Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

28 

 

1992-ci  il  martın  5-də  Qazançı  kəndinin  erməni  quldurlarından 



təmizlənməsində düşməni Natiq döyüşün önündə gedərək düşmənin bir tankını və 

bir  neçə  yaraqlısını  məhv  etdi.  Gün-gündən  döyüşlərdə  bərkiyən  cəsur  döyüşçü 

Naxçıvanik, Xramord, Aranzəmin, Pircamal, Ağbulaq kəndlərində şücaət göstərir. 

Fərrux  kəndi  uğrunda  gedən  döyüşlərin  birində  həmişə  ön    xətti  olan  Natiq  ağır 

yaralandı.  Hərbi  qospitalda  bir  müddət  müalicə  olunduqdan  sonra  yenidən 

düşmənlə üzbəüz səngərə qayıdır.  

1993-cü  ilin  fevralında  Daşbaşı  yüksəkliyi  uğrunda  gedən  qanlı  savaşda 

dörd  nəfər  silahdaşı  ilə  birlikdə  gizli  yollarda  düşmən  qüvvələrinin  arxası  ilə 

keçərək  onlara  sarsıdıcı  zərbələr  endirirlər.  Düşmən gözlənilməz zərbədən  pərən-

pərən düşərək geri çəkilir. Natiq Daşbaşı yüksəkliyinə birinci qalxaraq Azərbaycan 

milli  bayrağını  əlçatmaz  mövqeyə  taxdı.  Göstərdiyi  igidliyə  görə  batalyon  tağım 

komandiri seçildi və komandanlıq tərəfindən ona 200 min manat verildi. Düşmənə 

qarşıamasız olan Natiqi onun yoldaşları “Ermənilərin qənimi” adlandırırdı.  

1993-cü ilin mart ayında Natiq sevindi ki, könüllü olaraq Ağdərə RPŞ-də 

işə qəbul olunur. Polis starşinası doğma torpaqların müdafiəsini öz polis yoldaşları 

ilə  qorumaqda  davam  edir.  Onun  ermənilərə  qan  udduran  PK  pulemyotunu 

Koroğlunun  Misri  qılıncına  bənzədirdilər.  Natiqin  PK-sı  şaqqıldayanda  hamı 

bilirdi  ki,  düşmən  xeyli  itki  verirdi.  Marquşevan,  Lelinavan,  Çaylı,  Madakis, 

Çardaxlı,  Akop-Kamari,  Ortakənd,  Dəmirli,  Mehmanə,  Drombon,  Qızılqaya, 

Çıldıran,  Külyataq,  Çanyataq,  Dovşanlı,  Ballıqaya,  Aterk, Qozlu,  Umuddu  və  bir 

sıra  başqa  kəndlərin  erməni  quldurlarından  təmizlənməsində,  əsl  qəhrəmanlıq 

göstərdi.  

1993-cü  ilin  soyuq  yanvar  ayıl  idi.  Natiq  öz  silahdaşı  və  dostu  ilə 

Ağdərənin Akop-Kamari kəndində üç erməni qrupu ilə rastlaşaraq onlarla əlbəyaxa 

döyüşə keçir. Natiq və onun döyüşçü yoldaşı hər üç qulduru məhv edərək onların 

murdar meyitlərini Ağdərə RPŞ-ə gətirirlər.  

Ağdərənin  azad  edilməsində  də  Natiqin  böyük  əməyi  olmuşdu.  1994-cü 

ilin may ayının 6-da düşmən böyük qüvvə ilə Ağdərə rayonunun 3 N-li Savxozuna 

hücumuna keçmişdi.  Düşmən tərəfdən  ağır  texnika  döyüşürdü.  N.Əliyev  öz  polis 

yoldaşları  ilə  qeyri-bərabər  döyüşə  girməli  oldu.  Döyüşün  qızğın  yerində  hiss 

edəndə  ki,  onun  döyüş  yoldaşları  düşmən  mühasirəsinə  düşmək  üzədir,  o 

səngərdən qalxaraq öz PK-sını şaqqıldadaraq düşmənin bütün diqqətini özünə cəlb 

etdi.  Bundan  istifadə  edən  döyüşçülərimiz  mühasirədən  çıxa  bildilər.  Düşmən 

Natiqi  diri  girov  götürmək  istəyirdi.  Dörd  tərəfdən  onun  üstünə  gələn  düşmən 

həlqəsi  getdikcə  qaralırdı.  Natiq  son  gülləsinə  qədər  düşmənlə  atışdı.  Və  nəhayət 

axırıncı  günlər...  Ani  olaraq  qəti  qərara  gəldi-alçaq  düşmənə  əsir  düşməkdənsə 

vətən  uğrunda  kişi  ölmək  şərəfli  idi.  Daraqda  qalan  sonuncu  güllə  Natiqin 

qəhrəmanıqlarla  dolu  həyatının  son  akkordlarını  çaldı.  Döyüş  ərzində  o  öz 

pulemyotu ilə düşmənin 35 döyüşçüsünü və bir texnikasını məhv etmişdi. Bu faktı 

girovlar  dəyişdiriləndə  düşmən  tərəf    bildirib.  Göstərdiyi  şücaətlərə  görə 




29 

 

komandalıq  Natiq  Sevindik  oğlu  Əliyevə  “Azərbaycan  Milli  Qəhrəmanı”  na 



təqdimat verib. 

Məzarı Bərdə rayonunun Şəhidlər xiyabanındadır. 



 

DAĞLARDA   ÇAXAN  ġĠMġƏK 

 

Seymur  Sarı  oğlu  Quliyev  1969-cu  il  martın  11-də 



dünyaya  göz  açmışdı.  Orta  məktəbi  bitirdikdən  sonra  hərbi 

xidmətə  çağırılmışdı.  Seymur  iki  illik  əsgərlik  borcunu 

Xabarovsk  vilayətində  başa  vurur.  1989-cu  ildən  hərbi 

xidmətdən  təxris  olunduqdan  sonra  əkəndə  qayıdır.  Həmin vaxt 

yurdumuzda  müharibə  ocağının  alovu  günü-gündən  dağ 

Qarabağda  azərbaycanlı  kəndlərini  bürüyürdü.  Sırxavənd  

camaatı  səksəkəli  günlərini  yaşayırdı.  S.Quliyev  ilk  gündən  ermkəni  quldurlarına 

qarşı  açıq-açığına  bayrağını  göstərir.  Daşnakların  bayrağını  kim  çıxarıb  gətirsə, 

onu  böyük  mükafat  gözləyir.  Günün  günorta  çağında  Seymurla  Rizvan  həmin 

bayrağı çıxardıb yerinə qara parça bağlayır.  

1990-cı ilin martında erməni quldurları Sırxavənd üzərinə böyük qüvvə ilə 

basqın  etmişdi,  kənd  camaatı  əli  yalın  olsa  da  mərdliklə  döyüşürdü.  Seymur 

silahdaşları  Rizvan,  Azər  və  Əhmədlə düşmənin arxasına keçərək  sarsıdıcı  zərbə 

endirir.  1991-ci  il  sentyabrın  29-da  Yavər,  Azər,  Rizvan  Göygəzoğlu  Ballıqya 

kəndində  rus  əsgəri  formasında  yoxlama  aparır  bir  erməni  yaraqlısını  tutub 

qərargaha  təhvil  verirlər.  Bu  əməliyyatın  aparılması  çox  adamları  narahat  edir. 

Erməni  başbilənləri  Qarabağ  Təşkilat  Komitəsinin  sədri  Volskidən  qəti  tələb  edir 

Ki,  erməni  qulduru  azad  edilməli,  yoxlama  aparanlar  isə  həbs  olunmalıdır. 

Sırxavənd kəndi rus əsgərləri tərəfindən mühasirəyə alınır və bütün evlər axtarılır. 

Üç  gün  kənd  camaatına  olmazın  əzab-əziyyəti  verilir.  Seymur  silahı  ilə  rus 

əsgərlərinə ətəslim olsun. Yavər öz silahı ilə rus əsgərlərinə yaxınlaşır. Bunu görən 

rus  komandiri  əsgərlərinə  əmr  verir  ki,  həmin  oğlanı  tərksilah  edib,  BTP-ə 

otuzdursunlar. Bu hadisə kənd camaatını bir anlığa sarsıdır.  

Seymur bir neçə dəqiqə keçməmiş əlində əlində qumbara rus  əsgərlərinə 

yaxınlaşır və komandirə deyir: 

-Mən  doğulub  boya-başa  çatdığım  torpağın  azadlığı,  müstəqilliyi,  onu 

erməni quldurlarından təmizlənməsi yolunda ölərəm, bəs sən nə üçün öləcəksən? 

Çıxılmaz vəziyyətdə qalan rus zabiti bir anlığa ölümlə üz-üzə dayandığını 

hiss edir və kəkəliyə-kəkəliyə Seymurdan soruşur ki, tələbin nədir? 

Dostumu  azad  elə,  özündə  əsgərlərinə  əmr  ver  ki,  kəndin  tərk  etsinlər, 

sonra  isə  səni  sağ-salamat  yerinə  qaytaracağıq.  ÖLümündən  qorxuya  düşən  rus 

zabiti  Seymurla razılaşır  və  zəif  səslə  deyir:  “Sizin  kimi  oğlu  olan  vətən heç  vaxt 

basılmaz”. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə