Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

IV BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.
TABLO
İncəsənət mərkəzindəki salonlardan birində gözəl bir tablo qarşısında bala -
ca oğlan dayanmışdı. O, əsərə heyranlıqla baxır, gözünü ondan çəkə bilmirdi.
Bu zaman tablonun müəllifi ona yaxınlaşdı: 
– Nədir, balaca, xoşuna gəlir? 
– 
Çox ... 
Bu rəsmi almaq istəyərdim, amma ... olan pulum budur. 
Rəssam bir qədər düşündükdən sonra razılaşdı və rəsmi büküb oğlana
verdi. Bu vaxt rəssamın dostlarından biri ona yaxınlaşıb deyinməyə başladı:
– Sən nə etdin? 
Rəssam cavab verdi: 
– Haqlısan, bəlkə də, mən bu rəsmə daha çox pul verən yüzlərlə adam
tapa ..., ancaq bütün var-dövlətini verə biləcək bir nəfər də tapa ... .
1. Göy rəngli cümlədə üç nöqtə işarələri nəyi bildirir?
A) fikrin yarımçıq qaldığını
B) danışanın öz nitqində pauza verdiyini
C) həmin hissədə buraxılmış söz olduğunu
D) fikrin bitdiyini
2.  “O rəsmin qiyməti qat-qat bahadır” cümləsi nömrələnmiş boşluqlardan
hansının yerinə uyğun gəlir?
A) 1
B) 2        C) 3        D) 4
3. Sonuncu cümlədə nöqtələrin yerinə “bil” feilinin hansı qrammatik formaları
uyğun gəlir?
A) biləcəyəm, bilməyəcəyəm
B) bilərdim, bilməzdim
C) bildim, bilmədim
D) biləcəkdim, bilmədim
4. Mətndə altından xətt çəkilmiş hansı feil quruluşca sadədir?
A) dayanmışdı
B) yaxınlaşdı
C) razılaşdı
D) başladı
5. Məntiqi ardıcıllığı tamamlayın.
vidalaşmaq, şirinləşmək, qanadlanmaq, ...
A) salamlaşmaq   B) bağlanmaq   C) dillənmək   D) təmizlənmək
1
3
2
4
131
İNCƏSƏNƏT
131
İNCƏSƏNƏT
131
İNCƏSƏNƏT
  Çap üçün deyil


6. Hansı atalar sözündə feil isimdən düzəlib?
A) Qılınc qınında paslanmaz. 
B) Qarpız qarın doyurmaz.
C) Ağıl bazarda satılmaz.
D) Adam paltar ilə tanınmaz.
7. Cümlələrdən birində mürəkkəb feil işlənməmişdir.
A) O, çox vaxt ziyalılarla oturub-durur.
B) Onun qardaşı Qarabağ müharibəsində həlak olub.
C) O, Səlimin yazısını yaxşı oxuya bilmirdi.
D) Mən bu işin öhdəsindən gələrəm.
8. Eyniköklü feilləri göstərin.
A) gülüşmək, güləşmək
B) bölünmək, bölüşmək
C) işıldamaq, işıqlanmaq
D) yaratmaq, yaranmaq
9. Hansı cümlədə feilin yazılışı ilə tələffüzü fərqlənmir?
A) Әl tutanın əlindən tutarlar.
B) Sözün düzünü zarafatda deyərlər.
C) Ağacı meyvəsindən tanıyırlar.
D) Söz yarası sağalmaz.
10. Gələcək zamanda işlənmiş feili göstərin.
A) Yarpaqlar payızda saralır.
B) Yıxılana balta vurmazlar.
C) Mismarı taxtadan çıxar.
D) Qayış nə bilir, öküz nə çəkir.
11. Cümlələrdən birində feil arzu şəklindədir.
A) Adam işini-gücünü bilməlidir.
B) Axşamın işini sabaha qoyma.
C) Atın ağzına baxıb arpasını verirlər.
D) Qonaq gərək qonaq yerini bilə.
12. Cümlələrdən birində feil vacib şəklindədir.
A) Az danış, çox qulaq as.
B) İnsanda səbir olmalıdır.
C) Bədbəxt ova çıxdı, dağları duman aldı.
D) Havalar yaxşı keçsə, məhsul bol olar.
132
IV BÖLMƏ
132
IV BÖLMƏ
132
IV BÖLMƏ
  Çap üçün deyil


133
HİKMƏT XƏZİNƏSİ
133
HİKMƏT XƏZİNƏSİ
133
HİKMƏT XƏZİNƏSİ
V BÖLMƏ
HİKMƏT XƏZİNƏSİ
Dərs 
№ 
Məzmun standartları
Mövzu
Saat
sayı
Dərslik 
səh.
MMV 
səh.
41.
2.2.1., 2.2.3., 2.1.1.,
3.1.2., 4.1.2.
Dərviş. İki qar dənəciyi
Zərf haqqında ümumi
məlumat
3
136-138 134-136
42.
2.2.1., 1.2.4., 3.1.2.,
4.1.2.
Atanın dərsi
Sadə və düzəltmə zərflər
2
139-141 137-138
43.
2.2.1., 1.1.2., 3.1.1.,
4.1.4.
Xoşbəxtlik 
Mürəkkəb zərflər və
onların yazılışı
2
142-143 139-140
44.
2.1.1., 2.2.3., 1.1.2.,
2.2.2., 3.1.3., 4.1.2.
Hikmətin fəziləti
2
144-145 141-143
45.
2.2.1., 3.1.1., 1.1.2.,
4.1.2.
Sevinc
Zərfin məna növləri
2
146-148 144-145
46.
2.2.1., 2.2.3., 2.1.1.,
3.1.1., 4.1.2. 
İnam. Ümid
Zərf və digər nitq hissə ləri 
3
149-152 146-148
47.
2.2.1., 2.2.2., 2.1.1.,
3.1.2.
Səssiz dərs
1
153-154 149-150
48.
2.2.1., 2.1.2., 3.1.3.,
3.1.1., 1.2.4., 4.1.2.
Silinməz dostluq
2
155
151-153
49.
Ümumiləşdirici dərs
Kiçik summativ
qiymətləndirmə
1
156
154-155
Yekun
19
saat
  Çap üçün deyil


41-ci dərs. DӘRVİŞ. İKİ QAR DӘNӘCİYİ (3 saat) 
Motivasiya
Müəllim Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından kiçik bir hekayət
danışır:
Küçədə xeyli adam toplaşmışdı. Onlar ölmüş bir itin cəsədinə ba xır   dılar.
Kütlənin içindən səslər gəlirdi:
– Nə murdar heyvandır!
– Necə də çirkindir!
– Yaman üfunətlidir!
Bu zaman həmin yerə İsa peyğəmbər yaxınlaşır. O, itə baxıb deyir:
– Mən ömrümdə bu heyvanın dişləri qədər parlaq inci görməmişəm!
Sual: Bu hekayətdən hansı nəticəni çıxarmaq olar?
Şagirdlər öz fikirlərini deyirlər. Müəllim fikirləri yekunlaşdırmadan oxu mər -
hələsinə keçir.
Oxu
(St. 2.2.1)
Bu dərsdə ideya baxımından yaxın olan iki hekayə oxunmalıdır.
Bunun üçün şagirdlər dörd qrupa bölünürlər.
I qrup: 1-ci hekayəni oxuyub rollu oyun şəklində təqdim edir.
II qrup: 2-ci hekayəni oxuyub rollu oyun şəklində təqdim edir.
III qrup: 1-ci hekayəni oxuyub məzmun və ideyasını müəyyən edir.
IV qrup: 2-ci hekayəni oxuyub məzmun və ideyasını müəyyən edir.
Təqdimatlar dinlənilir. Sonda şagirdlər hər iki mətn arasındakı ideya ya -
xın lığını müəyyən etmək üçün oxuduqları mətnlərdəki əsas məqamları vur -
ğulayırlar (2-ci tapşırıq). 3-4-cü tapşırıqlar yerinə yetirilir. 
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Mətnin əsas ideyasının açılmasına kö -
mək edən məqamları müəyyən edir. 
2.2.3. Mətndəki fikir və mülahizələrə
münasibət bildirir. 
Mətndəki obrazları müqayisə edərək
mühakimə yürüdür.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Kontekstə görə mənasını müəyyən 
-
ləşdirdiyi sözün izahını lüğətdə verilmiş
izahla müqayisə edir.
3.1.2. Mətni mövzuya uyğun fakt və
ha disələrlə zənginləşdirir.
Nəqli xarakterli mətnə məzmuna uyğun
yeni epizodlar əlavə edir.
4.1.2. Sözün qrammatik mənasını kon -
tekstə uyğun izah edir.
Cümlədə zərfi digər nitq hissələrindən
fərqləndirir.
134
V BÖLMƏ
134
V BÖLMƏ
134
V BÖLMƏ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə