Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

44 

 

Sonra Ağdərənin azad edilməsi uğrunda döyüşlrlə iştirak edir. Düşmənin 



onlarla  canlı  qüvvəsini  məhv  etmiş,  dəfələrlə  düşmən  arxasına  keçərək  düşmənə 

ağır zərbələr vurulmasında xüsusi rəşadət və igidlik nümunəsi göstərmişdir. 

O,  Dovşanlı  dağı  uğrunda  gedən  mühasirəni  yarsalar  da  yaralı  döyüş 

yoldaşına köməyə tələsən Altay düşmən gülləsinə tuş gəlir. Onun mübarizə dolu, 

qəhrəmanlıqla  dolu  əbədiyyət  nəğməli  qəlbi  susdu.  O  son  oynamış  və  18  yanvar 

Dovşanlı dağında həlak olmuşdu. 

Onu tanıyanlar və bu cümlələrin sahibi hələ də bu ölümə inanmırıq. Hər 

dəfə  yadıma  Altay  düşəndə  bir  döyüş  səhnəsi  gözlərim  önündə  canlanır:  “Güclü 

rəqabətə  tablamayan  düşmən  Manikli,  Xatınbəyli,  Orta  Güney,  Baş  Güneypəyə 

istiqamətlərində geriyə çəkilir. Düşmənin beş tankının mina sahəsində partlayaraq 

sıradan çıxmasıyla ruhlanan döyüşçülər artıq zərərsizləşmiş mina sahəsində  PDM-

nin  Tellibinə  istiqamətində  kəndə  girdiyini  və  PDM-i  məhv  etmək  üçün  nə 

qumbara,  nə  də  qrantamyot  olmadığından  ruhdan  düşürlər.  Məğlubiyyətin 

qaçılmaz olduğunu dərk edib, geri çəkilir, daha əlverişli mövqe tutmağa çalışırlar. 

Bu  dəm  əlindəki  avtomatı  daşa  vurub  hönkürən  Altay:  “Biz  nə  üçün  bu  PDM-i 

vura bilmirik” - deyə geri çəkilməyəcəyini bildirir. Döyüş yoldaşları onu dilə tutub 

geri çəkilirlər”. 

Altay  Sarıkişiyevin  döyüş  yolundan  günlərlə,  aylarla  danışmaq  olar.  Hər 

səhifəsi  bir  şücaət  dastanı,  hər  sətiri  bir  qəhrəmanlıq  epopeyası.  Məhz  bu 

şücaətlərinə görə komandanlıq onu ən yüksək ada təqdim etmişdi. 

Bu yaxınlarda isə Azərbaycan Respublikasının hərbi qulluqçularının təltif 

edilməsi  haqqında  prezident  fərmanıyla  (9  oktyabr  1994-cü  il)  Altay  Vaqif  oğlu 

Sarıkişiyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.  

Bu qəhrəmanın layiq olduğu ada tam layiq görülməsi olmasa da yenə bir 

təsəllidir. 

Məzarı Ağdam Şəhidlər Xiyabanındadır. 

 

VƏTƏN UĞRUNDA ÖLÜMÜ SEÇDĠ 

 

Xanquliyev  Xosrov  Qulu  oğlu  1939-cu  ildə  anadan  olub. 

Hadisələrin ilk dövründən kəndin müdafiəsində fəallıq göstərib. 

Canyataq kəndi üzərinə hücumda iştirak eləyib. 

12  mart  1992-ci  il  irimiqyaslı  erməni  hücumunun 

qarşısının  alınmasında  xüsusi  xidməti  olub.  Ermənilərin  Sığnaq 

yüksəkliyindən  vurub  çıxaran  dəstənin  önündə  olub.  Snayper  gülləsi  elə  həmin 

yüksəklikdə  Xanquliyev  Xosrovdan  yan  ötmədi.  Oğlu  Nazim  isə  Füzuli-Cəbrayıl 

rayonu uğrunda döyüşlərdə həlak oldu. 

Məzarı Ağdam rayonunun Şəhidlər xiyabanındadır.  

 

 



45 

 

TARĠXLƏRƏ ÖRNƏK OLAN BĠR ġƏHĠD ÖMRÜ 



 

Xanqiliyev  Nizami  Xosrov  oğlu  1969-cu  ildə  anadan 

olub. Hadisələrin ilk günlərindən silaha sarılanlardandır. 1990-cı 

ildən  polis  sıralarına  daxil  olan  polis  starşinası  Nazim 

Xanquliyev  gecəli-gündüzlü  postlarda  olardı.  Döyüş  dostları 

onun sayıqlığını, cəsurluğunu həmişə tərifləyirdilər. 

Nazim  12  mart  işğalından  sonra  Ağdam  cəbhəsində 

Fərrux,  Xanabad,  Xramord,  Abdal-Gülablı  və  s.  yaşayış  məntəqələri  uğrunda 

gedən  döyüşlərdə  yaxından  iştirak  edir.  Ağdərə  bölgəsinin azad  edilməsi  uğrunda 

döyüşlərdə  başlanan  ilk  gündən  Ağdərə,  Dəmirli,  Moxrataq,  Ortakənd,  Maqavuz, 

Madagiz,  Qlobs,  Canyataq,  Gülytaq,  Xatınbəyli,  Çıldıran,  Baş  Güneynəyə  və  s. 

yaşayış  azad  edilməsində  misilsiz  xidmətlər  göstərib.  Atası  şəhid  olduğuna  görə 

cəbhədən  geriyə  Bakıya  polis  orqanlarına  işə göndərilir.  Daim  doğma torpaqların 

azad edilməsini düşünən Nazim üçün Bakıda qalmaq cəbhədən yayınmağa bərabər 

idi.  Öz  həyatını  Vətənin  azadlığına  həsr  edən  N.  Xanquliyev  raport  yazaraq 

dəfələrlə  cəbhəyə  yollanır.  O,  Beyləqan,  Ağdam,  füzuli  və  Cəbrayıl  bölgələrində 

olur.  Sərrast  atıcı  və  kəşfiyyatçı  Nazim  dəfələrlə  düşmən  arxasına  keçərək  səhih 

məlumatlarla  geri  dönərmiş.  Füzuli  və  Cəbrayıl  bölgələrinin  bir  sıra  yaşayış 

məntəqələrinin azad edilməsində onun danılmaz xidmətləri olub. 

Növbəti kəşfiyyat reydindən duyuq düşən düşmən dəstənin munemyot və 

pulemyot atəşinə məruz qoyur. Atılan mərmilərdən biri Nazimi ağır yaralayır. Ağır 

yaralı halda  Bakıya  xəstəxanaya  gətirilir.  Lakin həkimlərin  səylərinə  baxmayaraq 

qəlbi vətən eşqi ilə çırpınan qəhrəman el oğlunu xilas etmək mümkün olmur. Qırx 

gün  sonra  xəstəxanada  həlak  olur.  O  öz  döyüş  yolu  ilə  tarixlərə  örnək  olası  bir 

qəhrəmanlıq  tarixi  yazdı.  O  öz  ölümü  ilə  dəfələrlə  qisasını  aldığı  şəhid  balası 

olmuşdu. 

Məzarı Bakıda Şəhidlər Xiyabanındadır. 

 

VƏTƏN TƏHLÜKƏDƏ OLANDA  



KĠġĠNĠN ÖZ ƏCƏLĠ ÖLMƏSĠ QƏBAHƏTDĠR 

 

Əli  Zaman  oğlu  Qurbanov  1951-ci  ildə  anadan  olub. 



Hadisələrin  ilk  çağlarından  kəndlərin  müdafiəsində  iştirak  edib. 

1991-ci ildən özünümüdafiə dəstəsinin tərkibində, 1992-ci ildən isə 

N  hərbi  hissəsinin  əlahiddə  kəşfiyyat  rotasının  cəsur  kəşfiyyatçısı 

kimi  şöhrət  qazanmışdı.  Döyüş  dostları  ona  Xilasgar  ləqəbi 

vermişdilər.  Onlarla  əsgərin  həyatını  lal  ölüm  saçan  minalardan 

xilas  etmişdi.  O  piyada  əleyhinə  qurulmuş  50-dən artıq,  tank  əleyhinə 38 minanı 

tapıb  zərərsizləşdirmiş,  Aqdər-Xankəndi  yolunu  düşmən  arxasına  keçərək 

minalanmasında təşkilatçılardan biri olmuşdu. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə