75
edilsin. Qabaqcadan yollanan d
əstə padşah, saray əyanları və
böyük qoşun dəstəsi yeni qəsr tikilən əraziyə gəlib yetişənə
kimi açılışla əlaqədar olan bütün hazırlıq işlərini yerində tam
başa çatdırmağa məsul idi.
Padşah, vəzir, vəkil və digər saray əyanları qoşunla
birlikd
ə neçə müddət gecə-gündüz yol getdikdən sonra gəlib
n
əhayət qəsr tikilən yerə çatdırlar.
Padşahın yeni tikdirdiyi qəsr çox möhtəşəm və dəbdəbəli
bir tikili idi. Q
əsr-sarayın mühüm tədbirlər üçün nəzərdə
tutulmuş mərasim zalı, ayrı-ayrı məqsədlər üçün inşa olunmuş
çoxlu sayda otaqları var idi. Yeni qəsr çox gözəgəlimli, saysız
t
əbiət mənzərələri ilə zəngin olan bir yerdə: sıldırım dağın
ətəyində, iti axan çayın kənarında inşa edilmişdi. Görünür bu
ərazini seçən memar özü də təbiət vurğunu imiş. Çünki qəsr
üçün çox ç
ənnəti-məkan, ürəkləri fəth edən, onu öz
füsunkarlığı ilə riqqətə gətirən bir ərazi seçilmişdi. Qəsrin
ətrafı sanki gözəl bir qoruğa bənzəyirdi. Burda ceyran, cüyür,
dağ keçisi və digər müxtəlif çöl heyvanlarının, kəklik,
qırqovul, turac və başqa çöl quşlarının əlindən tərpənmək
olmurdu. Lal
ələr, güllər açmış, elə bil ki, bülbülləri özünə
qonaq çağırmışdı. Bülbüllər isə sanki öz valehedici səsləri ilə
muğam oxuyurdular. Təbiətin özü Allahın yaratdığı bu
t
əntənəni görüb sanki mat- məəttəl qalmışdı.
Ustalar t
ərəfindən qəsrə saxsı borularla içməli su çəkilmiş,
burada yaşayış üçün şahlara layiq tələb olunan hər cür
“konfort”
şərait yaradılmışdı.
Padşahın tikdirdiyi bu qəsrin sanki dünyada tayı bərabəri
yox idi. Saray n
ə saray, sanki bu geniş sahə parlaq ulduz kimi
yanırdı. Onun göz qamaşdıran parıltısı adamı heyrətləndirərək
az qala ağlını başından çıxardır, nağıllar dünyasındakı kimi
əlçamaz füsunkar bir gözəllik aləminə aparırdı.
Padşah xəyallar aləmindən güc bəla ilə ayrıldığı üçün
m
ərasim zalına keçmək istədi.
76
O, v
əzir-vəkilinin və saray adamlarının müşayəti ilə
d
əbdəbə ilə bəzədilmiş geniş mərasim zalına daxil olanda bu
möht
əşəm tədbirə dəvət alanlar hamı ayağa qalxdı. Möhtərəm
sahı yüksək alqış sədaları altında qarşılayıb yerlərinə əyləş-
dil
ər. Hamı şahın növbəti göstərişlərini gözlədi.
Zalda baş tərəfdə şah üçün xüsusi yer ayrılmışdı. O,
əvvəlcə diqqətlə zala göz gəzdirdi. Sonra yavaş-yavaş irəliyə
gedib dörd t
ərəfi sanki çıraq kimi yanan taxt-tacında əyləşdi.
Taxtı-tac elə ilk baxışdan onun çox xoşuna gəldi. Çünki bu
taxt-
tac dünyanın mahir ustaları tərəfindən başdan-ayağa qızıl
gümüşlə yüksək zövqlə işlənmiş, mahir sənətkar əli ilə bahalı
z
ər-zibadan ona min cür bəzək vurulmuşdu.
El
ə bu unudulmaz anda taxtın yanında adamın ağlını
başından çıxara biləcək mələk cildi geyinmiş iki nazənin
s
ənəm biri soldan biri sağdan yelpiklə öz taxt-tacında oturmuş
şahı yelpikləyirdi. Digər seçmə gözəllər isə həzin və incə
musiqinin xoş sədaları altında şahın qabağında cürbəcür rəqs
nömr
ələri ifa edirdilər. Cavan xidmətçilər-gənc qızlar və
oğlanlar isə şahın taxt-tacının yanında müntəzir dayanıb onun
əmrini gözləyirdilər.
Saraya düzülmüş tər güllərin və cicəklərin bihuşedici ətri
v
ə qoxusu az qalırdı ki, adamın ağlını başından alsın. Təzə
saray başdan-ayağa dünyanın bütün ölkələrindən gətirilmiş
z
ərif, öz nadir ornament detalları ilə seçilən, nəbatı naxışları ilə
insanı özünə cəlb edən, yüksək sənətkarlar tərəfindən
toxunmuş xalçalarla bəzədilmişdi. Nadir quşların, xüsusilə
xaricd
ən gətirilmiş növbənöv bülbüllərin cəh-cəhəsi az qala
adamın hüşunu baqşından almaq həddinə çatmışdı.
Bütün bunları təzə tikdirdiyi qəsr-sarayda görən şah birdən
el
ə bil çaşıb qaldı. Bir anlığa dərin xəyala getdi. Mələk nəva-
zişli şirin xəyalar onu ovsunlayaraq öz ağuşuna aldı. Əvvəlcə
şah elə düşündü ki, ünvanı səhv salıb təzə tikilən saray əvəzinə
s
əhvən cənnətə gəlib düşüb. Ancaq ağlını və səbrini tez bir
77
zamanda zorla
toplayıb özünü çaşdırmadı. “Nələt olsun
şeytana!”- deyib tez özünü yığışdırdı sanki qəflət yuxudan
ayıldı. Dərindən diqqət verib gördü ki, bura elə onun yeni inşa-
ası başa çatan qəsrdəki öz sarayıdır. Bütün saray əyanları, igid
s
ərkərdələri, tədbirə dəvət almış dost-tanışları, hətta sevimli
cangüd
ənləri də onun yanındadır. Bir sözlə saraydakılar hamı
onun tanıdığı öz adamlarıdır. Şok vəziyyətdən çıxdığına görə
bu d
əmdə şahın üz-gözünə sevinc təri gəldi.
O, bel
ə bir xoşbəxtliyin ona nəsib olmasına görə çoxlu
şükürlər etdi. Bu məqamda az qala şadlığından quş tək qanad
açıb uçmaq istəyirdi ki, özünü güc-bəla ilə saxladı.
Şah şok vəziyətdən çıxar-çıxmaz o saat xidmətçilərə
xüsusi işarə ilə süfrəyə yemək verilməsni tapşırdı. Dərhal
süfr
ələrə bütün dünya nemətləri: o cümlədən min cür meyvə-
t
ərəvəz, mahir ustalar tərəfindən çəkilmiş şirələr, şərbətlər və
şərablar düzüldü. Ətri bütün sarayı bürümüş, üstündə min cür
ədavəsi olan plov və digər yeməklər süfrəni bəzəməyə və
bütün iştirakçıların nəzərini cəlb eləməyə başlamışdı. Plovun
üstünd
ə şahın əvvəlcədən göndərdiyi ovçuların ovladıqları
ceyran-
cüyürün bişmiş əti ürək açan zövqlə mahir aşbazlar
t
ərəfindən xüsusi peşəkarlıqla hazırlanmışdı. Plovun və başqa
t
əamların xüsusi zövqlə, sənətkarlıqla və ustalıqla hazırlanması
m
əclisə yaraşıq verməklə yanaşı hamının ağzını möhkəmcə
sulandırdırmışdı.
Lakin şah sarayda düşdüyü xəyallar burulğanından hələ
d
ə tam ayrıla bilməmişdi. O, bu xəyallarla çarpışmada aciz
qaldığı bir vaxda sarayın baş mühafizəçisi şaha məlumat
g
ətirdi ki, aşağıda sarayın giriş qapısında bir nəfər əlində əsa
tutmuş cındır geyimli qoca bir kişi onu görmək istəyir. Şah
əvvəlcə bu xəbəri eşidib özünü itirdi, elə bil o saat mədəsinə
soyuq cancı doldu. Sonra hirsli başla əmr edib dedi ki,
“qapıya gələn o şəxs kimdisə ona yemək-içmək və başqa nə
ist
əyir aparıb verin. Əyər istəməsə onda döyün-qovlayın çıxıb
Dostları ilə paylaş: |