Yazıçı jurnalist Xəqani Rzaquliyev və Rəhman Quluzadənin bu kitabı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix14.06.2018
ölçüsü0,63 Mb.
#48958
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27

55 

 

ələ  keçirmək  istəyir.  Polad  bir  an  itirmədən  düşmən  arxasına  keçir  və  düçməni 



pərən-pərən  salaraq  maşının  ələ  köçməsinə  imkan  vermir.  Rabitə  maşını 

döyüşçülərimizə təhvil verilir. 

   Polis starşinası N.Ərəbov dəfələrlə düşmən postlarının məhvində iştirak 

etmiş və ələ keçirdiyi hərbi sursatı şöbəyə təhvil vermişdir. 

   Dəfələrlə yağı düşməndə ölüm-dirim savaşında qalib çıxmış Poladın son 

döyüşü  Qan  çanağı  adlanan  3  N-li  sovxoz  ərazisində  oldu.  Bu  döyüş  hərb 

tariximizdə  ən  qanlı  döyüş  idi.  Tərtərin  işğalını  qarşısına  məqsəd  qoymuşməkrli 

düşmən niyyətinə çatmaq üçün üç istiqamətdə Tərtər üzərinə hücuma keçdi. 7 may 

1994-cü il ön mövqedə dayanan polis dəstəsinə komandirlik məhz Ərəbov Polada 

tapşırılmışdı.  Ağdərə  polislərindən  ibarət  dəstə  ən  ön  mövqedə  dayanmışdı.  Bu 

komandanlığın  nəzərin  cəlb  etməyən  tələdə  müqavimət  göstərmək  olduqca  çətin 

idi. Polad əsl komandir kimi ən ön sırada polis dostları Seymur və Mehmanla özü 

dayanmışdı. 

   Mayın 8-i sübh tezdən hücuma keçən düşmən Milli Ordu əsgərlərinin və 

polislərin müqavimətinə rast gəlir. İtkilər böyük idi. Bu döyüş həyatı qəhrəmanlıq 

salnaməsi  olan  bir  igidin  ömrünə  nöqtə  qoydu.  O  öz  döyüş  dostları  iləbirgə  bir 

addım da geri çəkilməyərək həlak oldu. 

   Tarixlər keçəcək və bu döyüşün tarixi  əhəmiyyətli öyrənilərkən bir fakt 

diqqət  mərkəzində  olacaq.  O  gecə  Tərtər  rayonunun  çox  minlik  əhalisi  başları 

üzərini  almış  təhlükədən  sovuşmuşdu.  Məhz  bu  qəhrəmanların  canı  bahasına 

düşmənin işğal planı alt-üst edilmişdi. 

   Atası  Şəmşir  kişi  deyir:  “Ona  bir  gün  qal  evdə  dincəl,  deyəndə  acığı 

tuturdu. Deyərdi ki, mən kimdən artığam. Uşaqları postda qoyub evdəmi oturum? 

Həmişə Umudlunun azad olunmasını arzulayırdı”. 

   Qardaşı  Şakir  onun  haqqında  xatirələr  danışmaqdan  yorulmur,  Poladla 

həm  qardaş, həm  də  dost  olmuşuq.  Döyüşlərdə də  bir  yerdə  olmuşuq.  O  kimsəyə 

qıymazdı  ki,  təhlükə  olan  yerlərə  getsin.  Həmişə  özünü  qabağa  verərdi.  Həlak 

olmuş  yoldaşlarını  yan-yana  xatırlayardı  və  Şəhidlər  mahnısına  qulaq  asıbfikrə 

gedərdi.  Allah  onu  müharibə  üçün,  yaxşılıq  etmək  üçün,  insanlığa  görk  üçün 

yaratmışdı. O ancaq belə yaşamalıydı. Tanrısına əsl qəhrəman kimi qovuşmalıydı. 

   Anası  Paklet  xala,  sinəsinə  oğul  dağı  çəkilmiş  bu  məğrur  qadın  bu 

ayrılığa  dözmür.  Oğul  harayındadır.  Poladı  çoxları  od-alov,  çoxları  müharibə 

adamı adlandırırdı. Od-alov içindən, ölümdən dəfələrlə xilas olmuşdu və hər dəfə 

“təki vətən yaşasın”-deyə cəbhəyə, döyüş dostlarının yanına qayıtmışdı. 

   Kiçik  qardaşı  Qoşqarı  özünə  sirdaç  sayırdı.  Həmişə  zarafatla  deyərmiş 

ki,  sən  evdəkilərdən  muğayat  ol.  Cəbhə  mənlikdir.  Bir  də  hamı  evdə  otursa,  bəs 

düşmən qabağına kim çıxacaq? 

   Evdə,  hamı  Polad  üçün  yanır.  Uzaqlardan  dostları  onun  məzarını 

ziyarətə gəlirlər. Qardaşları Şöhrət, Vəkil, İsrafil, Nemət bu ağır itkini bir elin, bir 



56 

 

xalqın  itkisi  sayırlar.  Polad  kimi  oğullar  bir  evin  deyil,  xalqın  oğlu  kimi 



yaşayacaqdır. 

   Əfsanəvi  qəhrəman  müharibə  adamı  kimi  tanınan  Polad  Ərəbovun 

döyüşlərdə  göstərdiyi  rəşadətlər  komandanlıq  tərəfindən  qiymətləndirilərək 

Azərbaycan Milli Qəhrəmanı adına təqdim edib. Bu onun xidmətlərinə görə layiq 

olduğu addır. İnanırıq ki, Azərbaycan rəhbərliyi bu təqdimatı nəzərə alacaq. 

   Polad  haqqında  radioda,  televiziyada  veriliş  səslənmiş  və  çoxsaylı 

qəzetlərdə materiallar dərc olunub. 

   Məzarı Bərdə rayonu Şəhidlər xiyabanındadır. 

 

Günahsız Ģəhid 

 

  Qasımov Qara Səməd oğlu 1920-ci ildə anadan olub. 1991-

ci  ildə  iyun  ayının  4-də  kəndin  kənarında  ermənilər  tərəfindən 

vəhşicəsinə qətlə yetirilib. Yeddi uşağı var idi. Kənddə dəfn edilib. 

 

Əgər Ģəhid olsam oğluma mənim adımı qoyarsınız 

 

   Bağırov  Şakir  Əvəz  oğlu  1961-ci  ildə  anadan  olub. 

Hadisələrin  ilk  vaxtından  Vətən  torpaqlarının  qorunmasında  fəal 

iştirak  edib.  Umudlu  kəndinin  ağır  vəziyyətini  eşidib,  Rusiyadan 

doğma kəndə qayıdan Şakir doğma kəndinin müdafiəsində dayanır. 

   Kəndin  işğalından  sonra  Ağdam  batalyonunda,  28 

fevral1992-ci ildən  isə Tərtər  batalyonunun  tərkibində  vuruşub.  O 

Ağdərənin  azad  olunması  uğrunda  əsl  əsgəri  rəşadət  göstərib.  Dəfələrlə  döyüşdə 

fərqlənən Şakir Bağirov komandanlığın ən sevimli əsgərinə çevrilmişdi. 

   Mavquşevan,  Çaylı,  Madagiz,  Ağdərə,  Dəmirli,  Ortakənd,  Moxrataq, 

Aterk,  Umudlu,  Çapar  və  başqa  məntəqələrin  azad  edilməsində  daim  öndə  olan 

əsgərlərimizdəndi.  Onun  döyüş  xidmətləri komandanlıq  tərəfindən  qızıl  saatla  və 

pul mükafatı ilə qiymətləndirilib. 

   Xidmət  elədiyi  N  hərbi  hissəsi  onu  əsl  qəhrəman  kimi  xatırlayır.  Əsl 

kəşfiyyatçı,  əsl  döyüşçü  kima  layiq  olduğu  bir  adlamükafatlandırılmasını  tələb 

edirlər. Son dəfə döyüşə yollananda demişdi: “Əgər mən qayıtmasam, oğlum olsa 

mənim adımı qoyarsınız”. 

   22 yanvar 1993-cü il onun üçün həyatının son günü oldu. Yoldaşlarının 

arasına  düşən  qumbaranın  üstünü  bədəniylə  örtərək  8  nəfər  döyüş  yoldaşının 

həyatını xilas edir. Özü isə əbədiyyətə qovuşur. 

   İki oğlu qalıb. Ölümündən üç gün sonra dünyaya gələn körpəsinə onun 

öz  adını  qoyublar.  Bağırlı  Şakir  Şakir  oğlu.  Bağırov  Şakir  Əvəz  oğlu  Tərtər 

rayonunun Buruc kəndində dəfn edilib. 

 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə