Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

42 

 

tərəfindən  Azərbaycanın  Milli  Qəhrəmanı  adına  təqdimat  verilib.  Bir  nəfər 



Azərbaycan Bayrağı ordeniylə təltif edilib. 

Əzizim ulu dağlar, 

Çeşməli, sulu dağlar. 

Burda bir igid ölüb, 

Göy kişnər, bulud ağlar. 

 

BAġIMA BĠR Ġġ GƏLSƏ QANIMI YERDƏ QOYMAYIN... 

 

Cahid  Məstan  oğlu  Gəncəliyev  1966-cı  ildə  anadan 

olub.  Xatınbəyli  kəndinin  ilk  şəhididir.  “Kolanı”  qisasçı 

təşkilatının  ən  fəal,  qorxubilməz,  üzvlərindən  olub.  Xromordun 

azad  edilməsində,  Cinyataq  kəndinə  hücumda,  Mehmanə 

kəndinə reyddə  iştirak  edib.  Cahid düşmən  postlarının  dəfələrlə 

darmadağın  edilməsinin  əsl  ilhamçısı  isi.  Cahid  gecə-gündüz 

doğma  torpağın  müdafiəsində  olardı.  Erməni  postuyla  üzbəüz  səngər  qazmışdı. 

İndi  də  o  yer  Cahidin  səngəri  adlanır.  Bu  əfsanəvi  qəhrəman  hələ  Milli  Ordu 

olmayan  dövrdə  bir  alayın  işini  görürdü.  Onun  gülləsindən  düşmən  can  qurtara 

bilməzdi.  

Cinyataq  kəndi  əsl  quldur  yuvasına  çevrilmişdi.  Bu  kənd  ətraf  türk 

kəndlərinə  dinclik vermirdi. Kolanı qisasçı təşkilatının rəhbərliyi V.Sarıkişiyev, və 

M.Alıyev  tərəfindən  Canyataq  kəndinə  girmək  planı  hazırlandı.  Təşkilata  daxil 

döyüşçülər Qur'ana əl basıb and içirdilər: “Biz qarətə deyil, qisas üçün gedirik!”. 

Həmin  gecə  səhərə  qədər  Canyataq  ətrafında  erməni  postları  bütünlüklə 

ələ  keçirildi  və  səhərə  yaxın  yeddi  nəfərlik  bir  qrup  kəndə  daxil  oldu.  Cahid 

Gəncəliyev  də  bu  qrupa  daxil  oldu.  Kəndə  gedən  işığı  söndürmək  lazımdı.  Bu 

təhlükəli  işin  öhdəsindən  gəlmək  çətin  idi.  Çünki  düşmən  postu  buna  imkan 

verməyəcəkdi.  Bu  dəm  Cahid  işığı  üç  güllə  ilə  söndürəcəyinə  və  elə  bu  atəşin 

hücum siqnalı olmasını söylədi. Elə dediyini də yerinə yeritdi. Reyd dəstəsi kəndin 

içərilərinə doğtru hərəkət etdi. Mühasirəyə alınmış Canyataq əhalisi vahimə içində 

qaçıb  kəndfdən  uzaqlaşır  və  reydçilər  müqavimət  göstərən  quldurları  məhv 

edirdilər.  Bu  uğurlu  əməliyyatda  əsas  məqsəd  azğınlaşan  ermənilərə  dərs  vermək 

idi və bu tapşırığa əməl edilmişdi.  

Uzaqdan  ruhlanan  döyüşçülər  evləri  yandırır,  küçə  döyüşü  aparan 

quldurları  məhv  edirdilər.  On  üç  quldur  öldürülmüşdü.  Səhər  açılar-açılmaz 

dəstəyə kəndi tərk etmək əmri verildi. 

Döyüş  yoldaşlarını  xilas  etmək  məqsədilə  pusquda  dayanmış  qulduru 

yarayayır  və  yaralı  erməni  quldurun  atdığı  güllə  isə  ondan  yan  ötmür.  Ölümcül 

yaralanan  qəhrəman  özünü  şax  tutur  və  yoldaşlarına  “Əgər  başıma  bir  iş  gəlsə 

qanımı  yerdə  qoymayın”  –  deyir.  Cahidi  yaralayan  quldur  elə  oradaca  qanına 

qəltan edilir. Onun döyüş dostları dəfələrlə Cahidin qisasını alırdılar. 



43 

 

Cahid Gəncəliyevin yuxusuz gecələr keçirdiyi dağlar 1992-ci il fevralın 1-



də  yasa  batmışdı.  Ərtaf  kəndlərin  əhalisi  Cahidlə  vidalaşmağa  tələsirdi. 

Xatirimdədir  ki,  Cahidin  ölümünü  eşidənlər  yana-yana:  “Cahid  də  ölərmiş!”  – 

deyirdilər. 

Ermənilər  Ağdərənin  azərbaycanlı  kəndlərinə  hücumu  bu  əfsanəvi 

qəhrəmanın  yas  mərasiminin    40-cı  gününə  saldılar.  Ölümündən  sonra  Xatınbəyli 

kənd  orta  məktəbinə  və  Ağdərə  azad  edildikdən  sonra  isə  mərkəzi  küçələrdən 

birinə C.Gəncəliyevin adı verilmişdi. 

Əsl qəhrəmanları xalq unutmur. Hər dəfə Ağdərə igidlərindən söz düşəndə 

ilikn Cahidin adı yad edilir, onun qəhrəmanlıqlarından söz açılır.  

Manikli kəndində dəfn edilib. 



 

YAġAMAQ ÜÇÜN VƏTƏN UĞRUNDA ÖLMƏK LAZIMDIR... 

 

Altay Vaqif oğlu Sarıkişiyev 1971-ci il avqust ayının 1-

də  dünyay  göz  açmışdı.  Azərbaycan  İnşaat  Mühəndislər 

İnstitutunun 5-ci kurs tələbəsi idi. 

Hələ  hadisələrin  ilk  vaxtlarından  Altay  Sarıkişiyev 

erməni  separatçılarına  qarşı  mübarizə  aparan,  yerlərdə  müdafiə 

dəstələrinin 

yaradılmasında  xüsusi  xidmətləri  olan  əsl 

vətənpərvər  idi.  Hadisələrin  kəskinliyini  görən  Altay  üçün  Bakıda  qalmaq 

mübarizədən yayınmağa bərabərdi. Elə ona görə ki, o, oxuduğu məktəbdən qiyabi 

şöbəyə keçərək doğma Xatınbəyliyə qayıdır.  

Ağdərə  kəndlərinə  diş  qıcamış  düşmənə  qarşı  A.Sarıkişiyev  Qazançı, 

Canyataq  və  Kiçan  əməliyyatlarında  iştirak  edir.  O,  dəfələrlə  düşmən  arxasına 

keçən Kolanı qisasçı dəstəsinin önündə və düşmənlərə ağır zərbələr endirilməsində 

xüsusi xidmətlər göstərmişdir.  

Yaranmış  vəziyyətdə  gecə-gündüz  yatmadan  istehkamlar  qurmaqdan 

yorulmurdu.  Altay  həlak  olduğu  anadək  öz  cibində  gəzdirdiyi  dəftərcəsində 

yazmışdı:  “Yaşamaq  üçün  Vətən  uğrunda  ölmək  lazımdır...  Dünyada  hər  şeyi 

torpaq  yaradır.  Bitkinin  də,  heyvanın  da,  hətta  insanın  da.  Və  hər  şey  torpağa 

qovuşur.  Deməli,  Vətən  dediyimiz  insanın  özdür...  Ey  Odlar  diyarı  qoy  ər 

oğlanlarıdır,  igid  qızların  məhv  olsun,  ancaq  anamız  Azərbaycan  yadların 

tapdağına çevrilməsin”. 

Bu  sözləri  yazan  qəhrəman  hamı  kimi  yaşada  bilməzdi.  Doğma  kəndini 

canı  qədər  sevən  Altay  işğaldan  heç  bir  həftə  ötməmiş  xüsusi  dəstə  ilə  kəndə 

yollanır və yolları minalayırlar. 

A.Sarıkişiyevin  iştirakıyla  işğaldan  sonra  yerli  əhalidən  ibarət  kəşfiyyat 

rotası  təşkil  edilir.  Taqım  komandiri  kimi  A.Sarıkişiyev  dəfələrlə  kəşfiyyata 

göndərilir və hər dəfə də yeni məlumatla qayıdır. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə