Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27

57 

 

Umudluya az qalırdı 



 

   Ərəbov  Nuşirəvan  Yəhya  oğlu  1965-ci  ildə  yanvar 

ayının  10-da  anadan  olub.  Müharibə  başlanandan  Umudlu 

kəndinin  müdafiəsində  i.tirak  edib.  Uzun  sürən  blokada 

şəraitində  postların  təşkil  edilməsində  fəallıq  göstərib. 

Umudlunun  işğalından  sonra  könüllü  olaraq  Tərtər 

batalyonuna daxil olub. Ən ağır döyüşlərin iştirakçısı olub. 

   Marquşevan, 

Çayli, 

Seysulan, 



Levonarx, 

Qırmızıkənd,  Ağdərə,  Maqavuz,  Malagiz,  Sərsəng,  Umudlu  və  s.  məntəqələrin 

azad olunmasında əsl döyüşçü məharəti göstərib. 

   Dəfələrlə  düşmən  mövqelərinin  darmadağın  edilməsində,  Sərsəng 

gölünün  müdafiəsində  iştirak  edib.  1993-cü  il  yanvar  ayının  27-də  erməni 

quldurlarına qarşı növbəti döyüş əməliyyatında həlak olub. 

   Məzarı Bərdə rayonu Hacallı kəndindədir. Üç körpə uşağı yadigar qalıb. 

 

Çərəkdar kəndi 



 

   Ağdərə bölgəsinin şimal-qərbində Kəlbəcərlə sərhəddə yerləşirdi. Əsrin 

əvvəllərində  də,  sonunda  da  ermənilərə  qarşı  qəhrəmancasına  mübarizə  aparıb. 

Çərəkdarı Kəlbəcərin qapısı da adlandırmaq olardı. 

   Kənd 124 evdən və təxminən 700 nəfər əhalidən ibarət idi. 

   Çərəkdar  kəndi  10  nəfər  şəhid  vermiş,  onlarla  adam  müxtəlif 

dərəcələrdə yaralar almışdır. 

   Dağlıq Qarabağın işğaı edilən sonuncu kəndlərindən idi. 29 mart 1993-

cü ildə Çərəkdar kəndi düşmən tapdağına çevrildi. 

                  Buralarda savaş var, 

                  Oralarda çiçək varmı? 

                  Varsa sor ondan 

                  Niyə qoxusu gəlmir, 

                  Sizə gəldiyi qədər? 

                                                       (F.Tuncur “Əsgər məktubu”) 

 

Dağlar oğlunun son döyüĢü 

 

   Erməni 

daşnaqları 

müharibənin 

ilk 

toxumunu 



Qarabağ 

torpağındasənədlə  Yunus  müəllim  hiss  edirdi  ki,  bu  toxumun  göyərməsi  nahaq 

qanlara,  göz  yaşlarına  səbəb  olacaqdır.  Odur  ki,  əlinə  silah  alıb  özü  kimi  mərd 

oğulları başına topladı, elə ilk gündən kəndin müdafiəsini təşkil etdi. 

   Ynus Muxtar oğlu Məmmədov 1962-ci il mayına 1-də anadan olmuşdur. 

Orta  məktəbi  bitirdikdən  sonra  dövrün  tələbinə  uyğun  olaraq  müəllimlik  etməyə 




58 

 

başlamışdı.  Ali  təhsilini  APİ-də  almışdır.  Uzun  müddət  Çərəkdar  kənd  orta 



məktəbinin müəllim kollektivinə rəhbərlik etmişdir. 

   Erməni quldurları ilk gündən cəhd göstərmişlər ki, Çərəkdar kəndini ələ 

keçirsinlər. Bu kənd Ağdərə Kəlbəcər arasında bir alınmaz qala idi. Dünyagörmüş 

 

Etibarsız dünyanın etibar oğlu 



 

   Əliyev  Etibar  Allahverdi  oğlu  1975-ci  il  aprelin 

6-da  doğulmuşdu.  1992-ci  ildə  orta  məktəbi  bitirib 

Azərbaycan  İqtisad  İnstitutuna  daxilolmuş,  1993-cü  ildə 

birinci  kursu  qurtarıb  könüllü  olaraq  hərbi  xidmətə 

yollanmışdı.  Mingəçevir  şəhərində  hava  hücumundan 

müdafiə  batalyonunda  qulluq  etsə  də,  daim  ürəyi  intiqam 

hissilə  döyünür,  yaşıdlarının  intiqamını  almağa  can  atırdı. 

Eyni  zamanda  onu  bu  addımı  atmağa  vadar  edən  bir  ulu 

istək  var  idi .  Hər  yay  tətilində havasını  udduğu,  sərin  bulaqlarının  suyunu  içdiyi 

ata-baba  yurdunun  Ağdərə  rayonunun  Çərəkdar  kəndinin  düşmən  tapdağı  altında 

olması  ona  çox  ağır  gəlirdi.  Həmin  dilbər  guşənin,  ümumiyyətlə,  Azərbaycanın 

neçə-neçə  el-obasının  düşmən  tapdağı  altında  inləməsi,  öz  yurdunda  qaçqına 

dönmüş minlərlə adamın, körpələrin, qocaların üzləşdikləri məşəqqətlər onun gənc 

ürəyini göynədirdi... 

   1994-cü  ilin  aprel-may  aylarında  Tərtər  ağır  sınaq  günlərini  yaşayırdı. 

Döyüşlər  ara  vermirdi.  Mayın  10-da  Qapanlı  kəndinə  soxulmuş  azğın  düşmənlə 

ölüm-dirim  savaşına  başlayan  Tərtər  batalyonu  növbəti  gün  kəndi  düşməndən 

təmizləməli  oldu.  Döyüş  bir  qədər  səngidikdən  sonra  qəlpə  yarası  alan  Etibarı 

arxaya göndərirlər. O burada yaxın dostu Pərvizi silahdaşları arasında görməyəndə 

yenidən  mövqeyə  qayıdır,  orada  tank  mərmisindən  yıxıan  iri  gövdəli  söyüdün 

altında qalan Pərvizi tapır. Pərvizi oradan çıxarmağa, xilas etməyə nə qədər cəhd 

göstərsə də bacarmır. Yorulub əldən düşən Etibar bir qədər dincini almaq həm də 

avtomatın  darağını  doldurmaq  üçün  yaxınlığdakı  suyu  quruyan  arxın  qırağında 

oturur. Elə bu vaxt.. 

   Etibar  xeyli  müalicə  olundu.  Çətin  və  ağır  cərrahiyyə  əməliyyatına 

dözdü.  Valideynləri,  qohumları,  dostları  onun  ağır  yaralara  necə  mətanətlə 

dözdüyünü gördülər. Ümidlərini üzmədilər. Amma... Amma Etibar kimi bir oğula 

etibarsız  çıxdı  dünya.  Onu  dünyalar  qədər  sevən,  bir  gün  belə  yoxluğuna 

inanmayan elinin-obasının, qohum-əqrəbasının əlindən aldı. 

   İgid  döyüşçü  Etibar  Əliyevin  adı  əbədiləşdirilib.  Bakı  şəhəri  62  saylı 

orta  məktəb  Etibarın  adını  daşıyır.  Məktəbdə  yenilməz  döyüşçümüzün  büstü 

qoyulub. 

   Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 



 


59 

 

DAĞLAR OĞLUNUN SON DÖYÜġÜ 



 

Erməni daşnakları müharibənin ilk toxumunu Qarabağ torpağına səpəndə 

Yunus müəllim hiss edirdi ki, bu toxumun göyərməsi nahaq qanları, göz yaşlarına 

səbəb olacaqdır. Odur ki, əlinə silah alıb özü kimi mərd oğulları başına topladı, elə 

ilk gündən kəndin müdafiəsini təşkil etdi. 

Yunus Muxtar oğlu Məmmədov 1926-cı il mayın 1-də anadan olmuşdur. 

Orta  məktəbi  bitirdikdən  sonra  dövrün  tələbinə  uyğun  olaraq  müəlliklik  etməyə 

başlamışdı.  Ali  təhsilini  APİ-də  almışdır.  Uzun  müddət  Çərəkdar  kənd  orta 

məktəbinin müəllim kollektivinə rəhbərlik etmişdir. 

Erməni  quldurları  ilk  gündən  cəhd  göstərmişdilər.  Ki,  Çərəkdar  kəndini 

ələ keçirsinlər. Bu kənd Ağdərə Kəlbəcər arasında bir alınmaz qala idi. 

 

QARDAġ 



 

Əmim oğlu S. Qabilova ithaf olunur: 

Getdin ki, balanı xilas edəsən, 

Gözündə dağ-dərə düz oldu, qardaş! 

Düşmənə göstərdin öz nifrətini 

Deyilən hamısı düz oldu, qardaş! 

Sən odun içinə atıldın o an 

Erməni əlində qalmasın balan. 

Elə ki eşitdim şəhid olmusan 

Ürəyim qovruldu, köz oldu, qardaş! 

Bala həsrətilə bulud tək doldun, 

Düşmən gülləsindən saraldın, soldun. 

Sən döyüş vaxtında heyf...tək oldun. 

Allahsız düşmənsə yüz oldu, qardaş! 

 

BU KARVAN, QƏM KARVANI... 

 

Xıdırov  Aslan  Məcoy  oğlu  Bağlıpəyədə  doğulub  boya-başa  çatmışdı. 

Hadisələrin ilk çağında qətlə yetirilən eloğullarımızdan idi. Ağdərə ərazisində Otaq 

Qaya  adlanan  yerdən  Tərtər,  Kəlbəcər  yolu  ilə  irəliləyən  karvan  müxtəlif 

istiqamətlərdən  atəşə  tutulur.  Aslan  Xıdırov  düşmən  gülləsi  ilə  qətlə  yetirilir. 

Maraqlı faktdır ki, eyni karvanda, eyni düşmən gülləsi ilə həlak olanlardan birinə 

Azərbaycan Milli Qəhrəmanı adı verilib, o birilərinin isə heç adı çəkilmir. 

Xıdırov  Aslan  Məcoy  oğlu  Bağlıpəyənin  ilk  şəhidi  kimi  kənd 

qəbiristanlığında dəfn edilib. 

 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə