Ziyaos-salehin
az.ziaossalehin.ir
Kərbəla arasında yerləşən vadidə mənim bədən üzvlərimi
tikə-tikə edərək, ac qarınlarını və boş xurcunlarını
doldurduğunu öz gözlərimlə görürəm ...
Agah olun! Kim bizim
yolumuzda öz qanından keçməyə, Allahla görüşmək və canını
şəhadət uğurunda qurban verməyə hazırdırsa, mənimlə gəlsin.
Mən inşallah sabah sübh Kufəyə doğru hərəkət edəcəyəm
)1(
».
səh:34
1
-
[
1
. ]
Seyyid ibn Tavus, «Lühuf», s ə h. 53; «M ə sirül- ə
hzan», s ə h. 21; «Musu ə tü-k ə limatil-İmam Hüseyn ( ə ) » s
ə h. 364 ;
İmam Hüseyn şəhid olacağını bilirdisə, niyə qiyam etdi?
Hər şeydən əvvəl bunu bilmək lazımdır ki, peyğəmbərlər və
imamlar adi həyatlarında Allahın onlara bəxş etdiyi
«elmi-
qeyb»-ə (qeyb elminə) əsasən davranmırlar. Onlar da, digər
insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman və məkan
şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam peyğəmbəri
həzrət Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə
getmək üçün icazə istəyən Hənzələnin şəhid olacağını bilirdi
amma ona döyüşə atılmağa icazə verdi. Bu İlahi ədalətin
tələbidir.. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi.
Allahın izni olmadan «Qeyb elmi» ilə bildiklərini gündəlik
həyatda üzləşdiyi məsələlərə qatmazdı. Mübahisəli hallarda
hökm verərkən də “qeybi elm” indən istifadə etməz və
buyurardı: «Mən buradakı sübut və dəlillər əsasında hökm
verirəm. Sizlərdən bə`zisi özünü zirəng, bacarıqlı bilib
müsəlman qardaşının malını mənim hökmümlə mənimsəsə, o
Ziyaos-salehin
az.ziaossalehin.ir
malın cəhənnəm odunun bir parçası olduğunu bilsin
)1(
».
Həmçinin İmam Hüseyn (ə) də öz vəzifəsini yerinə yetirdi.
səh:35
1
-
[
1
. ]
Hürr Amili, «V ə sailüş-şi ə », c. 2, s ə h. 20 .
Qurani-Kərimin Bəqərə surəsi, 195-ci ayəsində: «Öz əlinizlə
özünüzü təhlükəyə atmayın!» əmri isə «lazımsız yerə özünüzü
təhlükəyə atmayın!» deməkdir. Bu əmr şəhadətin və özünü
qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki
dinimizin «Cihad» adlı daha vacib bir əmri vardır. Cihad
İslam dinini qorumaq üçün Allah yolunda düşmənlərlə hərbi
mübarizəyə deyilir. Bu yolda ölmək şərəf sayılaraq, şəhidlik
məqamına layiq görülür. Qur`anda şəhidlər haqqında zikr
olunan müxtəlif ayələrdə onların savabını Allahın özü
verəcəyi və sair kimi əsrarəngiz həvəsləndirmələr mövcuddur.
Belə olduğu halda tam qətiyyətlə ayənin cihada aid olmadığını
söyləyə bilərik.
Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun
əyməməyə çağıran Qurani-Kərim, «özünü təhlükəyə atma,
zalımlara qul ol. Dinin məhvə uğrasada belə, onlara qarşı
çıxma»- deyə əmr etməz. Deməli ayə lazımlı yerdə yox,
gərəksiz vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa
əmr edir. İmam Hüseynin (ə) qiyamı isə dinimizi nicat verən
və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi.
Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni «özünüzü
təhlükəyə atmayın;» yə`ni «cihaddan qaçmayın» kimi təfsir
etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki şəhadətin
Ziyaos-salehin
az.ziaossalehin.ir
əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı
lazım bilir
)1(
.
Bir çox Qur`an ayələrində Allah yolunda özünü ölümə atmaq
ibadət sayılaraq, əbədi səadətlə müjdələnir
)2(
.İmam Hüseyn
(ə) də Allah-taalanın əmrinə boyun əyib, öz şəhadəti ilə ən ali
səadətə nail oldu
)3(
».
səh:36
1
-
[
1
. ]
Z ə m ə xş ə ri, «T ə fsiri-K ə şşaf»,c. 1, s ə h. 237 .
2
-
[
2
. ]
B ə q ə r ə sur ə si, ay ə 54 .
3
-
[
3
. ]
Seyyid ibn Tavus, « Ə l-M ə lfuf ə la q ə tlit-tafuf», s ə
h. 100 .
Necə ki, Qurani-Kərim buyurur: «Allah (cənnətin) əvəzində
mö`minlərin canını və malını almışdır. O möminlər ki, Allah
yolunda döyüşür, bu yolda ölürlər (də belələrindəndir). Bu
Tövrat, İncil və Qur`anda söylənilən haqqın və`didir. Kim öz
əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki,
səh:37
səh:38
Nə üçün İmam Hüseyn ailəsini özü ilə qiyama apardı?
Bəzən sual verirlər ki, İmam Hüseyn (ə) tutduğu yolda şəhid
olacağını, ailəsinin, qadın və uşaqlarının düşmən qoşununa
əsir düşəcəyini və yüzlərlə əzablara qatlanacağını bilirdisə,
bəs nəyə görə onları özü ilə apardı?
Ziyaos-salehin
az.ziaossalehin.ir
Bu sualın cavabını belə bəyan edirik:
1
-
İmam Hüseyn (ə) Yezidin cinayətkar və qəddar olduğunu
bildiyi üçün öz ailəsini Mədinədə başsız qoymağa qorxdu.
Ona görə ki, bu despot hökumət qadın və uşaqları girov
götürüb İmamı (ə) öz hədəfindən saxlaya bilərdi. Yezidin isə
qarşısına qoyduğu məqsəd Hüseyn ibn Əlidən (ə) hər bir yolla
olursa-olsun beyət almaq idi. Hətta əgər bu iş İmamın (ə)
arvad-uşağını girov götürüb zindana salmaqla belə mümkün
olsaydı.
O zaman Mədinənin hakimi Vəlid ibn Utbə idi. Vəlid özü
azacıq mülayim insan olsa da onun ətrafında olan Mərvan
kimi canavarlar onu hər bir çirkinliyə vadar edirdilər. Elə
İmamın (ə) qiyamı ərəfələrində Əhli-beytə (ə) düşmənçilikdə
məşhur olan Əmr ibn Səid Mədinə şəhərinə hakim təyin
olundu. O İmam Hüseynin (ə)
səh:39
şəhadət xəbərini eşitdikdə sevincindən bayram etdi. Və xalqa
İmam Hüseynə (ə) əzadarlıq saxladıqlarına görə belə müraciət
etdi: «Siz gərək yalnız Osman üçün ağlayıb ona əza
saxlayasınız. Hüseyn ibn Əliyə yas tutmaq əbəs bir işdir
)1(
».
Hətta O, İmamın şəhadətindən sonra göstəriş verdi ki, Bəni-
Haşimə aid olan evləri xarabalığa çevirsinlər
)2(
.
Təbiidir ki, İmam Hüseyn (ə) belə bir şəxsin hakim olduğu
şəhərdə ailəsini başsız qoyub hökumətin əleyhinə qiyam
etmək üçün oranı tərk edə bilməzdi. Elə bunun üçün də İmam
(ə) məcbur qalıb ona yaxın olan bütün qadın və uşaqları özü
ilə apardı.
Dostları ilə paylaş: |