Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27

10 

 

qan savaşları başladı. Bir neçə gün içində neçə-neçə erməni qulduru murdar qanına 



qəltan edildi. Amma sırxavəndlilərin ürəyinə vurulan yara sağalmaz oldu. 

Doğrudan  da  onu  tanıyanlar  Novruz  kişinin   qorxmazlığına,  qoçaqlığına 

yaxşı bələd idilər. Onunla yaxından yoldaşlıq edənlər deyərdilər ki, Novruz sərçəni 

gözündən vurur. Hər iki ağsaqqal öz alın təri ilə ev-eşik qurmuşdular.  

Bu  gün  Novruz  kişinin  oğlu  Nağı  “N”  hərbi  hissəsində  komandiri. 

Döyüşdüyü  bölgələrdə  ad-san  çıxarıb. 

“Azərbaycan  Bayrağı”  ordeni  ilə  təltif 

olunub.  Dəfələrlə istər  atasının,  istərsə  də  el 

oğullarının  qanını  alıb.  Onlarla  erməni 

quldurunu məhv edib.  

Vaqif Qəzənfər oğlu Həsənov 1957-

ci ildə anadan olub. Ailənin ikinci övladı idi. 

Uşaqlıqdan  istiqanlığı  və  gözəl  rəftarı  ilə 

hamının  sevimlisi  idi.  Özündən  böyük  olan 

yerdə  dinib  danışmazdı.  Hər  şeyin  yerini  bilər,  yeri  düşəndə  məzəli  söhbətləri  ilə 

hamının  könlünə  yol  tapardı.  Vaqif  orta  məktəbi  qurtardıqdan  sonra  sürülücük 

sənətinə  yiyələnmişdi.  Hərbi  borcunu  Uzaq  Sibirdə  yerinə  yetirmişdi.  Vaqif 

Rusiyadan Qarabağın üzərini qara buludlar aldığı güdən havası, suyu ilə boya-başa 

çatdığı  Sırxavəndə  qayıtmışdı.  Həmkəndliləri  kimi  kəndin  müdafiəsində, 

qorunmasında yuaxından iştitrak edirdi.  

İki  qız  körpəsi  var  idi.  Təzə  aldığı  evindən  indi-indi  gün-güzəran 

görürdülər.  Həyat  yoldaşı  Qızbəslə  Rusiyada  yaşadığı  o  əzab-əziyyətli,  iliyə 

işləyən o şaxtalı, boranlı günlərin buzu yenicə əriməyə başlayırdı. Bu gənc ailə indi 

özlərini  xoşbəxt  sayırdı.  Doğmaları  arasında  qurub  yaratmaq,  Vətən  üçün  el-oba 

üçün  nəsə  etmək  arzusu  ilə  yaşayırdılar.  Vaqifin  ölümündən  sonra  yadigarı 

dünyaya gəldi. İndi Vaqifin iki qızı, bir oğlu böyüyür. 

Bir  neçə  gün  idi  ki,  kəndin  adamları  Novruz  kişiyə,  Bəsdi  xalaya 

gözaydınlığı verir, Mahalın görünüşünə gəlirdilər. Mahal uşaqlıqdan qorxmazlığı, 

çevikliyi,  bacarığı,  xasiyyəti  ilə  hamının  hörmətini  qazanmışdı.  Elə  ona  görə  də 

hamı Mahalın xətrini əziz tuturdu. Mahal hər yanına gələnə Qarabağ münaqişəsi ilə 

bağlı  suallar  verir,  diqqətlə  qulaq  asırdı.  Gəldiyi  günün  ilk  gecəsi  dözməyərək, 

evlərinin yaxınlığındakı posta baş çəkmişdi. 

Mahal  kəndin  ətrafındakı  meşəni  gəzməyə  çıxıbmış.  Təsadüfən  yolunu 

azmış,  kiçik  yaşlı  bir  erməni  uşaqı  ilə  rastlaşır.  Mahal  onu  evlərinə  gətirir,  çay-

çörək  verir.  Anası  onu  danlayır  ki,  sən  uşaq  oğurlayıb  gətiribsən?  Mahal  öz 

insanlıq,  qonşuluq  borcunu  yerinə  yetirir.  Erməni  uşağını  yedirtdikdən  sonra  onu 

sağ-salamat aparıb komendantlığa verir ki, valideynlərinə çatdırsınlar. 

Novruz kişi də, Qəzənfər kişi də başqa atalarımız kimi qeyrətli. Mərd oğul 

böyütmüşdülər.  Vaqifin,  Mahalın  Sırxavənddə  dünyalar  qədər  hörməti  vardı. 

Amma tale yazısına bax ki, yağı iki atanı, iki oğlu vəhşicəsinə qətlə yetirdi. Bunu 




11 

 

unutmayın. Düşmənin kimliyini, onun törətdiyi ağlasığmaz vəhşilikləri unutsun, bu 



faciələr təkrar oluna bilər.  

Məzarları Sırxavənd kəndindəndir.  

 

DAN YERĠNƏ ÇĠLƏNMĠġ ġƏHĠD QANLARI 

 

 

Yelmar Təhməz  oğlu 

Cəfərov;  Nazim  Xosrov  oğlu 

Bəşirov. 

19  oktyabr  1991-ci 

ildə 


Sırxavənddə 

erməni 


quldurları  növbəti  vəhşilik 

törətdilər.  Sübh  tezdən  kənd  camaatı  avtomat  silahların  aramsız  atəş  səslərinə 

oyandı.  Quldurlar  kənddən  Ağdama  gedən  yolun  üç  kilometrliyində  -  Xaçın 

çayının  sahilində  pusquda  dayanaraq,  qəfil  atəşlə  kəndin  iki  igidini  –  Cəfərov 

Yelmar  Təhməz  oğlunu  və  Bəşirov  Nazim  Xosrov  oğlunu  amansızlıqla  qətlə 

yetirmişdilər. Hər iki ayağından yaralanan Həsənov Allahverdi Rəhim oğlu yalnız 

təsadüf nəticəsində sağ qalmışdı. 

Yelmar  Təhməz  oğlu  Cəfərov  1955-ci ildə  anadan  olub.  Kənddə  elektrik 

mantyoru işləyirdi. Vətənin üzərinə qara buludlar aldığı ilk gündən silaha sarılaraq 

doğma  kəndinin  müdafiəsində  dayanırdı.  Gündüzlər  işləyir,  gecələr  isə  doğma 

kəndinə  keşik  çəkirdi.  Vətənin  bir  qarış torpağı  üçün  canından  keçməyə hazır  idi. 

Yelmar dostluqda çox möhkəmdi. İstəməzdi ki, kimsəni incitsin, xatirinə, qəlbinə 

dəysin.  Çətin  bir  iş  olanda həmişə  çalışırdı  ki,  bütün  ağırlığı  öz  üzərinə  götürsün. 

Elə bu xasiyyətlərinə görə də Yelmar onu tanıyanların qəlbinə yol tapmışdı. 

Yelmar həm də gözəl ailə başçısı idi. İki oğul, iki qız böyüdürdü. 

Nazim Xosrov oğlu Bəşirov 1959-cu ildə Sırxavənddə dünyaya göz açıb. 

Nənə  və  baba  himayəsində  boya-başa  çatan  Nazim  zəhmətsevərliyi,  torpağa 

bağlılığı ilə tay-tuşlarından seçilirdi. O, hərbi xidmətdən sonra sovxozda işləməyə 

başlamış, sonra isə sürücülük peşəsinə yiyələnmişdi. 

Nazim altı bacısının bir qardaşı idi. Sinəsini vətənin hər qarış torpağı üçün 

sipər  etmişdi.  Vətənin üzərində əsən  qasırğa  Nazimdən  də yan  keçmədi.  Düşmən 

gülləsinə tuş gəldi. Həmin gün Nazimin bircə oğul körpəsinin gözündə əbədi həkk 

olunub.  Nə  zamansa  bu  intiqamı  hissi  körpəsinin  gözü  önündə  canlanacaq, 

müxənnət yuvasını darmadağın edəcəkdir. 

Yelmar Cəfərovun və Nazim Bəşirovun məzarı Sırxavənd kəndindəndir. 

 

 



 

 


12 

 

GƏLĠN TƏKBƏTƏK DANIġAQ 



 

Kolanı  elində  İomanov  Qurban  Pənah  oğlunu  qorxubilməz,  heyrətamiz 

gücü olan igid kimi tanıyırdılar. Pəhlivan cüssəli igidin səsi gələndə onu sevənlərin 

ürəyi atlanırdı.  

Erməni quldurlarının bəd əməllərindən söz düşəndə Qurban deyərdi ki, bu 

yaşımda  onların  beşinə  cavab  verərəm.  Qonşuluqda  onlar  mənim  əlimin  suyuna 

bələddirlər.  Əgər  onlar  özlərini  kişi  sayırlarsa  gəlsinlər  mərdi  mərdanə,  üz-üzə 

danışaq.  Yoxsa  rus  qardaşlarının  hesabına  daşın-qayanın,  kolun-kosun  arxasında 

gizloənib igidlikdən  dəm vurmasınlar.  

Qurban  üç  oğul,  dörd  qız  boya-başa  çatdırmışdı.  Halal  zəhməti  ilə ailəsi 

üçün hər bir şərait yaratmışdı. 

Qonşu erməni kəndi Ballıqaya ilə Qurban kiişinin evi üz-üzə idi. Hər bir 

atılan gülləyə Qurban kişinin evi sipər idi. Elə kəndin müdafiə postlarından biri də 

onun  evinin  lap  yaxınlığında  qurulmuşdu.  Hərdən  o  yaxınlıqdakı  postda gəncləri 

əvəz  edir,  onların  istirahət  etməsinə  şərait  yaradırdı.  O,  həmişə  gənclərlə 

söhbətində  deyirdi  ki,  çalışın  özünüzü  zəhmətə  alışdırın,  təbiətin  qoynunda  çox 

gəzin. Onda həm sağlam, həm də qüvvətli olarsınız. 

Xaçın  çayının  sahilində  Qurban  kişi  öz  mal-qarasını,  qoyun-quzusunu 

otarırdı.  Bu  məqamı  çoxdan  gözləyən  erməni  dığaları  onu  hər  tərəfdən  aralarına 

alırlar.  Qurban  kişini  yaxından  tanıyan    erməni  yaraqlısı  buna  razılıq  vermir.  O 

bilirdi ki, Qurban kişi onların ikisinə-üçünə tək cavab verə bilər. Ona görə də hər 

tərəfdən  onu  atəşə  tutdular.  Qurban  kişi  də  ov  tüfəngi  ilə  bir  iki  dəfə  onları 

susdurur.  Hətta yaraqlıların birini ağır yaralayır. Amma xilas ola bilmir. 1991-ci il 

noyabrın 20-də erməni quldurları bir sırxavəndli ailəsini də başsız qoyurlar. 

O  gün  Sırxavənd    naxələf  qonşularının  alçaqlığının,  nankorluğunun  bir 

daha şahidi oldu. 1991-ci il noyabrın 20-də kənd camaatı igid bir oğlu ilə vidalaşdı. 

Qurban  kişinin    oğlu  Lənkəran  altı  ildir  ki,  düşmənlə  üz-üzə  döyüşür. 

Lənkəranın bir adamı var: 

-Torpaqlarımızı yağı tapdağından azad etməyincə geriyə dönməyəcəyəm. 

-Allah səni arzuna çatdırsın qardaş! 

Məzarı Sırxavənd kəndindəndir. 

 

 



 

 

 

 

 

 

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə