılmağa 

davam edirlər... Bu müharibədə can tələfatı 8 nəfər, ermənidən isə 40 nəfərə qədər 

olmuşdur”. 

“31 noyabr 1905-ci ildə Hacıqərvənd və Çıraqlı (Moxrataq)” kəndlərində 

faciə baş verdi. “Xatırladırıq ki, hər iki kənd 89 ildir ki, Azərbaycan rəhbərliyinin 

vətənpərvərliyi”  sayəsində  işğal  altındadır.  Yalnız  1992-ci  ildə  müvəqqəti  azad 

edilmişdir. M.S.Ordubadi yazır:”Bu kəndlərdə tələf olan islamların sayı 10 nəfər, 

ermənilərin sayı isə 100 nəfərə qədərdir”. 

1905-ci  il,  25  dekabr.  Erməni  əhatəsində  tənha  qalan  Umudlu  kəndi  bu 

tarixdə  köməyə  başlayır.  Heyvalı  (Drombon)  adlı  kəndinin  yanına  yetişməkdə 

Abram bəy Həsən Cəlalov bunloara rast gəlir və Heyvalıda qalmalarını təklif edir. 

İsmayıl kəndxuda ona inanıb razılıq verir. 

M.S.Ordubadi  yazırdı:  “Bu  halı  görən  əliboş  camaat  nə  edəcəklərini 

bilmirlər.  Əvvəlcə  kişiləri  övrətlərindən ayırıb  başlarını  kəsir,  sonra  övrətlərin  bir 

hissəsini saxlayıb, bir hissəsini də öldürürlər.  

“Bu  qarışıqlıqda  həmən  insanların  sallaqxanasından  ancaq  30  nəfər 

canının qurtarmışdır ki, bu sözləri nəql eləyirlər”... 

Sonra İmarət – Qərvənd kəndini də işğal edən ermənilər Xaçın və Qabartı 

dərəsi  kəndlərinə  keçirlər.  Bu  hadisələrdən  90  ilə  yaxın  bir  vaxt  keçir.  Dəyişən 

nədir? 

Biz  nutduq,  fəqət  bir  şeyi  unutduq.  Düşmən  əhatəsində  yaşaya-yaşaya 



dost obrazı yaratdıq. Sanki milli yaddaşsızlıq xəstəliyinə tutmuşduq. 

Bəs 90 il sonra ərazidə nələr baş verdi? 




 

Ağdərədə nələr oldu? 



Dağlıq  Qarabağda  ilkin  olaraq  Qaralar  kəndi  və  Gəncxana  adlı  fəhlə 

qəsəbəsi yandırılır. Hakimiyyət orqanları nəinki bu faktları dünyaya yayırlar, hətta 

susmağa  üstünlük  verirlər.  Üstəlik,  Qazançı  kəndinin  ərazisində  məskunlaşmaq 

istəyən Yeni Qaralar əhalisi üçün maneçilik törətməyə başlayırlar. (1989-1990). 

Yerli  ziyalıların  nümayəndəsi  Vaqif  Sarıkişiyev  yazırdı:  “1989-cu  ilin 

noyabr  ayında  xəbər  gəldi  ki,  Ağdərənin  Gəncxana  adlı  kəndində  3000  erməni 

quldur hücum etmiş və xeyli adamı girov götürmüşlər... 

... Baş Güneypəyə kənd sakini İsmayıl Həsənovu Ermənilər tutub 21 gün 

işğəncə veriblər.  

...  1992-ci  ildə  Sırxavəndə  kəndinə  ermənilərin  birinci,  böyük  hücumu 

oldu. Döyüşdə 21 nəfər erməni əsgəri məhv edildi... 

Biz  ciddi  surətdə  gizli  qisasçı  “Kolanı”  təşkilatı  yaratdıq.  Üzvlər 

konspirasiya  üsulu  ilə  bir-biriylə  əlaqə  saxlasyır  və  heç  indi  də  onların  haradan 

idarə  olunduqlarını  bilmirlər.  Bütün  bu  dövr  ərzində  hakim  dairələri  bizə  kömək 

etməmişlər. Camaat  özü öz müdafiəsini təşkil etməyə başlamışdı... (R.S. qəzeti 6 

aprel 1993-cü il).  

Vaqif  Sarıkişiyev  yazırdı:  “Kolanı”  qisasçı  təşkilatı  irili-xırdalı  15 

əməliyyat  keçirmikş  və  əməliyyatların  hamısını  qabiliyyətlə  başa  çatdırmışdı. 

Yalnız Cahid Gəncəliyev xüsusi qəhrəmanlıq göstərərək həlak olmuşdu. 

Martın  12-də  Manikli-Sırxavənd  arası  7  kəndin  faciəsi  baş  verdi. 

Təxminən 40-dan artıq zirehli texnika və 10 minə yaxın qüvvə ilə düşmən hücuma 

keçdi. İnsan dar günündə kömək gözləyib onu görməyəndə dəhşətli olur”. (“Azad 

Azərbaycan” qəzeti 16 dekabr 1992-ci il). 

 

“KOLANI” QISASÇI TƏġKILATI 

 

Bu  təşkilat  hökumət  biganəliyinin  yaratdığı  boşluğu  doldurmaq  və  kənd 



cavanlarını  birləşdirmək  məqsədiylə  yaranmışdı.  Əsas  təşkilatçı  və  rəhbəri 

Xatınbəyli  kənd  orta  məktəbinin  direktoru,  şəhid  atası,  “Azərbaycan  Bayrağı” 

ordeniylə  təltif  olunan  qəhrəman  A.  Sarıkişiyevin  atası  Vaqif  İbrahim  oğlu 

Sarıkişiyev  idi.  Təşkilat  100-ə  qədər  şəxsi  birləşdirərək  erməniləri  daim  vahimə 

altında  saxlayırdı.  Onun    əsas  planlarını  Aliyev  Möhü,  Həsənov  İsmayıl  və 

Həsənov Rəfayıl qardaşları hazırlayıb həyata keçirirdilər. İsmayıl Həsənov 21 gün 

ermənilərin işgəncələrinə məruz qalan ilk Azərbaycanlı idi. Onu xüsusi bir erməni 

dəstəsi  günlərlə  izləyib  tutmuşdu  və  bu  gün  fəxrlə  demək  olar  ki,  Azərbaycanda 

ikinci bir adam tapmaq olmaz ki, onun qədər düşmənə zərbə vursun. İstər texnika, 

istər  canlı  qüvvəsini  məhv  etsin.  Əfsuslar  olsun  ki,  Əlahiddə  kəşfiyyat  rotasının 

komandiri  olmuş  bu  şəxsi  mükafatlandırmaq  əvəzinə,  dəfələrlə  təzyiqlərə  məruz 

qoymuşlar. İstərsə də Vətən yolunda öz doğma balasına qıymış Vaqif Sarıkişiyevin 

özü,  nə  də  yaratdığı  təşkilast  layiq  olduğu  adla  mükafatlandırılmayıb.  Ağdərə 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə