Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

40 

 

1991-ci  ilin  17  iyununda  Aterk,  Zərdəxaç,  Çapar,  Qetavan  və  s. 



kəndlərində  olan  erməni  hərbi  birləşmələri  İmarət-Qərvəndə  hücuma  keçdilər. 

Kənd iri canlı pulemyotlardan, avtomatlardan, qranat atan silahlardan atəşə tutuldu. 

Azər 

Sarıqaya-Qarağacı  istiqamətindən  hücum  edən  Aterk,  Zərdəxaç 



birləşmələrinə  qarşı  döyüşürdü.  Azər  bu  döyüşdə  fərqlənir...  Ov  tüfəngləri,  tir  və 

beşatılanlarla düşmənin qarşısını alır və geri otuzdururlar. 

Aydınlıq üçün bildirirəm ki, avqustun 13-də Aterkdə Sovet Ordusunun 14 

nəfər əsgər və katibi bütün texnikası və silahları ilə əsir düşdülər. Həmin əsgərlər 

avqustun  22-də  azad  olundu,  silah  və  texnika  ermənilərə  qaldı.  Yuxarıda  qeyd 

etdiyim  Aterk  əməliyyat  avqustun  18-i  22-də  əsgərləri  geri  qaytarmaq  şərti  ilə 

keçirilmişdi. Azər digər polis yoldaşları ilə birlikdə bu əməliyyatda iştirak etmiş və 

fərqlənmişdi. 

Sentyabrın  əvvəllərindən  kəndə  hücumlar  daha  da  şiddətləndi.  7 

sentyabrda olan hücum zamanı Azər yenə də Sarıqaya-Qarağac cəbhəsində, kəndin 

şimal-qərbində  döyüşür...  Ayın  11-də  M.Əsədovun  gəlməsi  ilə  kəndə  əlavə 

qüvvələr göndərildi. XTPD-nin 50-yə qədər köməyə gəldi... 

17  sentyabr  1991-ci  il.  Bu  gün  axşamdan  başlayan  döyüş  24  sentyabra 

qədər  çəkdi.  Köməyə  gələn  qüvvələr  kəndi  tərk  etdilər.  Kənd  iki  gün  dalbadal 

“Alazan”  və  digər  ağır  silahlarla  atəşə  tutuldu.  Sonra  isə  piyadaların  hücumu 

başlandı.  Sentyabrın  22-də  isə  kənddə  olan  hərbçilər  üçün  gətirilən  silahlar  və 

döyüş  sursatı  BMP-lərə  yükənib  Çaparda  olan  erməni  birləşmələrinə 

bağışlanmışdı. Bu Sovet Ordusunun hədiyyəsindən sonrakı açıq şəkildə ermənilərə 

verdiyi  ikinci  hədiyyəsi  idi.  Bütün  bunları  göstərməkdə  məqsədim  müdafiənin 

hansı şəraitdə getdiyini xatırlatmaqdır. 

Azər  bu  döyüşlərdə  gah  Zəlligöl-Qarağac,  gah  da  Çapar  istiqamətində 

döyüşən  yoldaşlarına  köməyə  atılırdı.  Harada qorxulu  vəziyyət  yaransa idi  Azəri 

oradagörmək olardı. Mən özüm şahidəm ki, (Q.Mustafayev nəzərdə tutulur – red.) 

23 sentyabrda kəndin şimal-şərq ərazisindən, Sarıqaya, Məmmədxan istiqamətində 

düşmən  kəndə  girməyə  cəhd  edən  zaman  Azər  özünü  necə  köməyə  çatdırdı?  Bir 

mövqedə  8  nəfər  qalmışdıq.  Düşmən  surətlə  hücumla  söz  gedən  ərazidə  kəndə 

girməyə cəhd edirdi. Çapar tərəfdə, Almədətli istiqamətdə döyüşən Azər 5 nəfərlə 

köməyə  çatdı.  Həmin  istiqamətdən  düşməni  3  km-ə  qədər  geri  oturtduq.  Ancaq 

təəssüf  ki,  ermənilərin  Çapardan  olan  hücumun  qarşısını  ala  bilmədik.  Ermənilər 

buradan  kəndin  Almədətli  hissəsinə  daxil  olmuş  Çökəkməhlə  ilə  mərkəzə  doğru 

irəliləmişdi. Azər yenə də həmin istiqamətə köməyə getdi. 

Hər ev uğrunda əlbəyaxa döyüş getdi. Ermənilərdən 12 nəfər öldürülmüş. 

30-a  qədər  yaralanmışdı.  Həmin  dövr  üçün  ermənilərə  güclü  zərbə  vurmuş,  bir 

nəfəri  çıxmaq  şərtilə  canlı  qüvvədən  itki  verməmişdik.  Amma  evlərin  dörddə 

üçünü yandırmışdılar... Ermənilərin rəsmi məlumatına görə 6 nəfərləri öldürülmüş 

26-sı yaralanmışdı. 




41 

 

Azər bu döyüşdə bir erməni əsgəri öldürmüş, üçünü isə ağır yaralamışdı. 



Azər  Ağdaban,  Çərəklər,  Marquşevan,  Çaylı,  Çardaqlı,  Ağdərə,  Mehmana, 

Drombon,  Çıldıran  uğrunda  gedən  döyüşlərdə  iştirak  etdi.  Hər  döyüşdə    itirdiyi 

yoldaşlarının  qanını  aldığına  görə  qisasçı  kimi  tanınmışdı.  Drombon  (heyvalı) 

Vəng ərazisində dəfələrlə ölümlə üzləşdi.  

Azər  təhsilini  artırmaq  istəyirdi.  Bu  məqsədlə  işlərini  polis  məktəbinə 

vermişdi. 

1994-cü  ilin  aprel  ayında  başlayaraq  düşmənin  Tərtər  istiqamətində 

başlanan  hücumu  qanlı  xarakter  aldı.  Ona  məzuniyyət  verildi.  Ancaq  o, 

məzuniyyətdən  axıra  qədər  istifadə  etmədi.  Döyüş  və  döyüşçü  dostları  üçün 

darıxırdı. Onu həm də darıxdıran düşmənin irəliləməsi idi. 

26  aprel  1994-cü  il.  Borsunlu  kəndi  uğrunda  qanlı  döyüş  gedirdi.  Azər 

burada,  döyüşən  polis  bölüyünə  rəhbərlik  edirdi.  Öz  qorxmaz  hərəkətləri  ilə 

döyüşçü  dostlarını  ruhlandıran  və  heyətləndirən  Azər  qabaqda  gedirdi.  Milli 

Ordunun  əsgərləri  ilə  birlikdə  onun  rəhbərlik  etdiyi  polis  vzvodu  düşmənin  öz 

səngərini  zəbt  edirlər.  Geri  otuzdurulan  düşmənin  ikinci  xətdə  olan  səngərlərinə 

birinci girənlərdən biri də Azər olur. Həmin döyüşdə Azər düşmənin bir-neçə əsgər 

və zabitini məhv edir. Onun girdiyi səngər öldürdüyü düşmən zabitini səngəri idi. 

Azər  əlini  düşmən  tərəfdən  atılıb  qalmış  “patsiya”ya  uzadır...  Artıq  geri 

otuzdurulmuş  düşmən  snayperçisi  öz  hədəfini  axtarırdı.  Dağlar  oğlu  isə  öz  el-

obasının, yoldaşlarının qisasını alırdı... 

Danışırlar ki, Azər onu aparan yoldaşlarına ürək-dirək verirmiş “ə kişisiz, 

nə  olub  sizə!”  deyirmiş.  Elə  həmin  gün  aprelin  26-da  Azər  qospitala  çatmamış 

şəhidlik zirvəsinə yüksəldi... 

Bərdə rayonunun “Şəhidlər xiyabanın”da uyuyur.. 

Gülər və Günel adlı iki övladı qaldı. 

R.S.Komandanlıq Əliyev Azər Ələkbərov oğlunun keçdiyi  döyüş yolunu 

qiymətləndirərək  Milli  Qəhrəman  adı  vermək  üçün  ona  təqdimat  verib.  Azər  bu 

ada layiq idi. Onun hər cəhətdən bu ada sahib olmağa haqqı var idi. 

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

XATINBƏYLĠ KƏNDĠ 

 

Tarixən  bu  kənd  dörd  dəfə  yandırılıb.  Xatınbəyli  kəndi  qədim  Kolanı 



obasıdır. Və kolanılar ta qədimdən bu yurdda sakindirlər. Yerləşdiyi Sığnaq yaylası 

qədim  türk  toponimlərindəndir.  Hələ  Turanda  belə  əyalət  və  Türkistanda  isə 

Sığnaq  qalası  olmuşdur.  Qalanın  tikintisi  Əmir  Teymurun  adı  ilə  bağlıdır. 

(G.Bamberi “Əmir Teymur”). 

Əhalisi 286 nəfər və 32 evdən ibarət idi. Ağdərə-Xankəndi yolu üzərində 

yerləşirdi.  Mövqecə  hərbi-strateji  əhəmiyyət  malikdi.  Kənd  əhalisindən  6  nəfərə 

şəhid  olmuş,  6  nəfər  müxtəlif  dərəcələrdə  yara  almışdır.  İki  nəfərə  komandanlıq 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə