13
XATĠRƏLƏRDƏ ƏBƏDĠ YAġAR QƏHRƏMAN
Səməd Ərşad oğlu Fərzəliyev 1961-ci il noyabrın 4-
də dünyaya göz açmışdı. Orta məktrəbi bitirəndən sonra
Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdu. 1979-cu
ildən Monqolustanda hərbi hava qüvvələrində xidmət etmiş,
1981-ci ildə orduda tərxis olunmuş, texnikumda təhsilini
başa vurduqdan sonra öz kəndlərində müəllimlik
fəaliyyətinə başlamışdı. 1990-cı ildə təhsilini Bakı Dövlət
Bədən Tərbiyəsi İnstitutunda davam etdirmişdi. S. Fərzəliyev 1989-cu il avqustun
14-də keçmiş DQMV üzrə təşkilat komitəsinin sədri A.Volskinin əmrinə əsasən
general Safovnov tərəfindən həbs edilmişdi. Bəs, Səmədi niyə həbs etmişdilər? O
vaxtlar Sırxavənd kəndinin 10 km-də Dovşanlıdakı mərmər zavodu daşnakların
mərkəzi qərargahı idi. Erməni quldurlarının Qarabağı işğal planı burada
hazırlanırdı. Həmin qərargahı isə Səməd partlatmışdı.
Ağdərədən Xankəndinə gedən yolda ermənilərin maşın karvanının
qabağını kəsmiş və avtomobillərinin təkərlərini güllədən keçirmişdi. Bununla da
Ağdərə ermənilərinin Xankəndində keçirilən mitinqində iştirak etmək planlarını
pozmuşdu. Həmin hadisədən sonra Sırxavənd kəndinə rus ordusu desant tökdü.
Lakin Səmədin tutulmasına kənd camaatı imkan vermirdi. Əksinə Səməd
desantçılara bələdçilik edən erməniləri gülləbaran etdi.
Xaçın körpüsünün üstündə yerləşən və ermənilərin “Andronik” adlandırıb
yığışdıqları pavliyonu da Səməd partlatdı. Bundan başqa onlarca “boevik”i məhv
etdi. Daşnaksütun partiyasının iki nəfər üzvünü ermənilərə silah paylayıb
qayıdarkən Sızqa dərəsində qanlarına qəltan etdi.
Çıldıran-Ballıqaya yolunda erməni quldurlarının BMII-1-nin partladıb
bütün heyəti ilə məhv etdi. Səməd həmin bölgədə ermənilərin işğalçı siyasəti
qarşısında əsas maneə idi. Onun göstərdiyi igidliklər bütün Qarabağ ermənilərini
vahiməyə salmışdı. Ona görə erməni başbilənləri çalışırdılar ki, əyin bahasına
olursa olsun Səmədi ələ keçirsinlər.
1989-cu il avqustun 14-dən 15-nə keçən gecə saat üç radələrində hər
tərəfdən Sırxavənd kəndinin rus əsgərləri mühasirəyə alır. General Safanov həmin
vaxt A.Volskinin əmrini yerinə yetirir. Səməd və Nazim Fərzəliyev qardaşlarını
həbs edir.
Nazim Fərzəliyev: “Bizi həbs edən kimi Xankəndinə gətirdilər, ayrı-ayrı
kameralara saldılar. Elə ilk gündən bizə olmazın işgəncələr verməyə başladılar.
Hər dəfə də bizi başqa-başqa adamlar danışdırır, sorğu-suala tutur, əzab-əziyyət
verirdilər. Düzü düşmənin verdiyi işgəncələr nə qədər dözülməz olsa da tab
gətirirdik. Hərdən bir Səmədin qonşu kameradan zümzüməsini eşidirdim. Bir dəfə
özümü ələ alıb və bütün ağrıları unudaraq ona diqqətlə qulaq asmağa başladım. O
mahnı ilə mənə açıqca deyirdi: “Möhkəm dayan qardaş, mən heç nəyi boynuma
14
almamışam, sən də alma. De ki, heç nədən xəbərim yoxdur. Müvəqqəti çətinlikdir,
qorxma. Bizləri dardan çıxaran oğullar tapılar. İgidin başı qalda gərək. Özünü əsil
kişi kimi apar. İnşallah tezliklə görüşərik”.
Nəhayət 103 gündən sonra qardaşlar görüşdülər. Bu müddət ərzində
olmazın əziyyəti çəkmişdilər.
Amma bu igidlər hər bir işgəncəyə dözmüş, düşmən qarşısında əyilməmiş,
sınmamışlar. Həmin dözülməz günlərdə Səməd dediyi sözün üstündə durmuşdu:
“Qarabağ bizim dədə-baba yurdumuzdur. Canımızdan, qanımızdam keçərik, bir
qarış torpağımızı vermərik”.
Bəs, Səmədgil həbsdən necə azad olundu.
Fazil Fərzəliyev: “Qardaşlarımın saxlandığı yer gizli saxlanılırdı. Keçmiş
SSRİ-nin elə bir təşkilatı yox idi ki, ora müraciət etməyək. Hətta Birləşmiş
Millətlər Təşkilatına da teleqrama göndərmişdik. Amma səsimizə səs verən,
köməklik göstərən olmadı. Rəhmətlik Vaqif Cəfərovun köməkliyi ilə 25-ci günü
xəbər tutduq ki, uşaqlar Xankəndində həbsxanadadırlar. Nazim aldığı zərbədən
ölümcül vəziyyətdədir. Ümidimiz hər yerdən kəsilmişdi. Ağdərə-Xankəndi
yolunda Ağdərə rayon polis şöbəsinin rəisini, baş müstəntiqini və rayon
prokurorunu girov götürdük. Bu bizim üçün üzümüzə açılan kömək qapısı idi.
Uzun sürən danışıqlardan sonra qardaşlarım həbsxanadan buraxıldı.
Səmədgil azad olunduğu gün Sırxavənd camaatı toy-bayram etdi, hamı
onların görüşünə gəldi. Ermənilər elə hesab etdilər ki, bu qardaşların artıq
müqaviməti qırılıb. Bir daha torpaq təəssübü çəkməyəcəklər. Amma yanılmışdılar.
Səməd həbsxanadan azad olunan kimi yenə torpaqlarımızın müdafiəsində dayandı.
Səmədin başçılığı ilə Ballıqaya kəndində aparılmış yoxlama hər tərəfə səs
saldı. Səməd qrimlənərək rus əsgəri formasında silahdaşları – Seymur, Rizvan və
Azərlə Ballıqayada axtarışlar aparmışdı. Son altı ayda gecəsi gündüzü olmayan
Sırxavənd igidləri düşmən qarşısında qəhrəmanlıqlar göstərirdilər. S.Fərzəliyevin
bölməsi verilən hər tapşırığı uğurla yerinə yetirir, düşmənin atəş nöqtələrini,
texnikasını sayıb, hansı qüvvəsi olmasını dəqiqliklə öyrənib, qərargaha
çatdırırdılar. Yeri düşdükdə düşmən arxasına keçib, zərbələr endirir, hücum planın
pozurdular. Səməd bir neçə dəfə əlbəyaxa döyüşlərdə erməni quldurlarının
burnunu ovmuşdu. Gecədən başlanan qar bütün yol-izi bağlamışdı. Döyüşçülər
arasında əhatə çətinləşmişdi. Sübh tezdən kəndin üzərinə yağdırılan güllə boran
hərəkəti lap ağırlaşdırırdı. Düşmən topunun, texnikasının səsindən Sırxavənd kəndi
lərzəyə gəlmişdi. Yenə də Səmədin sol cinahdan döyüşün ağırlığını öz üzərinə
götürdü. Mərkli düşmən çalışırdı ki, Sırxavəndi ələ keçirsin və aran Qarabağa yol
açsın. Amma yeri düşdükdə Səmədgil sərrast atəşlə erməni quldurlarının atəş
nöqtələrini susdururdu. Səmədin özü fasiləsiz atəş açaraq ermənilərin diqqətini
özünə cəlb etdi. Düşmənin hər birinin açıdığı atəş onun tutduğu mövqeyə
yönəlmişdi. Səməd bir anlığa atəşini dayandırdı. Başqa mövqelərdən düşmənə
qarşı atəşin güclənjdirilməsini yodaşlarına əmr etdi. Az da olsa Səməd düşməni