Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   27

15 

 

özündən  yayındırmışdı.  Qəflətən  akrobatik  sıçrayışda  irəli  daha  əlverişli  mövqe 



tutdu. 

Və  ayaq  üstə  atəşi  davam  etdirdi.  Bu  döyüşdə  Səmədə  bəlkə  də  onlarca 

əsgərin  işini  gördü.  Düşmən  hücumunun  qarşısını  aldı.  Amma  sən  demə    bu 

Səmədin sonuncu döyüşü imiş. Qəfil atılan snayper gülləsi onun gənc həyatına son 

qoydu.  

Şəhidlik zirvəsinə yüksələn və öz ölümü ilə Vətənini ucaldan igid döyüşçü 

Səməd Fərzəliyev bu gün onu tanıyanların, el-obasının xatirində bir qəhrəman kimi 

yaşayır.  O,  sağlığında  qəhrəman  adını  qazanmışdı.  Əfsuslar  olsun  ki,    dövlət 

Sırxavənd igidi Səməd Fərzəliyevi qiymətləndirilməyib. 

Qəhrəman döyüşçü Səməd Fərzəliyevin adı əbədiləşdirilmişdir. Sırxavənd 

kənd  orta  məktəbi  31  yaşlı  şəhidin  adını  daşıyır.  Haqqında  mətbuat  dəhifələrində 

yazılar,  oçerqlər  dərc  olunub.  “Şəhid  şəhərin  şəhid  oğulları”  kitabında  Səməd 

Fərzəliyevin qısa da olsa döyüş yolundan, onun qəhrəmanlıqlarından söhbət açılıb. 

Efir  dağlarında  Səmədə  həsr  edilmiş  verilişlər  və  radio-oçerqlər  səsləndirilib. 

Radio  verilişləri  fondunda  S.Fərzəliyevin  qəhrəmanlığına  həsr  edilmiş  veriliş 

saxlanılır.  

S.Fərzəliyevin yurdunda bir oğul və iki qızı böyüyür. 

Məzarı Ağdam rayonunun Şəhidlər xiyabanındadır.  



 

 

GÜLLƏLƏR YAġA BAXMIR 

 

İslam  Mürşüd  oğlu  Ağayev  Sırxavənd  kəndinin 

sayılan adamlarından olub. 

1992-ci  ilin  fevral  ayında  Sırxavəndə  ezam 

olunmuşdum.  Məqsədim  kənd  camaatı  və  döyüşçülərlə 

görüşüb onların səslərini lentə almaq idi. Yolda eşitdim ki, 

Sırxavənd  kəndi  od  içində  yanır,  orada  ölüm-dirim 

döyüşləri gedir. Heç bir yerdən köməyi olmayan Sırxavənd 

igidləri  düşmənin  ağır  hücumlasrına  mərdliklə  sinə  gərir, 

yeri düşdükcə erməni quldurlarının atəş nöqtələrini susdururdular. İslam kişi də öz 

evində  oğlanları  ilə  mövqe  tutub  quldurlarla  atışırdı.  Onun  evini  yaxınlığında 

Cahangirin    evində  8  nəfər  Sırxavənd  igidi  erməni  yaraqlılarının  mühasirəsinə 

düşmüşdü. Quldurlar istəyirdilər ki, həmin yenilməz oğulları diri tutsunlar. Amma 

buna imkan verməyəcəyəm, – deyən İslam kişi sərrast atəşlə quldurları irəliləməyə 

qoymurdu.  Cahangirgilin  patronu  tükənirdi,  Qardaşxan  Mehdiyev  baş 

nahiyəsindən  ağır  yara  almışdı.  Buna  dözməyən  İslam  kişi  oğullarına  tapşırdı  ki, 

atəşi  davam  etdirin,  mən  isə  uşaqlara  patron  çatdırım.  Özünü  evdən  həyətə  atan 

İslam kişinin düşmən gülləsi haqladı. El ağsaqqalı İslam kişi 1992-ci ilin fevralın 

8-də qeyrət döyüşündə əbədiyyətə qovuşdu.  



16 

 

İslam  kişi  ilk  gündən    silaha  sarılaraq  kəndin  müdafiəsində  dayanan 



ağsaqqallar idi. Elə  gün  olmazdı  ki,  o  gənclər  arasında  olmasın.  Gecəli-gündüzlü 

bir-bir  postları  gəzir,  keşik  çəkənlərə  məsləhət  verirdi.  Kəndin  əsas  postu  olan 

“Güney” postuna nəzarət də ona tapşırılmışdı. Dəfələrlə Xankəndi-Ağdərə yolunda 

öz dəstəsi ilə erməni quldurların ağır zərbə vurmuşdu. 

Hüseyn  Məmmədovun  dediklərindən:  “İslam  əmim  bütün  qohum-

qonşunun  ağsaqqalı  idi.  Hamımız  onun  yolunu  saxlayır,  xətrini  çox  istəyirdik. 

Bakıdan kəndə gələndə birinci İslam əmimə baş çəkər, sonra evimizə gedərdim. Bu 

gün İslam əmisiz hamımız üçüçn çətindir.” 

Üç oğul, bir qız atası idi.  

Məzarı Sırxavənd kəndindəndir. 



 

HAMININ ĠSTƏKLĠSĠ 

 

İntizam  Köçəri  oğlu  Bəşirov  1970-ci  ildə  anadan 

olub. Ata-anasının və bacı-qardaşlarının  istəklisi idi.  

Orta  məktəbi  qurtardıqdan  sonra  təhsilini  davam 

etdirə  bilməmişdi.  Əsgəri  xidmətdən  sonra  doğma  kəndi 

Sırxavəndə  qayıtmışdı.  Elə  həmin  il  İntizam  Şuşa  Kənd 

Təsərrüfütı  Texnikumunun  zootexnik  şöbəsinə  daxil  olub. 

Həmin  vaxtlar  erməni  təcavüzü  get-gedə  genişlənirdi.  Şuşa-

Ağdam marşrut avtobusunda atəşə tutulmuşdu. Hətta bir dəfə 

Xankəndi  yaxınlığında  qəfil  açılan  güllə  bir  tələbə  yoldaşının  həyatına  son 

qoymuşdu.  Yurdumuzun  vətənpərvər  oğlu  İntizamın  arzusu  Vətəni,  elini,  obasını 

azad görmək idi. Günü-gündən alovlanan Müharibə Sırxavənd kəndini hər tərəfdən 

bürümüşdü.  Bunu  görən  İntizam  təhsilini  qoyub  kəndin  sakinlərindən  təşkil 

olunmuş özünümüdafiə batalyonuna daxil oldu. Hər bir silah növündən zustalıqla 

istifadə  edən  İntizam  az  zamnada  bacarıqlı  bir  döyüşçü  kimi  yoldaşlarının 

hörmətini qazanmışdı. Dəfələrlə onların dəstəsi erməni quldarlarının hücumunu dəf 

etmiş, böyük zərbələr endirmişlər.  

Sırxavənd  kəndində  vəziyyət  günü-gündən  gərginləşirdi.  Bütün  gün 

ərzində kəndin üzərinə hücum ara vermirdi. Bir neçə gün ərzində Sırxavəndin say 

seçmə  oğulları  Səməd  Fərzəliyev,  Bəhmən  Məmmədov  və  el  ağsaqqalı  İslam 

Ağayevin  ölümü  düşmənin  əl-qolunu  açmışdı.  Düşmən  bütün  qüvvəsi  ilə 

Sırxavəndi işğal etməyə, oda qalmağa çalışırdı. Əsas hücumlar əsasən bir nömrəli 

post  olan  “Güney”  postuna  edilirdi.  Həmin  post  Sırxavəndin  açarı  idi.  Postun 

alınması  Sırxavənd  kəndinin  məğlubiyyəti  idi.  Ona  görə  Güney  postu  həmişə 

təcrübəli  və  qorxmaz  oğullara  tapşırılırdı.  İntizam  bütün  çətinliyi  öz  üzərinə 

götürmüşdü. Tez-tez yoldaşlarına ehtiyatlı olun deyirdi. Mayası zəhmətlə yoğrulan 

İntizam  hər  an  vətənin  bir  qarışı  üçün  canından  keçməyə  hazır  idi.  Odur  ki,  heç 

vaxt razı olmazdı ki, yoldaşlarının birinə bir şey olsun. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə