Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

19 

 

işlətmək  gərəkdir”.  Bu  gün  Sırxavənd  camaatı  Bəhmən  kimi  qəhrəmanla  fəxr 



etməlidir. 

Sırxavənd  özünümüdafiə  batalyonu  əsgərlərinin  düşmənə  qarşı 

göstərdikləri  igidliklərə  görə  Qarabağda  və  respublikada  ad-san  çıxarmışdı. 

Bəhmən  ilk  Milli  Ordumuzun  təməlini  qoyan  peşəkar  hərbçi  Şirin  Mirzəyevlə 

görüşüb məsləhətlər alardı.  

Mənim  yaddaşımdan  silinməyib.  Qış  günləri,  qarlı-şaxtalı,  boranlı-

çovğunlu  Sırxavənd  yolları.  Bir neçə gün  idi  ki,  yağan  güclü  qar  bütün  bəndləri, 

bərələri  kəsmişdi,  heç  bir  yer  görünmürdü.  Fəndgir  düşmən  şəraitindən  istifadə 

edərək  kəndi  artilleriya  atəşinə  tutur,  nəyin  bahasına  olursa  olsun  Sırxavəndi  ələ 

keçirmək istəyirdi. Getdikcə döyüşlər şiddətlənir, güllə Sırxavəndin üzərinə yağış 

kimi yağdırılırdı.  

Güney  postu  düşmənin  əlinə  keçmişdi.  Həmin  yüksəklikdən  Sırxavənd 

kəndi əlin içi kimi görünürdü. Camaatın əl-qolu bağlanmışdı. Səmədfin əbədiyyətə 

qovuşması  onları  yaman  sarsıtmışdı.  Bundan  istifadə  edən  qarı  düşmən  kəndə 

soxularaq bir neçə evi yandırmış və Cahangirin evində özünə mövqe tutan 8 nəfər 

Sırxavənd  döyüşçüsünü  mühasirəyə  almışdı.  Hər  ötən  dəqiqə  kəndin 

müqəddəratını  və  mühasirəyə  düşmüş  igidlərin  taleyini  həll  edə  bilərdi.  Bəhmən 

qəti  hyücumunun  qarşısını  almalı,  ikinci  dəstə  isə  xəlvəti  yolla  Əzgilli  şişinə 

qalxmalı, düşmənə arxadan zərbə endirməlidir”. 

Dağlara  düşmüş  qalın  qar  hərəkəti  çətinləşdirirdi.  Bəhmənin  dəstəsi  isə 

tələsirdi. Hər keçən saniyə bir insan həyatına bərabər idi. Böyük çətinlikdən sonra 

Bəhməngil  Əzgilli  şişinə  çatdılar.  Bəhmən  dəstəni  iki  yerə  bölüb  tapşırıq  verdi. 

Düşmən  qəflətən arxadan atəşə tutuldu.  Bunu  gözləməyən erməni  quldurları  çaş-

baş  qaldılar.  Cəsur  komandir  və  onun  döyüşçüləri  düşməni  sərrast  atəşlə  bir-bir 

yerə  sərirdi.  Bəhmənin  beşatılanının  səsi  bütün  Əzgilli  şişini,  Ballıqayanı  lərzəyə 

gətirmişdi. Atdığı hər bir güllə düşməni elə yerindəcə öldürürdü. Sağ qalan erməni 

quldurları qaçıb canlarını qurtarmağa yol axtarırdılar.  Bəhmən neçənci dəfə idi ki, 

öz döyüşçüləri ilə düşmənin arzusunu gözündə qoyurdu. 

Güney  postunun  erməni  yaraqlıları  vermək  istəmirdilər.  Amma  arxadan 

vurulan zərbələrə də tab gətirə bilmirdilər. Düşmən hər tərəfdən gülləbaran edilirdi. 

Çünki  Güney  postunu  əldən  vermək  həlledici  döyüşü  uduzmaq  demək  idi.  Artıq 

qarşısı  alınmaz  hücumu  görən  erməni  quldurları  geri  çəkilməyə  başladılar. 

Bəhmənin  komandası  ilə  ikinci  dəstənin  döyüşçüləri  Güney  postunu  ələ 

keçirmişdilər.  Amma  sayıqlığı  əldən  vermək  olmazdı.  Hər  şeydən  əli  çıxmış 

erməni  quldurları  növbəti  məğlubiyyətlərini  görüb,  Ballıqayaya  tərəf  geri 

çəkilirdilər.  Bu  günkü  döyüşdə  Bəhmənin  komandirlik  etdiyi  əsgərlər  böyük 

sınaqdan çıxdılar. Bir daha Sırxavənd igidləri düşmənin böyük qüvvəsi qarşısında 

əyilməzliklərini qızıl hərflərlə tarixə yazdılar. 

Güney postu öz doğma müdafiəçilərinin əlində idi. Bəhmən öndə Güney 

postuna  tərəf    irəliləyirdi.  Qəfil  açılan  güllədən  Bəhmən  səndələdi.  Heç  bir  ağrı 




20 

 

hiss  etmədən  özünü  düzəldib  yaxınlıqda  gizlənmiş  erməni  quldurunu  yerindəcə 



gəbərtdi.  Başından  ağır  yara  almış  Bəhmən  Məmmədovu  çətin  dağ  cığırları  ilə 

kəndə  gətirdilər.  Bəhmənin  yarası  ağır,Sırxavəndin  dərdi  isə  dözülməz  idi.  Onu 

Bakıya gətirdilər. 

Xəstəxananın cərrahı: 

-25 ilə yaxındır ki, tibbi sahədə çalışıram. Bu illərdə müxtəlif  xəstələrim 

olub.  Ancaq  Bəhmən  Məmmədov  kimi  sağlam,  dözümlü,  dağ  ürəkli  adam 

görməmişdim.  Səkkiz  saatlıq  cərrahiyyə  əməliyyatından  sonra  üç  gün  ürəyinin 

hesabına yaşadı.  

Bəhmənin ürəyində Vətən sevgisi, xalq məhəbbəti, düşmənə qarşı sonsuz 

qəzəb  və  nifrət  var  idi.  Sənə  ölüb  deməyə  heç  kəsin  dili  gəlmir  Bəhmən!  Sən 

Sırxavəndin  igid  oğlu,  xilaskarıydın.  Uşaqdan  tutmuş  böyüyə  kimi  hamı  sənin 

qəhrəmanlığından  danışır.  Son  döyüşündə  düşmənin  cəngindən  azad  etdiyi 

körpələr sənin yadigarın, gələcəyindir Bəhmən! 

Bəhmən  Fərman  oğlu  Məmmədovun  vətənə  xidməti  dövlət  tərəfindən 

layiqincə  qiymətləndirilməyibsə  sə  o  qəhrəman  adını  sağlığında  qazanmışdı.  İgid 

komandir  Bəhmən  Məmmədovun  adı  əbədiləşdirilib.  İndi  Sırxavənd  kəndinin 

böyük  təssərüfatı    Bəhmən  Məmmədovun  adını  dayışır.  Mətbuat  səhifələrində 

Bəhmənə  həsr  olunmuş  yazılar  dərc  olunmuş,  efir  dalğalarında  ona  həsr  edilmiş 

verilişlər və radio oçerqlər səslədirilir. 

Məzarı Ağdamın Şəhidlər Xiyabanındadır. 



 

DAĞLARDA ĠZĠ QALDI. 

 

Süleyman  Cəmil  oğlu  Bayramov  Sırxavənd 



kəndində, Kolanı elində tanınıb, sayılan ağsaqqallardan idi. 

Kolanı  dərəsində  elə  bir  adam  tapılmazdı  ki,  Süleyman 

kişini  tanımasın,  ona  böyük  hörmət  bəsləməsin.  O,  qışı 

aranda, yayı isə uca dağlar qoynunda keçirərdi. Kolxozun 

mal-qarası hər yay Dəlidağda, Laçınqayada, Ağdoğanda və 

Qızılqayada  köç  salırdı.  Süleyman  kişi  bu  yerlərin  hər 

yoluna,  izinə,  qayasına,  daşına,  dağına  yaxşı  bələd  idi. 

Sırxavənd maldarlıq  fermasının müdri işləyirdi.  Qayğıkeş,  mülayim  xasiyyətli  bu 

el ağsaqqalından   köç düşdüyü yerlərdə heç kim inciməmişdi. Həmişə çalışardı ki, 

bacardığı  yaxşılığı  etsin.  Elə  ona  görə  də  Kəlbəcər,  Laçın  yerlərində  bu  Kolanı 

ağsaqqalının öz ad-sanı vardı.  

Bir neçə ildir  ki,  Süleyman kişi  o  yaylaqların  yoluna-izinə diş göynədən 

bulaqlarına həsrət  qalmışdı.  Torpaqlarımızda  yaranmış ağır  vəziyyət  bir  ağsaqqal 

kişi Süleyman kişini bərk narahat edirdi. Süleyman kişi heç vaxt təsəvvür etmirdi 

ki,  bu  yaşında  əlinə  silah  alacaq,  doğma  torpaqlarımızın  müdafiəsinə  qalxacaq. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə