Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

30 

 

1992-ci  ilin  fevralın    6-da  erməni  daşnakları  Sırxavənd  üzərinə  böyük 



qüvvə və ağır texnika ilə hücuma keçir. Kənd üç tərəfdən mühasirəyə alınır. Ölüm-

dirim  savaşı  gündən-günə  qızışır,  sırxavəndlilər  isə  köməksizlikdən  təklənirdi. 

Kəndin  əsas  postu  şimaldan  Sırxavəndin  giriş  qapısı  adlanan  Kərimin  Güneyi 

quldurların  əlinə  keçmişdi.  Həmin  postun  yaxınlığında  Cahangir  Qadiroğlunun 

evində  özlərinə  mövqe  tutmuş  8  nəfər  Sırxavəndli  quldurların  mühasirəsinə 

düşmüşdü,  kəndin  baş  hissəsində  bir  neçə  ev  yandırılıb  yerlə-yeksan  edilmişdir. 

Hər  ötən  dəqiqə  8  nəfər  Sırxavəndli  döyüşçünün  erməni  quldurunun  ələ 

keçirəcəyindən  və  onların  qətlə  yetirilməsindən  xəbər  verirdi.  Onların  patronu 

tükənmişdi. Mühasirədə qalanlara patron çatdırmağı Seymur öz üzərinə götürür və 

ağa  bürünərək  600  metr  məsafəni  sürünməyə  başlayır.  Polis  leytenantı  Şükran 

Cəfərovun dediklərindən: 

-Adambaşına  bir  patronumuz  qalmışdı.  Qərara  gəlmişdik  ki,  içərimizdə 

hamımızdan yaşca kiçik olan Rizvan Talıboğlu bizi güllələsin. Hər tərəfdən əlaqə 

kəsilmişdi. Erməni quldurları getdikcə bizə yaxınlaşırdı. Bizim mövqe tutduğumuz 

evə  tərəf  ağ  geyimdə  bir nəfərin  sürünməsi  diqqətimiz  cəlb  etdi,  əvvəlcə  elə  başa 

düşdük  ki,  quldurlarin  növbəti  bir  hiyləsidir  ki,  bizi  sağ  ələ  keçirmək  istəyirlər. 

Amma erməni quldurları həmin sürünən adamı gülləbaran edirdi. Həmin adam gah 

dayanır, gah da bizə tərəf sürünürdü. Bizə lap yaxınlaşanda  tanıdıq ki, Seymurdur. 

Son  anda  elə  bildik  ki,  onu  vurdular.  O,  bir  müddət  yerində  qaldı  və  tez  durub 

özünü evin zirzəmisinə atdı. 8 nəfər bu gün Seymura borcluyuq. O, bizi ölümdən 

xilas etdi. 

Sırxavənd kəndi düşmən əlinə keçdikdən sonra S.Quliyev döyüşçü yolunu 

Şirin Mirzəyevin komandanlıq etdiyi batalyonda davam etdirir. Çox keçmir ki, öz 

qorxmazlığı, cəsarəti, döyüşkənliyi və bir təcrübəli kəşfiyyatçı kimi bütün batalyon 

əsgərlərini hörmətini qazanır.  Fərrux, Pircamanl, Xromord, Cinli, Xaçın-Dərbənd, 

Əliağlı kəndlərində şücaətlər göstərirdi.  Daşbaşı yüksəkliyinin alınmasında böyük 

rol oynadı. İki nəfər girov əsgərimizi xilas etdi. 1992-ci il ilunun 10-da Sırxavənd 

kəndi  istiqamətində  ordumuzun  geniş  miqyaslı  hücumu  başlanır.  Həmin 

əməliyyatın  təşkilində  Seymur  həmkəndliləri  Həsən,  Ələmdar,  Fərhad  və  Bilalla 

kəşfiyyata  getmiş  və  düşmənin  qüvvə  və  mövqeləri  diqqətlə  öyrənmişdi.  Bu 

döyüşdə  əfsanəvi  qəhrəmanlıq  göstərən  Seymur  kəndin  azad  olunmasında 

düşmənin bir texnikasını və bir neçə quldurunu məhv etdi. 

1992-ci  ilin  sentyabrında  S.Quliyev  Ağdərə  rayon  polis  şöbəsinə  işə 

götürüldü. Polis podpolkovniki Güloğlan Məmmədov: 

S.Quliyev  Sırxavənd  kəndindən  tanıyırdım.  Onun  döyüşlərdə  göstərdiyi 

rəşadət  məni  heyran  etmişdi.  Kəşfiyyatçı  kimi  də  əvəz  edilməz  idi.  Ona  görə  də 

Seymurun  Ağdərə  polis  şöbəsinə  qəbul  olunmasını  məsul  yoldaşlardan  xahiş 

etdim. Çox keçmədi ki, S.Quliyev hər bir döyüşdə mənim ümidimi doğrultdu. 

Cəsur  döyüşçü  S.Quliyev  Marquşevan,  Leninavan,  Çaylı,  Çardaqlı, 

Qısavet, Mehmanə, Sərsəng su anbarı, Umudlu, Zəylik, Qozlu, Moqavuz, Dəmirli, 




31 

 

Qazançı,  Dovşanlı,  Manikli,  Xatınbəyli  və  Baş  Güney  kəndlərinin  “vışka”, 



“qlobus”  yüksəkliklərinin  erməni  quldurlarından  təmizlənməsində  döyüşlərin 

önündə getmişdi. 

Çıldıran döyüşlərində əvəzediləz xidmətləri olub. 

8  may  1994-cü  il  3  N-li  sovxoz  ərazisində  düşmənin  iri  miqyaslı 

hücumunun qarşısının alınmasında S.Quliyev öndə olan igidlərdən biri idi. Tərtərin 

işğalını  qarşısına  məqsəd  qoymuş  düşmənin  mərkli  planının  pozulmasında 

S.Quliyevin də xidmətləri danılmazdır. Bu qanlı döyüş onun qəhrəmanlıqlarla dolu 

döyüş  yoluna  son  döyüş  günü  oldu.  Ölümündən  sonra  S.Quliyeva  komandanlıq 

tərəfindən  Azərbaycan  Milli  Qəhrəmanı  adına  təqdimat  verildi.  Bu  onun  layiq 

olduğu  addır.  Seymur  haqqında  “Dağlarda  şimşək  çaxır”  kitabı  çapdan  çıxmış, 

mətbuat  səhifələrində  yazılar  dərc  edilmişdir.  Məzarı  Bakıxanov  qəsəbəsindəki 

şəhidlər xiyabanındadır. 

 

ƏBƏDĠYYƏTƏ QOVUġAN ÖMÜR 

 

Həsən Soltan oğlu Cavadov 1956-cı ildə anadan olub. 



Orta  məktəbi  bitirdikdən  sonra  Politexnik  texnikumunun 

avtomobil  nəqliyyatı  fakultəsində  təhsil  almışdı.  Təbiətin  çox 

sadə və mehriban olduğundan uşaq yaşlarından dost-tanışların 

dərin hörmətini qazanmışdı. 

Qarabağın  üzərini  qara  buludlar  aldığı  ilk  gündən 

Həsən  özünə  yer  tapa  bilmirdi.  Dəfələrlə  Sabunçu  rayon  hərbi  komissarlığına 

müraciət  etmişdi.  Amma  ona:  “Lazım  olanda  səni  çağıracağıq”-  demişdilər.  Bir 

neçə dəfə könüllü olaraq cəbhə bölgələrinə öz yük maşını ilə hərbi sursat və lazımi 

paltarlar, ərzaq aparmışdı. Həsən daima özünü əsgərlər arasında hiss edir, can atırdı 

ki, Vətənin müdafiəsində dayansın. 

Həsənin həyat yoldaşı Məleykə xanımın dediklərindən: “Əvvəllər cəbhəyə 

getmək  üçün  hərbi  komissarlığa  müraciət  eləsə  sə  aparmamışlar.  Xocalı 

qırğınından  sonra  özünə  yer  tapmırdı.  Yola  düşməzdən  əvvəl  gecə  yata  bilmədi. 

İndi  üstümüzə  iki  yorğan  örtüb  yataqmı?-deyirsiniz.  Bu  nə  kişilikdir  ki,  arvad-

uşaqlarımız düşmən əlində əsir-yesir olub, qızlarımızın namusuna sataşırlar. Səhər 

tezdən çörək alıb gətirdi və tezdə geri qayıtdı ki, cəbhəyə gedirəm. Qəfil xəbərdən 

özümüzü itirdik, qohum-əqrəba ilə görüşməyə belə imkan olmadı.  Xudahafizləşib 

yola düşəndə: “Arxayın olun, sağ-salamat qayıdacağam, te-tez zəng vurub, məktub 

yazacağam” – dedi. 

H.Cavadov  1992-ci  ilin  martında  könüllü  olaraq  Ağdam  Cəbhəsinə  yola 

düşdü.  Naxçıvanik,  Xromord  kəndləri  uğrunda  gedən  döyüşlərdə  igidliklər 

göstərdi.  Sübh  tezdən  Əsgəran  istiqamətində  gedən  döyüşdə  Həsən  idarə  etdiyi 

PDM  düşmənə  qan  uddurdu.  Bir  neçə  erməni  quldurunu  qanına  qəltan  etdi,  bir 

düşmən  texnikasını  heyəti  ilə  birlikdə  məhv  etdi.  Həsən  piyadalarının  döyüş 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə