64
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
edilir (128, 417). Krım -tatar və başqırd dillərindəki ağuv/ağıv
«zəhər» variantlarından da sözün ilkin formasının * ağığ
şəklində olması qənaəti hasil olur. Tat di lində sözün ağu
şəklində mühafizə olunması onu qədim alınmalar sırasına aid
etməyə əsas verir.
Ağça/axça - «pul». Sözə ilk dəfə akça şəklində Tan süla
ləsi dövrünə aid (713-748-ci ill ər) sikkə üzərindəki yazıda
təsadüf edilir (129, 120). Daha sonra orta türk dövrün ə aid
«Ət-töhfə», «Bulğat əl-muştaq», «Kitab əl-idrak», İbn Mühən-
na lüğəti və s. qaynaqlarda qeydə alınmış akça/ağça sözü müa
sir krım-tatar, qaqauz, qırğız, tatar, özb ək, uyğur, altay,
karayim, noqay, qazax, qaraqalpaq v ə s. türk dillərində də eyni
mənada işlənməkdədir (129, 120). Anadolu və Azərbaycan
yazılı abidələrində də «pul» mənasını ifadə etmişdir (TS, 69).
Azərbaycan dilinin Qazax, Şəmkir, Salyan şivələrində axça
fonetik variantında işlənərək, «balıqların üz ərindəki pul,
pərək» mənası bildirir (7, 45). L.Budaqov, N.Dmitriyev,
V.Yeqorov, G.Dörfer və b. türkoloqlar sözün etimologiyasını
ak «ağ» sözü ilə bağlamış, -ca formantını kiçiltmə, bənzətmə
şəkilçisi kimi qiymətləndirmişlər. Akça/ağça sözü əvvəlcə
yalnız gümüş pula aid edilmiş, daha s onra semantikasını geniş -
ləndirərək, ümumiyyətlə, «pul» anlayışı bildirən leksik vahidə
çevrilmişdir.
Qabağ/qəbəğ «alın, ön». Göstərilən mənalarda tat dilinin
bir sıra şivələrində, o cüml ədən, Quba dialektinin Şu dux,
Novdun, Çiçi, Bakı dialektin in Balaxanı, Suraxanı şi vələrində
(qəbağ şəklində) işlənir (4, 8). Müasir Azərbaycan ədəbi
dilində qabaq sözü yalnız «ön», «irəli», «əvvəl» mənasında
məlumdur. Azərbaycan dilinin Qazax və Tovuz şivələrində
qavax fonetik variantında «alın» və «üz» mənalarında qeydə
alınmışdır (6, 104). Həmin leksik vahidin «alın» mənasına
65
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
M.P.Vaqifin və Aşıq Ələsgərin şerlərində təsadüf olunur: Ay
qabaqlı, bulud zülflü gözəlin, Duruban başına do lanmaq gərək
(M.P.Vaqif); Büllur buxaq, lal ə yanaq, ay qabaq, Şahmar zülfü
pərişanlar dolanır (A. Əl əsgər). Sözün «alın» mənası Tali
İmaninin «Bəda’i
əl-luğat»,
V.V.Radlov və L.Budaqov
lüğətlərində, türk dili dialektlərində, həmçinin xakas, tuva və
altay dillərində qeydə alınmışdır (128, 161; 129, 2578; 6 2).
Fikrimizcə, qabaq sözünün ilkin mənası tat dilində mühafizə
olunmuş «alın» mənasıdır, «üz» və «ön» mənaları həmin məna
əsasında meydana gəlmişdir. Eyni semantik proses alın
sözündə də müşahidə edilir: alın «alın» ^ alın «ön» Türk
dillərindəki yüz «üz» sözü yakut dilində sü:s fonetik varian
tında «alın» mənası bildirir. Ümumiyyətlə, türk dillərində «ön »
və «arxa» məfhumlarının insan b ədəninin ön və arxa
hissələrinin adları ilə adlandırılması geniş yayılmış semantik
hadisədir. Bir çox türk dillərində burun, kabak, kaş, köks, yüz,
manlay və s. «ön tərəf», dal, arxa, ənsə, sırt və s. «arxa tərəf»
mənalarını ifadə edir (124, 59).
M.Hacıyev «qəbəq» sözünün «alın» mənasında tat dilinin
Qonaqkənd ləhcəsində işlənməsini
şərh edərkən yazır:
«Qonaqkənd ləhcəsində qəbəq «alın» sözü başqa tat dili l əhcə-
lərində yalnız «üq» v ə «pişani» (29) kimi təsadüf olunur».
Müəllif bu sözlə bağlı lüğətdə xüsusi qeydində yazır: «Klassik
Azərbaycan şerində (xüsusilə M.P.Vaqif və Aşıq Ələsgər
dilində) olan ay qabalı ifadəsindəki «alın» mənasında işlənmiş
qabaq sözü tat dilində eyni ilə qalır. Bu, tat sözü deyilmi? »
(29, 8).
Açıldı niqabın ay qabağından,
Aldı başdan ağlı, kamalı, Xurşid!
(Ələsgər).
66
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Ay kimi şox salıb ayna qabağı
Çoxların eyləyib divana, Telli
(Əl əsgər)
V.Aslanov qabaq sözünün «alın» mənasında bütün ya zılı
abidələrdə, xalq şifahi yaradıcılığında geniş işl əndiyini qeyd
etmişdir (3, 47).
«Qabaq» sözünün müasir Azərbaycan dilindəki «ön, irə
li» mənaları da semantik baxı mdan alınla yaxınlığı nü mayiş
etdirir. Semioloji yaxınlıq «ön, ir əli» mənasındadır. Alın
insanın ön tərəfində, irəli baxan tərəfindədir. «Alın» mə
nasında işlənən bu söz, görünür, çox -çox əvvəllər tat dilinə
keçmişdir. Hazırda həmin söz Azərbaycan dilində «alın»
mənasında işlənmir.
Qılığ «xarakter, xasiyyət, davranış» (Ab., Lah.). Azər
baycan dilinin Şəki dialektində qılıx fonetik variantında
«xasiyyət, xarakter» mənası bildirir (11, 135). Qılıq sözünə bu
mənada M.Kaşğarlının
«Divanü-luğat-it-türk»
lüğəti
və
«Qutadğu bilig»də, uyğur, Xarəzm və Cağatay abidələrində
rast gəlmək olur (78, 443; 82, 630). Eyni m əna XIV əsrə aid
Anadolu yazılı abidələrindən «Xurşidnamə»də əks olunmuş
dur: Nə köp yaxşı həmiyyət qıldınız siz, Yaman könlüm qılığın
bildiniz siz; Alır ola cihanın alığını, Bilür ola za manın qılığını
(TS, I, 2483). XVIII əsr Azərbaycan şairi M.P.Vaqifin şeir
lərində də bu sözə təsadüf edilir: Günəş üzlü, şirin sözlü,
xoşqılıq, Ləblərindən axar balı gözəlin. Müasir Azərbaycan
dilində bu söz qılığına girmək ifadəsinin tərkibində qorunub
saxlanmışdır (11, 511). Qılıq «xasiyyət, rəftar» sözü qılmaq
felindən yaranmışdır. Həmin feldən yaranan qılınc «xasiyyət,
rəftar» sözü də erkən dövr türk yazılı abidələrində geniş
şəkildə işlənməkdədir: Kişi əsli bilmək tiləsə açuq, Könül, til,
qılıncı bu işkə tanuq «Əgər bir kişini tanımaq istəsələr, onun
Dostları ilə paylaş: |