Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə27/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27

63 

 

Q. Məmmədov təcrübəli döyüşçü kimi Ağdam özünümüdafiə batalyonuna 



yazılır.  İlk  gündən  batalyon  komandiri  Şirin  Mirzəyevi  və  əsgər  yoldaşlarının 

hörmətini qazanır.  Fərrux kəndinin erməni quldurlarından təmizlənməsində öndə 

gedərək  düşmənə  ilk  zərbəni  o  endirir.  Naxçıvanik,  Xramod  döyüşlərində 

qəhrəmanlıqlar  göstərir.   Erməni  quldurları  Hümbət kişinin  evini  mühasirəyə  alıb 

onları  girov  götürmək istəyirdilər.  Bunu  eşidən  Qəzənfər  yenə  beşatılanı  götürüb 

erməni  quldurları  ilə  təkbaşına  ölüm-dirim  döyüşünə  girir.  Çox  keçmir  ki, 

düşmənin  hücumunu  dəf  edir,  hər  tərəfədn  od  tutmuş  evin  pəncərələrini  qıraraq 

Hümbət kişinin ailəsini ölümün cəngindən qurtarır. 

Erməni  dilini  təmiz  bilən  Qəzənfər  erməni  quldurlarının  yuva  saldığı 

kəndlərə  kəşfiyyata  gedir,  daimi  tapşırıqları  yerinə  yetirirdi.  Hər  an,  hər  dəqiqə 

erməni  quldurlarını  qorxuya  salan  Qəzənfəri  ələ  keçirib  məhv  etməyə  çalışırdılar. 

Hətta  onu  ələ  keçirən  erməni  quldurunu  böyük  mükafat  gözləyirdi.  Dovşanlı 

kəndinə  kəşfiyyata  gedən  Qəzənfər  beş  nəfər  ermənini  öz  silahları  ilə  məhv  edir. 

Bir neçə yeni mərmi, alazan qurğusunu qənimət götürür. 

1992-ci ildə Qazançı istiqamətində gedən döyüşdə böyük şücaət göstərən 

Q.  Məmmədov  qəhrəmancasına həlak  olur. Torpaqlarımızın  müstəqilliyi,  azadlığı 

uğrunda şəhid olur. 

 

QƏLBLƏRDƏ YAġAYAN ĠGĠD 



 

Əliqulu Tohid oğlu Alışanov 1972-ci ildə dünyaya göz açıb. O təhsilini öz 

kəndlərində  almışdı.  Uşaqlıqdan  zəhmətə  alışan  Əliqulu  məktəbi  qurtardıqdan 

sonra  elə  təsərrüfatda  işləməyə  başlayır.  Əməksevərliyi,  qorxmazlığı  və  çevikliyi 

ilə  yaşıdlarından  fərqlənirdi.  Erməni  daşnaqları  torpaq  iddiasına  düşdükləri  ilk 

gündən  Əliqulu  silaha  sarılaraq  elin-obanın  müdafiəsinə  qalxanlarda  biri  idi. 

Qaralar  kəndini  düşmən  tapdağına  çevrildiyi  gündən  Əliqulu  döyüş  yolunu 

Sırxavənd  polis  şöbəsində  davam  etdirmişdi.    Günü-gündən  azğınlaşmış  erməni 

yaraqlıları  Sırxavənd,  Baş  Güneypəyə,  Orta  Güney,  Manikli,  Xatınbəyli  və  Yeni 

Qaralar  kəndlərinə  hücum  edir  və  bu  məntəqələri  ələ  keçirmək  istəyirdilər.  Bu 

kəndlərin  müdafiəsində  Əliqulu  həmişə  silahdaşlarına  nümunə  olur,  verilən 

tapşırığı ustalıqla yerinə yetirirdi. 

Ə.  Alışanov  Qazançı  kəndinin  erməni  quldurlarından  təmizlənməsində 

böyük şücaətlər göstərir. 1992-ci il iyulun 15-də erməni yaraqlıları Yeni Qaralara 

böyük qüvvə ilə hücuma keçir. Artilleriya atəşinə  tutulan Yeni Qaralar kəndinin 

müdafiəsi polis əməkdaşları  tərəfindən  təşkil  olunurdu.  Döyüşdə  Əliqulu  düşmən 

gülləsinə  tuş  gəlir.  Bu  gün  Ə.  Alışanov  bir  igid  döyüşçü  kimi  onu  tanıyanların 

qəlbində yaşayır. 

 

 

 



64 

 

GÜNAHSIZ QURBANLAR 



 

Əsədov  Ələkbər  1992-ci  ildə  kəndin  yaxınlığında  heyvan  otararkən 

öldürülüb. Əlavə heç bir məlumat yoxdur. 

 

QƏMLĠ, BAġI QARLI DAĞLAR 

 

Təhməz  Muxtar  oğlu  Baxşalıyev  1941-ci  ildə  anadan  olub.  Təhməz  kişi 

Narınclar kəndinin zəhmətkeşlərindən  biri idi. Bu kənd onun ata-baba torpağıdır. 

Bu torpağın bir udum saf havasını, bi içim suyunu heç nəyə dəyişməzdi. Təhməz 

kişi torpaqlarımızda müharibənin  başladığı  ilk  gündən əlinə  silah aldı,  dədə-baba 

yurdunun  müdafiəsinə  dayandı.  Gündüzlər  təsərrüfatda  işlədi,  gecələr  isə  kəndin 

keşiyində dayandı. Kənddə yaradılan özünümüdafiə dəstəsinin ən fəal üzvlərindən 

idi.  Erməni  quduzları  günü-gündən  öz  təcavüzlərini  genişləndirirdilər.    Təhməz 

kişi  var  qüvvəsi  ilə  kəndin  müdafiəsini  təşlik  edir,  erməni  quldurlarının  hər  bir 

həmləsini  dəf  edərək  göstərdiyi  rəşadətlərə  görə  komandanlığın  və  əsgər 

yoldaşlarının  hörmətini  qazanır.  Təhməz  kişinin  həyat  yoldaşı  Raya  da  onunla 

çiyin-çiyinə  döyüşürdü.  Bir  ana  kimi  döyüşçülərin  qulluğunda  durur,  onların 

yemək  –içməklərini  hazırlayırdı.    T.  Baxşalıyev  Vəng,    Qozlu,  Qızılqaya,  Aterk 

kəndlərində  yuva  salan  erməni  quldurlarının hücumlarının qarşısını alır.  O  yerləri 

tanıyan adam kimi kəşfiyyata gedir, verilən tapşırıqları ustalıqla yerinə yetirirdi. 

1992-ci  il aprelin  28-də  Aydoğan    yüksəkliyi  uğrunda  gedən  ölüm-dirim 

döyüşündə Təhməz kişi qəhrəmanlıqla həlak olur. T. Baxşalıyev iki oğul, dörd qız 

atası idi. 

 

QARALAR KƏNDĠ 

 

Qaralar kəndi Azərbaycanın qədim azərbaycanlı kəndlərindəndir. Sonrada 

götürülüb  bu  ərazidə  ermənilərə  torpaq  verilib.  Qədim  Qaralar  kəndi  get-gedə 

böyüməkdə olan Araçazor kəndinin içərisində itir. 

Qaralar  kəndi  Azərbaycanda  ilk  yandırılan  kənddir  və  əhalinin  birgə 

səyiylə  Aödərə  ərazisində  Yeni  Qaralar  kəndini  salıblar.  Bu  kənd  Sırxavəndlə 

Əliağalı kəndlərinin arasında yerləşirdi. 

Əvvəllər  bu  kənddə  üç  yüzə  qədər  əhali  yaşayıb.  İki  nəfər  övladı  şəhid 

olub. 

 

Buralarda savaş varmı, 



 

Oralarda günəş varmı? 

 

Varsa sor ondan 



 

Niyə isitmir bizi, 

 

Sizi isitdiyi qədər? 



(F. Tuncər “Əsgər məktubu”) 


65 

 

ONU DOĞMA YERLƏRDƏ SƏSLƏYĠRDĠ 



 

Tahirov Əlövsət Kamran oğlu 1969-cu ildə anadan olub. Bir yaşında ikən 

ana nəvazişindən məhrum olan Əlövsət atasının himayəsində yaşayıb. 1986-cı ildə 

Şuşa  texniki-peşə  məktəbini  bitirib.  Bakıda  yaşasa  da  hadisələrin  ilk  günündən 

doğma torpaqların müdafiəsinə qalxan oğullardan idi. 

Əlövsət  Tahirov  22  gün  Xocalı  ətrafındakı  ağır  döyüşlərdə  mərdliklə 

iştirak  etmişdir.  Meşəli  və  Malıbəyli  kəndlərinin  müdafiəsi  zamanı  mühasirəyə 

düşmüş 11 döyüş yoldaşını xilas edib. 

Tahirov Əlövsət Kərgicahanın müdafiəsində əsl topçu kimi şöhrət qazanır. 

27 gün onun topu düşmənə sarsıdıcı zərbə vurub. Bakıya göndərilsə də çox qalmır. 

Şuşanın Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatında iştirak 

edir. 


Daşaltı döyüşü onun son döyüşü olur. Əlövsət də başqa döyüş  yoldaşları 

kimi Daşaltı xəyanətinin qurbanı olur. Qəlbi yaşamaq hissi, vətən sevgisi ilə dolu 

olan qəhrəmanın meyidi geri alınaraq Ağdam Şəhidlər xiyabanında dəfn edilib. 

 

GERĠYƏ YOLUMUZ YOXDU 



 

Şükürov  Zahid  Kamal  oğlu  1969-cu  ildə  anadan  olub.  Şuşa  kənd 

təsərrüfatı  texnikumunu  və  1991-ci  ildə  milis  məktəbini  bitirərək  Sırxavənd  polis 

bölməsində işə götürülmüşdü. İlk gündən azğın düşmənə qarşı əsl şücaət göstərən 

zahid  Şükürov  yoldaşlarının  sevimlisi  idi.  Hər  dəfə  deyərmiş:  “Geriyə  yolumuz 

yoxdu!” 


O  Sırxavənd,  Baş  Güneypəyə,  Maniklon,  Fərrux  və  s.  Yaşayış 

məntəqələrinin  müdafiəsində  və    Kiçan,  Qazınçı  kəndlərinin  azad  edilməsində 

xüsusi fəallıq göstərirdi. Fərrux dağının Qarabağ üçün nə demək olduğunu bilmək 

üçün  hüç  də  strateq  olmaq  lazım  deyil.  Zahis  dəfələrlə  istər  hücum,  istərsə  də  

Fərrux dağının müdafiəsində iştirak etmişdi. 

20  fevral  1992-ci  il  onun  son  döyüş  günü  oldu.  Fərrux  əməliyyatında 

düşmənlə  üzbəüz  vuruşan  Zahidin  gülləsi  tükənir  və  özünü  müdafiə  edə  bilmir. 

Qarabağın azadlığı üçün strateji  əhəmiyyətə malik bir yüksəklikdə bir addım geri 

çəkilmədən əsl qəhrəman kimi həlak olur. 

 

ON SƏKKĠZĠNCĠ AġIRIM 



 

Ölüm çox zaman ən yaxşıların, ən bacarıqlıların qapısını kəsdirir.  Əksər 

hallarda  vaxtsız-vədəsiz  gəlib,  bütün  işləri  yarımçıq  qoyur,  bir  ömrü  yaridan 

kəsməklə  neçə  ömrə  balta  çalır.  Vətənin  təhlükədə  olduğu  son  6  ildə  neçə-neçə 

belə  ölümün  acısını  dadmış,  ağrısını  çəkmişik.  Neçə  sayseçmə  oğulun  taleyi 



66 

 

qismətinə düşən kölgə bizi ürəkdən yandırıb. Belə oğullardan biri də Natiq Xurşud 



oğlu Abdullayevdir. 

1965-ci  il  noyabrın  18-də  anadan  olan  Natiq  xurşud  oğlunun  heç  vaxt 

ağlına gəlməzdi ki, dünyaya göz açdığı gün 18 rəqəmi bütün ömrüboyu qarabaqara 

izləyəcək,  ona  həm  sevinc,  həm  də  İbrahimovlar  ailəsinə  ömürlük  bala  dağı 

çəkəcəkdir. 1984-cü il noyabrın 18-də hərbi xidmətə yola düşən Natiq düz 2 ildən 

sonra noyabrın 18-də hərbi xidmətdən tərxis olub doğma elinə qayıdır. 

N. Abdullayev 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına 

daxil olur. Qarabağ torpağında yaranmış ağır vəziyyət hamıdan çox Natiqi narahat 

edir.  Belə ki, onun doğulub boya-başa çatdığı Narınclar kəndi hər tərəfdən erməni 

kəndlərinin  mühasirəsində  idi.  Hər  an  erməni  quldurlarının  təcavüzünə  məruz 

qalırdı. N. Abdullayev Çaykəndindən erməni quldurlarının təmizlənməsində böyük 

şücaətlər  göstərir.  İdarə  etdiyi  tank  Çaykəndə  daxil  olmuş  və  daşnaq  tör-

töküntülərinin qərargahlarını yerlə-yeksan etmişdi. 

1990-cı  ildə  Qarabağın  Dağ  hissəsində  yerləşən  kəndlərdə  vəziyyətin 

günü-gündən gərginləşdiyini görən N. Abdullayev qərara gəlir ki, təhsilini qiyabi 

davam  etdirsin.  O  doğma  Narınclara  qayıdan  kimi  silaha  sarılaraq  kəndin 

müdafiəsində dayandı.  Vəng,  Qozlu,  Qızılqaya,  Aterk kəndlərində  düşmənə  qarşı 

doyüşlərdə əsl qəhrəmanlıqlar göstərdi. Namiq, Natiq qardaşları həmişə döyüşlərin 

önündə gedir, erməni quldurlarına qan uddururdular.  

1993-cü  ilin  yazında  düşmən  tapdağına  çevrilən  Narınclar  kəndinin 

camaatı  köçkün  həyatı  sürməyə  başlayır.  Kəndin  ər  igidləri  müxtəlif  hərbi 

hissələrdə düşmənlə üz-üzə gəlir. 

N.  Abdullayev  öz  döyüş  yolunu  Yevlax  rayon  hərbi  polis  bölməsində 

davam  etdirməyə  başlayır.  İntiqam  hissi  Natiqi  yenidən  cəbhəyə  gətirdi.  Ağdam, 

Tərtər,  Goranboy  bölgələrinin  müdafiəsində  dayandı,  Gülüstan  döyüşlərində 

şücaətlər  göstərdi.  Güllücə  kəndində  əfsanəvi  qəhrəmanlığını  nümayiş  etdirdi.  

Həmin  kənd  uğrunda  savaşda  7  gün  öz  silahdaşları  ilə  quldurların  mühasirəsində 

qalan  Natiq  ölümlə  üz-üzə  dayanaraq  mühasirəni  yarıb  dostları  ilə  sağ-salamat 

mühasirədən çıxır və düşmənin xeyli canlı qüvvəsini, tankını məhv edirlər. 

Ancaq dünyaya gəldiyi gün ayın 18-i bir qara kölgə kimi onun  ətrafında 

hərlənirdi.  Bəli,  bir  zamanlar  Ulduzə  anaya,  Xurşud  ataya  sonsuz  sevinc  bəxş 

eləmiş 18 rəqəmi bu dəfə özü ilə ailəyə böyük bir dərd, bir ümman göz yaşı gətirdi. 

1994-cü  ilin  iyunun  18-i  Natiqin  ömrünə  son  qoydu.  Çarpışıb  vuruşmaq,  qurub 

yaratmaq eşqilə yaşayan bir igidin ömrü beləcə yarımçıq qaldı. 

İndi Kürün sahilindəki Şəhidlər xiyabanında bir məzar da uyuyur. Natiqin 

yadigar qoyub getdiyi iki övladı neçə vaxtdır ki, atalarının yolunu gözləyir. Ancaq 

hələ  onlar  şəhidlik  zirvəsinin  nə  olduğunu  anlamırlar.  Vaxt  gələcək  bu  fidanlar 

böyüyəcək, atalırının qəhrəmanlıqları ilə fəxr edəcəklər. 

 

 



67 

 

QƏHRƏMANLIQ YAġA BAXMIR 



 

Alıyev Hüsü Əli oğlu 1927-ci ildə anadan olub. 

Yaşının  bu  vədəsində  silaha  sarılıb  dəfələrlə  ağır  sınaqlardan  çıxmışdı. 

Müxtılif əməliyyatlarda iştirak etmişdi. O cavanlardan geri qalmazdı. Ordumuzun 

qabiliyyətli  yürüşləri  dövründə  Z.  Rzayevin  komandanlığı  altında  qoşun 

hissələrimiz    Çərəkdardan  Qozlu  Körpü  istiqamətində  hücuma  keçdi.  Bu  yol  el 

arasında Ölüm dərəsi  adı ilə məşhur idi. Bu yol Tərtərin sıldırımlı sahili ilə uzanan 

Turşsu yolu idi. Döyüşün ilk günlərində düşmənə israrla müqavimət göstərirdi. Bu 

döyüşlərin  birində  ağsaqqal  döyüşçü  Hüsü  kişi  qəhrəmanlıqla  həlak  oldu. 

Yurdunda dörd oğlu və iki qızı qaldı. 

 

GÜNAHSIZ QURBANLAR 

 

Quluşov  Namiq  Bəzirxan  oğlu  24  aprel  1976-cı  ildə  anadan  olub. 

Çərəkdarda doğulub boya-başa çatıb. 1994-cü ildə Ağdərə bölgəsinin Talış kəndi 

yaxınlığında qətlə yetirilib. Onun haqqında əlavə məlumat ala bilmədik. 

 

NARINCLAR KƏNDĠ 

 

Ağdərə  rayonunun  qərbində  ucqar  dağ  kəndlərindəndir.  Kənd  Qırxqız, 

Pirdağı, Taxtabaşı dağları ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan 

götürür.  Narınclar  kəndi  Alban  abidələri  ilə  zəngindir.  Pirdağın  zirvəsində  pir 

yerləşir.  Tarixi məlumatlara  görə  XII-XVIII  əsrdə  kənd ərazisi  Xaçın məlikliyinə 

tabe idi. 1913-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirilib. 

1992-ci  il  iyulun  1-də  ermənilər  tərəfindən  işğal  edilib.  El  arasında  bu 

yurd Kolanı Narıncları kimi tanınır. 60 ev və 314 nəfər əhalidən ibarətdir. 5 nəfər 

övladı şəhid olub. 

 

TƏKĠ VƏTƏN BASILMASIN 



 

Şakir  Yunus  oğlu  Ağamalıyev  1958-ci  ildə  anadan  olub.  Orta  məktəbi 

bitirdikdən sonra Rusiyada hərbi xidmətdə olmuş və hərbi borcunu verdikdən sonra 

elə orda qalıb işləmişdi. Qarabağ savaşı başlanan gündən Şakir çox narahat olmuş 

və son illər erməni təcavüzünün genişləndiyini eşidən kimi öz doğma kəndinə geri 

qayıtmışdı.  Özü  də  əliboş  gəlməmişdi.  Bir  yük  maşını  da gətirmişdi.    Çox  adam 

təəccüblə  soruşmuşdu  ki,  hamı  minik  maşını  alır,  sən  isə  yük  maşını  almısan.  

Vətənin  bu  dar  günündə  dağ  yollarına  elə  yük  maşını  lazımdi  deyən  Şakir  əlinə 

silah  almışdı.    O  təki  vətən  basılmasın  deyərək  gecə-gündüzlü  vətənin  keşiyində 

dayanmışdı. Şakir ilk döyüşlərdən öz mərdliyi, qorxmazlığı və şücaəti ilə döyüşçü 

yoldaşlarının hörmətini qazanməşdı. Kənd özünümüdafiə dəstəsinin komandiri Y. 



68 

 

Məmmədov  döyüşlərdə  Şakirə  xüsusi  tapşırıqlar  verir,  ən  ağır  mövqenin 



müdafiəsini  ona  tapşırırdı.    Döyüşdən-döyüşə  bir  döyüşçü  kimi  püxtələşən  Ş. 

Ağamalıyev hər sınaqdan, əməliyyatdan ustalıqla çıxır, verilən tapşırıqları vaxtında 

yerinə  yetirirdi.  Şakirlə  birlikdə  qardaşları  Adil,  Mobil  və  Kərəm  də  düşmən 

hücumlarına sinə gərirdi. Adil və Mobil təhsillərini yarımçıq qoyub əsgər paltarını 

geyinmişdilər. 

Çərəkdar kəndi strateji mövqeyinə görə Kəlbəcərin giriş qapısı idi. Erməni 

quldurları cəhd göstərirdilər ki, nəyin bahasına olursa-olsun Çərəkdar kəndini ələ 

keçirsinlər. Amma heç bir qüvvə Çərəkdar igidlərinin iradəsini qıra bilmirdi. 1992-

ci il iyunun 10-dan 11-nə keçən gecə erməni qüvvəsi texnikanın gücündən istifadə 

edərək  kəndi  ələ  keçirmək  istəyirdilər.  Şakir  yenə  də  komandirin  əmri  ilə  saö 

cinahdan döyüşün ağırlığını öz üzərinə götürmüşdü. Salman, Hüsü, Nazim, Şaban, 

Natiq,  Mürşüd,  Fəqan,  Aqşin,  Əkbər  və  Vəli  düşmənlə  üz-üzə  gəlmişdi.  Düşmən 

böyük  qüvvəyə  malik  olmasına  baxmayaraq,  Şakirin  mövqeyinə  yaxınlaşa 

bilmirdi.  Şakirin  pulemyotu  dağlara  səs  salmışdı.  Düşmən  asanlıqla  tutduqları 

mövqeləri  geri  vermək  istəmirdi.  Erməni  quldurlarının  bir  PDM-i  heyəti  ilə 

birlikdə  darmadağın  edilməsi  ər  igirlərin  döyüş  əhval-ruhiyyəsini  daha  da  artırdı. 

Özünü  itirən  erməni  quldurlarına  Şakirgilin  dəstəsi  hər  tərəfdən  atəşi  daha  da 

yüksəltdi. Qorxuya düşən erməni quldurları geri çəkilməyə məcbur oldular. Rasim 

irəliləyərək daha əlverişli mövqe tutdu. Dərhal bir neçə qulduru qanına qəltan etdi. 

Düşmən xeyli itki vermişdi. Çərəkdar döyüşçüləri daha bir sınaqdan mərd-mərdanə 

çıxdılar. Bu döyüşdə Şakir qəhrəmanlığını, qorxmazlığını bir daha göstərdi. Amma 

düşmən gülləsi yenilməz igidi lap döyüşün sonunda yaxaladı. 

1992-ci  il  iyunun  11-də  Çərəkdarlılar  Vətən,  qeyrət,  namus  yolunda 

şahidlik zirvəsinə ucalan Şakir Yunus oğlu Ağamalıyevlə vidalaşdı. 

 

NƏSĠLLƏRƏ ÖRNƏK OLAN ġƏHĠD ÖMRÜ 

 

Qasımov Nadir Qara oğlu 1961-ci il sentyabrın 15-də anadan olub. Hərbi 

xidmətdən sonra azərbaycan Dövlət Pedaqoji Institutunun ibtidai hərbi hazırlıq və 

bədən  tərbiyəsi  fakultəsini  bitirib.  Doğma  Çərəkdar  kəndində  hərbi  hazırlıq 

müəllimi  işləyib.  Hadisələrin  ilk  günündən  doğma  kəndin  müdafiəsi 

əməliyatlarında  yaxından  iştirak  edib.  Dəfələrlə  erməni  quldurlarına  qarşı 

döyüşlərdə  fərqlənib.  1990-cı  ildən  polis  sıralarına  daxil  olan  Qasımov  Nadirin 

qayğıları  daha  da  artdı.  Postların  yaradılması,  müdafiə  qabiliyyətli  adamların 

səfərbər edilməsi işinə rəhbərlik edir. 

Ağdərə  bölgəsinin  yağı  düşməndən  azad  edilməsi  uğüunda  gedən 

döyüşlərdə  daim  öndə  olub.  Dəfələrlə  azğın  düşmənə  ağır  zərbə  vurmuş  qoşun 

hissələrimizin  tərkibində  fərqlənib.  O  Manquşevan,  Çaylı,  Moxrataq,  Ağdərə, 

Çapar, Dəmiri, Maqavuz, Sərsəng, Umudlu, Çıldıran, Drmbon və s. kimi  strateji 



69 

 

əhəmiyyətli  məntəqələrin azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə,  doğma kəndi 



Çərəkdarın müdafiəsində iştirak edib. 

1992-ci  ilin  4  dekabrında  Ağdərə  rayonunun  Drmbon  (Heyvalı)  kəndi 

uğrunda  gedən  döyüşlərdə  həlak  olub.  Polis  leytenantı  nadir  Qasımov  öz  döyüş 

yolu ilə nəsillərə örnək ola biləcək bir ömür idi. 

Ailəli  idi.  Üç  körpəsi  qalıb.  Ailəsi  hal-hazırda  Yevlax  rayonunun  qaçqın 

düşərgəsində yaşayır. 

 

ĠTKĠN DÜġÜB 

 

Məmişov  Yusif  Əsgər  oğlu  1938-ci  ildə  anadan  olub.  27  mart  1993-cü 

ildə Çərəkdar kəndi üzərinə erməni jərbi birləşmələri hücuma küçən zaman meşədə 

itkin düşüb. Sonrakı taleyindən heç bir xəbər yoxdur. 

 

 

DÖYÜġƏ DƏ BĠR GEDĠRDĠLƏR 



 

Məmmədov Rasim Bəhlul oğlu 1973-1992 

Alıyev Əkbər Salman oğlu 1973-1992 

Bir  kənddə  anadan  olmuşdular.  Orta  məktəbi  də  bir  qurtarmışdılar. 

Çərəkdarın  durna  gözlü  bulaqları,  yaşıl  meşələri,  zirvəsi  buludlardan  nəm  çəkən 

dağları,  sıldırım  qayaları  Rasimə,  Əkbərə  sevdirmişdi  bu  yerləri.  Düşmən  üstünə 

də  bir  gedərdilər.  Mərdlikləri,,  qorxmazlıqları,  igidlikləri  ilə  seçilən  bu  cavanlar 

hələ nə yaşamışdılar, nə görmüşdülər? Sevməyə, seçməyə də vaxt tapmamışdılar. 

1992-ci  ilin  avqustun  1-də  erməni  daşnaqları  böyük  qüvvə  ilə  qızılqaya 

üzərinə hücuma keçirlər. Ölüm-dirim döyüşləri gedirdi. Rasimlə Əkbər özləri üçün 

əlverişli  mövqe  seçmişdilər.  Sübh  tezdən  başlanan  döyüşdə  hər  ikisi  əsl 

qəhrəmanlıq  göstərirdilər.  Getdikcə  qızışan  döyüşdə  Rasimlə  Əkbər  bir  neçə 

erməni  quldurunu  məhv  edirlər.  Erməni  quldurları  öz  mövqelərini  vermək 

istəmirdilər.  Amma  Rasimlə  Əkbərgilin  dəstəsi  düşmənə  sarsıdıcı  zərbə 

endirirdilər.  Ər  igidlərin  həmləsinə,  zərbəsinə  tab  gətirməyən  erməni  quldurları 

məcbur  olaraq  geri  çəkilməyə  başlayırlar.  Bu  döyüşdə  qəhrəmanlıqlar  göstərən 

Rasim  və  Əkbər  düşmənə  qan  uddurdu.  Hər  ikisi  igidlik  göstəriblər.  Amma 

düşmən  gülləsi  igid  oğullarımızdan  yan  keçmədi.  Bu  itki,  bu  ağrı  təkcə 

çərəkdarlıların  deyil,  Rasimi,  Əkbəri  tanıyıb  qəhrəmanlığına  bələd  olan  minlərlə 

adamı sarsıtdı. Sizi Vətən unutmayacaq, Əkbər, Rasim! Ruhunuz şad olsun!  



 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə