Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27

13 

 

XATĠRƏLƏRDƏ ƏBƏDĠ YAġAR QƏHRƏMAN 



 

Səməd Ərşad oğlu Fərzəliyev 1961-ci il noyabrın 4-

də  dünyaya  göz  açmışdı.  Orta  məktrəbi  bitirəndən  sonra 

Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdu. 1979-cu 

ildən Monqolustanda hərbi hava qüvvələrində xidmət etmiş, 

1981-ci  ildə  orduda  tərxis  olunmuş,  texnikumda  təhsilini 

başa  vurduqdan  sonra  öz  kəndlərində  müəllimlik 

fəaliyyətinə  başlamışdı.  1990-cı  ildə  təhsilini  Bakı  Dövlət 

Bədən Tərbiyəsi İnstitutunda davam etdirmişdi. S. Fərzəliyev 1989-cu il avqustun 

14-də  keçmiş  DQMV  üzrə  təşkilat  komitəsinin  sədri  A.Volskinin  əmrinə  əsasən 

general  Safovnov  tərəfindən həbs  edilmişdi.  Bəs,  Səmədi niyə  həbs  etmişdilər?  O 

vaxtlar  Sırxavənd  kəndinin  10  km-də  Dovşanlıdakı  mərmər  zavodu  daşnakların 

mərkəzi  qərargahı  idi.  Erməni  quldurlarının  Qarabağı  işğal  planı  burada 

hazırlanırdı. Həmin qərargahı isə Səməd partlatmışdı.  

Ağdərədən  Xankəndinə  gedən  yolda  ermənilərin  maşın  karvanının 

qabağını  kəsmiş  və  avtomobillərinin  təkərlərini  güllədən  keçirmişdi.  Bununla  da 

Ağdərə  ermənilərinin  Xankəndində  keçirilən  mitinqində  iştirak  etmək  planlarını 

pozmuşdu.  Həmin  hadisədən  sonra  Sırxavənd  kəndinə  rus  ordusu  desant  tökdü. 

Lakin  Səmədin  tutulmasına  kənd  camaatı  imkan  vermirdi.  Əksinə  Səməd 

desantçılara bələdçilik edən erməniləri gülləbaran etdi.  

Xaçın körpüsünün üstündə yerləşən və ermənilərin “Andronik” adlandırıb 

yığışdıqları pavliyonu da Səməd partlatdı. Bundan başqa onlarca “boevik”i məhv 

etdi.  Daşnaksütun  partiyasının  iki  nəfər  üzvünü  ermənilərə  silah  paylayıb 

qayıdarkən Sızqa dərəsində qanlarına qəltan etdi.  

Çıldıran-Ballıqaya  yolunda  erməni  quldurlarının  BMII-1-nin  partladıb 

bütün  heyəti  ilə  məhv  etdi.  Səməd  həmin  bölgədə  ermənilərin  işğalçı  siyasəti 

qarşısında  əsas maneə idi.  Onun  göstərdiyi  igidliklər  bütün  Qarabağ  ermənilərini 

vahiməyə  salmışdı.  Ona  görə  erməni  başbilənləri  çalışırdılar  ki,  əyin  bahasına 

olursa olsun Səmədi ələ keçirsinlər.  

1989-cu  il  avqustun  14-dən  15-nə  keçən  gecə  saat  üç  radələrində  hər 

tərəfdən Sırxavənd kəndinin rus əsgərləri mühasirəyə alır. General Safanov həmin 

vaxt  A.Volskinin  əmrini  yerinə  yetirir.  Səməd  və  Nazim  Fərzəliyev  qardaşlarını 

həbs edir.  

Nazim  Fərzəliyev:  “Bizi  həbs  edən  kimi  Xankəndinə  gətirdilər,  ayrı-ayrı 

kameralara  saldılar.  Elə  ilk  gündən  bizə  olmazın  işgəncələr  verməyə  başladılar. 

Hər  dəfə  də  bizi  başqa-başqa  adamlar  danışdırır,  sorğu-suala  tutur,  əzab-əziyyət 

verirdilər.  Düzü  düşmənin  verdiyi  işgəncələr  nə  qədər  dözülməz  olsa  da  tab 

gətirirdik. Hərdən bir Səmədin qonşu kameradan zümzüməsini eşidirdim. Bir dəfə 

özümü ələ alıb və bütün ağrıları unudaraq ona diqqətlə qulaq asmağa başladım. O 

mahnı  ilə  mənə  açıqca  deyirdi:  “Möhkəm  dayan  qardaş,  mən  heç  nəyi  boynuma 




14 

 

almamışam, sən də alma. De ki, heç nədən xəbərim yoxdur. Müvəqqəti çətinlikdir, 



qorxma. Bizləri dardan çıxaran oğullar tapılar. İgidin başı qalda gərək. Özünü əsil 

kişi kimi apar. İnşallah tezliklə görüşərik”. 

Nəhayət  103  gündən  sonra  qardaşlar  görüşdülər.  Bu  müddət  ərzində 

olmazın əziyyəti çəkmişdilər.  

Amma bu igidlər hər bir işgəncəyə dözmüş, düşmən qarşısında əyilməmiş, 

sınmamışlar.  Həmin  dözülməz  günlərdə  Səməd  dediyi  sözün  üstündə  durmuşdu: 

“Qarabağ  bizim  dədə-baba  yurdumuzdur.  Canımızdan,  qanımızdam  keçərik,  bir 

qarış torpağımızı vermərik”. 

Bəs, Səmədgil həbsdən necə azad olundu. 

Fazil Fərzəliyev: “Qardaşlarımın saxlandığı yer gizli saxlanılırdı. Keçmiş 

SSRİ-nin  elə  bir  təşkilatı  yox  idi  ki,  ora  müraciət  etməyək.  Hətta  Birləşmiş 

Millətlər  Təşkilatına  da  teleqrama  göndərmişdik.  Amma  səsimizə  səs  verən, 

köməklik  göstərən  olmadı.  Rəhmətlik  Vaqif  Cəfərovun  köməkliyi  ilə  25-ci  günü 

xəbər  tutduq  ki,  uşaqlar  Xankəndində  həbsxanadadırlar.  Nazim  aldığı  zərbədən 

ölümcül  vəziyyətdədir.  Ümidimiz  hər  yerdən  kəsilmişdi.  Ağdərə-Xankəndi 

yolunda  Ağdərə  rayon  polis  şöbəsinin  rəisini,  baş  müstəntiqini  və  rayon 

prokurorunu  girov  götürdük.  Bu  bizim  üçün  üzümüzə  açılan  kömək  qapısı  idi. 

Uzun sürən danışıqlardan sonra qardaşlarım həbsxanadan buraxıldı.  

Səmədgil  azad  olunduğu  gün  Sırxavənd  camaatı  toy-bayram  etdi,  hamı 

onların  görüşünə  gəldi.  Ermənilər  elə  hesab  etdilər  ki,  bu  qardaşların  artıq 

müqaviməti qırılıb. Bir daha torpaq təəssübü çəkməyəcəklər. Amma yanılmışdılar. 

Səməd həbsxanadan azad olunan kimi yenə torpaqlarımızın müdafiəsində dayandı.  

Səmədin başçılığı ilə Ballıqaya kəndində aparılmış yoxlama hər tərəfə səs 

saldı. Səməd qrimlənərək rus  əsgəri formasında silahdaşları  – Seymur, Rizvan və 

Azərlə  Ballıqayada  axtarışlar  aparmışdı.  Son  altı  ayda  gecəsi  gündüzü  olmayan 

Sırxavənd  igidləri  düşmən  qarşısında  qəhrəmanlıqlar  göstərirdilər.  S.Fərzəliyevin 

bölməsi  verilən  hər  tapşırığı  uğurla  yerinə  yetirir,  düşmənin  atəş  nöqtələrini, 

texnikasını  sayıb,  hansı  qüvvəsi  olmasını  dəqiqliklə  öyrənib,  qərargaha 

çatdırırdılar. Yeri düşdükdə düşmən arxasına keçib, zərbələr endirir, hücum planın 

pozurdular.  Səməd  bir  neçə  dəfə  əlbəyaxa  döyüşlərdə  erməni  quldurlarının 

burnunu  ovmuşdu.  Gecədən  başlanan  qar  bütün  yol-izi  bağlamışdı.  Döyüşçülər 

arasında  əhatə  çətinləşmişdi.  Sübh  tezdən  kəndin  üzərinə  yağdırılan  güllə  boran 

hərəkəti lap ağırlaşdırırdı. Düşmən topunun, texnikasının səsindən Sırxavənd kəndi 

lərzəyə  gəlmişdi.  Yenə  də  Səmədin  sol  cinahdan  döyüşün  ağırlığını  öz  üzərinə 

götürdü. Mərkli düşmən çalışırdı ki, Sırxavəndi ələ keçirsin və aran Qarabağa yol 

açsın.  Amma  yeri  düşdükdə  Səmədgil  sərrast  atəşlə  erməni  quldurlarının  atəş 

nöqtələrini  susdururdu.  Səmədin  özü  fasiləsiz  atəş  açaraq  ermənilərin  diqqətini 

özünə  cəlb  etdi.  Düşmənin  hər  birinin  açıdığı  atəş  onun  tutduğu  mövqeyə 

yönəlmişdi.  Səməd  bir  anlığa  atəşini  dayandırdı.  Başqa  mövqelərdən  düşmənə 

qarşı  atəşin  güclənjdirilməsini  yodaşlarına  əmr  etdi.  Az  da  olsa  Səməd  düşməni 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə