Ziyaos-salehin
az.ziaossalehin.ir
səh:22
1
-
[
1
« . ]
İmam ə t v ə t ə dbir», c. 1, s ə h. 183 .
2
-
[
2
. ]
Baqir Ş ə rif Qür ə şi, «H ə yatül-İmamil-Hüseyn ( ə )»,
c. 2, s ə h. 166; «Nasixüt-t ə varix”, s ə h. 180; «Lisanül-
mülk», c. 1, s ə h. 194; «N ə hcüş-ş ə had ə », s ə h. 258;
«Lühuf», 30-31 .
3
-
[
3
« . ]
Ə l-Kamil fit-tarix», c. 3, s ə h. 504 .
Nəyə görə İmam Hüseyn Mədinə şəhərində qiyam etmədi?
Bu sualın dəqiq cavabını vermək üçün gərək o zamanın bütün
şəraitini nəzərinizə çatdıraq:
1
-
O zaman Müaviyənin ölüm xəbəri bir çox şəhərlərə, o
cümlədən də Mədinə şəhərinə gəlib çatmamışdı. Xalqın bu
barədə heç bir məlumatı yox idi. İmamın (ə) bu xəbəri şəhərə
yayması və onları Yezidin hökumətinə qarşı ayağa qaldırması
üçün uzun zaman tələb olunurdu. Təbiidir ki, hökumət heç bir
vaxt bu fürsəti İmamın (ə) ixtiyarına qoymazdı.
2
-
Müaviyə ölən zaman Mədinə şəhərində Yezidin çirkin
simasını tanıyan insanlar çox-çox az idi. Camaatın əksəriyyəti
Müaviyənin təbliğatı nəticəsində Yezidi xilafətə layiq
bilirdilər. Hətta Müaviyə ölümündən qabaq bir çox şəxslərdən
Yezidin hakimiyyəti üçün beyət almışdı
)1(
.Elə bu səbəbə görə
də, İmam Hüseyn (ə) Yezidin Mədinə camaatı tərəfindən
tanınması üçün bir müddət bu şəhərdə gözləməli idi. Lakin
Mədinənin hakimi İmama (ə) vaxt vermir, onu Yezidin
hakimiyyətinə beyət etməyə
Ziyaos-salehin
az.ziaossalehin.ir
səh:23
1
-
[
1
. ]
İbn Quteyb ə , « Ə l- İmam ə tü v ə s-siyas ə », c. 1, s ə
h. 163 .
məcbur edirdi. Buna görə İmamın (ə) Mədinəni tərk etməkdən
başqa çarəsi qalmamışdı.
3
-
O zaman Bəni-Üməyyənin məşhur adamları o cümlədən
Mərvan ibn Həkəm və onun xanidanı Mədinədə yaşayırdı.
Sözsüz ki, onlar orada böyük qüdrətə malik olduqları üçün
İmamın (ə) hər bir fəaliyyətinin qarşısını alıb, çox sakitcəsinə
onu şəhid edərdilər. Bir halda ki, İmam Hüseynin (ə) hədəfi
İslamı dirçəltmək və xalqı oyatmaq idi.
4
-
O zaman Mədinə şəhərinin əhalisi o qədər deyildi ki,
onların vasitəsi ilə hökumətin əleyhinə güclü bir qiyam etmək
mümkün olsun. Əksinə, bu şəhərin cəmiyyəti Kufə, Bəsrə və
Şam kimi şəhərlərlə müqayisədə çox az idi.
5
-
Tarix boyu Mədinə şəhərində hökumətin əleyhinə baş verən
bütün qiyamlar məğlubiyyətlə tamamlanmışdı. Məsələn,
Mədinəlilərin hicrətin 63-cü ilində Yezidin hakimiyyətinə
qarşı olan qiyamı tez bir zamanda dövlət tərəfindən
susduruldu
)1(
.Həmçinin, bu şəhərdə Məhəmməd ibn Abdullah
(Nəfsi Zəkiyyə)
)2(
və Şəhid Fəx kimi nüfuzlu şəxslərin qiyamı
Mədinəlilərin müqavimətsizliyinə görə məğlubiyyətlə
üzləşdi
)3(
.Bütün bunlar onu göstərir ki, bu şəhər dövlət
Ziyaos-salehin
az.ziaossalehin.ir
çevrilişi üçün münasib deyildi. Bu məntiqə əsasən İmam
Hüseyn (ə) qiyam etmək üçün gərək başqa şəhərə gedəydi.
6
-
Baxmayaraq ki, Mədinəlilər xüsusilə də «Ənsar», Əhli-
beyti (ə) sevirdilər. Lakin onların sevgisi o həddə deyildi ki,
Əhli-beyt (ə) yolunda öz canlarından keçməyə hazır olsunlar.
Ümumiyyətlə Mədinə camaatı «Səqifə» hadisəsində Əhli-
beytə (ə) imanlarının möhkəm olmadığını göstərdilər.
səh:24
1
-
[
1
« . ]
Ə l-Kamilu fil-tarix», c. 2, s ə h. 593 .
2
-
[
2
. ]
H ə min m ə nb ə », c. 3, s ə h. 574 .
3
-
[
3
« . ]
Tarixi-Y ə qubi», c. 2, s ə h. 404 .
Hətta Həzrət Əli (ə) onları beyət sındıranlara qarşı mübarizəyə
çağıranda onların əksəriyyəti İmama (ə) müsbət cavab
vermədikləri üçün İmam (ə) məcbur qalıb 400 nəfərlə
)1(
bir
neçə min nəfərlik qoşunun üstünə getdi.
Həmçinin məlun Müaviyənin göstərişi ilə illərlə minbərlərin
başında xətiblər tərəfindən Həzrət Əliyə (ə) lənətlər oxundu,
lakin bu şəhərin adamlarından heç biri ayağa qalxıb ciddi
şəkildə bu məsələyə etiraz etmədilər. Bir halda ki, onlar Əhli-
beytin (ə) haqq olmasını bilirdilər. Belə olan halda İmam
Hüseyn (ə) Mədinə camaatına necə etibar edib qiyam edə
bilərdi?
Ziyaos-salehin
az.ziaossalehin.ir
7
-
O vaxt Mədinənin hakimi Vəlid ibn Utbə şəhərə ciddi
şəkildə nəzarət edirdi. Hətta şəhərdə baş verən hər bir
hadisədən tez bir zamanda xəbərdar olur və o hadisəyə
münasib tədbir tökürdü. Sözsüz ki, İmam Hüseyn (ə) belə bir
şəhərdə zalım hökumət əleyhinə hər hansısa bir hərəkət
etsəydi, dövlət onun bu işini elə başlanğıcda da tamamlayardı.
Halbuki, o zaman Kufə şəhərində belə bir ciddi rejim yox
idi
)2(
.
səh:25
1
-
[
1
« . ]
Tarixi-Y ə qubi», c. 2, s ə h. 228 .
2
-
[
2
« . ]
Suallar v ə cavablar», s ə h. 27 .
səh:26
Nəyə görə İmam Hüseyn Məkkədə qiyam etmədi?
İmam Hüseyn (ə) Mədinəni tərk etmək məcburiyyətində
qaldıqda ailəsi və yaxınları ilə birlikdə Məkkəyə tərəf yola
düşdü. İmamın (ə) başlanğıcda digər şəhərlərə yox məhz
Məkkəyə getməsi bir sıra dini, ictimai, siyasi və coğrafi
səbəblərə görə idi ki, onların bəzisini nəzərinizə çatdırırıq:
1
-
Məkkə şəhəri İslamın ən müqəddəs şəhərlərindən sayılır.
Bu şəhərdə Allahın evi Kəbə yerləşdiyi üçün Tanrı bu
məkanın həmişə əmin-amanlıqda qalmasına əmr etmişdir.
Necə ki, Qurani-Kərimdə buyurur: «Bu şəhərə daxil olan hər
kəs əmniyyətdə qalmalıdır
)1(
».
Dostları ilə paylaş: |