Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27

52 

 

Vətənə sipər oğullar 



 

Hümmətov  Nazim  Möhü  oğlu  1962-ci  ildə  anadan 

olub. İqtisad İnstitutunu bitirib, Manikli kənd ticarət birliyində 

işləyirdi. 

Nazim  də  həmyaşıdları 

kimi  hadisələrin  ilk 

günlərindən  doğma  kəndin  müdafiəsinə  qalxmışdı.  Dəfələrlə 

erməni hücumunun qarşısının alınmasında fərqlənmiş, müxtəlif 

əməliyyatlarda iştirak etmişdi. 

N.Hümmətov  kənddə  özünümüdafiə  batalyonu 

yaradılandan  onun  üzvlərindən  biri  olur.  Qazançı,  Canyataq  kəndləri  üzərinə 

hücumda yaxından iştirak edir. 

Nazim gündüzlər işləyir, gecələr isə postlarda olardı. 12 mart 1992-ci ildə 

də strateji əhəmiyyətli postların birində kəndi müdafiə edən ön dəstənin üzvü kimi 

döyüşürdü. Düşmən bu postu götürmək üçün kəndin bir mərd oğlunu şəhid etdilər. 

Manikli kəndi bir gün ərzində Möhü, Cəlal, Nazim kimi üç igidi birdən itirdi. 

 

Ölüm onu əsir düĢməyə qoymadı 

 

Musayev  Maarif  kəndin  fəal  müdafiəçilərindən  olub. 

Hadisələrin  ilk  çağlarından  müdafiə  postlarında,  istehkamların 

qurulmasında yaxından iştirak edib. 

Gündüz işləyib, gecələr isə döyüşçülərlə birgə olub. 

Maarif  Musayev  12  mart  1992-ci  il  işğal  günü  ön  postda 

dayananların  sırasında  olub.  Mühasirəyə  düşərək  düşmən  tərəfindən  yaralı  halda 

əsir  götürülüb.  Əsir  kimi  düşmən  BMP-sinə  oturdublar.  Düşmən  texnikası  tank 

əleyhinə  minaya  toxunub  partlayır  və  Maarif  Musayev  düşmən  əlinə  küçmədən 

həlak olur. Ağdərə azad edildikdən sonra meyidi tapılıb dəfn edilir. 

 

Torpaq, uğrunda ölən varsa, vətəndir! 

 

Hümmətov Məhyəddin Mədət oğlu 1960-cı ildə anadan 

olub.  Əsgəri  xidmətini  Vladivostokda  sərhəd  qoşunlarında başa 

vurub.  Krasnoyarsk  milis  məktəbini  qurtarıb.  Rusiyadan 

hadisələrlə  bağlı  geri  dönən  Məhyəddin  əvvəlcə  Şuşa  rayon 

Daxili  İşlər  Şöbəsində  işləyib.  1992-ci  ildə  Sırxavənd,  Manikli 

və  s.  Yaşayış  məntəqələri  üzərinə  hücumunun  dəf  edilməsində 

iştirak edib. 

Hümmətov  Məhyəddin  Ağdərənin  azad  edilməsi  uğrunda  gedən 

döyüşlərdə  iştirak  edib.  Ağdərə  azad  edildikdən  sonra  yeni  təşkil  edilmiş  Polis 

şöbəsində  axtarış  şöbəsinin  rəisi  işləyib.  Levonarx,  Umudlu,  Ağdərə,  Ortakənd, 



53 

 

Moxrataq, Madagiz, Maqavuz, Aterk, Qozlu, Çıldıran və s. Yaşayış məntəqələrinin 



azad  edilməsi  və  müdafiəsində  yaxından  iştirak  edib.  Dəfələrlə  ağır  döyüşlərdən 

çıxmış Məhyəddin rəhbərlik etdiyi dəstə ilə əməliyyatdan qayıdarkən Sərsəng gölü 

ətrafında  düşmən  pusqusuna  düşür.  4  saatlıq  döyüşdən  sonra  düşmən  dəf  edilir, 

lakin  bu  döyüş  Hümmətov  Məhyəddin  haqqında  radioda  verilişlər  səslənmiş, 

respublika mətbuatında yazılar dərc edilmişdir. Onun Şuşadan başlanan döyüş yolu 

doğma Ağdərə uğrunda gedən qanlı savaşlarda sona yetdi. 



 

Umudlu kəndi 

 

Ağdərə  rayonunun  şimalında  yerləşən  yaşayış  məntəqəsidir,  tarixi 

ərazidir.  Əhalisi  ta  qədimdən  kolanılardan  ibarətdir.  Kənd  öz  adını  Umud  bəyin 

adından götürüb. M.S.Ordubadinin yazdığına görə 1905-ci ildə Umudlu kəndindən 

30 nəfər sağ qalıb. Bu kənd dəfələrlə əldən-ələ keçib. 

Murov  dağının  ətəklərində  və  Sərsəng  gölünün  yaxınlığında  yerləşən  bu 

kənd təbiətin bütün gözəllikləri ilə zəngindir. Tarixi abidələr, qala divarları hələ də 

qalmaqdadır. 1500 nəfər əhalidən və 170 evdən ibarət idi. 

Beş  nəfər  şəhid  olub.  Altı  nəfər  müxtəlif  dərəcədə  xəsarətlər  alıb.  Bir 

nəfər  ən  yüksək  ada  komandanlıq  tərəfindən  Azərbaycan  Milli  Qəhrəmanı  adına 

təqdim edilib. 

Uca dağ baĢında yayılan atlar, 

Yar məndil iĢləmiĢ ikiyə qatlar, 

Məzarım üstündə beĢ qarıĢ otlar, 

Bitməyincə, könül yardan ayrılmaz. 

 

 

(türk folkloru) 



 

Umudlunun ilk Ģəhidi 

 

    Abbasov  Məmməd  Salman  oğlu  1947-ci  il  fevral 

ayının  26-da  anadan  olub.  M.Abbasov  Umudlu  kəndinin  ilk 

şəhididir.  Uzun  sürən  blokada  və  düşmən  hücumları  kənd 

sakinlərinə  dinclik  vermirdi.  Dəfələrlə  yaralananlar  olsa  da 

1991-ci il 26 may ayınadək itkisiz keçinmək mümkün olmuşdu. 

   Növbəti hücumların birində rus əsgərlərinin postlarda 

o qədər də sayıq durmaması nəticəsində erməni-rus birləşmələri 

kəndə  yaxınlamışdı. Ermənilərin növbəti həmləsinin dəf  edilməsi üçün  yerli  əhali 

rus əsgərlərinə köməyə tələsirdilər. 

   Meşədə öldürülmüş iki erməninin qisasını almağa çalışan düşmən kəndi 

gecəyarısınadək  atəş  altında  saxladı  və  yalnız  dəstələrin  güclü  müqavimətindən 

sonra qaçmağa başladılar. 



54 

 

   Bu döyüşdə Abbasov Məmməd Salman oğlu həlak oldu. Qəbri Umudlu 



kəndindədir. 

 

Müharibə adamı 



 

   Ərəbov  Polad  Şəmşir  oğlu  15 may  1967-ci ildə anadan 

olub.  Onun  qəhrəmanlıqlarla  dolu  keşməkeşli  döyüş  yolu 

Umudlunun  qəhrəman  müdafiəsindən  başlanıb.  Hadisələrin  ilk 

çağlarından  ələ  silah  götürən  Polad,  doğma  kəndin  müdafiəsində 

fəallıq  göstərənlərdən  olub.  1990-cı  ildən  polis  orqanlarında  işə 

qəbul  edilir.  Elə  o  vaxtdan  kəndin  müdafiəsinin  təşkili,  müdafiə 

istehkamlarının  qorunmasında  yaxından  iştirak  edir.  Umudlu 

kəndinin  erməni  quldurlarının  hücumlarından  müdafiə  edilməsində  dəfələrlə 

qəhrəmanlıqlar  göstərir.  Kənd  əhalisinə  dinclik  verməyən  bir  neçə  erməni 

quldurunun meşədə qətlə yetirilməsində iştirak edir. 

   Kəndin işğalından dərhal sonra 1992-ci il 28 fevraldan etibarən Ağdam 

cəbhəsinə  keçir.  Xanabal,  Fərrux,  Gülablı  və  s.  məntəqələri  uğrunda  gedən  qanlı 

döyüşlərdə iştirak edir. Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə on nəfər yaralı 

əsgərin həyatını xilas edərək döyüş meydanından çıxarır. 

   Şərəfli döyüş  yolu keşən Ağdərə polis şöbəsinin tərkibində 1992-ci ilin 

yayından etibarən Ağdərənin azad  edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir 

və  polis  starşinası  P.Ərəbov  bu  bölgədə  elə  bir  döyüş  olmazdı  ki,  iştirak  etməsin. 

Polad barədə döyüş yoldaşları deyir: “O daim ön dəstədə olmağa can atardı. Əçətin 

məqamlarda  ölümlə  üzbəüz  dayanmaq  lazım  olan  yerlərə  getmək,  lazım  gələndə 

Polad birinci sıradan çıxardı...” 

   Qəhrəmanın  döyüş  yolu  3  N-li  sovxoz,  Qırmızıkənd,  Seysulan, 

Moxrabat,  Dəmirli,  Kasabet,  madagiz,  Maqavuz,  Aterk,  Umudlu,  Çapar,  Qozlu, 

Drmbon, Çıldıran və s. yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda 

gedən  qanlı  savaşlardan  keçib.  Döyüşdən  döyüşə  atılan,  döyüşdən  döyüşə 

məntiqləşən Polad itirdiyi dostlarının yanğısı ilə yanardı. Torpaqlarımızın itkisiylə 

barışa  bilmirdi.  Hər  dəfə  nişanlı  olduğu  üçün  toydan  söz  düşəndə:  “Müharibə 

qurtarsın, torpaqları azad edək, sonra toy edərəm”-deyərdi. 

   Ərəbov  Polad  dəfələrlə mühasirədə  qalsa  da, hətta  xəstələnsə də  geridə 

qalmaq  barəsində  fikirləşmişdi.  O,  xəstə  olduğu  vaxtlar  iynəsini  elə  sərgərdəcə 

döyüş dostlarına vurdurarmış. Bu fakta adam heyrətlənməyə bilmir. 

   Bir  dəfə  postdan  qayıdarkən  düşmən  tərəfindən  atəşə  məruz  qalırlar. 

Düşməni  məhv  etmək  üçün  irəli  atılan  Polad  döyüş  dostlarına:  “Sizi  evdə 

uşaqlarınız  gözləyir.  Qoyun  mən  hər  şeyi  yerbəyer  edərəm”-deyir.  Az  keçməmiş 

düşmən məhv edilir. 

   Döyüş  dostları  söyləyirlər  ki,  qlobus  yüksəkliyi  uğrunda  gedən 

döyüşlərdə  düşmən  Milli  Orduya  məxsus  xüsusi  təyinatlı  rabitə  maşınının  vurub 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə