Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

17 

 

Elə ona görə də döyüşlərdə öndə gedir, ölümün gözünə dfik baxırdı.  



1992-ci il 13 fevral. Həmin gün Sırxavənd cəngavərlərindən biri - İntizam 

Köçəri  oğlu  Bəşirovun  ömrünə  son  qoyuldu.  Qızğın  atışmada  snayper  gülləsi 

İntizamı  haqladı.  Fevral  ayında  bir  həftənin  içində  Sırxavənd  kəndi  dördüncü  ər 

igidini itirdi. 

Məzarı Ağdam Şəhidlər Xiyabanındadır. 

 

“Ölümə hazır olmaq da bir silahdır” 

 

Bəhmən  Fərman  oğlu  Məmmədov  1939-cu  ildə 



anadan olub. 

Sırxavəndin  yaman  günüydü.  Bu  kəndin  dadına 

çatmaq istəyən oğullardan biri də Bəhmən Məmmədov idi. 

Nə silahın azlığı, nə düşmənin fəndgirliyi, arxalı olması bu 

itidi  yolundan  döndərə  bilmədi.  Özü  kimi  yenilməz 

oğullarla  birlikdə  Sırxavəndə  dayaq  oldular.  Nə  qədər 

uğurlu  əməliyyatlar  keçirdilər,  neçə  yağınmın  burnunu 

ovdular, dost itgisindən yanıb yaxıldılar. Bəhmən orta məktəbi qurtardıqdan sonra 

hərbi  xidmətə  çağrılır.  Sonra  Ağdam rayonunda  Mexanizasiya  texnikumuna  daxil 

olur.  Uşaqlıqdan  öz  çevikliyi  və  qüvvəsi  ilə  hamını  heyran  edən  Bəhmən,  ali  və 

orta  məktəb  tələbələri  arasında  keçirilən  güləş  yarışında  iştirak  edərək 

Xankəndində üç erməni tələbəsinin kürəyini yerə vurmuş və birinci yeri tutmuşdu. 

Az keçmir ki, Bəhmən Məmmədov Quba şəhərində keçirilən respublika miqyaslı 

yarışa  dəvət  olunur.  Həmin  yarışda  da  birinci  yeri  tutan  Bəhmənin  sevincinin 

həddi-hüdudu  yox  idi.  Bəhmən  texnikumu  əla  qiymətlərlə  başa  vurduqdan  öz 

doğma  kəndi  Sırxavəndə  qayıdır.  Öz  təhsilini  indiki  Gəncə  Kənd  Təsərrüfatı 

Akademiyasında  davam  etdirir.  Babası  Qasım  kişinin  erməni-müsüəlman  davası 

haqqında etdiyi söhbətləri Bəhmən tez-tez xatırlayırdı: 

“Erməni  daşnakları  yenidən  azərbaycanlıların  soyqırımına  başlayıblar. 

Yenə  də  azərbaycanlıları  diri-diri  odlanacaq,  başları  kəsiləcək,  böyük  işgəncələrlə 

öldürüləcək  və  qanlarına  qəltan  ediləcəklər.  Babası  Qasım  kişi  də  erməni 

yaraqlılarına qarşı amansız olmuş, onlarca erməninin qanına qəltan etmişdi. Qasım 

kişinin səsi gələndə düşmən özünə yer tapmırmış”. 

Bəhmən  Məmmədov  bütün  varlığı  ilə  kəndin  müdafiəsini  qurmağa 

başladı.  Kəndin  əli  silah  tutan  gənclərini  başına  yığdı.  Müharibədən  başı  çıxan 

ağsaqqallardan  məsləhətlər  aldı.  Kəndin  ətrafında  müdaifə  postu  yaratdı.  Günü-

gündən  hər  bir  silah  növü  ilə  təhciz  olunan  erməni  yaraqlıları  bütün  Qarabağ 

torpağında  hücumlarını  genişləndirirdilər.  Üç  tərəfdən  erməni  kəndlərinin 

əhatəsində  olan  Sırxavəndlilərin  vəziyyəti  ağırlaşırdı.  Bəhmən  kənd  gənclərinin 

qorxmazlığına, cəsarətinə, yenilməzliyinə yaxşı bələd idi. Erməni quldurları hər bir 

hücumunda  hərbi  texnika  və  müasir  silah  növlərindən  istifadə  edirdilər.  Buna 



18 

 

baxmayaraq,  Bəhmən  erməni  quldurlarının  hər  təcavüzünə  qəhrəmanlıqla  sinə 



gərir, döyüşçülərdə  böyük  döyüş  əhval-ruhiyyəsi  yaradırdı. Hər  döyüşdə  bir  gözü 

düşmənin, bir gözü isə cavanların üstündə olardı.  

1991-ci  ilin  payızında  quldur  yuvası  Ballıqayadan  erməni  yaraqlıları 

saatlarla  Sırxavənd  kəndini  topa  tutur,  gülləbaran  edirdilər.  Ulubab  yerində 

törətdikləri  qanlı  faciədən  sonra  quldurlar  daha  üç  nəfər  sırxavəndli  igidini  qətlə 

yetirdilər.  Qonşu  azərbaycanlı  kəndləri  günü-gündən  oda  qalanır,  erməni 

vəhşiliklərinin  hücumuna  məruz  qalırdılar.  Günü-gündən  təklənən  bu  kəndlərin 

səsinə  səs  verən,  dərdinə  şərik  olan  yox  idi.  Düşmən  Sırxavənd  kəndini  məhv 

etməyə  çalışırdı.  Bu  məqsədlə  də  bütün  qüvvəsini  quldur  yuvası  Ballıqayaya 

toplayırdı.  Çünki,  yaxşı  bilirdi  ki,  nə  qədər  Sırxavənd  yaşayır,  quldurlar  öz 

məqsədlərinə  çata  bilməyəcəklər.  Həqiqətən  də  Sırxavənd  kəndi  Aran  Qarabağın 

açarı,  ona  açılan  pəncərə  idi.  Əsgərlərimiz  kənddə  özünümüdafiə  batalyonu 

yaratmaq  qərarına  gəldilər.  Rsəmi  olaraq  1991-ci  ilin  dekabr  ayında  Sırxavəndin 

əli silah tutan sakinlərindən özünümüdafiə batalyonu yaradıldı. Kənd ağsaqqlarının 

məsləhəti  ilə  Bəhmən  Məmmədov  batalyonun  komandiri  seçildi.  Bütün  el-oba 

Bəhməni sadə, təmiz, qorxubilməz, qüvvətli, həddən artıq çevik, cəsarətli bir adam 

kimi tanıyırdı. Söz düşəndə deyərdilər ki, rəhmətlik babası Qasım kişiyə oxşayır. 

Əslin  əvvəlində  Qasım  kişi  həmkəndliləri  ilə  ermənilərə  yaxşı  dərs  vermişdi. 

Bəhmənin üzərinə daha böyük məsuliyyət düşmüşdü. Gecəsi-gündüzü yox idi. Bir 

komandir  kimi  hər  an  postları  dolaşır,  əsgərlərin  vəziyyəti  ilə  tanış  olur,  onlara 

məsləhətlər verirdi.  

Polis podpolkovniki Güloğlan Məmmədov: 

-Sırxavəndə  gəldiyim  gündən  kənd  camaatının  qonaqpərvərliyi, 

qayğıkeşliyi, vətənpərvərliyi məni heyran etmişdi. Özümü doğmalarımın arasında 

hiss  edirdim.  O  kənddə  böyük  döyüş  yolu  keçdim.  Sırxavəndin əyilməz  oğlanları 

Bəhmən Məmmədovun, Səməd Fərzəliyevin, Natiq Əliyevin, Seymur Quliyevin və 

Nuru  Ağayevin  döyüşlərdə  göstərdikləri  şücaətlər  bu  gün  də  gözümün 

qabağındadır.  Bu  gün  inanmıram  ki,  belə  qəhrəman  oğullar  aramızda  yoxdur. 

Bəhmən Məmmədovla tanışlığım Güney postunda oldu. Şiddətli döyüşlər gedirdi. 

Erməni  yaraqlıları  cəhd  göstərirdilər  ki,  Güney  postunu  ələ  keçirsinlər.  Amma 

Bəhmənin planlı döyüşü düşməni çaş-baş salmışdı. Bəhmən hərdən öz başaltılarını 

da işə salırdı, o dəqiqə də bir erməni qulduru o dünyalıq olurdu. Qoymazdı ki, hara 

gəldi güllə atasan və düşmən hədəfini dəqiq öyrənəndən sonra əmr verərdi. Həmin 

döyüşdə  Sırxavənd  oğlanlarının  igidliyini,  Bəhmənin  qorxmazlığını  gördüm. 

Döyüş səngiyən kimi ona yaxınlaşıb əhsən komandir dedim. Elə o gün də Bəhmən 

Məmmədovla  yaxından  tanış  oldum.  Həmişə  polis  şöbəsinə  gələrdi,  bir  yerdə 

məsləhətləşib,   döyüş  planları hazırlayardıq.  Bəhməndə əsl hərbçi  nizma  intizamı 

vardı. Hər zaman komandir olduğu özünü müdafiə batalyonun əsgərləri arasında o, 

tez-tez  bu  cümləni  işlədərdi:  “ölümə  hazır  olmaq  da  bir  silahdır.  Bir  dəfə  də  onu 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə