Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı


partlayış zamanı yalnız bir əli salamat qalıb və Bərdə rayonu .əhidlər



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27

49 

 

Z.Aslanovun partlayış zamanı yalnız bir əli salamat qalıb və Bərdə rayonu .əhidlər 



xiyabanında basdırılıb. 

   Z.İ.Aslanov  komandanlıq  tərəfindən  14  iyul  1992-ci  il  tarixindən 

Azərbaycanın  Milli  Qəhrəmanıadına  təqdim  edilib.  Lakin  hərdən  öz-özümdən 

soruşuram: “ Görəsən qəhrəmanlıq necə olur? “ 

   Heç  olmasa  tarix  naminə,  Azərbaycan  hərbi  tarixi  naminə  Müdafiə 

Nazirliyi,  hökumət  bu  faktı  araşdırmalı  və  tankın  altına  atılmış  ilk  əsgəri  Milli 

Qəhrəman adına layiq görməlidir. 

   Məzarı Bərdə rayonunun Şəhidlər xiyabanındadır. 

 

Ya Ģəhid ol, ya qazi 

 

   Məstanov  Dilqəm  Sevindik  oğlu  1970-ci  il  12 

dekabrda  anadan  olub.  Döyüş  yolu  Orta  Güney,  Baş  Güney, 

Xatınbəyli, Sırxavənd kəndinin müdafiəsindən başlanıb. Həmişə 

öndə  olub.  İstər  kəndlərin  müdafiəsində,  istər  Kiçan,  Qazançı 

kəndləri  üzərinə  hücumda  da,  yaxından  iştirak  edirdi.  Dilqəm 

hələ  hadisələrin  ilk  vaxtlarında  deyərmiş:  “Ermənilərə  bu  dəfə 

layiqli cavab verməliyik”. 

   1990-cı ildən polis sıralarına daxil olan Dilqəm gecəli-gündüzlü kəndin 

müdafiəsində dayanır. 

   12  mart  döğma  kəndin  öşğalından  dərhal  sonra  silahı  yerə  qoymayan 

Dilqəm Ağdam cəbhəsində bir sıra döyüşlərdə iştirak edir. 

   Polis  starşinası  Məstanov  Dilqəm  Ağdərə  uğrunda  gedən  döyüşlərdə 

daim  öndə  gedənlərdən  idi.  Marquşevan,  Çaylı,  Seysulan,  Ortakənd,  Moxrataq, 

Meteşen,  Umudlu,  Orta  Güney  və  s.  Yaşayış  məntəqələrinin  azad  edilməsində 

yaxından işirak edir. Teleqüllənin alınmasında xüsusi mərdlik nümunəsi göstərir. 

   1992-ci  ilin  dekabrında  Dilqəmin  son  döyüşü  olur.  Pusquda  duran 

düşmən  əməliyyatdan  qayıdan  30  nəfərlik  dəstəni  mühasirəyə  alır.  1  saatlıq 

əlbəyaxa döyüşdə 10 nəfər ağır yaralanır, 5 nəfər isə həlak olur. Düşmən isə məhv 

edilir. Həlak olanların arasında xüsusi şücaət göstərmiş Dilqəm də var idi. Hər anı 

ölümlə  üzbəüz  bir  əsgər  ömrü  doğma  torpaqlar  uğrunda  gedən  savaşlarda  sona 

yetir. Onun arzu dolu qəlbi dayansa da xatirəsi döyüş yoldaşlarının qəlbində əbədi 

yaşayacaq.  Dilqəm  kimi  mərd  oğulların  qanı  çilənmiş  müqəddəs  torpaqlar  azad 

edilməyincə şəhidlərimizin ruhu rahat olmayacaq. 

   Məzarı Bərdə rayonunun Şəhidlər xiyabanındadır.  

 

Onlar qocaya da rəhm etmirlər 



 

   Hümmətova  Güllü  Orta  Güney  kəndinin  ən  yaşlı  sakinlərindən  idi.  12 

mart işğalı vaxtında kənddə qalıb. Sonrakı taleyindən xəbər yoxdur. 



50 

 

Manikli kəndi 



 

   Manikli  (Adıgözəlbəyli)  kəndi  erməni-türk  savaşlarında  dəfələrlə 

yandırılıb. Qədim insan məskənləri və kürqanlarla məşhur olan tarixi bir kənddir. 

1937-ci ildə bu kəndin onlarla sakini sürgün edilib. 

   Hadisələrin  ilk  çağlarından  fəallıq  göstərən  oğulların  sayəsində 

özünümüdafiə dəstəsi yaradıldı. 

   Əhalisi 1100  nəfər  və  150-yə  yaxın  evdən  ibarət  idi.  Kənd  əhalisindən 

beş nəfər şəhid olmuş, 11 nəfər isə yara almışdır. 

 

Adını savaĢ qoymuĢlar, 

Belə insana qıymıĢlar, 

Burda bir igid vurmuĢlar, 

Əli xınalı... 

                                                       (AĢıq Maqsud Xoca) 

 

DüĢmənə nifrət yaĢla ölçülmür 

 

 

Alıyev  Möhü  1928-ci  ildə  anadan  olub. 



Hadisələrin  ilk  çağlarından  əlinə  silah  alıb  doğma  yerlərin 

müdafiəsinitəşkil  edib.  Bu  el  ağsaqqalı  hələ  dünyanın  düz 

vaxtı erməni haqsızlığından qaçaq düşmüşdü. Düşmənə yaxşı 

bələd  idiş  Gecə-gündüz  kəndin  müdafiəsi  üçün  planlar 

hazırlayır,  gənclərdən  dəstələr  düzəldirdi.  Bir  ağsaqqal  kimi 

çox  tədbirli  idi.  Yaşının  çox  olmasına  baxmayaraq  heç  kim 

onun kimi cəld, sərrast ola bilməzdi. Əvvəlcə onun planıyla yaxınlıqda olan erməni 

postları drmadağın edildi. Azərbaycanın Milli Qəhrəmanı Ş.Mirzəyev Qazançının 

azad  olunmasından  sonra  demişdi:  “Möhü  kişi  kimi  tədbirli  komandirlərim  olsa 

Xankəndini azad edərəm “. 

M.Alıyev  Kolanı  qisasçı  təşkilatının  rəhbərlərindən  olsa  da  hər  bir 

əməliyyatda  çəkdiyi  plana  özü  nəzarət  edər  və  əsgər  kimi  yaşının  bu  vaxtında 

nifrəti  onu  sakit  dayanmağa  qoymazdı.  Qazançının  azad  edilməsi  onun  çəkdiyi 

planla başa gəlmişdi və bu az itkiylə böyük quldur yuvasını susdurmuşdu. 

Gecəli-gündüzlü  doğma  yurdun  keşiyini  çəkən  Möhü  kişi  12  mart  işğalı 

günü  də  ön  postda  olmuşdu.  Sevdiyi  Cəlal  Quliyevin  yaralandığını  görüb  özünü 

ona köməyə  atması  düşmən  snayperinin gözündən  yayınmır.  Möhü  Alıyev  aldığı 

yaradan əbədiyyətə qovuşur. 

Bu döyüş 64 yaşlı, qəlbi düşmənə qarşı nifrətlə döyünən Möhü kişinin son 

döyüşü oldu. O, ölümü ilə sübut etdi ki, düşmənə nifrət yaşla ölçülmür! 



 

 


51 

 

Əfsanəvi qəhrəman-onu belə xatırlayırlar 



 

Quliyüv  Cəlal  Salman  oğlu  1968-ci  ildə  anadan  olub. 

Hadisələrin  ilk  çağlarında  əldə  silah  doğma  yurdun  müdafiəsində 

dayanıb. Cəlal düşmənə qan uddurdu. Onun adı gələndə düşmənin 

canına  vəlvələ  düşürdü.  Qonşu  erməni  kəndlərinin  qorxu  altında 

saxlanmasında  danılmaz  və  əfsanəvi  xidmətləri  olub.  O,  gah 

Çaylıda, gah Qazançıda, gah da Canyataqda düşmənə ağır zərbələr 

vururdu.  Düşmənin ratsiya  vasitəsilə  dediyi:  “Elik  (Cəlalı belə  çağırırdılar)  sənin 

başını kəsəcəyik – hədə-qorxusuna erməni başı kəsib gətirməklə cavab verirdi. O, 

onlarla  erməni  postunun  ləğv  edilməsində  misilsiz  şücaətlər  göstərmişdi.  Döyüş 

yoldaşları danışır ki, güllələr də Cəlaldan qorxurdular. Döyüş vaxtı Cəlal zarafatla 

atılan gülləyə əl atırmış. 

Hələ  ilk  günlərdən  əfsanəvi  şöhrət  qazanmış  C.Quliyev-Sırxavənd  polis 

bölməsində işə götürülür. O, gecəli-gündüzlü doğma kəndin müdafiəsində durur. 

Cəlal  Quliyev  Xramort  üzərinə  hücumun  yenilməz  qəhrəmanı  kimi  ad 

qazanır. Mühasirədən yaralı döyüşçünü çıxarır. Cəlal Quliyev Sırxavənd, Manikli, 

Xatınbəyli, Tellibinə, Baş Güneypəyə uğrunda gedən bütün döyüşlərdə daim öndə 

olardı.  

O, Canyataq kəndinə hücumun ilhamçısı və qəhrəmanı idi. Kiçan kəndinə 

hücumda  və  Sırxavəndin  qəhrəmanlıq  mücəssiməsi  olan  müdafiəsində  iştirak 

etmişdi. Quldur yuvası olan Qazançı kəndinin azad edilməsində Cəlal az qala bir 

rotanın  işini  görmüşdü.  Hələ  düşmən  müqaviməti  azaltmadığı  anlarda  o,  kəndə 

girən  ilk  əsgər  kimi  düşməni  vahiməyə  salmış  və  kənd  Milli  Ordunun  əlinə 

keçmişdi. 

12  mart  1992-ci  il,  işğal  günü  onun  son  döyüş  günü  oldu.  Döyüş 

yoldaşlarıyla  birgə  saatlarla  uzanan  döyüşdə  düşmənin  bir  addım  belə  olsun 

irəliləməsinə  imkan  verməmiş  və  yalnız  özünü  yaralı  döyüş  yoldaşının  yanına 

atarkən ağır yara alır və elə 

 Bu yaradan qospitala çatmadan şəhid olur. Quliyev Cəlal Salman oğlu öz 

ölümüylə şəhidlik adının özünə yeni bir şərəf gətirdi. 

Bu  əfsanəvi  qəhrəmanın  adını  Ağdərə  azad  edildikdən  sonra  mərkəzi 

küçələrdən  birinə  vermişdilər.  Əsl  qəhrəmanlara  şöhrət  çələngini, məhz  tarix  özü 

verir. 

 

 



 

 

 

 

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə