Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə37/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

foloji tərkibi araşdırılır, -ğı, -gi, -ğu, -gü  şəkilçisi ilə yaranan digər sözlər xa tır -
lanır. Әlavə sual: Morfoloji tərkibinə görə bu söz hansı sözlə eynidir: A) çalğı,
B) qayğı.
Eyni qaydada 4-cü tapşırıq üzərində də iş gedir. “Yazılmamış qaydalar”
ifadəsində də “yazılmamış” sözü məcazi mənada işlənir. Onu “qeyri-rəsmi”
sözü ilə əvəz etmək olar. Şagirdlər çörəklə bağlı bəzi yazılmamış qaydaları
xatırlayırlar:
– Küçədə yerə düşmüş çörəyi götürüb daha yüksək yerə – daşın, barının
və s. üstünə qoyurlar.
Çörək əldən yerə düşərsə, onu götürüb üç dəfə öpür, hər dəfə alına to xun -
 durur və bu zaman “Bismillah” deyirlər.
Danışma
(St. 1.2.1) 
Şagirdlər 8-ci tapşırıqda verilmiş cədvəl əsasında mətn qurub
danışırlar. Mətnin giriş, əsas və sonluq hissələri şifahi nitqdə aydın hiss
olunmalıdır. Məsələn:
Giriş: Çörəyə ehtiram əlaməti olaraq bir çox ölkələrdə çörək muzeyləri
yaradılmışdır...
Әsas hissə: Belə çörək muzeylərindən biri də İsveçrənin Sürix şəhərində
yerləşir. Şəxsi mənzildə yaradılmış bu muzeydə Qədim Misir, Roma və başqa
ölkələrdə bişirilmiş çörəklər nümayiş etdirilir...
Sonluq (Ümumiləşdirmə): Çörək muzeyləri XX əsrin ortalarından etibarən
yaradılmağa başlamışdır. Onlar, əsasən, un dəyirmanı və ya köhnə çörək za-
vodu ərazisində yerləşir.
9-cu tapşırıq yerinə yetirilir. 
Dil qaydaları
(St. 4.1.3)
10-cu tapşırıq vasitəsilə o, bu əvəzliklərindən sonra vergülün
işlənməsi qaydaları xatırladılır.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
30-cu dərs. 
ÜMUMİLӘŞDİRİCİ DӘRS. KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ (1
saat)
Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də
kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümu mi -
ləşdirici təkrar üçün material (dərslik, səh. 104), MMV-də kiçik summa tiv qiy -
mətləndirmə nü munəsi (MMV, səh. 107-108) təqdim olunmuşdur. 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
106
III BÖLMƏ 
  Çap üçün deyil


III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.
UZUNÖMÜRLÜLӘR MUZEYİ
Lerik  rayonunda yerləşən Uzunömürlülər muzeyi 1991-ci ildən fəaliyyət
göstərir. 
bir muzeyə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil.
2 mindən artıq eksponatın qorunub saxlanıldığı 
muzeydə 168 yaşlı Şirəli
Müslümovun, 150 yaşlı Mahmud Eyvazovun və başqalarının fotoguşələri və
onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. 
, 1805-ci ildə
anadan olmuş Şirəli Müslümov planetin ən uzunömürlü insanı sayılır.
Hazırda Lerik rayonunda yaşı 80-dən yuxarı olan 568-dən çox insan var.
Bunlardan 14 nəfəri isə bir əsrdən artıqdır ki, ömür sürür. 
çox yaşama -
larının sirrini təmiz dağ havası, sağlam qida, müxtəlif növ dağ bitkiləri, stress
və əsəbdən uzaq olmaları və çox hərəkət etmələri ilə əlaqələndirirlər.
1. Mətnlə bağlı verilən fikirlərdən hansı səhvdir?
A) Muzey ötən əsrin sonlarına yaxın yaradılıb.
B) Muzey yarananda Şirəli Müslümov hələ sağ idi.
C) Hazırda Lerikdə yaşı 100-ü ötmüş 14 nəfər yaşayır.
D) Muzeydə adları qeyd olunanlar ən azı 1 əsr yaşayıb.
2. Göy rəngli boşluğun yerinə hansı ifadə uyğun gəlir?
A) Unutmaq olmaz ki
B) Nəzərə almaq lazımdır ki
C) Yuxarıda qeyd etdiyimiz kimi
D) Qeyd etmək lazımdır ki
3. Hansı cümlədə “bölmə” sözü mətndəki mənada işlənməmişdir?
A) Bölmə əməlinin komponentləri bölünən, bölən və qismətdir.
B) Bölmə komandirinin əmri ilə əsgərlər hücuma keçdi.
C) Bəzi bölmələr üzrə qəbul imtahanları elan edildi.
D) Texniki ədəbiyyat kitab mağazasının 3-cü bölməsindədir.
4. Mətndə nömrələnmiş boşluqların yerinə hansı əvəzliklər uyğun gəlir?
A) 1 – bu, 2 – onlar, 3 – belə 
B) 1 – bu, 2 – belə, 3 – onlar
C) 1 – belə, 2 – bu, 3 – onlar 
D) 1– onlar, 2 – bu, 3 – belə
1
2
3
107
DƏYƏRLƏR
107
DƏYƏRLƏR
107
DƏYƏRLƏR
107
DƏYƏRLƏR
107
DƏYƏRLƏR
107
DƏYƏRLƏR
107
DƏYƏRLƏR
  Çap üçün deyil


5. Hansı atalar sözündə əvəzlik işlənməmişdir?
A) Özü yıxılan ağlamaz. 
B) Elə arxalanan igid basılmaz.
C) Düşmən qarışqa da olsa, sən onu fil say.
D) Dostunu mənə göstər, sənin kim olduğunu deyim. 
6. “Kim öz vətənini sevmirsə, deməli, o heç nəyi və heç kəsi sevmir” (Corc
Bayron) cümləsində əvəzliyin hansı növü işlənməmişdir?
A) təyini əvəzlik
B) qeyri-müəyyən əvəzlik
C) sual əvəzliyi
D) işarə əvəzliyi
7. Hansı cümlədə “o” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, gəlib iki yolun ayrıcında dayandı.
B) O, ürəkdən istəyirdi ki, sənə kömək etsin.
C) O, yaş paltarlarını qurutdu.
D) O, üçüncü dəfə maneəni aşmağa cəhd etdi.
8. Hansı cümlədə “bu” əvəzliyindən sonra vergül qoyula bilər?
A) Rahat yaşamaq istəyirsənsə, bu günün işini sabaha qoyma. 
B) Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. 
C) Bu dünyanın bütün nemətləri bir yaxşı dosta dəyməz. 
D) Bu ağacın başında qalan son meyvə idi.
9-10-cu suallar aşağıdakı şeir nümunəsi ilə bağlıdır.
Bizdə bərabərdir hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə artıq deyil heç kəsdən heç kəs,
Bizdə ağlayana bir kimsə gülməz. (Nizami Gəncəvi)
9. Verilmiş bənddə hansı əvəzliklər sinonimdir?
A) biz – bütün
B) bütün – hamı
C) biz – heç kəs
D) heç kəs – kimsə
E) hamı – kimsə
10. Hansı cümlədə “kimsə” əvəzliyi bənddəki mənada işlənmişdir?
A) İclasda sənin yerinə kimsə çıxış etdi.
B) Bu hadisəni kimsə xüsusi planlaşdırıb.
C) Bu haqsızlığa kimsə etiraz edə bilmədi.
D) Kimsə ondan rəhbərliyə şikayət etmişdi.
108
III BÖLMƏ 
108
III BÖLMƏ 
108
III BÖLMƏ 
108
III BÖLMƏ 
108
III BÖLMƏ 
108
III BÖLMƏ 
108
III BÖLMƏ 
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə