Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27

 

Azərbaycanlı  kəndlərinin  işğalından  sonra  da  silahı  yerə  qoymayan  bu  təşkilat, 



məhz  Ağdamda  Əlahiddə  kəşfiyyat  rotası  kimi  fəaliyyətinin  davam  etdirmiş  və 

Ağdərənin azad olunmasında daim ön dəstədə olmuşlar. 

Bir  faktı  xatırladım  ki,  Ağdərə  azad  edildikdən  sonra  rayon 

prokurorluğundan  təşkilat  üzvlərinin məhkum  olunması haqqında  “Məhkəmə işi” 

sənədləri götürülmüş və buradan aydın olmuşdur ki, ermənilər təşkilat üzvlərinə 8-

10 il iş kəsmişlər. 

Sənədlər saxlanılır.  

“Azad  Azərbaycan”  qəzeti  yazırdı:  “Vəziyyətdən  çıxmaq  üçün  dörd 

kəndin  qeyrətli  oğullarını  birləşdirmək  üçün  təşkilat  yaratmaq  lazım  idi.  Belə  bir 

təşkilat yarandı. (16 dekabr 1992-ci il)”.  

“Müxalifət”  qəzeti  yazırdı:  “Bu  vaxta  qədər  qeyri-formal  “Kolanı” 

təşkilatı dəfələrlə düşmən arxasına keçir, erməni faşistlərinə dinclik vermirdilər”. 

Təşkilat  üzvlərindən  şəhid  olmuş  Cəlal  Quliyev,  Möhü  Aliyev,  Əli 

Qurbanov,  Cahid  Gəncəliyev,  Altay  Sarıkişiyev,  Ziyadxan  Aslanov,  Nazim 

Xanquliyev, Ələddin Abdullayev, Alim Göyüşov, Əvəz Novruzov və başqalarının 

xüsusi xidmətləri omuşdur.  

Kərəmlinin  yandırılması  bütün  Azərbaycanı  sarsıtdı.  İllərcə  düşmənə 

layiqli  cavab  verən  bir  kənd  məhv  edildi.  Azərbaycan  susdu.  Umudlu  dişiylə, 

dırnağıyla uzunsürən blokada şəraitində yaşadı. Azərbaycan susdu.  

Çərəklər  kəndi  onlarca  igid  itirdi.  Düşmənə  sağalmaz  yara  vurdu  və 

Ağdərə azərbaycanlılarının sonadək döyüşən məntəqəsi sayıldı. Azərbaycan susdu.  

Sırxavənd  onlarla  oğlu  itirdi,  müdafiə  olundu  v  çoxminlik  düşmən 

qarşısında tənha qaldı. Azərbaycan susdu.  

Ən böyük haqsızlıqlarla rastlaşan, öz dədə-baba yerindən didərgin düşən 

və  Yeni  Qaralar  adlı  bir  kənd  salan  Qaralar  yenidən  yandırıldı.  Narışlar  oda 

qalandı. Azərbaycan susdu.  

Bu  altı  ildə  Ağdərədə  hələr  olmadı.  Tarix  öz  gözüylə  yüzlərlə  igidin 

qəhrəman  kimi  həlak  olduğunu  gördü,  torpaqlara  gömülmüş  oğlulların  ruhuyla 

müqəddəsləşən  məmləkət  öz  varlığıyla  titrəmədi,  coşmadı  və  haqsız  tarixin 

yaxasından  yapışıb  öz  haqqını  qoparmadı.  Bu  gün  Ağdərə  faciəsi  ümumi 

Azərbaycan  faciəsi  fonunda  bir  damladı.  Sadəcə  tarix  üçün  söyləməliydik: 

“Ağdərədə nələr oldu?”. 

 

SIRXAVƏND 

 

Ulubab  və  Ballıqaya  silsilə  yüksəkliklərinin  əhatəsində  yerləşən 



Sırxavənd  kəndi  Xaçın  çayının  sol  sahilində  salınmışdı.  Bura  aranla  dağın 

Qırxqızla Murovun görüş yeridir. Ta qədimdən əhalisinin məşğuliyyəti əkinçilik və 

maldarlıq  olub.  Kənd  strateji  cəhətdən  çox  əhəmiyyətli  yerdə  yerləşirdi.  60-cı 

illərin  əvvəllərində  çəkilmiş  Ağdərə-Xankəndi  dağ  yolu  (o  vaxt  qocalar  bu  yola 




 

“daşnak yolu” deyirdilər). Sırxavəndin başının üstündə keçir. Sırxavənd Ağdərə və 



Ağdamdan  30,  Xankəndindən  40  km  məsafədədir.  Qazançı,  Çıldıran,  Ballıqaya, 

Dovşanlı,  Seyidbəyli  kimi  erməni  kəndlərinin  əhatəsində  yerləşirdi.  Sırxavənddə 

250-yə  yaxın  ev  və  1250  nəfər  yaşayırdı.  Qarabağın  bu  qədim  yurdu  dörd  dəfə 

düşmənin  hücumuna  məruz  qalmış  və  yerlə  yeksan  edilərək  daşı-daş  üstə 

qalmamışdı.  

1988-ci  ilin  fevralında  başlamış  erməni-azərbaycanlı  münaqişəsinin  ilk 

günündən  Sırxavənd  kəndi  erməni  quldurlarının hişangahına  çevrilmişdi.  Əslində 

1923-cü ildən DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış 

bu  kəndlər  xüsusilə  50-ci  illərin  əvvəllərində  burada  yaşayan  azərbaycanlılar 

düşünülmüş  gizli  miqrasiyaya  məruz  qalmışlar.  On  illiklər  ərzində  azərbaycan 

kəndlərinin  sosial-iqtisadi  və  mədəni inkişafı  üçün heç  bir iş  görülməmiş,  yeni  iş 

yerləri  açılmamış,  mütəxəssislərə  qsədən  iş  verilməmiş  və  bunu  nəticəsində 

minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə 

məcbur  edilmişdir.  Təkcə  bir  faktı  qeyd  edək  ki,  qonşu  erməni  kəndlərinin  

hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində 

bu  obyektlər  olmamışdır.  Nəticədə  Ağdərə  rayonunda  12  min  nəfər  azərbaycanlı 

qalmışdı.  Təxminən  hesablamalara  görə  dədə-baba  yurdunun  zaman-zaman  tərk 

edənlərin  sayı  bu  rəqəmdən  ən  azı  iki  dəfə  çoxdur.  Ağdərənin  ən  böyük 

azərbaycanlı  kəndlərindən  olan  Sırxavənddə  işğala  qədər  250-yə  yaxın  ailə 

yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın 

əslən Sırxavəndli olan ailə möcvud idi. Təkcə bu faktın özü muxtar vilayətdə (54 

azərbaycanlılar  yaşadığı  məntəqələrin  hamısında  vəziyyət  eyni  cürdür)  uzun  illər 

erməni  ağalığına  məruz  qalmış  azərbaycanlılara  qarşı  aparılan  mərkli  düşmən 

siyasəti haqqında  çox mətləbləri açıqlayır.  

1991-ci  ilin  aprel  ayında  mənlum  hadisələrlə  əlaqədar  o  zamankı 

respublika  hökumətinin  qərarı  ilə  Sırxavənd  ərazi  icraiyyə  komitəsi  yaradıldı. 

Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq 

idi. Sırxavənd bu günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı 

idarəsi, təhsil şöbəsi, maddi-texhiki təchizat bazası, avtomobil bazası, iki yol təmir 

tikinti  idarəsi  və  s.  idarə,  müəssisələr  yaradıldı  və  fəaliyyətə  başladı.  Amma  bu 

kəndlərin  müdafiəsi,  toxunulmazlığı  üçün  heç  kim  fikirləşmədi.  Bu  kəndlərin 

camaatı  ibtidai  icma  quruluşundakı  kimi  ağacdan,  daşdan  özünə  silah  düzəldib, 

gecəli-gündüzlü düşmənin hər bir həmləsinə sinə gərirdilər.  

Yaxın qonşuluğu Ballıqaya kəndi quldur yuvasına döndükdə, Sırxavəndin 

yuxusuz  gecələri  gündüzə  qatılırdı.  Ömrün  ən  ağır  anlarında  bu  balaca  kəndin  ər 

oğulları müdrik ağsaqqalların, nur camallı ağbirçəklərin öyüdlərini özlərinə örnək 

tutmaqla sinələrini doğma yurdun sinələrinə döndərirdilər. 

Təkcə  bir  il  müddətində  strateji  cəhətdən  son  dərəcə  əhəmiyyətli  olan 

Sırxavənd  kəndinin  bəşər  tarixinə  yazılacaq  səhifələri  neçə-neçə  kitablara 

sığmayacaq qədərdir. 1991-ci ilin payızından bəri olaraq təcavüzünə məruz qalan 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə